Məhkəmə qərarları › İş №2(102)-3591/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3591/2024

21.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3591/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin ədalətli kompensasiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 2(103)-3572/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati bina sında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. X4 və X6 arasında bağlanmış nikaha 25 dekabr 1985-ci il tarixdə xitam verilmişdir.

2. X3 mexanik işlədiyi “Xəzərneftsosialtikinti "Tresti tərəfindən 11 iyun 1990-cı ildə Bakı şəhəri, ünvan 1 ünvanda binada 2 nəfər ailə üzvünə yaşayış sahəsi 34.6 kv metr olan otağı daimi yaşamaq üçün verilmişdir.

3. X4 18 may 1993-cü il tarixdə vəfat etmişdir, İddiaçı2 onun keçmiş arvadı, digər İddiaçı1 isə onların oğludur. 4. 141 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən vəkil bürosuna ünvanlanmış 5 iyul 2021-ci il tarixli məktubda sorğuya cavab olaraq qeyd olunmuşdur ki, Ş.Mirzəyev küçəsi ev 95, mənzil 5-6 (keçmiş Çernişevski küçəsi 95, mənzil 5-6) ünvanında qeydiyyatda olmuş X4 XDNST Trestindən verilmiş orderə əsasən 2 nəfər ailə üzvü ilə (özü və qızı) mənzilin sahibi olub. 12 fevral 1991-ci il tarixdən qeydiyyatda olmuşdur. 18 may 1993-cü il tarixdə rəhmətə getmişdir. Həmin ünvanda oğlu İddiaçı1 1 oktyabr 1997-ci ildən qeydiyyatdadır. Əlavə olaraq 1993-cü ildə Füzuli rayonundan qaçqın düşmüş İbrahimov Xalidə 5 nəfər ailə üzvləri ilə birlikdə həmin mənzildə məskunlaşmışdır. Bina Cavabdeh MTK tərəfindən 2016-cı il tarixdən sökülmüşdür.

5. Bakı şəhəri 31 saylı Notariat ofisinin xüsusi notariusu X16 tərəfindən ƏMDX yanında DƏDRX-in 1 saylı Ərazi idarəsinə ünvanlanmış 14 iyul 2021-ci il tarixli 450 saylı məktubunda göstərilmişdir ki, 18 may 1993-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Ş. Mirzəyev küçəsi, ev 95, m. 5-6-ya dair vərəsə İddiaçı1 ərizəsi qəbul edilmi ş və vərəsə kimi tanınmışdır.

6. Cavabdeh MMC və İddiaçı1 arasında bağlanmış 17 may 2016-cı il tarixli razılaşmaya əsasən Şirkət Nizami Rayon İcra Hakimiyyətinin 26 aprel 2016-ci il tarixli, 47 saylı sərəncamına əsasən Bakı şəhəri, ünvan 2 ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən sakinin müvəqqəti yerləşdirilməsi üçün Sakinə mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 (üç yüz) manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada sakinin hal-hazırda yaşadığı otaqlı mənzilin yeni otaqlı təmirli və tam kommunal şəraitli mənzil ilə əvəzləşdirilməsini etməlidi.

7. Azərbaycan Respublikası Füzuli rayonu İcra Hakimiyyəti Başçısının Horadiz şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 1040 nömrəli arayışda g östərilmişdir ki, X7 daimi qeydiyyatda olduğu Horadiz şəhər, Azadlıq küçəsi ev 34 ünvanında yerləşən fərdi yaşayış evi 2014-cü il tarixdə Dövlət tərəfindən tam bərpa olunmuşdur. Onunla birlikdə oğlu X14, oğlu X18 qeydiyyatdadırlar.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2563/2021 nömrəli 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, X5 cavabdehlər "xxxx"MMC və X10 qarşı mənzilin və sənədlərinin təhvil verilməsi, müqavilənin etibarsızlığı tələbinə dair iddiası rədd edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-541/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2563/2021 saylı 12 avqust 2021-ci il tarixli qətnaməsi onun apellyasi ya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, iddiaçı tərəfə onlara məxsus mənzilin cavabdeh MMC tərəfindən sökülməsi-törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin (həm pul kompensasiyası verilməsi və yaxud da naturada, yəni 34,6 kv.m mənzilə 20 faiz əlavə etməklə tam təmirli yeni mənzil sahəsi ilə təmin edilməsi ilə bağlı) ödənilməsi barədə iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 80.000 manat maddi ziyan, 1.000 manat mənəvi, tərəfindən ödənilmiş 330 manat dövlət rüsumu, vəkilə ödənilmiş 510 manat, 81.830 pulun onlara təhvil ve rilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mərhum X3 mexanik işlədiyi “Xəzərneftsosialtikinti” Tresti tərəfindən xx.xx.1990-cı il tarixli order əsasında Bakı şəhəri, ünvan 1 ünvanda binada 2 nəfər ailə üzvünə yaşayış sahəsi 34.6 kv metr olan otağı daimi yaşamaq üçün verilmişdir. X4 09 iyun 1993-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra mənzildə ailə üzvüləri kimi özləri yaşamışdır. Bütün kommunal xərcləri ödəmişlər. Cavabdeh şirkət Nizami rayon İcra hakimiyyətinin xx.xx.2016-cı il tarixli 47 saylı sərəncamına əsasən Bakı şəhəri, ünvan 3 ünvanda yeni bunanın tikintisi ilə bağlı sökülən binadan köçürülməyi ilə bağlı xx.xx.2016-cı ildə “Razılaşma” müqaviləsi bağlamışlar.xx.xx.2016-cı ildə bağlanmış “Razılaşma" müqaviləsinin 1-ci bən dinə əsasən cavabdeh “İnteks" MMC tikiləcək yeni binada Sakinin yaşadığı 2 otaqlı mənzilin yeni - 2 otaqlı təmirili və tam kommunal şəraitli mənzil ilə əvəzləşdirilməsini təmin edir. Həmin müqavilənin 6-cı bəndinə əsasən tikinti işləri “30" may 2016-cı il tarixdən başlanır və 24 ay ərzində yekunlaşdırılır. Bakı şəhəri, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin tərəfındın verilmiş yaşayış sahəsinə dair yazılı-mənzil qeydiyyat məlumatdan görünür ki, İddiaçı1 Çernişevski küçəsi 95 saylı evin 5-6 mənzilləri, ümumi sahəsi 34.6 kv metr sahəsinə 1.10.1997-ci ildən qeydiyyatdadır və yaşayır. Mənzlinin tikintisi başa çatmış, ona yeni tikilmiş hündür mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən 294 saylı mənzili göstərərək sökülmüş 5-6 saylı mənzillərinin əvəzində verildiyini bildirmişlər. Lakin, oğlu ilə müqavilə bağlamış Ceyhun Əliyev adlı şəxs bunun əvəzində ona 20.000 manat rüşvət verilməli olduğunu bildirmişdir. Bu pulu verməsə, mənzilləri qaynı arvadı X8 veriləcəyini bildirmişdir. Onun bu hərəkətlərindən “İnteks" MMC-nin rəhbəri kimi özünü təqdim edən Əhəd adlı şəxsə şikayət etməyinə baxmayaraq onun bu tələbinə haqq qazandırmışlar. Bir neçə gündən sonra mənzlinə təmirin edilməsi vəziyətinə baxmaq üçün gələndə mənzilin açarlarının dəyişdirildiyini və bağlı olduğunu görmüşdür. Cavabdeh MMC-nin rəhbərinə şikayət etmək üçün mərkəzi aparata getmişdir. Lakin, onu heç kim qəbul etməmişdir. Artıq hüquqlarının pozulmasını görüb dərhal Bakı şəhəri Nərimanov rayon məhkəməsində iddia qaldıraraq Cavabdeh MMC-nin adından X15 ilə X11 arasında bağlanmış 08 iyun 2016-cı i ldə müqavilənin (məcburi köçkünlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri) etibarsız hesab olunması, Cavabdeh MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 2458-ci məhəllədə yerləşən hündür mərtəbəli binanın 16-cı mərtəbəsində olan 294 saylı mənzilini və sənədlərinin təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd olundu. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır. Lakin, həmin qətnamədə pozulmuş hüquqlarının əvəzində zərərə görə təzminat alınması hüququnun olması barədə xüsusi bənddə göstərilmişdir. Cavabdehin qəsdən etdiyi təqsirli hərəkətləri üzündən Bakı şəhərinin ən bahalı yerində—Bakı şəhəri, ünvan 1 ünvanda binada 2 nəfər ailə üzvünə yaşayış sahəsi 34.6 kv metr olan otaqlı mənzilindən məhrum edilmişdir. Həmin ərazidə 2 otaqlı mənzilin dəyəri təxminən 80.000 manatdır. Həmin dəyərdə əmlakından məhrum edilmişdir. Bu məbləğ cavabdehdən alınaraq ona verilməlidir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5977-9/6168 nömrəli rəyə əsasən Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsi 2458-ci məhəllədə yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində olan 294 nömrəli mənzilin qapısı bağlı olduğundan, həmin mənzilin bazar dəyərini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsi 2458-ci məhəllədə yerləşən hündürmərtəbəli binan ın 16-cı mərtəbəsndə olan 294 nömrəli mənzili yaxın ərazilərdə analoji tam təmirli mənzillərin 1 kv.m. hazırki orta bazar qiymətlərinə uyğun dəyəri nəzərə almaqla, 34.6 kv.m olan mənzilin ümumi dəyəri təqribən 76812,0 manat və 34.6 kv.m mənzilə 20% əlavə olunmaqla, yəni ümumi sahəsi 41.5 kv.m. olan mənzilin ümumi dəyəri təqribən 92130,0 manat məbləğində müəyyən edilir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2(005)33/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən 80.000 (səksən min) manat, mənəvi ziyanın əvəzi kimi 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumu kimi 330 (üç yüz otuz) manat tutularaq İddiaçı1 xeyrinə ödənilməsi, Cavabdeh MMC-dən 100 (yüz) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Naz irliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Səbinə Nuriyeva)

14. Məhkəmə hesab etmişdir ki, İddiaçı1 mülkiyyəti kimi qeyd olunan Bakı şəhəri, ünvan 4 ünvanda 5/6 saylı 34.6 kv.m mənzilin yerləşdiyi bina sökülmüş, onun əvəzinə yeni çoxmərtəbəli bina tikilmişdir. Bununla belə, cavabdeh tərəfindən iddiaçıya sökülmüş mənzilin əvəzi kimi kompensasiya məbləği, habelə mənzil verilməmişdir. Nəticədə İddiaçı1 öz əmlakından məhrum olmaqla, ona maddi zərər dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli 3-1616/2-10/5977-9/6168 №-li rəyinə əsasən, Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsi 2458-ci məhəllədə yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsndə olan 294 nömrəli mənzili yaxın ərazilərdə analoji tam təmirli mənzillərin 1 kv.m hazırki orta bazar qiymətlərinə uyğun dəyəri nəzərə almaqla, 34.6 m2 mənzilə 20% əlavə olunmaqla, yəni ümumi sahəsi 41.5 kv.m. olan mənzilin ümumi dəyəri təqribən 92130,0 manat məbləğində müəyyən edilməsinə baxmayarag, iddiaçı 80.000 (səksən min) manat miqdarda pulun tutulması barədə iddia tələbi irəli sürdüyündən, məhkəmə irəli sürülmüş iddia tələbi həddində məsələyə qiymət verməlidir.

15. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkət və hərəkətsizliyini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını, cavabdehin əmlak vəziyyətini, habelə işin sair diqqətəlaiq hallarını nəzərə alaraq, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat pulun tu tulması ağlabatan və ədalətli hesab etmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 560.1, 560.2, 1096.1, 1097.1, 1163, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 115, 124.3-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23- cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən İddiaçı2 və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

18. İddiaçı2 apellyasiya şikayətində qətna mənin təmin olunmamış hissədə ləğv edilərək, tam həcmdə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin əsasları iddia ərizəsi ilə eynilik təşkil etmişdir.

19. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işə əlavə edilmiş sübutları, sənədləri tam və hərtərəfli araşdırmadan iş üçün əhəmiyyətli digər halları müəyyən etmədən əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Sadıqov Vahid (sədrlik edən və məruzəçi), İsgəndərov Akif və Rüstəmli Məhəmməd) 25 iyun 2024cü il tarixli 2(103)-3572/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bak ı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-33/2024 nömrəli iş üzrə 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, X3 mexanik işlədiyi “Xəzərneftsosialtikinti "Tresti tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli orderə əsasən Bakı şəhəri, ünvan 1 ünvanda binada 2 nəfər ailə üzvünə yaşayış sahəsi 34.6 kv metr olan otağı daimi yaşamaq üçün verilmişdir.

22. X4 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir, İddiaçı2 onun keçmiş arvadı, digər İddiaçı1 isə onların oğludur. X4 və X6 arasında bağlanmış nikaha 25 dekabr 1985-ci il tarixdə xitam verilmişdir. Sökülmüş ev (Bakı şəhəri, Nizami rayonu, Ş. Mirzəyev küçəsi, ev 95, m. 5-6) vərəsəlik hüququna əsasən İddiaçı1 mə xsus olmuşdur.

23. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-541/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə işin mübahisəsiz halları kimi müəyyən olunmuşdur: - Bakı şəhəri, ünvan 4 ünvanda 5/6 saylı 34.6 kv.m mənzil İddiaçı1 məxsus olmuşdur; - Cavabdeh MMC tərəfindən həmin ünvanda yerləşən bina sökülərək yerində yeni çoxmənzilli bina inşa edilmişdir. -həmin evdə müvəqqəti olaraq məcburi köçkün kimi X.İbrahimova yaşayır; - Yeni mənzilin verilməsi ilə bağlı iddiaçı tərəf ilə cavabdeh MMC arasında danışıqlar aparılmışdır; - İddiaçı ilə MMC arasında iddiaçıya məxsus mənzilin sökülməsi ilə əlaqədar aylıq 300 manat məbləğində kirayə haqqının X.İbrahimovaya təhvil verilməsi barədə razılıq əldə olunuşdur; - İlkin mərhələdə mənzil və açarları iddiaçı tə rəfə təhvil verilmişdir. -İddiaçı tərəfin dəfələrlə ona ayrılmış binanın 16-cı mərtəbəsindəki 294 saylı mənzilə baxması; - Sonuncu dəfə mənzilə baxarkən açarların dəyişdirilməsinin müəyyən edilməsi; - Bununla bağlı cavabdehlə danışıqlar aparılarkən mənzilin ona verilməsi üçün ondan 20000 manat tələb edilmişdir; - Cavabdeh MMC ilə X.İbrahimovanın arasında xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır; - X.İbrahimova ilə müqavilə bağlanmasına baxmayaraq ona da mənzil verilməmişdir.

24. Qətnaməyə əsasən iddiaçı tərəfə onlara məxsus mənzilin Cavabdeh MMC tərəfindən sökülməsi - törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin (həm pul kompensasiyası verilməsi və yaxud da naturada, yəni 34,6 kv.m mənzilə 20 faiz əlavə etməklə tam təmirli yeni mənzil sahəsi ilə təmin edilmə si ilə bağlı) ödənilməsi barədə iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

25. Göründüyü kimi, qüvvədə olan qətnamə ilə sökülmüş mənzilin İddiaçı1 məxsus olması müəyyən edilmişdir.

26. Beləliklə, İddiaçı1 vərəsəlik hüququ əsasında məxsus olan ev cavabdeh tərəfindən sökülmüş, lakin sonuncuya sökülmüş mənzilin əvəzi kimi kompensasiya məbləği, habelə mənzil verilməmişdir.

27. Buna görə də İddiaçı1 hazırki iddianı qaldırmaqda haqlı olmuşdur.

28. Mənzilin dəyəri ilə bağlı isə məhkəmə haqlı olaraq iddia tələbi həcmində 80000 manat məbləğində pulun tutulması qənaətinə gəlmişdir.

29. Hazırki iş üzrə İddiaçı2 da iddiaçı qismində çıxış edərək, tələb edilən pul məbləğinin İddiaçı1 ilə bərabər ona münasibətdə də tutulmasını tələb etsə də, işin müəyyən edilmiş hal larına görə sonuncu ilə mərhum X4 ilə arasında bağlanmış nikah xx.xx.1985-ci il tarixdə pozulmuşdur və sökülmüş ev vərəsəlik hüququna əsasən İddiaçı1 məxsus olmuşdur. Məhkəmə də haqlı olaraq göstərmişdir ki, İddiaçı2 hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamışdır və bu səbəbdən iddia ona dair hissədə (pul məbləğinin digər iddiaçı ilə yanaşı ona verilməsi) təmin edilə bilməz.

30. İddiaçı2 iddianın mənəvi zərər hissədə tam təmin olunmalı olması barədə apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, əvvəla mənəvi zərər hissəsində məhkəmənin gəldiyi nəticə ədalətli və ağlabatandır. Digər tərəfdən isə İddiaçı2 hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ olmadığı kimi, qətnamə ilə iddianın təmin olunmayan hissəsini mübahisələndirmək hüquq u da yoxdur.

31. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinə və MPM-nin 14.2, 77.1, 82.3cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli,2(103)-3572/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, İddiaçı1 iddia tələbi üzrə onun xeyrinə qəbul edilən Cavabdehndən 80.000 (səksən min)manat, mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumu kimi 330 (üç yüz otuz) manat tutularaq İddiaçı1 ödənilməsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya ş ikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 münasibətdə iddia tələbinin təmin edilməsinin qüvvədə saxlanılması qənaətinə gələrkən nəzərə almır ki, məhkəmənin istinad etdiyi bu mövqe Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022ci il tarixli, 2(103)-541/2022 saylı qətnaməsində şirkətə qarşı qərəzli mövqedə olan X12 şahid ifadəsinə istinad olunan əsassız ifadələr isə İddiaçı1 münasibətdə yox, iddiası təmin edilməyən İddiaçı2 münasibətdə şahid kimi ifadə veribdir. Belə olan halda isə İddiaçı1 hansı mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərdən söhbət gedə bilər?- Təbii ki, burada heç bir mülki hüquq pozuntusundan söhbət gedə bilməz. -İş materialları ilə və Cavabdeh MMC ilə X11 arasında bağlanan 08 iyun 2016-cı il tarixli müqavilə ilə tam təsdiq olunur ki, məhkəmənin təmin etdiyi id diaçının iddia tələbi tamamilə haqsız tələbdir, həmin müqavilədən irəli gələn mübahisə ilk öncə hazırki iddiaçılar tərəfindən mübahisələndirilib və apellyasiya instansiya məhkəməsinin son qətnaməsi ilə qüvvədə saxlanılıb. İddiaçı tərəf də həmin qətnamə ilə razılaşaraq ondan kassasiya şikayəti verməyib. Lakin birinci insatansiya məhkəməsi iş üzrə mötəbər sübut olan həmin sübutlara düzgün qiymət verməyib iddiaçının dediklərini əsas sübut kimi qəbul etmişdir. Onu da qeyd edirlər ki, BakıApellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli, 2(103)-541/2022 saylı qətnaməsində şirkətə (cavabdehə) qarşı qərəzli mövqedə olan X12 şahid ifadəsinə istinad olunan əsassız ifadələr iddia icraatında baxılan işdə hüquqi fakt kimi qəbul edilə bilməz, həmin iş üzrə işə baxan məhkəmə iddia tələbindən kən ara çıxan hərəkətlərə yol vermişdir, əgər verilən ifadələr həqiqət olsaydı həmin iş üzrə iddiaçıların tələbləri təmin edilmiş olardı. Qanunun mənasından açıq-aydın görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı1 qarşı heç bir mülki hüquq pozuntusu tərədilməyibdir, ona zərər vurulmayıbdır. Lakin bu zaman məhkəmə Mülki Məcəllənin normasına istinad edərək iddiaçıya vurulmayan və məhkəmədə də sübuta yetirilməyən vurulmuş zərərin ödənilməsi hüququnun bərpa edilməsini təmin etməklə yalnış nəticəyə gəlmişdir. Hazırki iş üzrə iddianın mübahisəli mənzilə mülkiyyət hüququnun olmasını və ya həmin sökülməmişdən qabaq vərəsəlik qaydasında onlara məxsus olması əsası iddiaçı tərəfindən sübut edilməli idi. Daha dəqiq desək məsələnin hüquqi əsası sübut edilməmişdir. Bundan əlavə iddiaçının əmisi və əmisinin arvadı X7 ailə üzvləri mübahisəli mənzildə yaşamış, mənzil sökülən vaxtda da Xalidə İbrahimova ilə müqavilə bağlanmış iddiaçı özü də bundan xəbərdar olmasını və müqavilənin etibarsızlığına dair qaldırdığı iddia tələbində də etiraf etmişdir ki, qaynı arvadı Xalidə İbrahimova ilə müqavilə bağlanmasına özü razılıq veribdir. Bütün bu hallar isə ona dələlət edir ki, hazırki iş üzrə Cavabdeh MMC tərəfindən Azərbaycan RespublikasıMülki Məcəlləsinin 1096.1, 1097.1- ci maddələrinin tələbləri pozulmayıb, iddiaçıya hər hansı zərər vurmayıb. Əgər iddiaçının mənzil tələbi olmuş olsaydı belə o bu tələbi öz əmisinin arvadı X.İbrahimoaya qarşı qaldırmalıydı. Baxmayaraq ki, işə baxan məhkəmə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşıb İddiaçı2 iddia ərizəsində qeyd etdiyi keçmiş əri X4 ilə nikahl arının həmin şəxs ölməmişdən 8 il əvvəl pozulmasını qəbul edib. Onların biri-birlərinə vərəsə ola bilməməsi faktını qəbul edir, digər tərəfdən İddiaçı1 mərhum X2 vərəsəsi olmasını təsdiq edən heç bir hüquqi sənəd olamamasına baxmayaraq (vərəsəlik hüququ haqqında şəhadətnamə) baxmayaraq onu vərəsə kimi qəbul edir. Hazırki işdə isə işə baxan apellyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd etdikləri və apellyasiya şikayətində ətraflı qeyd etdikləri dəlillərinə uyğun olmayan qətnamə qəbul etməklə, cavabdehi əlverişsiz vəziyyətə salıb, ikinci tərəfdən isə iddiaçı tərəfi əsassız varlandırır.

34. İddiaçı iddia tələbində və apellyasiya şikayətində pul tələb edir. Apellyasiya instansiya məhkəməsi də rayon məhkəməsinin mövqeyi ilə razılaşır, qətnaməni dəyişdirmədən qüvvədə saxlanmasını qət edi r, lakin apellyasiya şikayəti verən tərəfin (Cavabdeh MMC-nin) işdə üzrlü səbəbdən iştirak edə bilməyəcəyi və buna görə də işin təxirə salınması barədə ərizəsini nəzərə almadan işə baxıb tərəflərin bərabərlik hüququnu pozmaqla, hüquqi müdafiə olunmaq üçün tərəflərin çəkişmə prinsipi hüququnu pozub. Bu da Mülki-Prosessual Məcəllənin 9-cu maddəsinin tələblərinin pozulmasına gətirib çıxarır. Qeyd edirlər ki, apellyasiya şikayəti verən tərəfin (Cavabdeh MMC-nin) işdə üzrlü səbəbdən iştirak edə bilməyəcəyi və buna görə də işin təxirə salınması barədə ərizəsini məhkəmə nəzərə almadan işə baxıb elə birinci baxış iclasında da qətnamə qəbul edib. Mübahisələndirilən qərarın 7-ci səhifəsində məhkəmənin mövqeyi hissəsində işə baxan məhkəmə əsas sübut kimi Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.202 2-ci il tarixli, 2(103)- 541/2022 saylı qətnaməsinə (mənzilin cavabdeh MMC tərəfindən sökülməsi törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərəri əvəzinin (həm pul kompensasiyası verilməsi və yaxud da naturada, yəni 34,6 kv.m mənzilə 20 faiz əlavə etməklə tam təmirli yeni mənzil sahəsi ilə təmin edilməsi ilə bağlı) ödənilməsi barədə iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməsi) istinad etməsi qanunun tələbindən açıq-aşkar görünür ki, tərəflərin təqdim etdikləri və apellyasiya şikayətində göstərilənlərə uyğun deyildir. Qeyd edək ki, bu müəyyən etmə mübahisə predmetinə daxil deyil. Bununla bağlı iddia qaldırılmayıb, şikayət verilməyib.

35. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1091, 1096.1, 10 97.1, 1115, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 9, 217, 218.3, 376.2, 384.0.2, 386, 390-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

37. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

38. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsi n adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

39. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

40. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4

1. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qər ardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

49. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

51. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. La kin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

52. Məhkəmə kollegiyası hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya şikayətinin dəlilləri əsasında tam yoxlamağı məqsədəuyğun hesab edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

53. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti verən tərəfin (Cavabdeh MMC-nin) işdə üzrlü səbəbdən iştirak edə bilməyəcəyi və buna görə də işin təxirə salınması barədə ərizəsini nəzərə almadan işə baxıb tərəflərin bərabərlik hüququnu pozmaqla, hüquqi müdafiə olunmaq üçün tərəflərin çəkişmə prinsipi hüququnu pozduğu b arədə dəlili ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin 25 iyun 2024-cü il tarixli məhkəmə iclasının protokolu ilə təsdiq edilir ki, cavabdehin hüquqşünaslarının məzuniyyətdə olması ilə səbəbindən məhkəmə iclasının 20 iyuldan sonrakı tarixə təxirə salınması xahişi barədə ərizəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən müzakirə edilmiş və cavabdehin ərizəsinin təmin edilməməsi, Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasının mümkün hesab edilməsi barədə qərar qəbul edilmişdir.Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin bax ılmasını təxirə sala bilər. Qeyd edilən maddədən məlum olur ki, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin üzrlü səbəbdən gəlmədiyi hallarda belə işin baxılmasının təxirə salınması məhkəmənin vəzifəsi deyil, hüququdur.

55. Cavabdeh kassasiya şikayətində Mülki-Prosessual Məcəllənin 9-cu maddəsinin tələblərinin pozulması, çəkişmə prinsipi hüququnu pozulduğunu qeyd edir. Azərbaycan Respublikasının MPM-in 9.1-9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

56. Əgər apellyasiya instansiyası məhkəməsi işə baxılmasının vaxtı və yeri haqqında cavabdeh tərəfi lazımi qaydada xəbərdar etmədən işə baxaraq qətnamə qəbul etsəydi, bu hal düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən (nəticələnə bilən) prosessual hüquq normasının pozuntusu kimi qiymətləndirilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilərdi.

57. Lakin iş materialları ilə təsdiqlənir ki, cavabdeh işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışdır.

58. Cavabdeh işə baxılmasını təxirə salınması xahişi barədə ərizə ilə müraciət etsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin ərizə müzakirə edilmiş və cavabdehin ərizəsi təmin edilməmiş, Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasının mümkün hesab edilməsi barədə qərar qəbul edilmişdir.Bu halda, yuxarıda izah edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir.

59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

61. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2024-cü il tarixli 2(103)3572/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar