Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3593/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 cavabdehlər Cavabdeh1 xxx oğluna, X2 və Cavabdeh3 qarşı “qızıl-zinət əşyalarının və ya oların dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmlakın tələbi, sübutetmə yükünün bölüşdürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-319/2020 nömrəli qətnaməsindən cavabd ehlər X5, Cavabdeh2 və Cavabdeh3, habelə vəkil xxx oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4cavabdehlər Cavabdeh1 xxx oğluna, X2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qiyməti 3500 manat olan 1 ədəd 22 qram çəkidə 750 əyarlı İtaliya istehsalı fianet qaşları olan qızıldan sırğa, üzük, boyunbağı, qolbaq dəstinin, qiyməti 1500 manat olan 1 ədəd 7 qram çəkidə 750 əyarlı İtaliya istehsalı 27 ədəd irilixırdalı brilliyant qaşları olan nişan üzüyünün, qiyməti 1050 manat olan 1 ədəd 17,5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı qızıl boyunbağının, qiyməti 850 manat olan 1 ədəd 7,5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı qızıl qolbağın, qiyməti 60 0 manat olan 1 ədəd 6 qram çəkidə 583 əyarlı, Rusiya istehsalı olan fianet qaşları olan qızıl sırğanın, qiyməti 350 manat olan 1 ədəd 3,5 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan fianet qaşları olan qızıl üzüyün və ya onların dəyərlərinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-2763/2019 nömrəli qətnaməsi ilə(hakim E.T.Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1 ədəd 22 qram çəkidə 750 əyarlı İtaliya istehsalı fianet qaşları olan qızıldan sırğa, üzük, boyunbağı, qolbağ dəstinin bazar dəyəri 3200 manat, 1 ədəd 7 qram çəkidə 750 əyarlı İtaliya istehsalı 27 ədəd irili xırdalı brilliyant qaşları olan nişan üzüyünün bazar dəyəri 1200 manat, 1 ədəd 17,5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı qızıl boyunbağının bazar dəyəri 1050 manat, 1 ədəd 7,5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı qızıl qolbağın bazar dəyəri 680 manat, 1 ədəd 6 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan fianet qaşları olan qızıl sırğanın bazar dəyəri 480 manat, 1 ədəd 3,5 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan fianet qaşları olan qızıl üzüyün bazar dəyəri 280 manat olmaqla ümumilikdə 6890 manat müəyyən edilməklə həmin qızıl-zinət əşyalarının və ya onların dəyərlərinin alınıb X3 verilməsi qətedilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-319/2020 nömrəli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova – sədrlik edən və məruzəçi, S.A.Qafari və F.Ə.M əmmədov) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-2763/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3, habelə vəkil xxx oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-319/2020 nömrəli qətnaməsinin ləğv edilməsinə və mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırma mış və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və onların vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tələflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, mübahisəsi gedən qızıl-zinət əşyaları həqiqətən də naturada mövcud olmuş, cavabdehlər həmin qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə verilməsini mübahisələndirməmiş, lakin etirazlarında iddiaçı tərəfindən həmin əmlakların aparılmasını bildirmişlər. İş materiallarında olan “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarix li mütəxəssis rəyinə əsasən 1 ədəd 22 qram çəkidə İtaliya istehsalı olan qızıldan sırğa, üzük, boyunbağı, qolbağ dəstinin bazar dəyəri 3200 manat, 1 ədəd 7 qram çəkidə İtaliya istehsalı olan nişan üzüyün bazar dəyəri 1200 manat, 1 ədəd 17,5 qram çəkidə Rusiya istehsalı olan qızıl boyunbağının bazar dəyəri 1400 manat, 1 ədəd 7,5 qram çəkidə Rusiya istehsalı olan qızıl qolbağın bazar dəyəri 680 manat, 1 ədəd 6 qram çəkidə Rusiya istehsalı olan qızıl sırğanın bazar dəyəri 480 manat, 1 ədəd 3,5 qram çəkidə Rusiya istehsalı olan qızıl üzüyün bazar dəyəri 280 manat göstərilməklə ümumilikdə 7240 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsin ə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə kollegiyası izah edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad ə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə tələb olunan qızıl-zinət əşyalarının mövcudluğu iş üzrə mübahisələndirilmədiyi halda, cavabdeh həmin əşyaların iddiaçıda olmasını etirazında göstərdiyi üçün etirazın həmin halını sübut etməli idi. Lakin, cavabdeh etirazında istinad etdiyi hallar üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya iş in faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 40 7.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə k ollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3, habelə vəkil xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-319/2020 nömrəli qətnamə dəyişdiri lmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3593/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3593/2020
08.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver