Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3581/2023 08.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “dövlət orqanlarının qanunsuz hərəkəti nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkə məsinin Mülki Kollegiyasının 12 may 2023-cü il tarixli, 2(103)2916/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, e-2(006)-380/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 3450 manat məbləğində maddi zərərin, 11400 manat məbləğində mənəvi zərərin əvəzinin İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2023-cü il tarixli, 2(103)2916/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, e-2(006)-380/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 iyul 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti, cavabdeh tərəfindən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin 5000 manatdan az olması əsası ilə qeyri-mümkün hesab edilmiş və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2023-cü il tarixli, 2(103)2916/2023 nömrəli qərardadı ilə həmin Məhkəmənin 12 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş ka ssasiya şikayətinin qaytarılmasından imtina edilmiş və kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün təkrarən Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yeni dən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instan siyası məhkəməsi tərəfindən qaytarılır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
6. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya məhkəməsinin göstərişi icra olunmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, kassasiya şikayəti vəkil tərəfindən imzalanmamışdır.
7. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, cavabdehin kassasiya şikayəti Ali Məhkəmənin 18 iyul 2023-cü il tarixli qərardadı ilə MPM-in 402.1-ci maddəsinə əsasən qaytarılmışdır. Həmin qərardadda kassasiya məhkəməsi iddianın qiyməti müəyyən olunarkən cavabdehdən tutulan maddi ziyanın məbləğini nəzər ə almışdır.
8. Mülki Prosessual Məcəllənin 402.2.2-ci maddəsi ilə apellyasiya məhkəməsi tərəfindən kassasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qeyri-mümkünlüyü barədə qərarına əsasən kassasiya şikayəti qaytarıldığı halda bu qərardaddan şikayət verilməsi imkanı istisna edilmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, Ali Məhkəmənin kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardadı qətidir və burada əks etdirilmiş göstərişlər apellyasiya instansiyası məhkəməsi tərəfindən birmənalı şəkildə icra edilməlidir.
9. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə kassasiya şikayətinin qeyrimümkünlüyünə dair Ali Məhkəmənin 18 iyul 2023-cü il tarixli qərardadında şikayətin geri qaytarılması barədə birbaşa və açıq göstəriş verildiyi üçün apellyasiya instansiyası məhkəməsi həmin şikayəti müvafiq tərəfə qaytarmağa borclu olmuşdur.
10. Digər tərəfdən, iş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmişdir. Kassasiya şikayəti elektron imza ilə cavabdehin adından yalnız nümayəndə X2 tərəfindən imzalanmışdır.
11. Kassasiya şikayətinə Bakı şəhəri 35 saylı Vəkil bürosunun vəkili Vəkil adına tərtib olunmuş 18 aprel 2023-cü il tarixli vəkil orderi əlavə edilsə də, vəkil kassasiya şikayətini elektron imza ilə imzalamamışdır. Bu səbəbdən kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 67.1 və 407.3-cü maddələrinin tələblərinə uyğun olaraq vəkil tərəfindən tərtib olunması müəyyən olunmur.
12. Qeyd olunanlara əsasən, kassasiya şikayət i vəkil tərəfindən imzalanmadığı və kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən az olduğu üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(103)-2916/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsin