Məhkəmə qərarları › İş №2(102)-3594/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3594/2023

07.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3594/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3594/2023 (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7190/2022 nömrəli, 10 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 07 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 30.000 manat məbləğində maddi və 150.000 manat məbləğində mənəvi ziyanın tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(007)3548/2021 saylı qətnaməsi ilə (hakim H.M.Əhmədova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4000 ədəd zəli, bu mümkün olmadıqda isə onun dəyəri olan 2850 manat pul vəsaitinin tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlə t rüsumunun 15 manat hissəsinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, qalan 15 manat hissəsinin isə İddiaçı aid edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdilər.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.Tanrıverdiyev, İ.Şirinov və F.Babayev) 2(103)-1485/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

5. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İ.Ə.Şəfiyev, V.T.Həsənov və Ə.A.Əhmədov) 2(103)-1485/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır.

7. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə tərəflərin arasında olan münasibətlərdən görünür ki, onlar iqtisadi fəaliyyət göstərib gəlir əldə etmək barədə danışıqlar aparmışdır. İşə baxmış məhkəmələr işin bu vəziyyətində ilk növbədə işə baxılmasının ümumi və ya kommersiya məhkəməsinə aid olmasını müəyyən etməli id i. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər V.N.Sadıqov, X.A.Mərdanova və E.M.Həsənov) 2(103)-7190/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş məhkəmə aidiyyətı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

10. Apellyasiya instansiyasının mövqeyinə görə tərəflərin hər ikisi sahibkarlıq subyekti olmaqla, aralarındakı mübahisə ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən hazırkı mübahisəli hüquq münasibəti kommersiya mübahisələrinə aid olmaqla ona dair işə kommersiya məhkəməsində baxılmalıdır.

11. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7190/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməsi, iddia tələbinin təmin olunması və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər V.N. Sadıqov, A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli) 2(103)-7190/2022 nömrəli, 10 iyul 2023-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti geri qaytarılmışdır.

13. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(103)-7190/2022 nömrəli qərardadı xx.xx.2022-ci il tarixli məktub ilə iddiaçının ünvanı üzrə göndərilmiş, 10 noyabr 2022-ci il tarixdə “Xanlarov” soyadı qeyd edilməklə şəxsən qəbul edilmişdir. Kassasiya şikayəti qanunda nəzərdə tutulduğundan gec, yəni xx.xx.2023-cü il tarixdə verilmişdir. “Müddətin bərpa edilməsi barədə” vəsatət də verilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək (Vəkil2) qərardadın ləğv edilməsi və mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində kassasiya şikayəti verilən qərardad iddiaçıya rəsmi olaraq poçt vasitəsi ilə 07 iyul 2023-cü il tarixində təqdim edilmiş və həmin məhkəmə aktından kassasiya şikayəti 17 iyul 2023-cü il tarixində, yəni rəsmi alındıqdan 7 gün sonra məhkəməyə təqdim edilmişdir. Bildirirəm ki, həmin qərardad Bakı Apellyasiya Məhkəməsi tərəfindən qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmiş, məktub poçt bölməsinə 30 may 2023-cü il tarixində daxil olsa da, ona rəsmi olaraq 07 iyun 2023-cü il tarixində təqdim edilmişdir. Söylənənləri sübut edən sənədi, yəni poçt bölməsinin teleqramının surətini kassasiya şikayətiə əlavə edərək məhkəməyə təqdim etsəm də, nədənsə məhkəmə bu xüsusatı nəzərə almam ış, bununla da qanunvericiliklə nəzərdə tutulan kassasiya şikayəti vermək hüququmdan məhrum olunmuşam. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. b)

16. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 135.6. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və o nlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

18. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir

19. Maddə 405.0.2 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər.

20. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

21. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

22. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səb əbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

23. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxla nılmalıdır. Kassasiya baxışının hədləri

17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Apellyasiya məhkəməsinin aktı iddiaçının şikayəti əsasında bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə d üzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Kassasiya şikayətinin dəlillərinə qiymət verərək, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı iddiaçının ünvanına poçt vasitəsilə göndərilmiş və xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Həmçinin qərardad iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Əlizamin oğlunun elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir.

21. Kassator kassasiya şikayətində qeyd edilən tarixlərdə (xx.xx.2023-cü il) qərardadın onun tərəfindən alınmasına dair mötəbər sübutları məhkəməy ə təqdim etməmişdir. Onun istinad etdiyi 98 saylı poçt şöbəsi tərəfindən verilmiş teleqramda göstərilən SS849380938 saylı xx.xx.2023-cü il tarixli sifarişli məktubun isə hazırki işə aidiyyəti müəyyən edilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı SS749792009 saylı sifarişli məktubla iddiaçıya göndərilmiş və ünvanda xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir.

22. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(103)-7190/2023 nömrəli mülki iş üzrə 10 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar