Məhkəmə qərarları › İş №2(102)-36/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-36/2022

17.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-36/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-36/22 (Açar sözlər: pul tələbi, maddi və mənəvi zərərin ödənilməsi) Bakı şəhəri, 17 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və onun vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi, maddi və mənəvi zərərin ödənilməsi” barədə iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2685/2020 nömr əli, 04 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 17 yanvar 2022ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, 20.000 manat məbləğində pulun və 10.000 ABŞ dolları pulun (ödəniş gününə manatın məzənnəsi ilə), 10.000 manat məbləğində maddi zərərin, 10.000 manat məbləğində mənəvi zərərin və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh uzun müddətdir ki, tanıyır. Belə ki, cavabdeh iddiaçının atası Emilin yaxın dostu olmuş, onlar bir-birilərinin evinə ailəvi gedib-gəlmişlər. Bu səbəbdən də cavabdehə etibarı böyük olmuşdur.

3. Təxminən 2016-cı ilin sonlarında iddiaçı evlənməyi planlaşdırdığından və Bakı şəhərində işlədiyindən özünə yeni mənzil almaq qərarına gəlmiş və bu məqsədlə müəyyən məbləğdə pul da yığmışdır. Həmin dövrdə atası iddiaçıya ev axtarmaq üçün ailəvi tanışları olan cavabsdehə müraciət etməyi təklif etmiş, bununla əlaqədar iddiaçının atası iddiaçının iştirakı ilə cavabdehə müraciət etdikdə, cavabdeh Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "X14" MMC-də satlıq mənzillərin olduğunu bildirib nisbətən ucuz qiymətə təzə tikilmiş mənzil təşkil edəcəyini bildirmişdir.

4. Bundan bir neçə gün sonra, yəni 2016-cı ilin dekabr ayının əvvələrində cavabdeh iddiaçı ilə görüşərək Yasamal rayonu, Xiyabani küçəsində yerləşən “X14" MMC-nın binasının 20-ci mərtəbəsində 96.3 kvadrat metr ölçüdə, 52.000 manat dəyərində ev olduğunu bildirib, təcili pulu çatdırmağın lazım olduğunu qeyd etmişdir. İddiaçı heç nədən şübhələnmədən elə həmin gün cavabdehlə “İnşaatçılar” metrostansiyasnın yaxınlığında görüşüb 52.000 manat pulu cavabddehə vermişdir.

5. Cavabdeh sənədləşmə məsələsini özü həll edəcəyini bildirmiş, iddiaçı binaya gedib mənzilə özü də baxmaq istədiyini bildirəndə, cavabdeh İslam buna imkan verməyib, evin təmiri də qurtarandan sonra mənzili iddiaçıya sürpriz kimi göstərəcəyini demişdir. İddiaçı yenə də cavabdehə inanmış və həmin günün sabahısı cavabdeh iddiaçıya zəng vurub evin pulunu MMC-yə köçürdüyünü, müqaviləni aldığını, artıq evin təmiri ilə məşğul olmaq lazım olduğunu bildirmiş dir.

6. Bundan sonra, iddiaçı cavabdehlə görüşmüş və cavabdeh evinin təmirini də özü edəcəyəni demişdir. İddiaçı cavabdehdən təmir üçün nə qədər pul lazım olduğunu soruşanda cavabdeh təmir üçün 10.000 ABŞ dolları istəmişdir. Təxminən 2016-cı ilin dekabr ayının sonlarında iddiaçı cavabdehə "İnşaatçılar" metrostansiyasının qarşısında görüşüb cavabdehə 10000 ABŞ dollar pul vermiş və yenə mənzilə və ya sənədlərinə baxmaq istədiyini bildirəndə cavabadeh iddiaçıya səbirli olmasını ona sürpriz edəcəyini demişdir. Bu dəfə də iddiaçı cavabdehə inanıb nə mənzilə baxmamış, nə də sənədlərlə maraqlanmamışdır.

7. Təxminən 2017-ci ilin fevral ayının əvvəllərində cavabdeh iddiaçı ilə görüşüb təmirin qaydasında getdiyini, lakin əlavə olaraq 7000 manat pulun lazım olduğunu bildirəndə həmin pulu da iddiaçı c avabdehə Yasamal rayonu Şərifzadə küçəsində vermişdir.

8. Cavabdehin deməsinə görə evin təmiri 2017-ci ilin mart ayının sonlarına, aprel ayının əvvəllərinə yekunlaşmalı idi. 2017-ci ilin sentyabr ayında iddiaçı toyunun planlaşdırıldığından təmirin tez başa çatmasını arzulamış və həmin dövrdə də bir neçə dəfə cavabdehə evə baxmaq istədiyini bildirsə də sonuncu hər dəfə iddiaçıya “Sürprizi pozma” demişdir. Lakin 2017-ci ilin aprel ayının 1-də cavabdeh iddiaçıya zəng vuraraq evin dəyərindən 5.000 manat az pul köçürdüyünə görə müqavilə şərtlərinə əsasən mənzilin satışa qoyulduğunu, bu səbəbdən də təcili olaraq əlavə 5.000 manat pul gətirmək lazım olduğunu bildirəndə, iddiaçı cavabdehə evin tam pulunu, hətta təmirin də pulunu ödədiyini bildirmişdir. Cavabdeh isə pulun müəyyən məbləğini şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir.

9. İddiaçı bu səbəbdən şübhəyə düşüb 02 aprel 2018-ci il tarixdə özü "X14" MMCyə getmiş və MMC-nin rəhbərliyinin onun mənzilinin satışı ilə əlaqədar iclas keçirdiyini görmüşdür. İddiaçı MMC-nin təsisçisi Maksim Zeynalova müraciət edərək, cavabdeh vasitəsi ilə hələ 2016-cı ilin dekabr ayında mənzilin pulunu tam köçürdüyünü bildirəndə, Maksim Zeynalov mənzilin alqı-satqı müqaviləsini göstərərək mənzilin dəyərindən 5.000 manat pul az köçürüldüyünü, müqaviləyə əsasən 1 ay ərzində pul tam köçürülmədikdə mənzilin satışa çıxarıldığını, 4 ay ərzində pulun köçürülməyən hissəsinə görə 1.000 manat da faiz gəldiyini bildirmişdir.

10. Müqaviləyə baxdıqda mənzilin ümumi dəyərinin 45.000 manat kimi göstərildiyini, cavabdeh tərəfindən isə iddiaçının adından MMC-yə cəmisi 40.000 manat pul köçürüldüyünü görmüşdür. Halbuki cavabdeh iddiaçıdan yalnız mənzilə görə 52.000 manat pul almışdır. Həmin vaxt cavabdeh də yanlarında olduğundan cavabdehə müraciət edərək nəyə görə onu aldatdığını soruşanda cavabdeh elə Maksimin yanında pula ehtiyacı olduğundan verilən pulların bir qismini xərclədiyini etiraf etmişdir.

11. Bundan sonra, iddiaçı cavabdehdən verdiyi 10.000 ABŞ dolları və 7000 manat olmaqla təmir pullarının necə olduğunu soruşanda, cavabdeh evi əslində təmir etdirmədiyini, həmin pulları da şəxsi ehtiyaclarına xərclədiyini etiraf etmiş və tezliklə ələ keçirdiyi pulları qaytaracağına söz vermişdir.

12. İddiaçı məcbur qalıb evin satışa çıxarılmaması üçün MMC-nin balansına əlavə olaraq 5.000 manat və 1.000 manat dəbbə pulu köçürmüş və mənzil iddiaçının adı na tam qaydada rəsmiləşdirilmişdir.

13. Cavabdeh 3 dəfəyə iddiaçıdan almış olduğu cəmi 59.000 manat və 10.000 ABŞ dollarından yalnız 40.000 manatı MMC-yə köçürmüş, qalan 19.000 manat və 10.000 ABŞ dollarını isə ələ keçirmişdir. Cavabdehin onu aldatdığını başa düşüb polisə şikayət edəcəyini bildirəndə, cavabdeh iddiaçıya yalvararaq tezliklə ələ keçirdiyi pulları qaytaracağını bildirib polisə müraciət etməməyini xahiş etmişdir. Lakin hal-hazıra kimi də cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir.

13. Belə olan halda, iddiaçı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə ərizə ilə şikayət etmişdir. Orada iş araşdırılaraq toplanmış material aidiyyatı üzrə istintaq şöbəsinə göndərilmişdir. İstintaq şöbəsinin müstəntiqi araşdırma apardıqdan sonra cinayət işinin başlanm asını rədd etmiş və iddiaçıya bu işin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etməsini məsləhət bilmişdir. Həmin qərar Yasamal Rayon Prokurorluğu tərəfindən ləğv olunduğundan yenidən araşdırma aparılması üçün istintaq şöbəsinə göndərilmiş və müstəntiqin 27.04.2019-cu il tarixli qərarı ilə işin mülki xarakterli olması səbəbi ilə yenidən cinayət işinin başlanması rədd edilmişdir. Bu səbəbdən iddiaçı məcburiyyət qarşısında qalaraq hazırki iddia ilə məhkəməyə müraciət etməyi qərara almışdır.

14. Cavabdeh iddiaçını öz təzə aldığı mənzilinə köçməyə qoymamış və iddiaçı məcburiyyət qarşısında qalaraq həmin müddət ərzində kirayələrdə yaşamış və təxminən 10.000 manat məbləğində kirayə haqqı vermişdir.

15. Cavabdehin qanunsuz hərəkətləri və etibardan sui-istifadə edərək iddiaçını aldatm ası ona çox pis təsir göstərmiş, onu sarsıtmış, iddiaçı mənəvi sarsıntılar keçirmiş, xəstələnmiş, müalicə olunmuşdur. Beləliklə də, iddiaçıya 10.000 manat məbləğində mənəvi zərər dəymişdir. Həmin dəymiş maddi və mənəvi zərər cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

16. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 427.4, 428.4, 443.5, 448.2 və 449.1-ci maddəsinə istinad etmişdir.

17. Cavabdeh həm yazılı ərizəsində, həm də birinci instansiya məhkəməsində iddia tələbini qismən qəbul etdiyini, iddiaçı tərəfindən ona 10000 ABŞ dolları və 7000 manat pulun faizlə verilməsini etiraf etmişdir.

18. Birinci instansiya məhkəməsində şahid X2 bildirmişdir ki, iddiaçı onun oğludur, İslam isə onların ailəvi dostlarıdır. O, İslamdan xahiş etmişdir ki, oğlu üçün ev tapmağa k ömək etsin. İslam ev tikintisi işi ilə məşğul idi. Onlar İslama 52000 manat pul vermişlər ki, onlara ev alsın. O, oğlu ilə evin sənədini götürməyə getdikdə məlum olmuşdur ki, İslam ev sahibinə 52.000 manatdan yalnız 40000 manat pul verib. Oğlu Tural hal-hazırda kiraydə qalır. Onlar ev əldən çıxmasın deyə 5000 manat və cərimə olaraq 1000 manat pul vermişlər. Polis idarəsində araşdırma olub, İslam hər dəfə fərqli izahatlar verib.

19. Birinci instansiya məhkəməsində X7 göstərmişdir ki, o, 2010-cu ildən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal "xxxx" MMC holdinqin təsisçisi vəzifəsində çalışır. Şirkətin həmin ünvanda 2 bloklu, 25 mərtəbəli, 320 mənzilli binaları inşa edilir və artıq tikinti başa çatdığından mənzillərin satışı başlanılmışdır. İslam adlı şəxsi o, mənzillərin satışı zamanı tanım ışdır. Belə ki, təxminən 2016-cı ilin sonlarında İslam adlı şəxs onlara müraciət edərək öz qohumu üçün MTK-dan mənzil almaq istədiyini bildirmişdir. Bundan sonra İslam onların binasının 20-ci mərtəbəsində yerləşən 96.3 kvadrat metr ölçüdə mənzili qohumu İddiaçı adlı şəxs üçün almaq istədiyini bildirmişdir. Həmin vaxt İslam mənzilin əvvəlki sahibi ilə 45000 manata danışıb ona 40000 manat pul köçürmüş, qalan 5000 manatı isə sonra köçürəcəyini bildirmişdir. İddiaçı isə özü MTK-ya gəlməmişdir. İslamla həmin mənzilin sahibi arasında olan razılığa əsasən pulun qalan hissəsi bir ay ərzində köçürülməli idi. Lakin 40000 manat pul köçürülmüşdür. 2017-ci ilin aprel ayının əvvəlində İddiaçı özü İslamla birlikdə onların ofisinə gəlmiş və Tural evin alqı-satqı müqaviləsində cəmi 40000 manat pulun köçürü ldüyünü görüb İslama müraciət edərək niyə onu aldadıb mənzili 52000 manata aldığını bildirib, ondan həmin məbləğdə pulu aldığı halda, mənzilə görə cəmi 40000 manat pul köçürdüyünü soruşanda, İslam Turaldan üzrxahlıq edərək pulun qalan hissəsini öz şəxsi ehtiyaclarına xərclədiyini bildirmiş və borcunu həmin evi özü tərəfindən təmir etməklə bağlayacağını demişdir.

20. Birinci instansiya məhkəməsində X3 bildirmişdir ki, təxminən 2012-2013-cü illərdə özünə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "xxxx" MTK-ya məxsus yeni tikilmiş binanın 20-ci mərtəbəsindən 3 otaqlı, 96.3 kvadrat metr sahəyə malik olan mənzil almış və rəsmi qaydada MTK ilə müqavilə bağlayıb pulunu da tam şəkildə ödəmişdir. Lakin 2016-cı ilin sonlarında pula ehtiyacı yarandığından həmin mənzili satmaq qərarına gəlmiş və bu barədə MTK-nın rəhbərliyinə də məlumat vermişdir. MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən onlardan almış olduğu mənzili satma qərarına gəldikdə mənzilin pulunu özü götürsə də, alqı-satqı müqaviləsi mənzili alan şəxslə MTK arasında bağlanmalı idi. Bu səbəbdən də MTK-nın rəhbərliyinə mənzili 45000 manata satmaq fikrində olduğunu, alıcı çıxarsa, onunla görüşdürmələrini xahiş etmişdir. Təxminən 2016-cı ilin dekabr ayının ortalarında onunla İslam adlı şəxs əlaqə saxlayaraq mənzili almaq istədiyini bildirəndə, İslamla görüşmüş və İslam mənzili öz yaxın qohumuna almaq istədiyini, həmin qohumunun bütün alqı-satqı məsələlərini ona həvalə etdiyini bildirmişdir. O, etiraz etməmiş və 45000 manat müqabilində mənzili sata biləcəyini bildirmişdir. Bundan 1-2 gün sonra İslam onunla görüşərək on a 35000 manat pul verib qalan pulu bir ay ərzində çatdıracağını qeyd edərək evi artıq satması barədə MTK rəhbərliyini məlumatlandırmasını xahiş etmiş, MTK-nın rəhbəri Maksim adlı şəxsə mənzilini satdığını bildirib yeni sahibi ilə alqı-satqı müqaviləsi bağlaya biləcəkləri barədə məlumat vermişdir. Bundan sonra İslam mənzili almaq istəyən Tural adlı şəxsin adından evin alqı-satqısı barədə müqavilə bağlamış, İslamı bir ay ərzində ona qalmış 10000 manatı verməyəcəyi halda müqaviləni ləğv etdirib evi istədiyi şəxsə satacağı barədə xəbərdarlıq etmişdir. İslam razılaşmış və təxminən 2017-ci ilin yanvar ayının sonlarında, fevral ayının əvvəllərində ona 5000 manat verərək qalan 5000 manatı da tezliklə verəcəyini bildirib ona bir qədər də möhlət verməsini xahiş etmişdir. Daha sonra Tural tərəfindən ona 5000 manat əvəzinə 6000 manat ödənilmiş, çünki artıq gecikməyə görə o, evi satmaq istəyirdi. Söhbəti şiritməmək üçün ona 1000 manat da əlavə vermişlər. Sonradan ona məlum olmuşdur ki, onun 45000 manata satdığı evə görə İslam alıcıdan 52000 manat almışdır.

21. Birinci instansiya məhkəməsində şahid X1 bildirmişdir ki, o, Turalı İslam tərəfindən tanımışdır. İslam onun bacanağıdır. O, iddiaçını və atasını İslamın evində görmüşdür. O, İslamın müalicəsi ilə bağlı pula ehtiyacı olduğundan Turaldan pul götürmüşdür. Belə ki, İslam yoldaşı ilə Moskvaya müalicəyə getmək istədiyi üçün hamıdan faizə pul istəyirdi.

22. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2959/2021 nömrəli, 21 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 20000 (iyirmi min) man at və qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatı məzənnəsi ilə 10000 (on min) ABŞ dolları məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Ramilə Xəzri)

23. Birinci instansiya məhkəməsi toplanmış sübutlara, o cümlədən şahid ifadələrinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, ilkin olaraq cavabdeh iddiaçıdan 52000 manat, daha sonra 10000 ABŞ dolları və 7000 manat pul almışdır. İş materiallarından və şahid ifadələrindən müəyyən olunur ki, 52000 manat puldan yalnız 40000 manat cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Bundan əlavə 10000 ABŞ dolları və 7000 manat pul cavabdehə verilmiş və hara xərclənməsi məlum olmamış, iddiaçı tə rəfindən cavabdehin günahı ucbatından pulun gecikməsinə görə əlavə 1000 manat pul MMC-yə ödənilmişdir. Beləliklə, evin dəyəri kimi artıq ödənilmiş 12000 manat, ödənişin gecikdirilməsi səbəbindən iddiaçı tərəfindən ödənilmiş 1000 manat, mənzilin təmiri üçün verilmiş 10000 ABŞ dolları və 7000 manat pul vəsaiti olmaqla, cəmi 20000 manat və 10000 ABŞ dolları məbləğində iddiaçıya maddi ziyan vurulmuşdur.

24. Birinci instansiya məhkəməsi əsassız varlanma ilə bağlı mülki qanunvericiliyin müddəalarına əsasən məhkəmə hesab edib ki, iddia tələbinin 20000 manat və 10000 ABŞ dolları pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi əsaslıdır.

25. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, cavabdeh 10000 ABŞ dolları və 7000 pul vəsaitini iddiaçıdan adlığını etiraf etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir.

26. Bununla belə, birinci instansiya məhkəməsi 10000 manat kirayə haqqı və 10000 manat mənəvi ziyanla bağlıiddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, həmin hissədə iddia tələblərini təmin etməmişdir.

27. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1091.1, 1091.2, 1092.1, 1096, 1097.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 77.1, 191.3-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərar ı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

28. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin qismən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi cavabdehin 10000 ABŞ dolları və 7000 manat pulun iddiaçıdan almasını etiraf etdiyini göstərdiyi halda, cavabdehdən 10000 ABŞ dolları və 20000 manat pulun tutulmasını qət etmişdir. Məhkəmə hansı əsas görə 20000 manatın cavabdehdən tutulmalı olmasını əsaslandırmamışdır.

30. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2685/2020 nömrəli, 04 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2959/2019 saylı işi üzrə 21.11.2019-cu il tarixli qətnaməsi apellyas iya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Rafael Eyvazov, Ziya Şirinov)

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qanuni nəticəyə gəlmiş və apellyasiyanın təkzibedici sübutları olmayan dəlilləri üzrə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh İsıam İsmayılov (vəkil X5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmadını xahiş etmişdir.

33. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X8 şikayətə etiraz edərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər.

36. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, Cavabdeh və onun vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə qeyd edilən şəxslərin iştir akı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 191.3. Cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kas sasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

38. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etsə də, onun apellyasiya şikayəti yalnız 13000 manat pulun tutulması h issəsindən olmuşdur. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə apellyasiya məhkəməsinin yoxladığı hissə başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

41. İddia tələbi (təmin olunan hissədə) cavabdehdən 20000 manat pulun və 10000 ABŞ dollarının tutulması barə də olmuşdur. İşdən görünür ki, cavabdeh 10000 ABŞ dolarını və 20000 manatdan 7000 manatı etiraf etmişdir. Belə olan halda, mübahisələndirilən hissə 13000 manatdan ibarətdir.

42. Məhkəmələr işdəki sübutlara əsasən 13000 manatla bağlı hissədə müəyyən ediblər ki, iddiaçı cavabdehə mənzil alınmasına görə 52000 manat pul vermiş, 52000 manat puldan yalnız 40000 manat cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehin günahı ucbatından pulun gecikməsinə görə MMC-yə əlavə 1000 manat pul ödənilmişdir. Beləliklə, evin dəyəri kimi artıq ödənilmiş 12000 manat, ödənişin gecikdirilməsi səbəbindən iddiaçı tərəfindən ödənilmiş 1000 manat pul məbləğində iddiaçı zərərə düşmüşdür.

43. Göründüyü kimi, işə mahiyyəti üzrə baxan məhkəmələr 13000 manatla bağlı hissədə iddi anın sübuta yetirilməsini müəyyən edərək, işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişlər. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.

44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2685/2020 nömrəli, 04 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar