Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3592/2023 11.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qızına qarşı QƏRARİ (Açar sözlər: fərdi yaşayış evindən çıxarılması və əldən çıxmış fayda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “cavabdehlərin fərdi yaşayış evindən çıxarılması və boşaldılması” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2614/2023 nömrəli iş üzrə 17 aprel 2023-cü il tarixli qətnaməsi ndən Cavabdeh2 tərəfindən kassasiya şikayətinə 11 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(007)412/2016 saylı qətnaməsi ilə cavabdehlər X2, X1 və Cavabdeh2 müştərək qaydada “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 122299-1-10429 saylı kredit razılaşması əsasında bağlanmış xx.xx.2014-cü il tarixli 122299-1-10429/1 krediti müqaviləsi üzrə 26 may 2016-cı il tarixə əsas borc qismində 142947,80 manat, faiz borcu 25755,02 manat, cərimə qismində 1357,50 manat olmaqla, cəmi 170114,32 manat məbləğində pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ Cavabdeh2 adına qeydə alınmış Bakı şəhəri, Bi nəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evi satıldıqdan sonra 1 (bir) ay müddətində Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması qət edilmişdir.
2. AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 365,8 kv metr olan fərdi yaşayış evi mülkiyyətçi “Bank VTB (Azərbaycan)” ASC tərəfindən 180000 manata İddiaçı satılmışdır.
3. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışa əsasən ünvan 2 İddiaçı tam xüsusi mülkiyyətindədir və bu hüquq ona xx.xx.2022ci il tarixdə verilərək qeydiyyata alınmışdır.
4. Bakı şəhər i Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru, polis mayoru F.Məmmədov tərəfindən tərtib edilmiş akta əsasən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 akt tərtib edilən zaman ünvan 2 ünvanında yaşadıqları qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “cavabdehlərin fərdi yaşayış evindən çıxarılması və boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verildikdən bir müddət sonra cavabdehlər yenidən fərdi yaşayış evinə daxil olmuş, öz şəxsi əşyalarının fərdi yaşayış evinə köçürərək, əsassız olaraq orada məskunlaşmışlar. Sahə müvəkkili tərəfindən buna dair xx.xx.2022-ci ildə akt tərtib edilmişdir. Cavabdehlər iddiaçıya məxsus əmlakda qanunsuz yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozmuş və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaratmışlar.
7. Cavabdeh məhkəməyə ərizə və etiraz ünvanlayaraq qeyd etmişdir ki, fərdi yaşayış evi ilə bağlı onunla İddiaçı arasında danışıqlar olmuş və onun tərəfindən iddiaçıya 64000 manat pul ödənilmişdir. Həmçinin tərəflər arasında bağlanmış şifahi əqdin tələblərinə əsasən iddiaçı fərdi yaşayış evinin boşaldılması üçün cavabdehlərə 2023-cü ilin yanvarfevral aylarından tez olmayaraq möhlət vermiş, həmin tarixdən sonra cavabdehlər evi boşaldaraq fərdi yaşayış evindən çıxacaqlar. İddiaçı isə bu şərtləri qəbul etmiş və razılaşan tarixdən əvvəl cavabdehləri hansısa şəkildə rahatsız etməyəcəyini bildirmişdir. Lakin iddiaçı şifahi müqavilənin tələblərinə baxmayaraq, mövcud iddia tələbi ilə əsassız olaraq məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması, əldən çıxmış faydaya görə 01 may 2022-ci il tarixdən cavabdehlərin fərdi yaşayış evindən çıxarıldığı tarixədək hər ay üçün 1800 manat məbləğində hesablanması və cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qət namə qəbul edilməsini xahiş etmişdir.
9. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5476/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Eynalzadə (Qaibova) Aysel Elxan qızı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınması, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Eynalzadə (Qaibova) Aysel Elxan qızından müştərək qaydada əldən çıxmış faydaya görə 7200 (yeddi min iki yüz) manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı tam mülkiyyətindədi r. Cavabdehlərin həmin evdə yaşamaları iddiaçının həmin ev üzərindəki mülkiyyət hüququnun həyata keçirməsinə mane olur. Həmçinin qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlər mübahisəli evdən könüllü olaraq çıxmamaları nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli evdən cavabdehlərin çıxarılmasını və evin onun sahibliyinə verilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli, cavabdehlər mübahisəli evdən çıxarılmalı və ev iddiaçının sahibliyinə verilməlidir.
11. Məhkəmə hesab e tmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hər hansı bir hüquqları mövcud olmayan cavabdehlərin yaşaması iddiaçının evə olan mülkiyyət hüququnu məhdudlaşdıran haldır. İş materiallarında olan əmlak üzrə mütəxəssis rəyinə əsasən, mübahisəli fərdi yaşayış evinin aylıq icarə haqqı 1200-1800 manat aralığında müəyyən edildiyindən, məhkəmə əldən çıxmış faydaya görə hər ay 1200 (bir min iki yüz) manat məbləğində pulun hesablanmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə 2022-ci ilin iyun ayından evin iddiaçının razılığı olmadan (tərəflərin razılığa gəlməsinə dair müqavilə)cavabdehlərin istifadəsində olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı evin onun istifadəsində olmadığı 6 ay (iyun-noyabr) üçün 7200 manat (6 ay x 1200 manat = 7200 manat) məbləğində pulu əldən çıx mış fayda olaraq cavabdehdən tələb etməkdə haqlıdır.
12. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 21.2, 23, 152.1, 152.5, 157.4, 178.1 və 203.1, Mənzil Məcəlləsinin 29.1ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunmasını və iddia tələbinin həmin hissədə də rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış olan əqd şifahi bağlana bilən əqddir, çünki daşınmaz əmlakın birbaşa mülkiyyət hüququnun mübahisəl əndirilməsi məqsədinə həsr olunmayıbdır və yalnız müvəqqəti istifadə məqsədlərini özündə ehtiva edir. Həmçinin sözügedən əqd ona görə bağlanmış sayılır ki, tərəflərin, o cümlədən iddiaçının əqdi bağlamaq iradəsi onun rəftarından məlum olubdur. Belə ki, bankla iddiaçı arasında bağlanmış olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinin tarixi 22 fevral 2022-ci il tarixi daşıyır ki, bu qədər ötən müddət ərzində iddiaçı tərəfindən fərdi yaşayış evində məskunlaşmış cavabdehlərə qarşı uzun müddət hər hansı bir yazılı pretenziya irəli sürülməmişdir. Habelə iddiaçının məhkəməyə qədər olan müddət ərzində mübahisəni pretenziya qaydasında tənzimləmək vəzifəsi olduğu halda, iddiaçı tərəfindən bu qaydaya riayət olunmamışdır və mövcud pretenziya qaydasına riayət olunmadan məhkəməyə müraciət edilmişdir. Mə hz sözügedən pozuntuya görə də, hesab edilir ki, məhkəmə tərəfindən işin icraatına davam etmədən işin baxışına xitam verilməsi məsələsinə də baxılmalıdır. Digər tərəfdən tərəflərin arasında susmaq şəklində verbal hərəkətlər bu məhkəməyə qədərki dövrdə mövcud olmuşdur ki, bunu da iddiaçının əqdi bağlamaq iradəsinin ifadəsi hesab etmək mümkündür. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə Cavabdeh2 məhkəməyə ərizə və etiraz ünvanlayaraq qeyd etmişdir ki, fərdi yaşayış evi ilə bağlı onunla İddiaçı arasında danışıqlar olmuş və onun tərəfindən iddiaçıya 64000 manat pul ödənilmişdir. Həmçinin tərəflər arasında bağlanmış şifahi əqdin tələblərinə əsasən iddiaçı fərdi yaşayış evinin boşaldılması üçün cavabdehlərə 2023-cü ilin yanvar-fevral aylarından tez olmayaraq möhlət vermiş, həmin tarixdən sonra cavabdehlər evi boşaldaraq fərdi yaşayış evindən çıxacaqlar. İddiaçı isə bu şərtləri qəbul etmiş və razılaşan tarixdən əvvəl cavabdehləri hansısa şəkildə rahatsız etməyəcəyini bildirmişdir. Lakin iddiaçı şifahi əqdin tələblərinə baxmayaraq, mövcud iddia tələbi ilə əsassız olaraq məhkəməyə müraciət etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2614/2023 saylı, 17 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Rafael Eyvazov və Fuad Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5476/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qətnaməsi qismən - “cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Eynalzadə (Qaibova) Aysel Elxan qızından müştərək qaydada əldən çıxmış fay daya görə 7200 (yeddi min iki yüz) manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5476/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı qanuni əsaslarla əmlaka mülkiyyət hüququ əldə etmiş və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 365,8 kv metr olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Hazırkı halda cavabdehlərin iddiaçıya məxsus evdə yaşamaları iddiaçının ona məxsus əmlakla bağlı mülkiyyət hüquqlarını əmlaka sahiblik, ondan istifadə və əmlakla bağlı sərəncam vermə hüquqlarının həyata keçirilməsinə mane olur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehlərin ona məxsus əmlakdan çıxarılması bağlı iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehlərin mübahisəli evdə yaşadıqları 01 may 2022-ci il tarixdən çıxarıldığı tarixə kimi hər ay üçün icarə haqqının tutulması ilə bağlı işə baxan məhkəmənin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli ev atasına məxsus əmlak olduğu üçün cavabdeh onu yenidən əldə etmək istəmiş və bununla bağlı iddiaçı ilə şifahi razılığa gəlmişdir. Cavabdeh2 izahatında ilkin olaraq iddiaçıya 65000 manat verildiyini bildirmiş, iddiaçı isə 63400 manat beh olaraq ödənildiyini təsdiq edir. İddiaçı eyni zamanda qeyd edir ki, cavabdeh evdə yaşadığı müddət ərzində aralarında əldə edilmiş razılığa əsasən ona ödə nilməli olan pulun qalanını ödəməmiş, eyni zamanda evi tərk etməyərək onu əmlakdan əldə edə biləcəyi gəlirlərdən məhrum etmişdir.
18. Məhkəmə kollegiyası iddiaçının əldən çıxmış faydanın ödənilməsi barədə iddia tələbini əsassız hesab edərək qeyd edib ki, iddiaçı əldə çıxmış fayda ilə bağlı tələb irəli sürməsinə baxmayaraq, cavabdehlərin mübahisəli evdə məskunlaşmasından qabaq həmin əmlakla bağlı icarə müqaviləsi bağlaması və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində gəlirdən məhrum olmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir.
19. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Komstitusiyasının 29.1, 29.2, MM-in 21.2, 146.1, 152.1, 152.2, 152.5, 157.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verə rək qətnamənin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5476/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin “qalan hissədə dəyişdirilmədən saxlanılsın” hissəsində ləğv edilməsi və işə yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdırki, qətnamə şikayətin təmin edilməyən hissəsində qanunsuz və əsasız çıxarıldığı üçün ləğv edilmləidir. Belə ki, məhkəmə işdə olan subutlara düzgün qiymət verməmiş, tam araşdırma aparmamışdır. Nəticə etibarı ilə əsasız və qanunsuz qətnamə çıxarmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
22. Maddə 13.1 və 13.2. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti n övündə ola bilər.
23. Maddə 29.1, 29.2, 29.3 və 29.4 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokol”
24. Madd ə
1. Mülkiyyətin müdafiəsi: hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 157.1. mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
27. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məh kəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şika yətlərində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunması hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər iddia ərizəsinə etirazda və apellyasiya şikayətində də irəli sürülmüş, tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmşidir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. 37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabbeh Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2614/2023 nömrəli iş üzrə 17 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.