Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3591/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər Cavabdeh2,, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3591/2023 (Açar sözlər: hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi) Bakı şəhəri 22 noyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər Cavabdeh2 ASC-yə, şöbəsinə, "xxxx" MMC-yə və Cavabdeh1 qarşı “hərracın nəticələri haqqında y ekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2831/2023 nömrəli, 1 may 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2 ASC ilə Cavabdeh1 Qədim oğlu arasında 1 oktyabr 2015-ci il tarixdə girovlu istehlak krediti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1a istehlak məqsədi ilə 60 ay müddətinə illik 26 faiz hesablanmaqla 50.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36Z ünvanda yerləşən 64.9 kv.metr yaşayış sahəsi, 68.5 kv. metr yardımçı sahəsi, 133.4 kv.metr ümumi sahədən ibarət olan 5 otaqlı fərdi yaşayış evi ipotekaya qoyulmuş və bu məqsədlə Cavabdeh1 ilə 1 oktyabr 2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6 sentyabr 2017-ci il tarixli, 2(011)4296/2017 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli, 2(103)-1416/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6 sentyabr 2017-ci il tarixli 2(011)-4296/2017 saylı qətnaməsi iddia tələbinin təmin edilən-əmlak satıldıqdan sonr a həmin mənzildə yaşayan Cavabdeh1 ailə üzvlərinin bir aydan gec olmayaraq mənzildən qeydiyyatdan çıxarılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, ipoteka predmeti xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36Z ünvanda yerləşən 64.9 kv.metr yaşayış sahəsi, 68.5 kv.metr yardımçı sahəsi, 133.4 kv.metr ümumi sahədən ibarət olan 5 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti hissəsində dəyişdirilərək, 85.000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli, 2(103)-1416/2018 saylı qətnaməsi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xə tai rayon İcra və Probasiya şöbəsinin 17/743148/20 saylı, 8 oktyabr 2020-ci il tarixli məktubla "xxxx" MMC-yə müraciət olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli 2(103)1416/2018 saylı icra vərəqəsinin icrasının təmin edilməsi adı altında Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36Z ünvanda yerləşən 64.9 kv.metr yaşayış sahəsi, 68.5 kv.metr yardımçı sahəsi, 133.4 kv.metr ümumi sahədən ibarət olan 5 otaqlı fərdi yaşayış evinin 85.000 manat məbləğində hərrac vasitəsilə satılmasına sifariş verilmişdir. 5. 12 oktyabr 2020-ci il tarixli hərracın keçirilməsi haqqında bildirişin surətindən görünür ki, hərracın keçirilməsi ilə bağlı məlumat həm Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36/21 ünvanına, həm də ünvan 1r. Ey ni zamanda hərrracın keçirilməsi ilə bağlı elan “Atribut” qəzetində də dərc olunmuşdur.
6. Hərrac təşkilatı "xxxx" MMC-nin hərracın nəticələri haqqında 40/01 saylı, 18 noyabr 2020-ci il tarixli protokoluna əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36Z ünvanda yerləşən fərdi yaşayış evini alıcı Cavabdeh2 ASC 54/187?5 manat almış və bu barədə protokol imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh2 ASC-yə, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə, "xxxx" MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus olan Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36Z ünv anda yerləşən 64.9 kv.metr yaşayış sahəsi, 68.5 kv.metr yardımçı sahəsi, 133.4 kv.metr ümumi sahədən ibarət olan 5 otaqlı fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair hərrac təşkilatı "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekunları barədə 18 noyabr 2020-ci il tarixli, 40/01 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36Z ünvanda yerləşən 64.9 kv.metr yaşayış sahəsi, 68.5 kv.metr yardımçı sahəsi, 133.4 kv.metr ümumi sahədən ibarət olan 5 otaqlı fərdi yaşayış evində qeydiyyatda olmaqla uzun illərdir ki, həmin evdə yaşayırlar, lakin buna baxmayaraq ev ipoteka ilə yüklü edilərkən və hərracda satılarkən iddiaçıların razılığı alınmamış dır.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 9 fevral 2023-cü il tarixli, e-2(011)-422/2022 nömrəli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 – “onlara məxsus olan Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36Z ünvanda yerləşən 64.9 kv.metr yaşayış sahəsi, 68.5 kv.metr yardımçı sahəsi, 133.4 kv.metr ümumi sahədən ibarət olan 5 otaqlı fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair hərrac təşkilatı "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekunları barədə 18 noyabr 2020-ci il tarixli, 40/01 saylı protokolun etibarsız hesab edilməsi” barədə iddia tələbi rədd edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar iddia tələbinin əsası kimi onlara aid olmayan öhdəliyə görə onların daimi yaşadıqları fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə, mənzilinin ipoteka ilə yüklü edilməsindən və hərracda satılmasından onların xəbərinin olmamasına istinad etmiş və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsini tələb etmişlər. Lakin iddiaçılar iddiasının əsasını təşkil edən halları məhkəmə iclasında sübuta yetirə bilməmişlər.
11. Məhkəmə araşdırması zamanı iddiaçılar Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36/21 saylı ünvanla ünvan 2 ilə bağlı məlumatı, buna dəlalət edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər, məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Belə olan halda, iddiaçıların Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, ev 36Z ünvanına aidiyyətini aşkar etmək mümkün olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, onların bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 158.3, 178.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.4, 11.1, 15.1, 41.1, 42.8-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək birincin instansiya məhkəməsinin 9 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1; Mülki Prosessual Məcəlləsinin 360, 384.0.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, onlar ipoteka predmeti olan xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 3 ünvanda yerləşən 64.9 kv.metr yaşayış sahəsi, 68.5 kv.metr yardımçı sahəsi, 133.4 kv.m ümumi sahədən ibarət olan 5 otaqlı fərdi yaşayış evində qeydiyyatda olmaqla uzun müddətdir ki, həmin evdə yaşayırlar, lakin buna baxmayaraq, həmin ev ipoteka ilə yüklü edilərkən onların razılığı alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli, 2(103)-1416/2018 saylı qətnaməsi icraya yönəldildikdən sonra onlara məxsus olan fərdi yaşayış evinin hərracdan satılmasına dair onlara heç bir məlumat verilməmişdir. Bununla da "xxxx" MMC tərəfindən onlara məxsus olan fərdi yaşayış evinin hərraca çıxarılması, hərracda satılması qaydaları, hərracın keçirilməsində mülkiyyətçinin hüquqlarını müəyyən edən qanun və normalar kobud şəkildə pozulmuş, onlarən mülkiyyətlərinə əsa slı surətdə qəsd edilmiş, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqları pozulmuşdur. Hərracın bu qaydada iştirakları və razılıqları olmadan keçirilməsinin nəticəsi olaraq onlar ciddi surətdə maddi və mənəvi sıxıntıya salınmışlar. Göründüyü kimi, əmlak üzrə aparılan hərrac tam qanunsuz və əsassız aparılmışdır. 66 saylı MKİS-nin 10. 2.2023-cü il tarixli, 533 saylı arayışından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36/21 ünvanda qeydiyyatdadır. ünvan 4 çıxarışa əsasən Bakı şəhəri, ünvan 5 ünvanda cəmi bir ev olduğunu və həmin evin ünvanının əvvəllər ünvan 6akı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36Z olduğu məhkəmənin diqqətinə çatdırmış və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmək üçün vaxt istənilsə də, işə baxan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən sübutu məhkəməyə təqdim edilməsinə şərait yaratmaq əvəzinə, tez-tələsik guya iddiaçıların bu iddianı qaldırmağa subyektiv hüquqlarının olmamasını əsas gətirməklə iddia tələbləri rədd etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2831/2023 nömrəli, 1 may 2023-cü il tarixli qətnaməsi ilə (Fuad Talışinski – sədrlik edən və məruzəçi, Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsas landırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir.
17. Kollegiya qeyd etmişdir ki, ipoteka predmeti olan evdə yaşayışın olması mülkiyyətçi ilə olan mülki münasibətlərdir və cavabdehlərin vəzifələrin əhatə etmir. Ümumiyyətlə, iddiaçı iddia tələbi üzrə hər bir cavabdehə qarşı yönələn tələbin nədən ibarət olması və onlara münasibətdə mülki hüquq pozuntusunun nədən ibarət olduğunu əks etdirməmişdir. Məhkəmə qərarlarının icrası məcburiliyi və sui-istifadənin yolverilməzliyi üzrə yüksək qanunvericiliyin göstərişləri iddiaçının, mə suliyyət həddindən kənar səbəblərdən öncə, öz ehtimal edilən hüquqlarına müvafiq cavabdehlərdən - kim tərəfindən vəzifələrinin vicdanla yerinə yetirilməməsini sübut etməli, onun hansı hüquqlarının pozulmasını təsbit etməlidir. Ünvanlara məlumat verilməsi öz təsdiqini tapsa da, qanunvericilik hərracın keçirilməsi barədə yaşayış sahəsindən istifadə hüququ olan və ya mənzilə qeydiyyatı olan şəxslərin hərracın keçirilməsi barədə məlumatlandırmanı nəzərdə tutmamışdır.
18. Beləliklə, iddiaçılar, ümumiyyətlə, öz ehtimal etdikləri hansı hüquqlarının müdafiəsi üçün hər bir cavabdehə yönələn tələbin nədən ibarət olmasını və mahiyyəti üzrə hərracın keçirilməsində onlara münasibətdə qanunvericilik tələblərinə müvafiq pozuntunun baş verdiyini sübut etmədiyindən, kollegiya hesab etmişdir ki, apellyasiya şikayəti, ümumiyyətlə, iddia əsassızdır və hüquqlardan sui-istifadəyə xidmət edir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsini xahiş etmişdirlər.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən iddiaçılara məxsus olan fərdi yaşayış evinin hərraca çıxarılması, hərracda satılması qaydaları, hərracın keçirilməsində mülkiyyətçinin hüquqlarını müəyyən edən qanun və normalar kobud şəkildə pozulmuş, iddiaçıların mülkiyyətində əsaslı surə tdə qəsd edilmiş, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqları pozulmuşdur. Hərracın bu qaydada iştirakıları və razılıqları olmadan keçirilməsinin nəticəsi olaraq iddiaçılar ciddi surətdə maddi və mənəvi sıxıntıya salınmışdırlar. Göründüyü kimi, əmlak üzrə aparılan hərrac tam qanunsuz və əsassız aparılmışdır.
21. Birinci instansiya məhkəməsi kimi apellyasiya instansiya məhkəməsi də hazırki işə baxarkən işin qeyd edilən hallarını nəzərə almamış, işin həqiqi və hüquqi hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Qətnamə əsaslandırılmamış və bu qətnamədə iddia tələbinin əsaslandığı dəlillərə cavab verilməmişdir. Bununla da Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Ka ssasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun.
25. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanun
26. Maddə 10.4. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka m üqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
27. Maddə 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
28. Maddə 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir.
29. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
30. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Azərbaycan Res publikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhk əməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 may 2023-cü il tarixli 2(103)2831/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qəra