Məhkəmə qərarları › İş №2(102)-3598/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3598/2024

13.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3598/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1nə qarşı ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1nə qarşı ("xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəl b edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2024-cü il tarixli, 2(106)-3102/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə “13” dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-38/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi ilə "xxxx" QSC-nin iddiasının qismən təmin edilməsi, cavabdehlər X5, İddiaçı, X7, X12 və X3 müştərək qaydada ümumilikdə 85.991,75 ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcunun, bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun, 42 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun tutularaq, "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetlərinə, o cümlədən İddiaçı məxsus ünvan 3, 4 nömrəli evin, 10 nömrəli mənzilinə yönəldilməklə, həmin əmlakların açıq hərracda satılması, ünvan 3, 4 nömrəli evin, 10 nömrəli mənzilin ilkin satış qiymətinin 30.000 manat müəyyən edilməsi qət edilmişdir.

2. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1080/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 38/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evlərinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş və mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 3, 4 nömrəli evin, 10 nömrəli mənzilin ilkin satış qiyməti kimi likvid qiymətinin 32.000 manat məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilməmiş saxlanılmışdır. Bu qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1080/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Cavabdeh1 hərracın keçirilməsi barədə xx.xx.2023-cü il tarixli sifariş məktubu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, "xxxx" QSC-yə, "Əmlak hərrac mərkəzi” MMC-yə və İddiaçı göndərilmişdir. Həmin mənzilin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu hərracın keçirilməsinin tarixi və yeri barədə “Birjany us” X1, eləcə də, "Əmlak hərrac mərkəzi” MMC-nin rəsmi internet saytında elan verilmiş, həmçinin, tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. xx.xx.2023- cü il tarixə təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamış və həmin tarixə təyin edilmiş açıq hərrac iştirakçı olmaması səbəbindən baş tutmamışdır.

4. Təkrar hərrac xx.xx.2023-cü il tarixə təyin edilmiş, bununla bağlı ilkin hərracda olduğu kimi maraqlı şəxslərə müvafiq bildiriş göndərilmiş və internet informasiya ehtiyatlarında zəruri məlumatlar yerləşdirilmişdir. Lakin bu hərrac da iştirakçının olmaması səbəbi ilə baş tutmamış və xx.xx.2023-cü il tarixdə bu barədə müvafiq protokol tərtib edilmişdir. Bundan sonra hərrac təşkilatçısı tərəfindən "xxxx" QSC-yə mənzilin təkrar hərracdakı satış qiymətindən 25%-dən az olmayan qiymətə (20.400 manat) əldə edilməsi təklif edilmiş və həmin təklif İddiaçı və İcra İdarəsinə də göndərilmişdir. Nəticədə mənzil cavabdeh "xxxx" QSC tərəfindən qeyd edilən qiymətə əldə edilmiş və bununla bağlı Cavabdeh2 MMC ilə "xxxx" QSC arasında xx.xx.2023- cü il tarixdə “X13 barədə” 145/23 saylı protokol imzalanmışdır. Mənzilə dair "xxxx" QSC-nin mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1nə qarşı ("xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3ndə 4 nömrəli evin 53. 9 kv.m. ümumi, 31,4 kv.m yaşayış, 22,5 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzilinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi, hərracın yekunları barədə 145/23 saylı, xx.xx.2023-cü il tarixli Protokolun və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən "AccessBank” ASCnin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və həmin yaşayış evinə dair mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh1 açıq hərracın keçirilməsi ilə bağlı "xxxx" MMC-yə verdiyi sifarişdən, həmçinin hərrac təşkilatı tərəfindən keçirilmiş hərraclardan xəbəri olmamışdır. Belə ki, hərracların keçirilmə yeri və vaxtı barədə bildiriş göndərilməmiş, hərrac onun işt irakı olmadan keçirilmişdir. Bununla da, həm Cavabdeh1, həm də hərrac təşkilatı tərəfindən hərrac keçirilməsi qaydaları ilə bağlı "İpoteka haqqında" Azərbaycan Respublikasının qanununun tələbləri pozulmuşdur.

7. Cavabdeh MMC iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, Cavabdeh1ndən Cavabdeh2 MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1080/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi ilə ilkin satış dəyəri 32.000 manat olmaqla, ünvan 3 ünvanında yerləşən, 4 nömrəli evin, 10 saylı mənzilinin açıq hərracda satılması Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi xx.xx.2023-cü il tarixinə, saat 10:00-a təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, borclular X8, X4, X6, İddiaçı, X10, eləcə də tələbkar "xxxx" QSC-yə 711/23 saylı, xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixdə elektron kütləvi informasiya vasitəsi kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmış, “Birjanyus” X1 (Portalında) (wuw.birianews.az) dərc olunmuş və həmin elan, eyni zamanda, hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli protokola əsasən yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. xx.xx.2023-cü il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin mənzil ilkin satış qiymətindən 15% aşağı qi ymətə, yəni 27.200 manata olmaqla xx.xx.2023-cü il tarixinə, saat 10:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixdə kütləvi informasiya vasitəsi olan “Birjanyus” X1 (Portalında) (www.birianews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“Eherrac.com”) yerləşdirilmişdir. Sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2023-cü il tarixə, saat 11:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X1 (Portalında) (www.birianews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“Eherrac.com”) dərc olunmuşdur. Təkrar hərrac ın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 932/23 saylı bildirişə əsasən təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. Hərracın baş tutmamasma dair xx.xx.2023-cü il tarixli protokola əsasən xx.xx.2023-cü il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (eherrac.com) yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixli, 1064/23 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiym ətindən 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunmuşdur. İpoteka saxlayan "xxxx" QSC ipoteka predmetini təklif edilən 20.400 manat məbləğinə əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X2" nəzdində "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 145/23 saylı “X13 barədə Protokol" tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə "Əmlak Hərrac Mərkəzi” MMC-nin 1195/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna qoşma ilə sifarişçi icra Şöbəsinə göndərilmişdir.

8. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" QSC iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, hərrac qanunvericiliyə uygun keçirilmişdir. Tərəflər hərrac barədə məlumatlı olmuşdular. Çünki tərəflə hərrac dövründə belə danışıqlar aparılmışdır. İddiaçının da qeyd etdiyi kimi, əmlak xx.xx.2023-cı il tarixli, 145/23 nömrəli “Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün X13 Barədə Protokol tərtib edilərək, banka borc qarşılığında satılmışdır. Məhkəməyə qədər, icra mərhələsində və Hərrac dövründə borclu və ipotekaqoyan hərracdan məlumatlı olmuş və bankdan güzəştlər təklif edilsə də, dəyərləndirməmişdir. Hazırkı iddia qanunvericiliyin verdiyi hüquqlardan suiistifadə olmaqla qət edilmiş qətnamənin icrasını yubatmaq məqsədi daşımışdır. Mülki Məcəllənin 347.1-ci maddəsinə əsasən müqavilənin etibarsızlığı üçün iddai müddəti 1 il olmasına baxmayaraq, artıq 2 ilə yaxın zaman keçmişdir və iddia müddətinin iddaçı tərəfindən pozulmasi aşkardır.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)476/2024 nömrəli qətnaməsi ilə (hakim X9) iddia tələbi təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsində göstərilən hərrac keçirilərkən iddiaçının məlumatlandırılması və ya iddiaçının hərracın keçirilməsindən xəbərsiz olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, tədqiq olunmuş sübutlarla əsli təsdiq olunaraq, qeyd olunan hərraclarla bağlı bildirişlərin qanunla nəzərdə tutulmuş qaydada ipoteka qoyana təqdim olunmas ı təsdiq edilmişdir.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337 və 416.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü, 124.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərrac onun xəbəri və iştirakı olmadan keçirilmiş və bununla da hüquqları pozulmuşdur. Lakin, məhkəmə qəbul etdiyi aktla onun pozulmuş hüquqlarını bərpa etməmişdir. Məhkəmə, icra məmuru tərəfindən hərracın keçirilməsi barədə sifariş verilərk ən, ipoteka qoyanın razılığının alınmaması faktını araşdırmamış və buna qiymət verməmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3102/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)476/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə qeyd etmişdir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət edilməklə cavabdeh tərəfindən həm xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin, həm də xx.xx.2023-cü il tarixlərdə keçirilmiş təkrar hərrac barədə iddiaçıya müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmiş, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə “Birjanews” X1 (www.birjanews.az) ilkin və təkrar hərracın keçirilməsi ilə bağlı elanlar dərc etdirilmişdir. Lakin bildirişlərin olduğu zərflər “köçüb” qeydi ilə iddiaçıya təqdim edilmədən geri qaytarılmışdır (zərflər üzərində olan qeydlər də bildirişlərin həqiqətən də göndərilməsini təsdiq edir). Bundan başqa, ilkin və təkrar hərracın baş tutmaması barədə protokollar tərtib edilmiş və bu barədə də “Birjanews” X1 (www.birjanews.az) elanlar dərc edilmişdir.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilinə istinadən qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsi icra məmuru tərəfindən hərracın keçirilməsi b arədə sifariş verilərkən, ipoteka qoyanın razılığının alınmasını nəzərdə tutmur.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5, 337.1, 415.1, 415.2, 416.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1, 41.2, 42.1, 43.1, 43.4, 43.5, 43.7, 43.7-1 və 44-cü maddələrinə, “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə, Məhkəmə kollegiyası F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə icra məmuru tərəfindən hərracın keçirilməsi barədə sifariş verilərkən, ipoteka qoyanın razılığının alınmaması faktını araşdırmamış və buna qiymət verməmişdir. b)

20. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respubl ikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşd irilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

23. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

24. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

25. Maddə 416.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

26. Maddə 416.2. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

27. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

28. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və i poteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

29. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec ol mayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

30. Maddə 43.1. Hərraca iki nəfərdən az alıcı gəldikdə və ya hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etd irir.

31. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

32. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

33. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

34. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsi nə malikdir; 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

35. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaları na müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasi ya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2024-cü il tarixli 2(103)3102/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar