Məhkəmə qərarları › İş №2(102)-3581/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3581/2024

25.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3581/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tapşırıq müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3045/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında bax araq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2021-ci il tarixli, 7E-4220 reyestr nömrəli etibarnaməyə əsasən, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanda yerləşən 0,1174 ha torpaq sahəsinə dair iddiaçını bütün dövlət və qeyri-dövlət orqanlarında, təşkilatlarda, notariat kontorlarında, Asan xidmət mərkəzində, İcra Hakimiyyətində, ƏMDK DƏDRX Əİdə təmsil edərək bütün sənədləşmə əməliyyatlarını aparmaq, lazımi sənədləri və arayışları toplamaq, təhvil vermək, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışı, forma 2 almaq, aldıqdan sonra sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka/girov qoymaq, icarəyə vermək, pulunu almaq, buna dair müqavilələr imzalamaq, ər izə yazmaq, imza etmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etmək səlahiyyətləri Cavabdeh etibar etmişdir.

2. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanda yerləşən 0,1174 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmuşdur.

3. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanda yerləşən 0,1174 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə 36000 manata etibarnamə əsasında Cavabdeh tərəfindən X1. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən ona məxsus B akı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanda yerləşən 0,1174 ha torpaq sahəsinin satışından əldə olunmuş 35254,8 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 195,76 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, cavabdeh satışdan əldə etdiyi vəsaiti qohumluq münasibətlərindən istifadə edərək ona təqdim etməmiş, həmin vəsait əvəzində özünə avtomobil aldığını, pulu isə sonradan qazanıb qaytaracağını bildirmişdir. Cavabdeh tərəfindən vəsaitin əldə edilməsindən 2 ildən artıq zaman keçməsinə baxmayaraq borcundan bugünədək heç bir vəsait ödənməmişdir. Hətta göstərilən vəsaitə avtomobi l alınıb-alınmadığını yoxlamaq məqsədilə Baş Dövlət Yol Polis İdarəsinə sorğu verilmiş, BDYPİ-nin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə cavabdehin adına nəqliyyat vasitəsinin qeydiyyata alınmadığı bildirilmişdir. Notariat işindən və alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh ona verilmiş etibarnamə əsasında ona məxsus torpaq sahəsini 36000 manat qarşılığında X6 adlı şəxsə satmışdır. Həmin məbləğdən 704,4 manat miqdarda sadələşdirilmiş vergi tutulmuşdur. Eləcə də, alqı-satqı əməliyyatı aparılması zamanı cavabdeh tərəfindən 10,4 manat dövlət rüsumu və 30,4 manat xidmət haqqı ödənilmişdir. Beləliklə də, ona məxsus torpaq sahəsinin satışından ümumilikdə 35254,8 manat vəsait əldə olunmuşdur. Vəsait əvvəl notariat ofisinin depozit hesabına qoyulmuş, daha sonra isə cavabdeh tərəfindən gö türülmüşdür. Tərəfindən cavabdehə göstərilən vəsaitin qaytarılması üçün dəfələrlə müraciət və şifahi xəbərdarlıqlar olmasına baxmayaraq, cavabdeh ödənişi etməkdən yayınmışdır.

6. Birinci instansiya məhkəməsində cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, iddiaçı hüquqlarının pozulduğunu alqı-satqı olan tarixdən, yəni xx.xx.2021-ci ildən bilmişdir. Belə olan halda əgər doğrudan da, satışdan əldə edilmiş pula tələbi var idisə onda həmin vəsaiti iddiaçı ondan həmin andan tələb etməli idi. Lakin məlum olduğu kimi iddiaçı onun qayınatasıdır. Həmin bağ sahəsi də ona toy hədiyyəsi olaraq verilmişdir. İddiaçının qızı X2 ilə o, nikaha girən zaman iddiaçı həmin bağ sahəsini cavabdehə hədiyyə olaraq vermişdir. Artıq iddiaçının qızından boşanmaq barədə qəra r verdiyi üçün iddiaçı məhz bu addıma əl atmışdır. Təcrübədə formalaşan işgüzar adətlərdən məlumdur ki, etibarnamə əsasında daşınmaz əmlak alqı-satqısı ilə bağlı münasibətlərdə hər hansı əmlakın alqı-satqısı olan kimi vəsait əmlakın sahibinə təqdim edilməlidir. Həmin vəsaiti istəmək üçün 3 ilə yaxın müddət gözləməyə ehtiyac olmamışdır. 2021-ci ilin may ayında olmasa da, iyun və ya iyul aylarında artıq vəsaitin geri verilmədiyi iddiaçıya məlum idi. Yəni, nəzərdə tutulan vəsaiti geri almaq üçün 3 ilədək gözləmək məntiqsiz olmuş və bu iddianın məhz onun tərəfindən iddiaçının qızından boşanmaq barədə qərarını bildirdikdən sonra qaldırılması əslində iddiaçının niyyətindən xəbər vermişdir. Hətta hesab edilsə ki, belə bir hal olmuş, o zaman da artıq iddia müddəti keçmişdir. Belə ki, bütün bunları nəzərə alan qanunverici iddiaların qaldırılması üçün iddia müddəti müəyyən edib və əsas məqsəd də, məhz uzun müddət keçdikdən sonra sübutların saxlanılmaması və ya digər hallarla bağlı mübahisələrə məhkəmələr tərəf baxılıb qərar verilməsi imkanlarının məhdudlaşmasının qarşısını almaq olmuşdur. Bu halda da, yaranmış münasibətlərin üzərindən 3 ilə yaxın müddət keçməsi, tərəflər arasındakı münasibətlərin pozulması (nikahın pozulması faktı ilə əlaqədar) artıq iş üzrə lazımi halların obyektiv araşdırılmasda məhdudiyyətlər yaratmışdır ki, bu da sonra qeyriobyektiv qərar qəbul edilməsi ilə nəticələnə bilərdi.

7. Birinci instansiya məhkəməsində iddiaçı cavabdehin müddətin tətbiq edilməsi barədə ərizəsinə yazılı münasibəti məhkəməyə ünvanlayaraq bildirmişdir ki, iddia tələbinin hüquqi əsasını əsas sız varlanma yox, qanunvericiliklə nəzərdə tutulmuş əqd əsasında cavabdehin öz vəzifələrini tam səkildə və lazımınca icra etməməsi, əldə etdiyi vəsaiti iddiaçıya gaytarmaması təşkil etmişdir. Hazırkı iddia tələbindən də göründüyü kimi tərəfindən cavabdehə Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2021-ci il tarixli, 7E-4220 reyestr nömrəli etibarnamə verilmişdir. Bu etibarnamə ilə ona məxsus olan ƏMDK DƏDRX Əİ verdiyi xx.xx.2021-cı il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən ünvan ünvanda yerləşən 0,1174 ha torpaq sahəsinə dair iddiaçını bütün dövlət və qeyri-dövlət orqanlarında, təşkilatlarda, Notariat kontorlarında, Asan xidmət mərkəzində, İcra Hakimiyyətində, ƏMDK DƏDRX Əİ-də təmsil edərək bütün sənədləşmə əməliyyatlarını aparmaq, lazımi sənədlər və arayışları toplam aq, təhvil vermək, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışı, forma 2 arayışı almaq, aldıqdan sonra sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka/girov qoymaq, icarəyə vermək, pulunu almaq, buna dair müqavilələr imzalamaq, ərizə yazmaq, imza etmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etmək səlahiyyətləri tərəfindən Cavabdeh verilmişdir. Göstərilən etibarnamə əsasən 5 saylı Bakı “ASAN xidmət" mərkəzində notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, AN - İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ona məxsus olan ünvan ünvanda yerləşən 0,1174 ha torpaq sahəsi 36000 (otuz altı min) manat qarşılığında Cavabdeh tərəfindən X

1. Lakin bundan sonra cavabdeh ona məxsus olan torpaq sahəsinin satılmasına görə əldə etdiyi vəsaiti qaytarmamışdır. Göründüyü kimi, iddia tələbinin hüquqi əsasını tərəfindən birtərəfli əqd (etibarnamə) əsasında cavabdehə ötürdüyü hüquqlar nəticəsində əmələ gəlmişdir. Cavabdeh etibarnamədə göstərilən hüquqlardan istifadə edərək alqı-satqı əməliyyatını həyata keçirtmiş, lakin yekunda əldə etdiyi vəsaiti etibar edən şəxsə təqdim etməli olsa da, bu vəzifəsini həyata keçirtməmişdir. Halbuki, Mülki Məcəllənin tələblərinə əsasən birtərəfli əqd əvəzsiz qaydada bağlanır və buna görə cavabdehin ona məxsus əmlakın satışından əldə olunmuş vəsaiti özündə saxlamaq hüququ yoxdur. Cavabdehin ərizəsinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin əsassız varlanma anlayışının tələblərinin hazırkı mülki isə tətbiq etmək olmaz. İddia tələbindən və iş materiallarına əlavə olunmuş sübutlardan göründüyü kimi, tərəfindən cavabdehə notarial qaydada təsdiq edilmiş etibarnamə verilmişdir Bu etibarnamə də özlüyündə hüquqi əsas yaratmış və cavabdeh tərəfindən ona məxsus torpaq sahəsi notarial alqı-satqı yolu ilə üçüncü şəxsə satılmışdır. Cavabdehin ona qaytarmadığı pul vəsaiti ona verilmiş etibarnamə əsasında (qanuni əsas) apardığı alqı-satqı əməliyyatından əldə etdiyi pul vəsaitidir. Əgər ortada əqd varsa və mülki hüquq və vəzifələr həmin əqd əsasında tam şəkildə həyata keçirilməmişdirsə, bu zaman əsassız varlanma anlayışı öz təsirini itirir. Mülki Məcəllənin 373.2-ci maddəsində göstərilmiş müqavilə anlayış özündə birtərəfli əqdi də, hazırkı iş üzrə isə desək etibarnaməni də ehtiva edir və bu işlət üzrə iddia müddəti üç il təşkil edir. Cavabdeh tərəfindən ona alqı-satqı əməliyyatından əldə edilmiş pul vəsaitinin qaytarılması vəzifəsi əməliyyat aparılan gün, xx.xx.2021-ci il tarixdə yaranmışdır. Beləliklə də, Mülki Məcəllənin tələblərinə əsasən iddiaçının xx.xx.2024-cü il tarixədək məhkəməyə müraciət etmək hüququ olmuşdur. Hazırkı mülki iş isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə bu səbəbdən əsassız olmuşdur. O, cavabdehə torpaq sahəsini toy hədiyyəsi kimi verməmişdir. Qızı ilə cavabdeh arasında nikah xx.xx.2019-cu il tarixdə bağlanmış və mübahisə predmetini təşkil edən torpaq sahəsinə dair etibarnamə isə tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə, yə ni rəsmi nikahdan iki il sonra verilmişdir. Tarixlərə diqqət yetirdikdə birbaşa görünmüşdür ki, heç bir toy hədiyyəsindən söhbət belə gedə bilməz. Belə ki, toy hədiyyəsi ya toy qabağı, ya da toydan qısa müddət sonra verilən anlayışdır. Bundan əlavə əgər həqiqətən də cavabdehin iddia etdiyi kimi, torpaq sahəsi ona pay kimi verilmişdisə, bu zaman haqlı olaraq sual meydana çıxır ki, bəs nə üçün həmin torpaq sahəsi bağışlama müqaviləsi əsasında qayınata tərəfindən cavabdehə verilməmişdir. Göründüyü kimi, o, sadəcə cavabdehə öz əmlakına dair etibarnamə əsasında bəzi hüquqları vermiş, cavabdeh həmin hüquqlardan istifadə edərək əmlakı satmış, lakin vəzifəsini yerinə yetirməyərək satışdan əldə olunmuş pul vəsaitini iddiaçıya geri qaytarmamışdır.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10 60/2024 saylı, 20 fevral 2024cü il tarixli qətnaməsi ilə (hakim E.M.Mustafayev) iddia təmin edilmiş, xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanında yerləşən 0,1174 ha torpaq sahəsinin satışından əldə olunmuş 35254,8 manat məbləğində pul vəsaiti və məhkəməyə müraciət etmək üçün ödənilmiş 195,76 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olmuş ünvan nin satışından əldə olunmuş vəsaitin avtomobil almaq məqsədi ilə cavabdehə hədiyyə olaraq verilməsi hər hansı yazılı əqdlə rəsmiləşməmiş, belə faktın mövcudluğu cavabdehin mülahizəsindən başqa heç bir sübutla təsdiqini tap mamışdır. Əksinə iddiaçının verdiyi xx.xx.2021-ci il tarixli, 7E-4220 reyestr nömrəli etibarnamə üzrə 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanda yerləşən 0,1174 ha torpaq sahəsinin cavabdeh tərəfindən X3 36000 manatata satıldığı və əldə olunmuş vəsaitin öz mənafeyi üçün istifadə edildiyi iş üzrə tam sübuta yetirilir. Cavabdeh xx.xx.2021-ci il tarixli, 7E-4220 reyestr nömrəli etibarnamə əsasında iddiaçıya məxsus ünvan ni 36000 manata satdığını inkar etməmiş, lakin həmin sahənin ona iddiaçı tərəfindən toy hədiyyəsi kimi verildiyini, habelə satışdan əldə olunan vəsaitə avtomobil aldığını bildirmişdir. Sübutetmə yükü baxımından iddiaçıya mə xsus ünvan nin satışından əldə olunmuş vəsaitin cavabdehə toy hədiyyəsi olaraq verildiyini, bir sözlə, etirazın hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. ünvan nin satışından əldə olunmuş vəsaitin avtomobil almaq məqsədi ilə cavabdehə hədiyyə olaraq verilməsi sübut olunmamışdır.

10. Məhkəmə tərəfindən birtərəfli əqd olan xx.xx.2021-ci il tarixli, 7E-4220 reyestr nömrəli etibarnamədən irəli gələn tələblər nəzərə alındıqda isə iddia müddətinin üç il təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya alqı-satqı əməliyyatından əldə edilmiş pul vəsaitinin qaytarılması vəzifəsi əməliyyat aparılan gün, yəni xx.xx.2021-ci il tarix əsas götürüldükdə iddiaçının xx.xx.2024-cü il tarixədək məhkəməyə müraciət etmək hüququnun mövcud olduğu aydın olur. Ha zırkı mülki iş isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, cavabdehin hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassız olmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 16.1, 21, 359.1, 359.3, 362.1, 362.2, 385.1, 386.1, 442, 448.1, 777.1, 777.2 və 782.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2, 77.1, 80, 81 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikay əti onunla əsaslandırılmışdır ki, o, hər-hansı hüquqdan suiistifadə etməmişdir. İddiaçının sifarişinə əsasən ona məxsus əmlakı satmış və dəyərini tam olaraq ona ödəmişdir. Məhkəmə isə qeyd edilən normanı tətbiq etməkdə yanlışlığa yol vermişdir. O, qeyd edilən bağ sahəsinin satışını iddiaçının tələbi ilə icra etmiş və alqısatqıdan əldə etdiyi vəsait tamamilə iddiaçıya təqdim etmişdir. İddiaçı toy hədiyyəsi olaraq ona 28000 manat vəsait vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən faktları araşdırmalı olduğu halda bunu etməmişdir və nəticədə qanunvericiliyin tələblərinə zidd qətnamə qəbul etmişdir. Tərəflər olaraq onların arasında olan münasibətlər onu deməyə əsas verir ki, həmin bağ sahəsinin satışından əldə olunan vəsaitin bir hissəsi hədiyyə olaraq onlara bağışlanmı şdır. Məhkəmə isə bu halları araşdırmamış satışdan əldə olunan vəsaitin iddiaçıya təqdim edilməsi hallarına hüquqi qiymət verməmişdir. Belə olan halda məhkəmə qeyd edilən normanı tətbiq etməli idi. Lakin əfsuslar olsun ki, məhkəmə tətbiq edilməli normanı tətbiq etməmiş və qanunvericiliyin tələbinin pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Hədiyyənin bağışlanmasından 3 ildən artıq müddət keçmişdir və bu müddət ərzində iddiaçı tərəf həmin hədiyyənin bağışlanmasını bir dəfə də olsun mübahisələndirməmiş və həmin maddənin tələbinə əsasən mübahisələndirməklə bağlı müddəti də ötürmüşdür. İşdə olan sübutlar işin obyektiv araşdırılması üçün kifayət etmədiyi halda isə məhkəmə yeni sübutların təmin olunması üçün müvafiq tədbirlər görməlidir. Nəticədə yeni sübutlar əldə etdikdən sonra və bu süb utlar işin ədalətli həll olunması üçün kifayət etdiyi halda ədalətli qərar qəbul edilə bilər. Göründüyü kimi, məhkəmə sübutlara obyektiv baxmamış və nəticədə ədalətli və qanuni qətnamə qəbul etməmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3045/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər C.C.Musayeva (sədrlik edən və məruzəçi), F.F.Babayev və G.T.Axundova) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin mübahisələndirilməyən hallarından göründüyü kimi iddiaçıya məxsus bağ sahəsi tərəfindən verilmiş etibarnamə və müvafiq göstəriş əsasında cavabdehin vasitəçiliyi ilə alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Fi kir ayrılığını yaradan məsələ isə iddiaçıya məxsus əmlakın satışından əldə olunmuş pul vəsaiti ilə bağlıdır. İddiaçı cavabdeh tərəfindən tapşırığın icrası nəticəsində əldə olunanların ona verilmədiyini qeyd edir, cavabdeh isə etiraz edərək gah bağ sahəsinin, gah da qeyd olunan pul vəsaitinin bir hissəsinin ona toy hədiyyəsi olaraq verildiyini bildirir. Beləliklə hazırkı mübahisənin predmetini tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinin məzmununun qeyrimüəyyən olması ilə əlaqədardır. Nəzərə alınmalıdır ki, hər iki tərəfin iddianın və iddiaya etirazın əsası kimi istinad etdiyi hallar onların arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibərlərinin yaranmasına dəlalət edə bilər.

16. Məhkəmə sübutetmə yükünü tərəflərin arasında düzgün bölüşdürməsi məqsədilə işin hallarını hər iki qanuni əsasla yoxlanılmasını zəruri hesab etmiş və eyni zamanda qeyd etmişdir ki, iddiaçı onunla cavabdeh arasında tapşırıq müqaviləsinin bağlanması ilə yaranmış öhdəliyin cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyini, cavabdeh isə iddiaçıya məxsus bağ sahəsinin satışından aldığı pul vəsaitinin sonuncuya qaytardığını, bununla da tərəf olduğu tapşırıq müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etdiyini, əmlakın satışından əldə edilmiş pul vəsaitinin bir qisminin isə daha sonra ona toy hədiyyəsi olaraq verildiyini, yəni tərəflər arasında bağışlama müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığını sübuta yetirməlidir. Belə ki, cavabdeh pulun ona verilməsində birbaşa iddiaçının iradə ifadəsinin mövcud olduğunu göstərmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus bağ sahəsi tərəfindən verilmiş etibarnamə və müvafiq göstəriş əsasında cavabdehin vasitəçiliyi ilə alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilməsi işin mübahisələndirilməyən halıdır. Cavabdeh həmçinin əmlakın satışından əldə edilmiş pulu hədiyyəsi olduğu üçün, qaytarmadığını qeyd edir. Beləliklə iddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmaqdadır.Əksinə cavabdehin təqdim etdiyi sübutlar əsasında iddiaçı tərəfindən ona hədiyyə olaraq müvafiq məbləğdə pulun verildiyi halı öz təsdiqini tapmır. İşin araşdırılan hallarından da görünmüşdür ki, cavabdehin qeyd etdiyi tarixlərdə “Mercedes Benz-180” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil atası X4 adına alınmış, hazırda i sə sonuncu tərəfindən üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmişdir. Beləliklə iddiaçının pulunu cavabdehə bağışlamasına dair açıq iradə bəyanı işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən müəyyən olunmamışdır. Yuxarıda qeyd edilənlər də tərəflər arasında bağışlama müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmış olduğu istisna edilir.

18. Apellyasiya instansiyası məhkəməsi pulun cavabdehin mülkiyyətinə hədiyyə olaraq verilməsinə dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin onun bu halı sübuta yetirə bilmədiyini nəzərə alaraq hesab etmişdir ki, birinci instnasiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gəlməsi işdə olan sübutlara uyğun olmuşdur.

19. Məhkəmə kollegiyası həmçinin iddiaçının Mülki Məcəllənin 337.2-ci maddəsinə uyğun şəkildə üç illik müddəti ötürmə məklə məhkəməyə müraciət etdiyi barədə gəldiyi qənaətlə də razılaşmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127-ci, Mülki Məcəllənin 324.1, 324.2, 385.1, 540.2, 666.1, 777.1, 777.2, 782.1, 1091.1, 1091.2, 1092.1-ci, MPM-in 14.2, 77.1, 77.3 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil5) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti Mülki Məcəllənin 404.1, 404.2, 666.1, 668.1.3, 673.3, 673.4, 777.1, 782.1-cü, MPM-in 88, 217 və 386-cı maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, işdən göründüyü kimi tərəflər arasında müqavilə şifahi bağlanmışdır. Bu baxımdan, mübahisə həll edilərkən tərəflərin əsil iradə ifadəsi müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli idi. Məhkəmə kollegiyasının iş üzrə gəldiyi qənaət ağlabatan mühakimənin nəticəsi kimi qiymətləndirilə bilməz. İş materiallarından görünmüşdür ki, iddiaçı özü-özünü təkzib edərək müalicəsi üçün təcili pul lazım olduğuna görə torpaq sahəsini satdığını bildirsə də, müalicə üçün bir neçə dəfə Moskvaya getsə də keçən 3 ilə yaxın müddətdə pulunu niyə tələb etmədiyini əsaslandıra bilməmişdir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi bu mübahisənin bağışlama, yaxud tapşırıq müqaviləsindən yaranan öhdəlik olmasını təsdiq edəcək təkzibedilməz sübut olmamışdır. Bu halda Mülki Məcəllənin müvafiq maddələrinə və Konstitusiya Məhkəməsinin oxşar münasibətlərlə bağl ımövcud olan qərarlarına istinad etmək zəruri idi. Apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdırmamış, mübahisəyə düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli normanı tətbiq etməmiş, başqa norma tətbiq etmiş və qanunvericiliyin tələbinin pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmışdır. İş materiallarında olan sübutlardan da göründüyü kimi, tərəflər ar asında olan münasibətlər bağışlama münasibətlərindən yaranan münasibətləri olmasına baxmayaraq məhkəmə qanunu səhv təfsir etmiş və nəticədə ədalətsiz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinəvə ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

26. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun ) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədənəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 540.2. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. Məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır.

30. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onunəsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

31. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinəgötürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

32. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı form ada bağlana bilər.Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

33. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

34. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsasolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

35. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cürvarlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

36. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə si

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

48. Cavabdehin kassasiya şikayətlərinin dəlilləri iddia ərizəsinə etirazlarında və apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər, iddiaçı tərəfindən iddia müddətinin öürülməsi barədə dəlili, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmi şdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

49. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

50. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgü n tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3045/2024 nömrəli iş üzrə, 11 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar