Məhkəmə qərarları › İş №2(102)-3579/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3579/2019

27.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3579/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçıX1 və onun vəkili Vəkil, Cavabdeh X4 və onun vəkili X1 iştirakı ilə, İddiaçıX1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)12799/2018 nömrəli iş üzrə 13 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (hakim Şeyda Məhərəmova) 2(001)2968/2018 saylı 04 iyu l 2018-ci il tarixli qətnaməsi iləX1nın cavabdeh X3 qarşı şəxsi əşyaların geri qaytarılması, müqavilənin etibarsız hesab edilməsi və pay bölgüsü barədə iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) 13 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçıX1nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Binəqədi rayon məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçıX1 cavabdeh X3 qarşı iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət edərək cavabdehdən soyuducu-(Saratov)-l ədəd, soyuducu-(Çinar)-l ədəd, soyuducu-(Star-l)-l ədəd təzə, paltaryuyan maşın-2 ədəd (təzə), televizor-1 ədəd, 1 ədəd mikrodalğalı soba, valideyn ləri və bacısı tərəfindən ona hədiyyə olaraq verilmiş 1 ədəd balon qaz peçi, 1 ədəd maqnitofon və diskləri ilə birlikdə, 1 ədəd saat, 1 ədəd termos, 2 ədəd süfrə, 4 ədəd pastel, 12 ədəd billur stəkan, balış üçün qaz tükü-1 kisə, 1 ədəd billur güldan, 1 dəst servis, 2 ədəd ütü (təzə vəziyətdə) və ya onların dəyərinin, icazəsiz olaraq evdən götürdüyü ona məxsus olan 700 manat nağd pulun alınıb ona verilməsi, cavabdehlə birgə nikah dövründə əldə etdikləri “Tofaş” markalı, “Şahin S” model, 1997-ci il buraxılışlı, **-LG-*** dövlət nömrə nişanlı avtomobilə dair aparılmış alqı-satqının etibarsız hesab edilməsi, avtomobil üzərində ½ hissədə pay hüququnun müəyyən edilməsi, avtomobilin açıq hərracda satılması və satış pulunun paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İd dia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 1988-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan iki uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən Binəqədi rayon məhkəməsinin 21 noyabr 2013-cü il tarixli, 2(001)-7499/2013 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehlə nikahları pozulsa da, faktiki olaraq bir evdə yaşayırlar. Cavabdeh müxtəlif vaxtlarda iddiaçının şəxsi əşyalarını ondan xəbərsiz olaraq başqa başqa şəxslərə satmışdır. Bu səbəbdən də iddiaçı cavabdehin hərəkətlərindən ərazi polis idarəsinə şikayətlər etmişdir. Bəzi əşyaları gətirib qaytarsa da, əksəriyyətini qaytarmamışdır. Bundan başqa cavabdeh tərəfindən iddiaçıdan icazəsiz olaraq evdən ona məxsus olan 700 manat nağd pulu götürmüşdür. Həmçinin cavabdehlə birgə nikah dövründə “Tofaş” markalı, “Şahin S” model, 1997-ci il buraxılışlı, **-LG-*** dövlət nömrə nişanlı avtomobil almışlar. Sonradan bu yaxınlarda bilmişdir ki, cavabdeh onun razılığı olmadan həmin avtomobili özgəninkiləşdirmişdir. Qeyd oluanları nəzərə alıb, idanın təmin edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçıX1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi onun məhkəmədə vəkili ilə birg ə iştirak etməsi barədə vəsatətini əsassız olaraq rədd etmişdir. Eyni zamanda qətnamədə apelyasiya şikayətinə qarşı cavabdehin etiraz və ya mülahizəsinə istinad etməmişdir. Yəni cavabdehin apellyasiya şikayətini qəbul edib-etməməsi müzakirə olunmamış və bu barədə qətnamədə hər hansı qeyd aparılmamışdır. Məhkəmə iş üzrə apellyasiya şikayətinin təmin edilib-edilməməsinin əsası kimi cavabdehlə nikahlarının 1988-ci ildə qeydə alındığı və 21 noyabr 2013-cü ildə Binəqədi rayon məhkəməsinin qətnaməsi ilə pozulduğu, 2014-cü ildə nikahın pozulması barədə şəhadətnamənin alındığı halda məhkəməyə 12.02.2018-ci il tarixdə müraciət etməsini qeyd etməklə yanaşı nikahın pozulmasından sonra 3 illik iddia müddətini ötürüldüyünü qeyd etmişdir. İddia tələbi üzrə mübahisə predmeti olan yalnız “Tofaş” markalı “ avtomobildir. Məhkəmə isə ümumilikdə mübahisəli predmeti birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirməklə həmin əmlaklar üzrə də yanlış olaraq 3 illik iddia müddətini tətbiq etmişdir. Hansı ki, həmin əşyaların cavabdehlə birgə nikah dövründə əldə edilməsi mübahisə predmeti deyildir.Eyni zamanda məhkəmə əslində iş üzrə təqdim olunmuş sübutları düzgün araşdırmamışdır. Belə ki, o, 27.07.2016-cı ildən hazırkı iddia tələbi ilə müraciət etməyinə baxmayaraq Binəqədi rayon məhkəməsi müxtəlif bəhanələrlə mülki işi baxılmamış saxlamışdır. Bu səbəbdən də o, yenidən məhkəməyə müraciət etməli olmuşdur. İddianın baxılmamış saxlanması barədə qərardadın isə ona verilməsi hazırkı iddianı verdiyi vaxtla üst-üstə düşür. Cavabdeh X4 məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək k assasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçıX1 və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh X4 və onun vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instan siyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şi kayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, X4 iləX1 1988-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikahları Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 21 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı iddia ərizəsində göstərdiyi əmlakların bir qisminin ona hədiyyə olaraq verildiyini, yerdə qalanın isə birgə nikah dövründə əldə etdiyini iddia edərək ona geri qaytarılmasını, “Tofaş” markalı, “Şahin S” model, 1997-ci il buraxılışlı, **-LG-*** dövlət nömrə nişanlı avtomobilə dair aparılmış alqı-satqının etibarsız hesab edilməsi, avtomobil üzərində ½ hissədə pay hüququnun müəyyən edilməsi, avtomobilin açıq hərracda satılması və satış pulunun paylara uyğun bölünməsini tələb etmişdir. Həmçinin cava bdehin ondan icazəsiz evdən götürdüyü 700 manat məbləğində pulu da geri tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi k imi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan normalara istinad edərə k qeyd etmişdir ki, tələb olunan əmlakların mövcudluğunu və cavabdehdə qalmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı həmin əşyalarının iddia ərizəsində göstərilən sayda və növdə olmasını, hazırda birgə nikahda olduqları dövrdə yaşadıqları evdə qalmasını təsdiqləyən hər hansı sübutu nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Həmçinin iddia tələbi cavabdeh tərəfindən evdən 700 manat məbləğində pulun götürülməsi hissəsində sübuta yetirilməmişdir. Bundan başqa məhkəmə iddia tələbinin cavabdehlə birgə nikah dövründə əldə etdikləri “Tofaş” markalı, “Şahin S” model, 1997-ci il buraxılışlı, **-LG-*** dövlət nömrə nişanlı avtomobilə dair aparılmış alqı-satqının etibarsız hesab edilməsi, avtomobil üzərində 1/2 hissədə pa y hüququnun müəyyən edilməsi, avtomobilin açıq hərracda satılması və satış pulunun paylara uyğun bölünməsi hissəsində də əsaslı hesab etməyərək təmin etməmişdir. Belə ki, iddiaçı avtomobilə dair aparılmış alqı-satqının etibarsız hesab edilməsini tələb etsə də, lakin Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən məhkəməyə göndərilmiş məlumatlardan görünür ki, avtomobil 22.06.2004-cü il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır və hazırda onun adına qeydiyyatdadır. Cavabdehlə digər şəxs arasında alqı-satqı müqaviləsinin bağlanması iş materillarında olan sənədlərlə müəyyən edilmədiyindən alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış nikah 21 noyabr 2013-cü il tarixdə məhkəmə qətnaməsi əsasında pozulm uş və 2014-cü ildə nikahın pozulması barədə şəhadətnamə verilmiş, mübahisəli avtomaşın 22.06.2004-cü il tarixdə, yəni birgə nikah dövründə əldə edilsə də, iddiaçı əmlak bölgüsü tələbinə dair 12.02.2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçü n müddət iddia müddəti sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.8-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləs inin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi iddia tələblərini rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzim ləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızıdır. Belə ki, iddiaçı şikayətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi onun məhkəmədə vəkili ilə birgə iştirak etməsi barədə vəsatətini əsassız olaraq rədd etmişdir. Lakin iş materiallarında iddiaçının belə bir vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət etməsi müəyyən olunmur. İddiaçı Almaniyada işgüzar səfərdə olması səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və xahişi təmin edilmişdir. İddiaçı nümayəndəsi (kassasia icraatında isə vəkili) Vəkil ilə birlikd ə apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak etmişdir. İddiaçı kassasiya şikayətində qətnamədə apelyasiya şikayətinə qarşı cavabdehin etiraz və ya mülahizəsinə istinad etməməsini göstərmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, (iş v. 180 4-cü abzas) məhkəmə kollegiyası şikayətlə razılaşmayan cavabdehin izahatını nəzərə almışdır. Digər tərəfdən bu hal formal mülahizə olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətində iddiaçı avtomobillə yanaşı digər əmlaklara münasibətdə də məhkəmənin 3 illik iddia müddəti tədbiq etdiyini qeyd etmişdir. Lakin işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi 3 illlik iddia müddətini birgə nikah dövründə əldə edilmiş avtomobilə münasibətdə tədbiq etmiş, tələb edilə b digər əşyalara münasibətdə iddiaçının məhkəməyə hər hansı bir sübut təqdim edə bilmədiyini, iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyini qeyd etmişdir. Halnuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı kassasiya şiakyətində 27.07.2016-cı ildən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyinə baxmayaraq Binəqədi rayon məhkəməsi müxtəlif bəhanələrlə mülki işi baxılmamış saxlandığını, bu səbəbdən də yenidən məhkəməyə müraciət etməli olmasını, iddia müddətini ötürmədiyini qey d etmişdir. Lakin işdən iddiaçının həmin tarixdə məhkəməyə müracitə etməsi, iddiasının baxılmamış saxlanılması müəyyən olunmur. İş materiallarına bu barədə sübut əlavə edilməmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçıX1nın kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12799/2018 nömrəli iş üzrə 13 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar