Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3593/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi) Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səmdar Cəmiyyətinə qarşı “ xx.xx.1995-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3726/2024 nömrəli, 2 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş ka ssasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 16 may 2012-ci il tarixli arxiv arayışına əsasən, Göyçay rayon ZDS icraiyyə komitəsinin 08 aprel 1960-cı il tarixli iclas protokolundan çıxarışa əsasən Göyçay rayon ZDS icraiyyə komitəsi Göyçay Rayon kolxozlararası tikinti şurası idarəsinə baza tikmək üçün Kirov adına kolxozun ictimailəşdirilmiş torpaq sahəsindən bir hektar yarım verilməsi haqqında həmin kolxozun 22 mart 1960-cı il tarixli ümumi iclasının qərarının təsdiq edilməsi, həmin sahənin kolxozun dövlət torpaq kitabından çıxarılması qərara alınmışdır. 2. 18 aprel 2019-cu il tarixli Təsərrüfatlararası Sənaye Tikinti Birliyi üzrə əmr kitabından çıxarışı əks etdirən arxiv arayışına əsasən, 01 avqust 1995 -ci il tarixli 37 nömrəli əmrə əsasən “Azəraqrartikinti" Dövlət şirkətinin xx.xx.1994-cü il 265 nömrəli əmrini və 143 nömrəli 14 iyul 1995-ci il tarixli məktubu əsas tutularaq TSTB-nin rəisi TSTB-nin Natavan küçəsi 2 ünvanında hazırkı binasının qalan hissəsinin, yəni 2-ci mərtəbənin girişi ilə birlikdə "xxxx" dövlət şirkətinin xx.xx.1995-ci il tarixli 143 saylı məktubunda qeyd edilmişdir ki, Natavan küçəsi 2a ünvanında yaşayan İddiaçı (bundan sonra iddiaçı) satılması, qiymətləndirmə komissiyasının hesabatına əsasən iddiaçıdan 12800000 manatın alınaraq birliyin kassasına mədaxil olunması, təhvil-təslimin əlyazma aktla rəsmiləşdirilməsi, baş mühasib Vəliyev S.S oğluna binanın satışından əldə olunan 20800000 manat vəsaitin ******* manatının "xxxx" şirkətinin hesablaşma hesabına ödəməsinin tap şırılması, qalan hissəsi 15800000 manatın ixtisar olunan işçilərin əmək haqlarına və son hesablaşmalarının ödənilməsinə sərf olunması əmr edilmişdir. 3. 01 avqust 1995-ci il tarixli akta əsasən ki, aktı imza edən komissiya üzvləri və sədri aktı tərtib etmişlər ona görə ki, 01 avqust 1995-ci il tarixli 37 nömrəli əmrin icrasını təmin etmək məqsədilə TSTB-nin Natəvan küçəsi 2 ünvanında yerləşən idarə binasının 2ci mərtəbəsini girişi ilə birlikdə iddiaçıya 12800000 manata satmışlar. İddiaçı qeyd olunan məbləğə binanın 2-ci mərtəbəsini razılaşaraq almış və məbləği ödəyərək tikintini qəbul etdiyini imzası ilə təsdiq etmişdir.
4. X5 Tikinti birliyinin xəzinədarlığına pul vəsaitinin qəbul olunmasına dair qəbzə əsasən, iddiaçıdan 12800000 manat qəbul edilərək xəzinəyə mədaxil edilməsi imzalarla tə sdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh Açıq Səmdar Cəmiyyətinə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin (keçmiş Azəraqrartikinti Dövlət Şikrətinin) xx.xx.1994-cü il tarixli, 265 saylı əmri üzrə, xx.xx.1995-ci il tarixli, 143 saylı məktubu əsasında ünvan 1 ünvanında yerləşən inzibati binanın 2-ci mərtəbəsinin girişi ilə birlikdə xx.xx.1995-ci il tarixdə ona satılmasına dair aralarında rəsmiləşdirilmiş alğı-satqı müqaviləsinin bağlanmış hesab olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin faktiki hallarına istinad edilərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, qeyd edilən sənədlərlə eyni zam anda TSTB-nin Natavan küçəsi 2 ünvanında hazırkı binasının qalan hissəsi, yəni 2-ci mərtəbə girişi ilə birlikdə ona verilmişdir. O zamandan bu günə qədər həmin tikili sahiblik və istifadəsindədir. TSTB-nin Natavan küçəsi 2 ünvanında hazırkı binasının qalan hissəsi, yəni 2-ci mərtəbə girişi ilə birlikdə ona satılarkən, alğı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməməsi, həmin tikili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına maneə yaradır və gözlənilən mülkiyyət hüququnu pozmuşdur. İş materiallarında olan aktdan, qəbzdən, arxiv arayışının məzmununda qeyd edilmişdir ki, Azəraqrartikinti Dövlət Şirkətinin əmr və məktubuna əsasən tabeliyində olan Təsərrüfatlararası Sənaye və Tikinti Birliyinin 37 nömrəli əmri əsasında Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanında yerləşən 2 mərtəbəli inzibati binanın satılmamış hissəsi, yəni 2-ci mərtəbəsi girişi ilə birlikdə xx.xx.1995-ci il tarixdə ona 12800000 manata satılmışdır. Alğı-satqı aktla rəsmiləşdirilmiş, satıcı əmlakı alıcıya təhvil vermiş, alıcı 12800000 manat pulu satıcıya ödəmiş və əmlakı qəbul etmişdir. Aktla, qəbzlə, arxiv arayışında sadalanan faktlar öz təsdiqini tapsa da, cavabdehin nümayəndəsi etirazda bu faktları təhrif etmiş, formal mülahizələri ilə Mülki Məcəllənin təməl prinsipləri olan vicdanlılıq, ədalət prinsiplərinə diqqət etməməklə, hüquqdan sui istifadəyə yol verilməməsinə əhəmiyyət verməmişdir.
7. Cavabdeh ASC iddia ərizəsinə qarşı etiraz edərək bildirmişdir ki, iddia olunan əmlakın istər iddiaçının göstərdiyi dövrdə, istərsə də hazırda kimə məxsus olması barədə sübut təqdim olunmamış, alğı -satqının əsas elementləri olan satılan əşyanın təqdim edilməsi və onun əvəzi olan pulun ödənilməsi barədə sənəd və qəbz təqdim olunmamışdır. Başqa sözlə əmlak alıcı iddiaçının mülkiyyətinə verilməmiş, eyni zamanda alıcı tərəfindən şərtləşdirilmiş qiymətin satıcının kassasına ödənilməsi barədə maliyyə qəbzinin mövcudluğu öz təsdiqini tapmamışdır. Daşınmaz əmlaka dair alğı-satqının notariat qaydada təsdiq olunması tələb olunur. Hazırkı mübahisə üzrə tərəflər arasında ümumiyyətlə əqd bağlanmamış və müvafiq qaydada təsdiq olunmamışdır. Bundan başqa hazırkı iddia tələbi əsas olmayan cavabdehə qarşı yönəlmişdir. Hazırkı iddia ərizəsində cavabdeh kimi Azəraqrartikinti ASC-nin Göyçay filialı göstərilmişdir. Qanuna əsasən filiallar hüquqi şəxs sayılmır və məhkəmədə istər iddiaçı, istərsə də cavabd eh kimi iştirak edə bilməzlər. Cavabdeh əlavə olaraq bildirmişdir ki, 1995-ci ildə Azəraqrartikinti Dövlət Şirkəti dövlətə məxsus olduğundan və onun əmlakı özəlləşdirilmədiyindən Dövlət şirkəti, yaxud onun hər hansı struktur vahidləri tərəfindən əmlakların satışı üzrə aparılmış əməliyyatlar qeyri-qanuni olmuşdur. Eləcə də əgər Azəraqrartikinti Dövlət Şirkəti tərəfindən hər hansı sənəd tərtib olunmaqla iddiaçıya satılmış olsa belə qeyd olunan səbəbdən qanunsuzdur. Həmçinin bildirilmişdir ki, Azəraqrartikinti ASC struktur bölmələri ilə birlidə səhmdar cəmiyyət kimi 1998-ci ilin mart ayında qeydiyyata alınmışdır.
8. Şahid qismində dindirilmiş X10 bildirmişdir ki, o, 1995-ci ilin mart ayından Təsərrüfatlararası Sənaye Tikinti Birliyində işləmişdir. Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanda yerləş ən qeyri-yaşayış sahəsi kalxozlararası təsərüfat sahəsi olmuşdur. Onların vəzifəsi kalxozlarda ferma tikmək və pambıq sahələri ilə məşğul olmaq idi. Lakin dövlət tərəfindən onlara heç bir maddi vəsait xərclənmirdi. Çünki o vaxtı onlar öz vəsaitləri hesabına maliyyələşirdi. Baş idarəyə məktub yazılıb razılıq aldıqdan sonra Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi iddiaçıya 12800000 manata satılmışdır. Həmin məbləğdən baş idarəyə və işçilərin əmək haqqılarını ödəmişlər. Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin cavabdeh ASC (keçmiş Cavabdeh Dövlət Şirkəti) tərəfindən iddiaçıya 12800000 manata satılmasını təsdiq etmiş. Nümayəndə və vəkilin suallarına cavab olaraq şahid Sərxan Vəliyev bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşa yış sahəsi 60-cı illərdə tikilmiş binadır. Kalxozlararası sistem öz vəsaiti hesabına maliyyələşmişdir. Həmin binanın sifarişçisi də elə həmin qurum olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq şahid X10 bildirmişdir ki, 1995-ci ilin mart ayından Təsərrüfatlararası Sənaye Tikinti Birliyində işləmişdir, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi kalxozlararası təsərüfat sahəsi olmuşdur. Onların vəzifəsi kalxozlarda ferma tikmək və pambıq sahələri ilə məşğul olmaq olmuşdur.
9. İcarəyə verən İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 ilə icarəçi Ağsu RQİİ arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsində qeyd edilmişdir ki, icarəyə verən ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli 367 kv.m sahəli bina və 1500 kv.m həyətyanı sahəni icarəçinin istifadəsinə verməyi, icarəçi isə müəyyə n edilmiş icarə haqını ödəməyi öhdəsinə götürmüşdür. İcarə haqqı 1 təqvim ayı üçün 1453,49 manat, 12 təqvim ayı üçün isə 17441,88 manat müəyyən edilmişdir.
10. Ağsu RQİİ tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, X1 Rasim Kalbış oğlunun verdiyi etibarnamə əsasında ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Ağsu RQİİ-nin Göyçay Xidmət sahəsinə icarəyə vermişdir. X4 hər ay 1250 manat bank hesabına, 203,49 manat isə dövlət büdcəsinə ödəmə mənbəyindən gəlir vergisi, ümumilikdə 1453,49 manat ödənilməkdədir. 11. 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanında Azəraqrartikinti ASC-nin adına qeydiyyata alınmış daşınm az əmlak aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanına dair balans saxlayıcı İqtisadi İnkişaf Nazirliyi olmaqla Göyçay 67 saylı X3 adına İqtisadi İnkişaf Nazirliyi 01 saylı, xx.xx.2001-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Əmlakın İnventarlaşdırılması Bürosunun xx.xx.2003-cü il tarixli, 9236 inventar nömrəli texniki parpost tərtib edilmişdir.
12. Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Göyçay RİH başçısının Göyçay şəhəri inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən, “Kolxozlararası Tikinti” İdarəsinin sonradan struktur dəyişikliyik olaraq Azəraqrar Tikinti Dövlət Şirkətinin ünvan 9 ünvanda yerləşir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 aprel 2024-cü il tarixli 2(004)-515/2024 nömrəli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia təmin edilmiş, Cavabdeh ASC-nin (keçmiş Cavabdeh Dövlət Şirkətinin) xx.xx.1994-cü il tarixli, 265 saylı əmri üzrə xx.xx.1995-ci il tarixli, 143 saylı məktubu əsasında ünvan 1 ünvanında yerləşən inzibati binanın 2-ci mərtəbəsinin girişi ilə birlikdə xx.xx.1995-ci il tarixdə İddiaçı satılmasına dair İddiaçı ilə Cavabdeh ASC arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanında yerləşən binanın qalan hissəsini yəni 2-ci mərtəbənin girişi ilə birlikdə "xxxx" dövlət şirkətinin xx.xx.1995-ci il tarixli 143 saylı məktubuna əsasən 12800000 m anata almış, tərəflər arasında bununla bağlı şifahi alğı-satqı müqaviləsi bağlanmış, əmr və akt tərtib edilmişdir. Həmin vaxtdan da iddiaçı qeyd edilən əmlakı istifadə edərək, ona sahiblik etmişdir. Qeyd edilən əmlakın alınmasını iş materiallarında olan əmr, iddiaçı tərəfindən 12800000 manatın ödənilməsini təsdiq edən qəbz, şahid ifadəsi də təsdiq etmişdir.
15. Məhkəmə cavabdehin tərəflər arasında müqavilə olmaması və notariat qaydada təsdiqlənməməsi barədə etiraz ərizəsində bildirdiklərinə münasibətdə qeyd etmişdir ki, alğı-satqı zamanı qüvvədə olan Mülki Məcəllənin 43-cü maddəsinin İİ bəndinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanunazidd əməl olmadıqda, məhk əmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab edə bilər. Bu halda əqdin notariat tərtibatı tələb olunmur.
16. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında şifahı şəkildə bağlanmış alğı-satqı müqaviləsi və buna müvafiq olaraq verilmiş akt və əmr 1995-ci ilə təsadüf etdiyi üçün həmin vaxt qüvvədə olan Mülki Məcəllənin müvafiq maddələrinə istinad edilməli və həmin normalara müvafiq olaraq müqavilə bağlanmış hesab edilməlidir. Belə ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Mülki hüquq subyektləri müqavilələri istənilən formada yazılı və ya şifahi bağlaya bilərlər.
17. Məhkəm ə işin faktiki hallarını nəzərə alaraq, qanunvericiliyin sadalanan normalarını və onların şərh edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq hesab etmişdir ki, cavabdeh ASC-nin (keçmiş Cavabdeh Dövlət Şirkətinin) xx.xx.1994-cü il tarixli, 265 saylı əmri üzrə xx.xx.1995-ci il tarixli, 143 saylı məktubu əsasında ünvan 1 ünvanında yerləşən inzibati binanın 2-ci mərtəbəsinin girişi ilə birlikdə xx.xx.1995-ci il tarixdə iddiaçıya satılması və beləliklə tərəflər arasında şifahi müqavilə bağlanması tam olaraq sübuta yetirilmişdir.
18. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Cavabdeh ASC-nin (keçmiş Cavabdeh Dövlət Şirkətinin) xx.xx.1994-cü il tarixli, 265 saylı əmri üzrə xx.xx.1995-ci il tarixli, 143 saylı məktubu əsasında ünvan 1 ünvanında yerləşən inzibati binanın 2-ci mərtəbəsinin girişi ilə birlikdə xx.xx.1995-ci il tarixdə iddiaçıya satılmasına dair iddiaçı ilə cavabdeh ASC arasında alğı-satqı müqaviləsi bağlanmış hesab olunmalıdır.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarına, F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiy asına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarına, Alqı-satqı zamanı qüvvədə olmuş Mülki Məcəllənin 43, 152, 153, 228, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi, mübahisəli daşınmaz əmlakın ASC-nin adına qeydiyyata alınmadığını, ümumiyyətlə, həmin əmlakın dövlət mülkiyyəti olmaqla balans saxlayıcısının İqtisadi İnkişaf Nazirliyi olduğunu təsdiq edən rəsmi məluma tı (sübutu) bir kənara qoyaraq, həmin əmlaka dair nə 1994 və ya 1995-ci ildə, nə də ondan sonrakı dövrdə və hazırda sərəncam vermək (özgəninkiləşdirmək) hüququ olmayan ASC ilə iddiaçı arasında “alğı-satqı müqaviləsinin” bağlanmış hesab edilməsinə dair qətnamə qəbul etmişdir. Məhkəmə daşınmaz əmlaka dair əqdin notarial qaydada təsdiq olunmaması ilə bağlı belə mövqeyini istinad edilən Məcəllənin 43-cü maddəsinin ikinci hissəsi ilə əsaslandırmışdır. Lakin nəzərə almaq lazımdır ki, həmin norma hazırkı mübahisəyə tətbiq edilə bilməzdi. Belə ki, birincisi, qeyd edilən normanın tətbiqini qanunverici “əqddə qanuna zidd əməl olmadıqda” şərti ilə məhdudlaşdırmışdı ki, hazırkı işdə də “əqddə qanuna zidd əməl”- yəni, səlahiyyətsiz şəxsin dövlət əmlakı üzərində sərəncam verməsi faktı aşkardır; ikincisi, qeyd edilən “əqdin” subyekti hazırkı iş üzrə iddiaya cavab verməli olan şəxs cavabdeh olmadığı üçün əqdin “digər tərəfi” də deyil və istənilən halda onun imzaladığı əqdi notarius səlahiyyətsiz şəxsin imzaladığı əqd kimi təsdiq edə bilməzdi. Belə olan halda həmin əqdin etibarlı hala gətirilməsi qeyri-mümkündür. Səlahiyyətli dövlət orqanının - ƏMDX DƏDKR-in p.h.ş. 16 saylı Ucar Ərazi İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli cavab məktubunda mübahisə obyekti olan əmlakın ASC-nin adına qeydiyyata alınmış daşınmaz əmlak olmadığı, həmin əmlakın balans saxlayıcının İqtisadi İnkişaf Nazirliyi olduğu bildirilmişdir. Belə olan halda, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair tələbin həmin əmlaka (dövlət mülkiyyətində olan əmlaka) dair sərəncam vermək hüququ olan şəxsə qarşı deyil, hazırkı iş üzrə "xxxx" kimi cəlb edilmiş ASC-yə qarşı yönəlmədiyini sübut etməyə ehtiyac olmamışdır.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 iyul 2024-cü il tarixli, 2(103)-3726/2024 nömrəli qətnaməsi ilə (hakim Vahid Sadıqovun sədrliyi və məruzəsii lə, hakimlər Akif İsgəndərovdan və Məhəmməd Rüstəmlidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-515/2024 nömrəli iş üzrə 09 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilməsi, İddiaçı Cavabdeh ASCyə qarşı “xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki,18 aprel 2019-cu il tarixli Təsər rüfatlararası Sənaye Tikinti Birliyi üzrə əmr kitabından çıxarışı əks etdirən arxiv arayışından görünür ki, 01 avqust 1995-ci il tarixli 37 nömrəli əmrə əsasən “Azəraqrartikinti" Dövlət şirkətinin xx.xx.1994-cü il 265 nömrəli əmrini və 143 nömrəli 14 iyul 1995-ci il tarixli məktubu əsas tutaraq TSTB-nin rəisi TSTB-nin Natavan küçəsi 2 ünvanında hazırki binasının qalan hissəsinin, yəni 2-ci mərtəbənin girişi ilə birlikdə "xxxx" dövlət şirkətinin xx.xx.1995-ci il tarixli 143 saylı məktubuna əsasən Natavan küçəsi 2a ünvanında yaşayan X2, qiymətləndirmə komissiyasının hesabatına əsasən X8 12800000 (on iki milyon səkkiz yüz min) manatın alınaraq birliyin kassasına mədaxil olunması, təhviltəslimin əlyazma aktla rəsmiləşdirilməsi, baş mühasib Vəliyev.S.S oğluna binanın satışından əldə olunan 20 800000 (iyirmi milyon səkkiz yüz min) manat vəsaitin ******* (beş milyon) manatının "xxxx" şirkətinin hesablaşma hesabına ödəməsinin tapşırılması, qalan hissəsi 15800000 (on beş milyon səkkiz yüz min) manatın ixtisar olunan işçilərin əmək haqlarına və son hesablaşmalarının ödənilməsinə sərf olunması əmr edilmişdir. 24. 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanında Cavabdeh ASC-nin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanına dair balans saxlayıcı İqtisadi İnkişaf Nazirliyi olmaqla Göyçay 67 saylı X3 adına İqtisadi İnkişaf Nazirliyi 01 saylı, xx.xx.2001-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Əmlakın İnventarlaşdırılmas ı Bürosunun xx.xx.2003-cü il tarixli, 9236 inventar nömrəli texniki pasport tərtib edilmişdir.
25. Göründüyü kimi Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanında Cavabdeh ASC-nin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir və mübahisəli əmlak dövlət mülkiyyətində olmaqla, balans saxlayıcısı İqtisadi İnkişaf Nazirliyidir.
26. Mübahisəli əmlak dövlət mülkiyyətində olduğundan, mülkiyyətçisinin razılığı olmadan onun barəsində hər hansı əqd bağlamaq və ya başqa yolla ona yiyələnmək qanuna ziddir və bağlanmış belə əqdlər əhəmiyyətsizdir.
27. Alqı-satqı zamanı qüvvədə olan Mülki Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə əsasən, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qa nunazidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab edə bilər. Bu halda əqdin notariat tərtibatı tələb olunmur.
28. Göründüyü kimi qanunverici əqdi icra etmiş tərəfin tələbi üzrə əqdin bağlanmış hesab edilə bilməsini əqddə qanunazidd əməl olmaması ilə şərtləndirmişdir.
29. Baxılan iş üzrə isə bağlanmış hesab edilməsi tələb edilən əqd subyekt tələbinə cavab vermir, səlahiyyətli subyekt olmamışdır, dövlət əmlakı üzərində səlahiyyətli olmayan şəxs tərəfindən sərəncam verilmişdir. Mübahisəli əmlakın həmin alqı-satqı müqaviləsinin predmeti olması qanunsuz olmuşdur.
30. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsaslıdır, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və id diaçının əsassız tələbi rədd edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)- 3726/2024 saylı Qətnaməsinin tam ləğv edilməsi, işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Alıev X12 şəhəri Natəvan küçəsi 2 ünvanında yerləşən binanın qalan hissəsini yəni 2-ci mərtəbənin girişi ilə birlikdə Cavabdeh dövlət şirkətinin xx.xx.1995-ci il tarixli 143 saylı məktubuna əsasən 12800000 manata almışdır. Tərəflər arasında bununla bağlı əmr və akt tərtib edilməsi yolu ilə sadə yazılı alqı-satqı müqaviləsi bağlanmışdır. Bеlə оlаn hаldа həmin əmlаkın sоnrаdаn bаşqа şəхsin аdınа qеydə аlınmаsı, dаhа əvvəl bаğlаnmış əqdin еtibаrlı sаyılmаsınа mаnеə оlmаmışdır. Apellyasiya instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq edilməmiş, bu isə iddia tələbinin rədd edilməsi ilə nəticələnmişdir. 33. xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinin tərtib olunduğu zaman əmlak dövlət mülkiyyətində olmamış və balans saxlayıcısı İqtisadi İnkişaf Nazirliyi оlmаmışdır. Müqavilə qanuna zidd olmamış, əqdin yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. İddiaçı əmlakın dəyərinin ödənilməsi üzrə öhdəliyini tamamilə icra etmişdir. Qеyri yаşаyış sahəsinin alqı-satqısını özündə əks etdirən sadə yazılı formada sənəd tərtib olunsa da, notariatda təsdiq edilməli olan əqd bağlanmadan sahə iddiaçıya təhvil vermişlər. Qеyri-yаşаyış sahəsi alqı-satqının bağlandığı vaxtdan keçən 28 ildən artıq müddət ərzində hər hаnsı şəхsin, o cümlədən İqtisadi İnkişaf Nazirliyinin еtirаzı оlmаdаn iddiaçının sahibliyində və istifadəsindədir. Odur ki, əmlаkın balans saxlayıcısının İqtisadi İnkişaf Nazirliyi оlmаsı hаlının təsdiq оlunmаsı bеlə iddiаnın rədd еdilməsinə əsаs оlа bilməz. Bеlə ki, Konstitusiya Məhkəməsinin şərhinə əsasən, səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandı ğı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir.
34. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyinəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı(məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəfl ərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Apellyasiya instansiya məhkəməsi isə maddi hüquq normasını düzgün tətbiq etməmiş, bu isə iddia tələbinin rədd edilməsi ilə nəticələnmişdir.
35. Prosessual hüquq norması pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara (xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinin tərtib olunduğu zаmаn qеyri yаşаyış sаhəsinin cаvаbdеhə məхsus оlmаsınа) uyğun əsaslandırılmamış, bu isə iddia tələbinin rədd edilməsi ilə nəticələnmişdir.
36. Əmlakın dövlətə məxsus olması halında Cavabdeh Dövlət şirkətinin alqı-satqıya razılıq verməsi qeyri mümkün olsa da, apellyasiya instansiya məhkəməsi prosessual hüquq normalarını pozaraq sübutlara (Cavabdeh Dövlət şirkətinin xx.xx.1994-cü il 265 nömrəli əmrinə, 143 nömrəli xx.xx.1995-ci il tarixli məktubuna, Dövlət аrхivinin Göyçаy filiаlının 28.06.24-cü il tаriхli 117 sаylı аrаyışınа) obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmаmış, оnlarа tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Bu isə iddia tələbinin rədd edilməsi ilə nəticələnmişdir.
37. Kassasiya şikayəti əsaslandırılarkən 01 sentyabr 2000-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43, 87, 111-ci maddələrinə, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına, Azərbaycan Rerspublikasının Mülki Prosessual Məcəlləsinin 88, 217.3-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə 43 (2-ci hissə) Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanunazidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab edə bilər. Bu halda əqdin notariat tərtibatı tələb olunmur.
40. Maddə 88 -1. Dövlət, kolxozlararası, dövlət-kolxoz və sair dövlət-kooperativ təşkilatlarına təhkim olunmuş əmlak həmin təşkilatlar tərəfindən operativ idarə olunur, onlar qanunla müəyyən edilmiş hədlərdə, öz failiyyət məqsədlərinə, plan tapşırıqlarına və əmlakın təyinatına uyğun olaraq əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərancam vermək hüququnu həyata keçirirlər.
41. Maddə 91.2. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə vətəndaşlara satıla bilən bəzi əmlak növlərindən başqa, dövlət təşkilatlarının əsas vəsaitinə aid olan binalar, qurğular, avadanlıqlar və sair dövlət əmlakı vətəndaşlara özgəninkiləşdirilə bilməz.
42. Maddə
144. Hər hansı bir üsulla qanunsuz özgəninkiləşdirilmiş dövlət əmlakı, habelə kolxozların, sair kooperativ təşkilatlarının və digər ictimai təşkilatların əmlakı müvafiq təşkilatlar tərəfindən onları hər bir əldə edəndən tələb oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Madd ə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edil ən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edi lməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Göyçay şəhəri Natəvan küçəsi 2 ünvanında Cavabdeh ASC-nin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir və mübahisəli əmlak dövlət mülkiyyətində olmaqla, balans saxlayıcısı İqtisadi İnkişaf Nazirliyidir.Mübahisəli əmlak dövlət mülkiyyətində olduğundan, mülkiyyətçisinin razılığı olmadan onun barəsində hər hansı əqd bağlamaq və ya başqa yolla ona yiyələnmək qanuna ziddir və bağlanmış belə əqdlər əhəmiyyətsizdir.Alqı-satqı zamanı qüvvədə olan Mülki Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə əsas ən, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanunazidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab edə bilər. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Göründüyü kimi qanunverici əqdi icra etmiş tərəfin tələbi üzrə əqdin bağlanmış hesab edilə bilməsini əqddə qanunazidd əməl olmaması ilə şərtləndirmişdir. Baxılan iş üzrə isə bağlanmış hesab edilməsi tələb edilən əqd subyekt tələbinə cavab vermir, səlahiyyətli subyekt olmamışdır, dövlət əmlakı üzərində səlahiyyətli olmayan şəxs tərəfindən sərəncam verilmişdir. Mübahisəli əmlakın həmin alqı-satqı müqaviləsinin predmeti olması qanunsuz olmuşdur.
58. Kollegiya bildirir ki, sübutları a raşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
60. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 iyul 2024-cü il tarixli 2(103)3726/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.