Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3595/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ 2(102)-3595/2023 (Açar sözlər: qanunsuz məhkumetməyə görə maddi və mənəvi ziyanın ödənilməsi) 22 noyabr 2023-cü il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may “2023”-cü il tarixli, 2(103)-3314/23 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üz rə işə 22 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022-ci il tarixli 1(101)-571/2022 saylı hökmü ilə İddiaçı (bundan sonra mətndə iddiaçı) elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi çıxarılmış, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçının 03 sentyabr 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı hər günü azadlıqdan məhrum etmə cəzanın 1 gününə bəra bər tutulmaqla, həmin günlər təyin edilmiş cəza müddətindən çıxılmaqla, iddiaçıya qəti olaraq 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 06 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən iddiaçının barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması, iddiaçıdan ekspertiza xərci təşkil edən 228 manatın alınaraq dövlət büdcəsinə keçirilməsi, iş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan iddiaçının üzərindən aşkar olunaraq götürülmüş qalıq 3,515 qram narkotik vasitə heroin, qalıq 1,462 qram metamfetamin, 01 ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iddiaçının üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması hökm edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli 1(103)-944/2022 saylı hökmü ilə məhkum edilmiş şəxs iddiaçının müdafiəçisi, vəkil Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü ma ddəsi ilə məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-571/2022 saylı, 09 mart 2022-ci il tarixli hökmü, məhkum edilmiş şəxs iddiaçının müdafiəçisi Nümayəndə1 apellyasiya şikayətinə əsasən ləğv edilmiş, iddiaçıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, iddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş,iddiaçıya pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyər i – 228 manat dövlət büdcəsinə aid edilmiş, İddiaçı üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti və baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinin tələbinə uyğun olaraq 03 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində iddiaçının əynində olan boz rəngli şalvarının sol yan cibindən aşkar olunduğu qeyd edilən - iş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan - 01 ədəd kiçik ölçülü şəffaf sellofan paketin içərisində - 04 ədəd gümüşü rəngli kağız bükümlərdə, hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,675 qr., 0,991 qr., 1,313 qr., 0,776 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar hesab edilən 3,755 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroinin, 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 1,562 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin və 01 ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzinin kimə məxsus olması, həmin narkotik vasitələrin İddiaçı üzərinə kim tərəfindən qoyulması və qeyd olunanlarla bağlı təqsirkar şəxsin müəyyən edilməsi məqsədi ilə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirkar şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna göndərilməsi hökm edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 1(102)-1551/2022 saylı qərar ı ilə kassasiya protesti təmin edilməmiş, iddiaçıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə cəza çəkmiş, həbsdə saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat
5. İddiaçı cavabdeh (bundan sonra cavabdeh) qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə orqanı və ibtidai araşdırma orqanı tərəfindən qanunsuz məhkum etmə, cinayət məsu liyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın baş verməsini nəzərə alaraq, ona vurulmuş 9.700 manat məbləğində maddi ziyanın, əldən çıxmış faydaya görə 9.000 manat və mənəvi ziyana görə 100.000 manat kompensasiya olmaqla, ümumilkidə 118.700 manatın cavabdeh hesabından tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin hallarına istinad edərək iddia tələbini belə əsaslanmışdır ki, qanunsuz və əsassız olaraq 06 sentyabr 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (9 ay müddətində) həbsdə qalmışdır, onun ibtidai istintaq zamanı fiziki təzyiqlərə məruz qaldığı məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Barəsində qanunsuz cinayət işinin aparılması və həbsi ona, ailə üvlərinə həm maddi, həm mənəvi cəhətdən böyük zərbə vurmuşdur. Ana sı hər ay 150 manat məbləğində, hər həftə ərzaq və qeyri-ərzaq malları gətirmiş, saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına taksidən istifadə etməklə gediş-gəliş üçün 50 manat, yəni hər həftə 200 manat, 9 ay ərzində 7.700 manat pul xərclənmişdir. Həbsdə olduğu dövrdə səhhəti pisləşmiş, ona 1.000 manat məbləğində dərman alınaraq müalicəsi üçün xərclənmişdir. Barəsində məhkəmə prosesləri uzun müddət davam etmiş, anası məhkəməyə gedən gün hər dəfə 50 manat məbləğində ərzaq almış, gediş-gəliş üçün 10 manat, yəni hər dəfə 60 manat pul xərcləmişdir. Bununla bağlı məhkəməyə gediş-gəliş xərcləri 1.000 manat təşkil etmişdir. Həbs edilməmişdən öncə fərdi işlə məşğul olmaqla hər ay 1.000 manat pul qazanmışdır. Həbsdə olduğu dövrdə 9.000 mana t fayda onun əlindən çıxmışdır. Nəticə etibarı ilə ona 18.700 manat məbləğində maddi ziyan dəymişdir. Həbsdə olması və barəsində aparılan cinayət işi ilə bağlı onun şərəf və ləyaqətinə sağalmaz zərbə vurulmuşdur. Ətrafda hamı onu cinayətkar, narkotik maddə alverçisi kimi qələmə verir. Buna görə də, mənəvi ziyan olaraq 100.000 manat pulun ödənilməsi zəruridir. Qeyri-qanuni olaraq azadlıqdan məhrum edilməklə həbsdə saxlanılması ilə əlaqədar onun səhhəti pisləşmiş, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gəlmişdir.
7. Cavabdeh nümayəndəsi X4 tərəfindən məhkəməyə iddiaya etiraz göndərilmiş və etirazda göstərilmişdir ki, iddia tələbi əsaslı olmadığından rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh kimi cəlb edilmişdir. İddiaçı ərizəsində fərdi əmə k fəaliyyəti ilə məşğul olmasını, həbsdə olduğu müddətdə real qazancdan məhrum olduğunu əsas gətirərək əldən çıxmış fayda olaraq 9.000 manat pul tələb etmişdir, lakin hansı əmək fəaliyyəti ilə məşğul olması və aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etməmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materillarına əlavə edilməmişdir. Bundan başqa həbsdə olduğu zaman səhhətində problemlər yarandığını və bu şəbədən müalicə üçün 1000 manat dəyərində dərman alındığını əsas gətirərək maddi zərərə görə 9700 manat kompensasiya ödənilməsini tələb etmişdir. Lakin iddia ərizəsində qeyd olunan bütün bu xərclərlə bağlı hər hansı təsdiqedici sənədlər, sübutlar təqdim edilməmişdi r. Hesab ediblər ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir.
8. X2 ifadəsində bildirdi ki, iddiaçı onun dayısı oğludur. O, Xocahəsən və Hökməli kəndlərində qardaşı və dayısı oğlu ilə tikinti işi ilə məşğul olur. Onun qardaşı X3 ustadır. Dayısı oğlu İddiaçı və o, fəhlə kimi qardaşının yanında işləyirlər. İddiaçı adətən şifer vurur. Həmçinin o, tavan döşəmə və suvaq işlərini də bilir. Aylıq gəlirləri hər biri üçün 1.200 manat və 1.000 manat arası dəyişir. Gördükləri işləri müqavilə olmadan görürlər və günəmuzd olaraq işləyirlər. Onun da, iddiaçının da əmək müqaviləsi yoxdur.
9. X1 ifadəsində bildirdi ki, iddiaçı onun dayısı oğludur. Xocahəsən və Hökməli kəndlərində tikinti işləri ilə mə ğul olurlar. O, usta kimi, qardaşı və iddiaçı isə fəhlə kimi onun yanında işləyirlər. İddiaçı şifer vurur. Aylıq gəlirləri hər biri üçün 1.200 manat və 1.000 manat arası dəyişir. Gördükləri işlər rəsmi deyildir. Heç birinin əmək müqaviləsi yoxdur. Günəmuzd olaraq işləyirlər.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 mart 2023-cü il tarixli 2(006)-824/2023 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi zərərə görə 10.000 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin movgeyi ondan ibarət olub ki, iddiaçı iddia ərizəsində q eyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə cəza çəkmiş, həbsdə saxlanılmışdır. Məhkəmə iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 10.000 manat məbləğində mənəvi ziyan tutulmalıdır. Məhkəmə əlavə olaraq qeyd edib ki, şahid ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, nə iddiaçı, nə də şahidlər rəsmi şəkildə işləmirlər, təyin olunmuş əmək haqqı almırlar, gəlirləri qeyri-müəyyən və dəyişkəndir. Nə iddiaçı, nə də şahidlər məhkəməyə aylıq gəlirlərini təsdiq edən rəsmi sənədlər təqdim etməmişlər. İddiaçı ona maddi ziyan vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1096, 1100, 1101.1, 1101.2, Cinayət Prosessual Məcəllənin 57.1, 58.1, 58.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanuna və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmələrindəki icraat
13. İş üzrə cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(006)-824/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələb inin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər V. N. Sadıqov (sədrlik edən və məruzəçi), A. Ə. İsgəndərov və M. Ə. Rüstəmli,) xx.xx.2023-cü il tarixli, 2(103)-3314/2023 nömrəli qətnaməsi ilə, apelyasiya şikayəti təmin edilməmişdir və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-824/2023 saylı iş üzrə 01 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasə qət edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsi kollegiyasının movgeyi ondan ibarət olub ki, iddiaçının bu müddət azadlıqdan əsassız olaraq məhrum edilməsi işin mübahisə edilməyən halı olduğu kimi onun həmin qanunsuz hərəkətlər nəticəsində və bu müddət ərzində qanunsuz həbsdə olmasına görə mənəvi istirab və sarsıntı keçirməsi, yəni mənəvi zərər çəkməsi də mübahisə doğurmur. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq ödənilməsi qət olunmuş mənəvi ziyanın məbləğini ağlabatan və ədalətli sayır.
16. Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası nəzərə alıb ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mal iyyə Nazirliyi haqqında Əsasnaməsinin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddi açıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
17. Apelyasiya instansiya məhkəməsi öz mövqeyini “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu 4.,5., 6. 1, 7. 1ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1.,21.2.,21.3.,1096.,1100. 1101.1.-ci mad dələrinə, mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2, 10-cu bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1.-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
18. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3314/2023 saylı qətnaməsini ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassator kassasiya şikayətini iddiaya etirazın və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır.. Kassator qeyd etmişdir k i, ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.
20. Kassator kasasiya şikayyətinin hüququi əsası kimi, Mülki Məcəlləsinin 6, 1096, 1097, 1114.3-ci maddələrinə, Büdcə sistemi haqqında Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 358-İİQ nömrəli qanununun 15-ci və 17-ci maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin m əhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarının 2.4-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.8, 385, 418.6, 418-1.3-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktı nın qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
23. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu 24.Maddə
4. C inayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. 25.Maddə
5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
26. Maddə 6. 1-ci bəndi. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
27. Maddə 7. 1-ci bəndi. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməli dir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya inst ansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mün asibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən hüquqi dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və həmin qiymətləndirmə ilə məhkəmə kollegiyası razılaşdığından həmin dəlillər üzrə əlavə qiymətləndirmə aparılmasına zərurət yoxdur.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessua l qanun pozuntularına yol verməmişdir.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3314/23 saylı 23 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.