Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3588/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 30 iyun 2020-ci il İş № 2(102)-3588/20 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayət üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Hüseynov x1 Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2019-cu il tarixli q ətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon məhkəməsinin 23 avqust 2019-cu il tarixli qiyabi qətnaməsi ilə (sədrlik edən E.Məmmədov, iş 2(012)3274/2019) iddianın təmin edilməsi, Cavabdeh 7200 manat məbləğində borcun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2019-cu tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), E.Əhmədov və Z.Məmmədov, iş № 2(105)-4258/2019) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon məhkəməsinin 23 avqust 2019-cu il tarixli qiyabi qətna məsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab e tmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənl əşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında 2016-cı ildə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsini və içərisində olan fərdi evi Cavabdeh 72500 manata almaq məqsədilə sonuncuya sənədlərin hazırlanması üçün 7500 manat beh pul vermiş, sonradan tərəflər arasında sənədin hazırlanması ilə bağlı müddət uzandığından razılaşma pozulmuş və iddiaçı bu səbəbdən cavabdehdən verdiyi 7500 manat pulun qay tarılması tələbi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin edilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60 maddələrinin İ hissəsini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1-ci maddəsini tətbiq etmişdir. İş üzrə Abşeron rayon x2 Şöbəsinin 23 mart 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı 2016-cı ildə 0,035 ha torpaq sahəsini və içərisində olan evini satan zaman tanımışdır. 14.03.2019-cu il tarixdə İddiaçı onun barədə etdiyi şikayətlə tanış olmuşdur. 2016-cı ildə o, İddiaçı əvvəlcə Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən evində 2000 manat, daha sonra isə həmin evdə hissə-hissə 5000 ma nat, yəni ümumilikdə təklikdə İddiaçı 7000 manat pul almışdır. O, İddiaçı həmin pulu alanda torpağın 0,01 ha sahəsinin sənədinin olduğunu demiş, qalan hissəsinin isə sənədin olmadığını bildirmişdir. Onlar qalan torpaq sahəsinin sənədinin hazırlanması üçün Novxanı Bələdiyyəsində işləyən İslam adlı şəxsin yanına getmişlər. İslam onlara hərracla torpağı alıb, sənədləşdirmək mümkün olduğunu bildirmişdir. Bundan sonra o, 13.08.2016-cı il tarixdə əlavə xərclər çıxmaması üçün İddiaçı adına 0.01 ha torpaq sahəsini alqısatqı müqaviləsi bağlayıb, etibarnamə ilə vermişdir. O, torpağın qalan hissəsinin sənədini hazırlamaq üçün sənədin əslini özündə saxlayıb, hərraca təqdim etmək qərarına gəlmişdir. Bundan 4-5 ay sonra o, İddiaçı qalan pulu istəmiş, İddiaçı isə ona pulunun tam olmadığını demişdir. Sonr adan sənədin hazırlanması ilə bağlı müddətin uzandığını Azərə bildirdikdə, sonuncu onun torpağını almaqdan imtina etmiş və ondan 7000 manat pulunu tələb etməyə başlamışdır. O da öz növbəsində İddiaçı evini başqa şəxsə satdıqdan sonra 7000 manat pulunu qaytaracağını bildirmişdir. Hal-hazıradək o, evini sata bilməmişdir. Ö, sözügedən evi satan kimi İddiaçı 7000 manat pulu qaytaracağına söz vermişdir. Əgər ev gec satılarsa, həmin puldan hər ay İddiaçı 300 manat pul qaytaracağına söz vermişdir. Apelyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçı qarşısından 7200 manat həddində icra edilməyən öhdəliyi vardır, cavabdeh həmin öhdəliyi icra etməmiş və iddiaçı haqlı olaraq həmin məbləğin geri qaytarılması tələb edir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin mə zmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh tərəfind ən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2019-cu tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3588/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3588/2020
30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver