Məhkəmə qərarları › İş №2(102)-3578/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3578/2023

11.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3578/2023 11.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3578/2023 (Açar sözlər: maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2182/2023 nömrəli, 03 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfin dən verilmiş kassasiya şikayətinə 11 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə “Əmək müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh “Məişət və keramika əşyaları satış şöbəsi”ndə satış meneceri vəzifəsinə təyin edilmişdir. “Əmək müqaviləsində” cavabdehin əmək funksiyası (əmək vəzifəsi) kimi, “Vahid tarif sorğu kitabı”na uyğun olaraq vəzifələrini icra etməsi nəzərdə tutulmuşdur.

2. Eyni tarixdə, yəni xx.xx.2016-cı il tarixdə tərəflər arasında "xxxx" müqavilə imzalanmış və müqavilənin şərtlərinə əsasən, "xxxx" tutduğu vəzifəsinə uyğun olaraq ona cəmiyyət tərəfindən etibar edilmiş pul vəsaitlərinin, əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə etdiyi bütün hərəkət və hərəkətsizliyinə görə, habelə təhvil aldığı pul və maddi qiymətlilər üçün tam maddi məsuliyyət daşıyır.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-374/2022 saylı, 10 mart 2022ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı “17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmrinin ləğv edilməsi və Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmə barədə əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia tələbi təmin edilmiş, həmin qətnamə apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır.

4. İddiaçı tərəf indən təqdim olunmuş 4 sayda xx.xx.2021-ci il tarixli üzləşmə aktlarına əsasən, iddiaçı QSC-nin xx.xx.2021-ci il tarixli, 201K saylı əmri ilə yaradılmış komissiyanın üzvləri və şirkətin nümayəndəsi cavabdeh, alıcılarla olan alqı-satqıya əsasən onların cəmiyyətə borclu olduqlarını imzaları ilə təsdiq etmişdirlər.

5. Bundan başqa, məhkəməyə xx.xx.2021-ci tarixli "xxxx" adlı sənəd və xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli cavabdehin imzası ilə təsdiq edilmiş “Üzləşmə aktları”nın kserosurətləri təqdim edilmişdir.

6. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdehə yazılı xəbərdarlıq göndərilmiş və həmin məbləğin ödənilməsi tələb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti nin Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçıya vurduğu zərərin yəni, 313.097 manat məbləğində pulun və ödənilmiş 604 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı QSC-yə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 01 iyul 2016-cı il tarixindən əmək müqaviləsinə əsasən "xxxx" QSC-də “Məişət və keramika əşyaları satışı” şöbəsində satış meneceri vəzifəsində çalışmaqla ona etibar edilmiş məişət avadanlıqlarını satmaq məqsədi ilə "xxxx" QSC-dən götürmüş, həmin malların ayrı-ayrı şəxslərə satışını həyata keçirmiş, lakin həmin məişət avadanlıqlarının dəyərini üzləşmə aktlarına əsasən, son olaraq 313. 097 (184.175 USD) manat vəsaiti "xxxx" QSC-nin xəzinəsinə təhvil verməməklə cəmiyyətə külli miqdarda ziyan vurmuşdur. Cavabdeh ilə "xxxx" QSC arasında 01 iyul 2016-cı il tarixli “Tam maddi məsuliyyət haqqında müqavilə” imzalanmış, həmin müqaviləyə əsasən tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona cəmiyyət tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi zamanı, onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə, ona satış üçün etibar olunmuş əmlakın satış pulunu həmin pulu əldə etdiyi gündən ən geci 3 (üç) təqvim günü ərzində cəmiyyətin kassasına təhvil verməyi, kassaya mədaxil edənə qədər müəsissəyə məxsus həmin pulun, habelə maddi qiymətlərin təhlükəsizliyi üçün tam həcmdə maddi məsuliyyət daşıması öhdəliyini ü zərinə götürüb. Eyni zamanda Cavabdeh iştirakı ilə, müxtəlif vaxtlarda yəni, 01 aprel 2021, 03 may 2021, 03 iyun 2021, 01 iyul 2021 və 02 avqust 2021-ci il tarixlərində tərtib olunmuş və şəxsi imzası ilə təsdiq edilmiş üzləşmə aktlarından da görünür ki, cavabdeh "xxxx" QSCyə olan borcunu etiraf edir. 10 sentyabr 2021-ci il tarixində Cavabdeh pretenziya qaydasında yazılı xəbərdarlıq göndərilsə də cavabdeh cəmiyyətə olan borcunu ödəməkdən imtina etmişdir. Nəticə etibarı ilə cavabdehin təqsirli hərəkətləri nəticəsində "xxxx" QSC 313.097 manatlıq əmlakından məhrum olmuşdur.

9. Cavabdeh məhkəməyə etiraz ünvanlaraq işin yuxarıda göstərilmiş faktiki hallarına istinad etməklə qeyd etmişdir ki, iddiaçı öz iddia ərizəsini əsaslandıra və sübut edə bilməmişdir. Belə ki, iddiaçı əmək müqaviləsi olmad an ondan əmək haqqı aldığını qeyd etsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. xx.xx.2021-ci il tarixdə ərizə ilə işəgötürən iddiaçı QSC-yə müraciət edərək, yeni bir müəssisədə işə çalışmağa başlamaq üçün razılığa gəlmiş, xx.xx.2021-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Lakin iddiaçı QSC Əmək Məcəlləsinin tələblərini kobud surətdə pozaraq, tələsik guya audit yoxlaması təyin etmiş, hədə-qorxu gələrək onun şirkətə 184.000 ABŞ dolları məbləğində borcunun olduğunu qeyd etmiş və pulu geri qaytarmasını tələb etmişdir. Hətta rəsmi məktubla müraciət edərək Əmək Məcəlləsinin tələblərinə zidd olaraq pul ödənilmədiyi halda işdən azad edilməyəcəyini bildirmişdir. İddiaçı QSC tərəfindən xx.xx.2021-ci il tarixli, 291-K nömrəli əmr ilə onunla bağlanmış əmək müqavilə sinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra o, məhkəməyə müraciət etmiş və mövcud qətnamələr qəbul edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-374/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, “Cavabdeh tərəfindən digər bir əsas kimi istinad edilən iddiaçının QSC-yə borcunun olması ilə bağlı qeyd edilməlidir ki, cavabdeh bu barədə məhkəməyə heç bir mötəbər sənəd təqdim etməmiş, iddiaçının həmin borcunun hansı əsaslardan yaranmasını əsaslandırmamışdır. İddiaçının nümayəndəsi və vəkilinin bu barədə cavabdehə müraciətləri də cavabsız qalmışdır. ”Göründüyü kimi, müvafiq qətnamələrlə artıq cavabdehin iddiaçıya borcu olmaması ilə bağlı xüsusat öz təsdiqini tapmışdır”. Digər tərəfdən id diaçı istinad edir ki, o, cəmiyyətin məhsullarını satmaq üçün götürmüş, lakin sataraq pulu xəzinəyə təhvil verməmişdir. Bununla bağlı isə, yəni məhsulların iddiaçı tərəfindən ona təhvil verilməsi, onun həmin məhsulu qəbul etməsi, həmin məhsulu üçüncü şəxslərə satması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə bildirilmişdir ki, onun əmək müqaviləsi üzrə vəzifəsi iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlumdur. Onun satış meneceri kimi vəzifəsi cəmiyyətə məxsus məhsulların satılmasını təşkil etmək məqsədi ilə alıcılara nümayiş etdirmək, həmin məhsulların alıcı tərəfindən alınmasını təmin etmək olmuşdur. Yəni, o, cəmiyyətə məxsus məhsulların alınması üçün müştərilər tapmış, onlar məhsul barədə sifariş verdikdə bu barədə cəmiyyətə bildirmiş, cəmiyyətin digər mə sul əməkdaşları həmin məhsulları alıcıya təqdim etmişdir. Yəni o, hər hansı məhsulu anbardan çıxarmamış, üçüncü şəxslərə təhvil verməmiş və pul vəsaiti almamışdır. İddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçının istinad etdiyi tam maddi məsuliyyət haqqında müqavilənin dispozisiyasına uyğun olaraq qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən ona hər hansı pul vəsaiti və ya əmlak etibar edilməmişdir ki, o, da həmin etibar edilmiş əmlaka sahiblik etsin və ya onu cəmiyyətə sağ-salamat təhvil versin. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarına dair qeyd edir ki, həmin sənədlər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-374/2022 nömrəli mülki iş zamanı da təqdim edilmiş və mötəbər sübut kimi qəbul edilməmişdir. Belə ki, həmin sənədlərdə görü nür ki, bütün soyad qrafalarında İbrahim yazılmış, ad qrafalarında isə müxtəlif şəxslərin adları qeyd edilmiş, daha sonra müəyyən məbləğlər qeyd edilmiş və şəxslər tərəfindən imzalanmışdır. Diqqət edilməlidir ki, həmin aktlarda hər dəfə fərqli məbləğlər qeyd edilmişdir. İddiaçının dediklərinin həqiqət olduğunu hesab etsək, deməli azalan borc məbləği ya onun tərəfindən, ya da üçüncü şəxslər tərəfindən ödənilmişdir. Belə olan halda, iddiaçının dediyi kimi “həmin pulların xəzinəyə verilməsini” əks etdirən sənəd mövcud olmalıdır. Lakin belə bir sənəd mövcud deyildir. Ümumiyyətlə həmin təhvil- təslim aktları bir növ elə sənəddir ki, müəssisənin işçiləri tərəfindən məhsulların alınmasına cəlb edilmiş şəxslərin siyahısıdır. Onda həmin şəxslərə hansı məhsulların verilməsi və dəyərinin ödənilib-ö dənilməməsi ilə bağlı məlumat yoxdur. Məhkəməyə təqdim edilmiş borcların qrafik ödənişi adlı sənəddən görünür ki, üzləşmə aktlarında adı qeyd edilən şəxslər QSC-yə olan pulların ödənilməsi ilə bağlı qrafik tərtib etmişdirlər. Həmin qrafik də cəmiyyətin məsul işçisi və onun tərəfindən imzalanmışdır. Yəni, həmin üzləşmə aktları onun deyil, iddiaçının məhsul verdiyi şəxslərin borclarını əks etdirir. İddiaçı özü həmin şəxslərlə əlaqə saxlayıb borcun ödənilməsini tələb edir, eyni zamanda müştərilərlə borcla bağlı müqavilə imzalayır. Bununla yanaşı həmin ödənişləri o, da tələb edir.

10. Daha sonra cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq iddiaçı QSC-nin cavabdehə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini iddia müddətini tətb iq edərək rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 2019-cu ildən bugünədək iddiaçı ilə cavabdeh arasında imzalanmış üzləşmə aktlarının surəti məhkəməyə təqdim edilmişdir. Həmin üzləşmə aktlarından məlum olur ki, iddiaçı ilə cavabdeh arasında hələ xx.xx.2019-cu il tarixdən etibarən iddiaçının istinad etdiyi “guya cavabdehin borcu olmasını etiraf edən sənəd”in imzalandığı müəyyən olunur. Həmin aktlardan görünür ki, iddiaçı cavabdehin ona maddi ziyan vurmasından 2019-cu ildən məlumatlı olmuş, məhkəməyə isə 2022-ci ilin iyul ayında müraciət etmişdir. Belə olan halda o qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

11. Məhkəmə iclasında cavabdeh və vəkili izahat verərək bildirmişlər ki, iddiaçı şirkət müştərinin üzərinə gedə bilmədiklərinə gör ə həmin məbləğləri işçilərin üzərinə yazıb şirkətdən asılı vəziyyətə gətirirlər. Malın təhvil verilmə prosesində iddiaçının iştirakı olmayıb. Üzləşmə aktları müştərilərdə olan borcu göstərir. İddiaçı tərəf anbardan malın çıxarılması ilə bağlı hər hansı bir sənəd təqdim edə bilməmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3966/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış "xxxx" müqaviləyə əsasən, iddiaçı QSC cavabdehin üzərinə maddi məsuliyyətdən doğan borc tələbini qoysa da iş materialları ilə cavabdehin belə bir öhdəliyinin olması müəyyən edilməmiş, iddia tələbi əsaslı sübutlarla sübuta yetirilə bilməmişdir. Sözügedə n müqavilənin şərtindən də göründüyü kimi "xxxx", yəni cavabdeh yalnız tutduğu vəzifə səlahiyyətləri çərçivəsində tam həcmdə maddi məsuliyətlə mükəlləf olunmuşdur. Sübut olaraq iş materiallarına əlavə olunmuş əmək müqaviləsinin 3-cü paraqrafına əsasən satış meneceri vəzifəsində çalışan cavabdehin əmək funksiyaları sadalanmış, əmək vəzifələrinə iddiaçının iddia tələbində əsaslandırdığı kimi, onun tərəfindən malların təhvil götürülməsi, satılması və pul vəsaitlərinin şirkətə təhvil verilməsi vəzifələrinin aid olması məhkəmə tərəfindən müəyyən edilməmişdir.

14. Məhkəmənin qənaətinə görə, iş materiallarında olan 4 sayda xx.xx.2021-ci il tarixli üzləşmə aktları ilə müəyyən olunur ki, "xxxx" adlanacaq, yəni iddiaçı QSC-nin xx.xx.2021-ci il tarixli, 201K saylı əmri ilə yaradılmış komissiyanın üzv ləri və şirkətin nümayəndəsi cavabdeh alıcılarla olan alqı-satqıya əsasən onların cəmiyyətə borclu olduqlarını imzaları ilə təsdiq etmişdirlər. Üzləşmə aktlarında adı qeyd edilən şəxslər haqqında cəmiyyətin “satış meneceri” vəzifəsində çalışan cavabdehin və “icraçı direktorun satış üzrə müavini” vəzifəsində çalışan Səmədov Fəzailin imzası ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli "xxxx" adlı sənəd tərtib olunmuş və QSC-yə olan pulların ödənilməsi ilə bağlı borc məbləği hər müştəriyə fərqli şəkildə qrafik üzrə bölünmüşdür. Bu isə məhkəməyə onu deməyə əsas verir ki, həmin üzləşmə aktları cavabdehin deyil, iddiaçının məhsul verdiyi şəxslərin borclarını əks etdirir. Həmçinin, xx.xx.2021-ci il tarixli, xx.xx.2021ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və sonuncusu xx.xx.2021-ci il tarixli olan eyni məzmunlu üzləşmə aktlarının tərtib qaydasındakı uyğunsuzluqları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, bu sənədlərin mötəbər sübut olaraq qəbul edilməsi və məhkəmə tərəfindən hüquqi qiymət verilməsi mümkün deyildir. Belə ki, həmin sənədlərdən görünür ki, bütün soyad qrafalarında İbrahim yazılmış, ad qrafalarında isə müxtəlif şəxslərin adları qeyd edilmiş, daha sonra müəyyən məbləğlər qeyd edilərək cəmiyyətin məsul işçiləri tərəfindən imzalanmışdır.

15. Digər tərəfdən iddiaçı istinad edir ki, cavabdeh cəmiyyətin məhsullarını satmaq üçün götürmüş, lakin sataraq pulu xəzinəyə təhvil verməmişdir. Qeyd olunan iddia ilə əlaqədar, yəni məhsulların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi, cavabdehin həmin məhsulu qəbul etməsi, həmin məhsulu üçüncü şəxslər ə satması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əvəzində isə, cavabdehin məhkəmə araşdırması zamanı təqdim etdiyi xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı daxili hərəkət cədvəllərinin surətlərinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cəmiyyətə məxsus mallar satış meneceri cavabdeh vasitəsi ilə pərakəndə şəkildə əsas kimi qeyd olunmuş muştərilərə satılmış, lakin sənədlərin “təhvil aldım” qrafasında cavabdehin imzasının olmaması onun malların təhviltəslim prosesində iştirak etməməsini biruzə verir. Eyni zamanda məhkəmə prosesi zamanı tərəflərdən alınmış izahatlarla müəyyən olunmuşdur ki, cavabdehin cəmiyyətin “satış meneceri” vəzifəsində çalışarkən icra etdiyi funksiyalar malların nümayişi və satışı üzrə müştəri toplamaqdan ibarət olmuşdur.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən “Tam maddi məsuliyyət” haqqında müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsində bəhs edilən işçinin tam maddi məsuliyyəti haqqında hüququn heç bir bəndinin dispozisiyasına uyğun deyildir. Belə ki, həmin maddənin “a” bəndini rəhbər tutaraq qeyd etmək lazımdır ki, iddiaçı əmək münasibətləri prosesində cavabdehin əmək funksiyasının xarakteri ilə əlaqədar olan saxlanmaq və başqa məqsədlər üçün cavabdehə verilmiş əmlakın və digər sərvətlərin mövcudluğunu sübuta yetirə bilməmiş, “b” bəndinə uyğun olaraq, cavabdeh əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında qəbul etməmiş, “c” bəndinə uyğun olaraq isə, iddiaçı tərəfindən cavabdehin inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyi nəticəsində ona dəymiş maddi ziyanla bağlı hüquq mühafizə orqanlarına heç bir müraciət olmamışdır.

17. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh ilə aralarındakı əmək münasibətlərinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş və iddiaçı xx.xx.2022-ci il tarixində pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Buna görə də iddiaçı bir illik iddia müddətini ötürməmişdir.

18. Birinci instansiya məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57.1, 199, 296.5-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

19. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin cavabdeh ilə iddiaçı QSC arasında bağlanmış "xxxx" şərtinə görə "xxxx" olan cavabdeh yalnız tutduğu vəzifə səlahiyyətləri çərçivəsində tam həcmdə maddi məsuliyyət daşıdığı və cavabdeh ilə QSC arasında bağlanmış “Əmək müqaviləsində” isə cavabdeh tərəfindən malların təhvil götürülməsi, satılması və pul vəsaitlərinin QSC-yə təhvil verilməsi vəzifələri nəzərdə tutulmadığı ilə bağlı qənaəti səhvdir. Belə ki, "xxxx" 19-cu abzasında qeyd edilmişdir ki, QSC ilə "xxxx" olan cavabdeh arasında “Əmək müqaviləsinin” bağlanıbbağlanılmamasından asılı olmayaraq "xxxx" bu müqavilə üzrə öhdəliklərinə görə QSC qarşısında məsuliyyət daşıyır. Həmin müqavilənin 17-ci abzasında isə qeyd edilmişdir ki, “Üzləşmə aktları” yekun sənəd olaraq bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Cavabdeh, məhkəmə baxışı iclasında bildirmişdir ki, QSC ilə onun arasında “Üzləşmə aktları” daima tərtib edilmişdir. Cavabdeh hətta özündə olan bir neçə “Üzləşmə aktını” sübut qismində Elektron İnformasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirmişdir. Birinci instansiya iddiaçı QSC tərəfindən təqdim edilmiş və cavabdehin imzası ilə təsdiq edilmiş “Pulların təhvil verilməsi cədvəlinə” sübut qismində qiymət verm əmiş onları qəbul və ya rədd edilməsinə dair mövqe bildirməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi işə baxarkən cavabdeh tərəfindən gecikdirməklə, yəni məhkəmə baxışında – xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ******* və xx.xx.2021-ci il tarixli ******* saylı “Daxili hərəkət cədvəlləri” adlı sənədləri sübutları qeyri-şərtsiz qəbul etmiş və iddianı rədd edərkən həmin sübutları əsas götürmüşdür. Halbuki, həmin sənədlər işin məhkəmə baxışına hazırlanması ərəfəsində, yəni xx.xx.2022-ci il tarixə qədər təqdim edilə bilərdi. Cavabdeh həmin sənədlərin məhz məhkəmə baxışında təqdim edilməsini heç bir formada əsaslandırmamış, işə baxmış məhkəmə də həmin sənədlərin hansı səbəbdən gecikdirilmə ilə verilməsini, gecikdirmənin üzrlü səbəblərdən baş verib-ve rməməsini araşdırmamışdır. MPM-nin 78.1-ci maddəsinin tələbini pozulmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Əmək Məcəlləsinin 199-cu maddəsinə istinad etmişdir ki, bu yanaşma səhvdir. Belə ki, QSC, onunla cavabdeh arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında müqaviləyə” əsaslanaraq iddiaçıya qarşı hazırki iddia tələbini irəli sürmüşdür. Belə olan halda məhkəmə nəzərə almalı idi ki, tərəflər arasında yaranmış mövcud mübahisə əmək münasibətlərindən deyil, mülki münasibətlərdən yaranmışdır və bu mübahisə Əmək Məcəlləsinin tələbləri baxımından deyil, Mülki Məcəllənin tələbləri baxımından həll edilməli idi.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2182/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məru zəçi), Cəmilə Musayeva və Fuad Talışinski) iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmiş, cavabdehin iddiaçıya vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 317.097 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə tərəflər arasında mütəmadi olaraq “Üzləşmə aktlarının” tərtib edilməsi işin mübahisəsiz halıdır. Tərəflər arasında bağlanmış "xxxx" 17-ci abzasında qeyd edilmişdir ki, “Üzləşmə aktları” və “Hesabatlar” yekun olaraq bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Cavabdeh, iddia ərizəsində qeyd edilən "xxxx" QSC-nin vəzifəli şəxslərinin ona etdikləri hədə-qorxu nəticəs ində imzaladığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutlar məhkəmələrə təqdim edilməmişdir. Halbuki, MPM-nin yuxarıda artıq qeyd edilən 77.1-ci maddəsinin tələbinə görə, cavabdeh, qeyd edilən halı sübut etmək yükünü daşıyır.

23. Belə olan halda “Üzləşmə aktları” tərəflərin faktiki münasibətlərinin tənzimləyən yekun sənəd olmaqla cavabdeh həmin aktları hədə-qorxu nəticəsində imza etməsini sübuta yetirə bilmədiyi üçün hesab edilməlidir ki, cavabdeh aktlarda göstərilən məlumatlar ilə razılaşıb.

24. Məhkəmə kollegiyası cavabdehin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, cavabdehin QSC-yə borcunun olmaması faktının qətnamə ilə müəyyən edilməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, həmin qətnamə hazırki iş üzrə cavabdehin iddiaçı Q SC-yə qarşı irəli sürdüyü “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə qəbul edilmişdir. Qətnamədən görünür ki, QSC ilə cavabdeh arasında bağlanmış "xxxx" xitam verilməsinin əsası cavabdehin QSC-yə borcunun olması halı deyil, cavabdehin heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, yuxarıda qeyd edilən qətnamə ilə həll olunmuş mübahisəsinin hazırki mübahisəyə hər hansı bir aidiyyəti yoxdur. Hazırki iş üzrə müəyyən edilə biləcək faktlar, həmin iş üzrə müəyyən edilə bilməz. Buna görə də hazırki iddia əsaslıdır.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəmə baxışın da, yəni gecikdirilməklə təqdim edilmiş sübutları qəbul etməsi və iddianı rədd edərkən həmin sübutları əsas götürməsi ilə bağlı dəlili ilə bağlı qeyd etmişdir ki, apelyasiya şikayətinin bu dəlili əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla mülki işi baxış üçün kifayət qədər hazırlanmış hesab edərək, məhkəmə baxış iclasını xx.xx.2022-ci il tarixə, saat 10:20 təyin edilmişdir. Qeyd edilən xx.xx.2022-ci il tarixli ******* və xx.xx.2021-ci il tarixli ******* saylı “Daxili hərəkət cədvəlləri” cavabdeh tərəfindən Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixində, yəni işə mahiyyəti üzrə baxılan zaman təqdim edilmişdir. Cavabdeh həmin sənədlərin məhz məhkəmə baxışında Rayon Məhkəməsinə təqdim edilməsini heç bir formada əsaslandırmamışdır. Sübutların heç bir əsaslandırma olmadan Rayon Məhkəmə tərəfindən qəbul etməsi düzgün olmamışdır. Həmin sübutlar gecikdirilməklə verildiyindən və cavabdeh, sübutların hansı səbəbdən gec təqdim edilməsini əsaslandırmadığından onlar istinad edilməsi yolverilməzdir.

26. Bundan başqa, birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməməsi ilə bağlı qənaəti ilə razılaşan məhkəmə qeyd etmişdir ki, cavabdehin iddia müddətinin ötürülməsinə dair ərizəsinə münasibət bildirən iddiaçı QSC (ərizə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin baxış iclasında xx.xx.2022-ci il tarixində verilmişdir) xx.xx.2022-ci il tarixində ödəniş cədvəllərini sübut təqdim edərək həmin cədvəllərin tarixlərinə istinad edərək bildirmişdir ki, cavabdeh tərəfindən müəyyən vaxtlar da iddiaçı QSC-yə pul məbləğləri ödənilmişdir və cavabdehin imzası ilə təsdiqlənmişdir. Məhkəmə həmin sübutların baxış iclasında təqdim edilməsini əsaslı hesab etmişdir. Belə ki həmin sübutların təqdim edilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmişdir (cavabdehin iddia müddətini tətbiqinə dair ərizəsi) və iddiaçı həmin sübutları iddia müddətinin tətbiq edilməməsinə dair təqdim etmişdir. Ödəniş cədvəllərində qeyd edilmiş məbləğlər və imzalar birinci instansiya məhkəməsində cavabdeh tərəfindən təkzib edilməmişdir, apellyasiya instansiya məhkəməsində cavabdehin nümayəndəsi (vəkili) həmin hallara dair izahat verərək qeyd etmişdir ki, həmin pullar cavabdehin əmək haqqı kartına iddiaçı tərəfindən ezamiyyət pulu qismində verilmiş və cavabdeh sonradan həmin pul məbləğlərini iddiaçıya qaytarmışdır. Lakin cavabdeh həqiqətən həmin pul vəsaitlərinin iddiaçı QSC tərəfindən onun əmək haqqı kartına ödənilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

27. Bundan əlavə, cavabdehin vəkili (nümayəndəsi) imzaların cavabdehə məxsus olub-olmamasının mübahisələndirmir, əksinə pulun cavabdeh tərəfindən ödənildiyini etiraf edərək həmin pulların geri qaytarıldığını qeyd edir. Eyni zamanda cavabdehin nümayəndəsi apellyasiya baxışında ona verilmiş suala cavab olaraq qeyd etmişdir ki cavabdehin əmək haqqı 500 manat civarında dəyişir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən cədvəllərə hər-hansı münasibət bildirməmişdir.

28. Məhkəmə qeyd etmişdir ki, təqdim olunmuş ödəniş cədvəlləri 14 vərəqdir, ümumilikdə 2021-ci ilin yanvar ayından 2021-ci ilin iyul ayına qədər olan zam anı əhatə edir. Cədvəllərdə cavabdehin adının yazıldığı qrafanın yanında qeyd edilmiş pul vəsaitlərinin ümumi məbləği 53.827 manat təşkil edir. Belə olan halda aylıq əmək haqqı 500 manat civarında olan işçinin 7 ay ərzində ezamiyyət xərclərinin məbləği 53.827 manat olması ağlabatan deyil.

29. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini, Mülki Məcəllənin 14.1, 14.2, 14.2.1, 14.2.6, 14.2.7, 14.2.8-ci maddələri, Əmək Məcəlləsinin 192, 199-cu maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

30. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə y eni qərar qəbul olunmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin araşdırılmış halları ilə iddiaçının istinad etdiyi avadanlıqların (borcların yaranmasına əsas olan, guya cavabdeh tərəfindən satılmış və pul vəsaitləri alıcılardan alınmış, lakin şirkətə pulu ödənilməmiş əşyalar) cavabdehə verilməsi öz təsdiqini tapmamışdır. Bununla bağlı sübutlar iddiaçıdan tələb edilsə də, təqdim edə bilməmişdir. Belə olan halda iddiaçıya maddi ziyan vurulması ümumiyyətlə sübuta yetirilməmişdir. Cavabdeh tərəfindən guya pul vəsaitinin şirkətə verilməsi üçün alıcılardan qəbul etməsini də təsdiq edən hal mövcud deyildir. Əgər iddiaçının istinad etdiyi kimi, üzləşmə aktları mötəbər sənəd olsaydı, alıcıları cavabdehə pul vəsaitini verməsini də təsdiq edən sübutlar olmalı id i. İddiaçının və apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh 500 manat əmək haqqı əsasında çalışmışdır, belə olan halda 300.000 manatdan artıq sənədlərə imza etməsi inandırıcı olmaz. Bu mövqe ilə yanaşılsa, iddiaçı özü də, 500 manat əmək haqqı məbləğində çalışan işçisinə 300.000 manatdan artıq pul vəsaitini etibar etməzdi. Cavabdehin təqsirinin olması hər hansı preyudisial bir qərarla sübuta yetirilməmişdir. Əksinə, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyinin olmaması müəyyən edilmişdir. İş materiallarında iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsi və iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il t arixli satış meneceri vəzifə borcunu göstərən sənəd əlavə edilmişdir. İstər əmək müqaviləsində, istərsə də, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli satış meneceri vəzifə borcunu göstərən sənəddə işçinin QSC-dən malların təhvil götürülməsi, malların satılması və malların satışından əldə oluna biləcək pul vəsaitlərinin QSC-yə təhvil verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının xeyrinə qətnamə qəbul edilməsini təmin etmək məqsədi ilə, sübutları saxtalaşdıraraq, qətnamənin 9-cu səhifəsinin 23-cü bəndində, “İş üzrə tərəflər arasında bağlanmış “Əmək müqaviləsində” satış meneceri vəzifəsində çalışan cavabdehin əmək funksiyası (əmək vəzifəsi) kimi, onun iddiaçı QSC-dən malların təhvil götürülməsi, malların satılması və malla rın satışından əldə oluna biləcək pul vəsaitlərinin QSC-yə təhvil verilməsi nəzərdə tutulmuşdur (§3).” qeyd etmişdir. Kassasiya insatnsiyası məhkəməsi tərəfindən iş materiallarında olan əmək müqaviləsinə və iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli satış meneceri vəzifə borcunu göstərən sənədə nəzər salındıqda belə bir əmək funksiyasının qeyd olunmadığı öz təsdiqini tapacaqdır.

32. Cavabdeh tərəfindən məhkəmə iclasına iki şahid (QSC-dən mal almış şəxslər) dəvət edilmişdir. Lakin iddiaçı həmin şahidlərin dindirilməsinə etiraz etmişdir. Üzləşmə aktlarında adı qeyd edilən şəxslərlə QSC tərəfindən borcla bağlı müqavilələr bağlanmışdır. Lakin həmin sübutlar iddiaçıdan tələb edilsə də, təqdim etməmişdir. Belə olan halda, əgər həmin pul vəsaitini alıcılardan cava bdeh almışdırsa, nə üçün alıcılar yenidən şirkətlə müqavilə imzalayardı? İddiaçının öz iddiasını sübutetmə vəzifəsi olduğu halda, cavabdeh öz təqsirsizliyini sübut etmək üçün xx.xx.2021-ci il tarixdə iddiaçı ilə X2 arasında bağlanmış üzləşmə aktını məhkəməyə təqdim etmişdir. Həmin üzləşmə aktından aydın görünür ki, alıcı şirkətə pul borclu olmasını bildirmişdir. Lakin həmin şəxsin adı, iddiaçı ilə cavabdeh arasında olan üzləşmə aktında da vardır. Məhkəmə bu hallara qiymət verməmişdir ki, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə etirazın dəlilləri:

33. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı iddiaçının vəkili X3 tərəfindən yazılı etiraz verilərək, əsassız olduğuna görə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsi nin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

34. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

35. Maddə 4.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərə kətləri.

36. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çə kinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

40. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

41. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf ed ilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

42. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

43. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa v ə ya sonralar aradan qalxmış əsasa söykənir.

44. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

45. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsi

46. Maddə

192. Mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətlər i nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır (hissə 1.). Mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər (hissə 2).

47. Maddə

199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: 48. (Bənd “a”) Saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə ta m maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; 49. (Bənd “b”) İşçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; 50. (Bənd “ç”) Əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyət i olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

54. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

57. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

58. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

62. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

65. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

66. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışını n hədləri:

67. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsi aktı tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

69. Məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

70. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə a lınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmur. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya və əvvəlki kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun yoxlamamışdır.

72. Belə ki, hər hansı iddia tələ bi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyəsə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisi ya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonraki mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir.

73. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan hüquq normalarının dispozisiyasına uyğun olaraq qeyd edir ki, qanuna əsasən zərərin ödənilməsi tələbi mövcuddursa, bu tələbin huquqi nəticələri Mülki Məcəllənin 21-ci maddəsinə əsasən müəyyən edilir. Beləliklə zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərəri ona vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçıya tələb etdiyi yalnız borclunun səbəb olduğu zərərin əvəzi ödənilir. Səbəb olması isə, həmçinin səbəbli əlaqəninin olmasını da ehtiva edir. Zərər onun yaranm asına səbəb olmuş şəxsə yalnız o halda aid edilməlidir ki, onun davranışı nəticənin yaranması üçün münasib səbəbli əlaqə yaratmış olsun. Borclu zərər dəymiş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin (əldən çıxmış faydanın) əvəzini ödəməlidir.

74. Həmçinin qeyd olunmalıdır ki, öhdəliyin yaranma əsasları zərər vurma, əsassız varlanma, iştirakçılar arasında müqavilə və qanunla nəzərdə tutulduğu halda digər hallardır. Təqsirli şəxsin mülki hüquq pozuntusu törədən hərəkətləri nəticəsində zərərçəkənə ziyan vurulması delikt öhdəliklərini, yəni zərərçəkənin həmin zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnu, cavabdehin isə həmin zərəri tam ödəmək vəzifəsini yaradır. Delikt öhdəliklərində zər ər dedikdə isə real zərər və əldən çıxmış fayda başa düşülür.

75. Hazırki iddia tələbindən görünür ki, iddiaçı onun müəssisəsində əmək müqaviləsinə əsasən “məişət və keramika əşyaları satışı şöbəsində satış meneceri” vəzifəsində işləmiş və maddi məsul şəxs olmuş cavabdehin təqsiri nəticəsində ona 313.097 manat məbləğində zərər vurulduğunu qeyd edərək, iddia ərizəsində cavabdehin ona vurduğu zərərin yəni, 313.097 manat məbləğində pulun və ödənilmiş 604 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı QSC-yə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

76. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi iddia tələbini təmin edərkən, tərəflər arasında bağlanmış "xxxx" 01 iyul 2016-cı il tarixli müqaviləni v ə iddiaçının təqdim etdiyi “Üzləşmə aktları”nı əsas götürmüş, qətnamədə cavabdehin iddia ərizəsində qeyd edilən "xxxx" QSC-nin vəzifəli şəxslərinin ona etdikləri hədə-qorxu nəticəsində imzaladığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməməsinə, belə olan halda “Üzləşmə aktları”nın tərəflərin faktiki münasibətlərini tənzimləyən yekun sənəd olmaqla cavabdehin aktlarda göstərilən məlumatlarla razılaşmasına əsaslanmış, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həll olunmuş mübahisəsinin hazırki mübahisəyə hər hansı bir aidiyyətinin olmamasını qeyd edərək, iddianı əsaslı hesab etmişdir.

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmədiyindən qəbul edilən qətnamə qanuni və əsaslı sayıla bilməz.

78. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

79. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış "xxxx" 01 iyul 2016-cı il tarixli müqaviləyə və “Üzləşmə aktlarına” əsaslanan iddiaçı cavabdehin üzərinə maddi məsuliyyətdən əmələ gəlmiş borcu qaytarmaması nəticəsində yaranmış zərər tələbini qoysa da, həmin müqavilənin 12-ci bəndində maddi məsul şəxsin təhvil aldığı pul və maddi qiymətlilər üçün tam maddi məsuliyyət daşıması nəzərdə tutulmuş, apellyasiya instansiya məhkəməsi tərəfindən malın cavabdehə təhvil verilməsi ilə bağlı sənədlərin mövcudluğu iddiaçıdan tələb olunarkən, iddiaçının nümayəndəsi “malın cavabdehə təhvil verməsi ilə bağlı hal-hazırda bir sənədin olmadığını” qeyd etmişdir. (31 mart 2023-cü il tarixli məhkəmə iclasının protokolu. i.v.166) Bununla belə apellyasiya instansiya məhkəməsi sübutları qiymətləndirirkən cavabdehin yalnız təhvil aldığı pul və maddi qiymətlilər üçün tam maddi məsuliyyət daşımasına, lakin bu halda iddiaçının malların cavabdehə təhvil verməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməməsinə düzgün hüquqi qiymət vermə mişdir.

80. Eyni zamanda xx.xx.2016-cı il tarixli “Əmək müqaviləsi”nə əsasən “Məişət və keramika əşyaları satış şöbəsi”ndə satış meneceri vəzifəsində çalışan cavabdehin “Əmək müqaviləsində” əmək funksiyası (əmək vəzifəsi) kimi, “Vahid tarif sorğu kitabı”na uyğun olaraq vəzifələrini icra etməsi nəzərdə tutulmuş, "xxxx" 01 iyul 2016-cı il tarixli müqavilənin 1-ci bəndində, tutduğu vəzifəsinə uyğun olaraq ona cəmiyyət tərəfindən etibar edilmiş pul vəsaitlərinin, əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə etdiyi bütün hərəkət və hərəkətsizliyinə görə, habelə təhvil aldığı pul və maddi qiymətlilər üçün, 3-cü bəndində isə ona satış üçün etibar olunmuş əmlakın satış pulunun həmin pulu əldə etdiyi gündən ən geci 2 təqvim günü ərzində müəssisənin kassasına təhvil verməsi, kassaya mədaxil edənə qədər müəssisəyə məxsus həmin pulun, habelə maddi qiymətlilərin təhlükəsizliyi üçün tam maddi məsuliyyət daşıması qeyd olunmuşdur.

81. Halbuki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 iyul 1996-cı il 5-6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ticarət və iaşə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid X1”nda, həmçinin 1998-ci il 19 iyun tarixli 13-8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qulluqçu vəzifələrinin Vahid X1”nda və həmin sənədlərə sonrki dəyişikliklərdə satış meneceri vəzifəsi nəzərdə tutulmamışdır.

82. Göründüyü kimi, "xxxx" 01 iyul 2016-cı il tarixli müqavilədə cavabdehə cəmiyyət tərəfindən etibar e dilmiş pul vəsaitləri, əmlak və digər sərvətlərdən söhbət gedir ki, bu “etibar etmə” maliyyə və təsərrüfat sənədlərində rəsmiləşdirilməli olduğu halda, adı çəkilən sübutların, o cümlədən məhsulların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi, cavabdehin həmin məhsulu qəbul etməsi, həmin məhsulu üçüncü şəxslərə satması və əldə etdiyi pulları kassaya mədaxil etməsi ilə bağlı iddiaçı tərəfindən heç bir sübutun məhkəməyə təqdim edilməməsinə apellyasiya instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.

83. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən, məhkəməyə təqdim olunmuş “Üzləşmə aktları” kserosurətlərdən ibarət olmaqla, həmin sənədlərin əslləri məhkəməyə təqdim edilməmiş, məhkəmələr tərəfindən həmin hal diqqətdən qaçırılmışdır. Apel lyasiya instansiya məhkəməsi isə iddia tələbini təmin edərkən qətnaməsində təqdim edilmiş sənədlərin surətlərinə istinad etmişdir.

84. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

85. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiya məhkəməsinin, cavabdehin QSC-yə borcunun olmaması faktının müəyyən edilməsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-374/2022 saylı, 10 mart 2022-ci il tarixli qətnaməsi ilə həll olunmuş mübahisəsinin hazırki mübahisəyə hər hansı bir aidiyyətinin olmaması ilə bağlı qiymətləndirməsini də əsaslı hesab et mir. Belə ki, iddiaçının işdən azad olunma əsasının qanunsuz olması barədə nəticəyə gəlmiş həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının cavabdeh İddiaçı QSC ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsas, onun xx.xx.2021-ci il tarixdən sonra işə gəlməməsi, həmçinin şirkətə olan əmlak borcunun ödənilməməsi olmuşdur. Eyni zamanda həmin qətnamə ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən digər bir əsas kimi istinad edilən, iddiaçının QSC-yə borcunun olması ilə bağlı cavabdeh məhkəməyə heç bir mötəbər sənəd təqdim etməmiş, iddiaçının həmin borcunun hansı əsaslardan yaranmasını əsaslandırmamışdır. İddiaçının nümayəndəsi və vəkilinin bu barədə cavabdehə müraciətləri də cavabsız qalmışdır. 8

6. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını müqayisəli şəkildə tədqiq edib yoxlamamış, həmçinin işdə olan digər subutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbini tam təmin etmək barədə nəticəyə gəlmişdir.

87. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir.

88. Eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsində göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların pr osessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının hayata keçirilməsinə kömək göstərir.

89. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu hald a məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir.

90. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayət lənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 91. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

92. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

93. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.

94. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şə raitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

95. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

96. Məhkəmə kolle giyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

97. Cavabdeh verdiyi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etdiyindən, həmçinin məhkəmə kollegiyası işin yenidən baxılması üçün apellyasiya instans iyası məhkəməsinə göndərilməsini məqsədəuyğun hesab etdiyindən, kassasiya şikayəti qismən təmin edilməlidir.

98. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

99. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

100. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2182/2023 nömrəli, 03 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar