Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-360/2021 18.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) qarşı iş üzrə QƏRAR İ (Açar sözlər: bağ sahəsindən təyinatına uyğun istifadəyə maneənin cavabdehə və qeyrilərinə qadağan edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, Cavabdeh, üçüncü şəxs X5 və nümayəndəsi X12 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13420/2019 nömrəli iş üzrə xx xxxxxx 2019 -cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İş üzrə iddiaçı, iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna Bağ Massivində yerləşən 403 “K” saylı bağ sahəsindən (bundan sonra – mübahisəli bağ sahəsi) onun istifadəsinə maneə yaradılmasının cavabdehə və qeyrilərinə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Xaşa-xuna bağ massivi ərazisində yerləşən, ümumi sahəsi 0,22 hektar olan 403 saylı bağ sahəsi 1970-ci ildən iddiaçının ailəsinin, sonradan isə iddiaçının özünün istifadəsind ədir. Bu bağ bir dəfə mülki mübahisənin predmeti olmuş və bu gün də həmin mübahisə özünün müsbət həllini tapmadığından davam edir. Belə ki, iddiaçı tərəfindən X5 və Cavabdeh qarşı “dövlət reyestrində F.Səlimovun adına mülkiyyət hüququna dair aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və sair tələbinə dair” iddia tələbi irəli sürülmüş və bu tələb (İş № 2(003)-265/2018) Xəzər Rayon Məhkəməsinin baxışı predmeti olmuşdur. Məhkəmə həmin işə mahiyyəti üzrə baxaraq iddia tələbini qismən təmin edilməsi barədə xx.xx.2018-ci il tarixli qətnamə qəbul etmişdir. Həmin qətnamə ilə, iddiaçının bağ sahəsindən istifadəsinə iş üzrə cavabdehlər F.Səlimov və Cavabdeh tərəfindən yaradılan maneələrə qadağan edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Xəzər Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qətnamənin icrası ilə məşğul olunmuş (Teymur adlı) icra məmuru icra vərəqəsində onun yalnız 403 saylı bağ sahəsinə istifadə hüququna cavabdehlər tərəfindən yaradılan maneələrə qadağanın qoyulduğunu bildirmişdir. Bağ sahəsi isə faktiki olaraq 2 hissəyə daş hasarla ayrılmış və onun bir hissəsi yəni Cavabdeh satılan hissəyə yeni 403 “K” №-si ilə ünvan verilmişdir. 0na görə də onun bağın həmin 403 “K”-ya aid hissəsinə tələbinin icrasının mümkünsüz olduğu bildirilmişdir. Ona görə də iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. F.Səlimov ilə onlar arasında həmin bu bağ sahəsinə dair məsələyə baxmış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsinə əsasən bağ sahəsinə X1, X8, X2, X3, X6, X7 və İddiaçı bərab ər istifadə hüquqları tanınmışdır. Həmin qətnamə qanuni qüvvəsini alıb və icra olunaraq bağ sahəsinin icarə müqaviləsi F.Səlimov ilə bağlanıb. F.Səlimov da qanuni istifadədə olan bağ sahələrinin mülkiyyətə verilməsinə dair qəbul edilmiş qanuna əsasən 2012-ci ildə onlardan xəbərsiz bağ sahəsini adına rəsmiləşdirib və özünü bağın yeganə sahibi kimi görərək bağ sahəsinə olan iddiaçının hüquqlarını gözləmədən bağın 0,08 hektarını digər Cavabdeh satıb. Hazırki cavabdeh isə 403 saylı bağ sahəsinin ona satılmış hissəsinə onun hüquqlarının olduğunu qəbul etməyərək 403 saylı bağdan ona satılmış hissəsinin daş hasarla ayrıldığını və həmin hissəsinin daş hasarla ayrıldığını və həmin hissəyə yeni 403 “K” ünvanı verildiyini bildirmişdir. Cavabdehin bildirdiyinə görə iddiaçının istifadə hüquqları 403 sa ylı bağ sahəsinə aiddir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli, iş № 2(003)-2386/2019) İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən təyinatına uyğun istifadəyə maneənin cavabdehə və qeyrilərinə qadağan edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, həmin bağ sahəsinin Fəxrəddin Səlimovun adına rəsmiləşdirilməsi, eləcə də, sonradan onun tərəfindən bağ sahəsinin bir hissəsinin Cavabdeh satılması zamanı qanunvericiliyin hər hansı tələbi pozulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh həmin bağ sahəsini alqı-satqı müqaviləsinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq əldə etməklə dövlət reyestrində qeydiyyata aldırarkən hazırki iş üzrə iddiaçının və ya hər hansı bir şəxsin həmin bağa istifadə hüququnun dövlət reyestrində qeydə alınması halı müəyyən edilməməklə həmin əmlakı yüklü olaraq qəbul etməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev, iş № 2(103)-13420/2019 ) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, F.Səlimov mübahisəli bağ sahəsini Cavabdeh satmışdır. xx.xx.2016-cı il tarixli AN-İ seriyalı, ******* saylı “Alğısatqı müqaviləsinin” 3-cü bəndindən görünür ki, həmin ünvanda yerləşən ev və torpaq sahəsi satılarkən ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışından görünür ki, bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. Göründüyü kimi, iddiaçı mülkiyyətində olmuş bağ sahəsini Cavabdeh satarkən həmin ünvanda yerləşən ev və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. həbs altında olmamış və Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatla rı Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13420/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsi özünün xx xxxxx 2001-ci il tarixli qətnamə ilə Bakı şəhəri, “Xaşa-xuna” bağ massivində yerləşən 403 saylı, sahəsi 0,22 hektar olan bağ torpaq sahəsinə, X1, X8, X2, X3, X6, X7 və onun İddiaçı bərabər istifadə hüquqlarını tanımışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra onların da qanuni istifadəsinə verilmiş həmin 403 saylı bağ sahəsinin icarə müqaviləsi, xx xxxxx 2001-ci il tarixli məhkə mə qətnaməsi əsasında bağlar idarəsi ilə X5 arasında bağlanıb. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrini ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2186 №-li, xx xxx 2007-ci il tarixli Sərəncamından sonra, 2012-ci ildə, X5 onlardan xəbərsiz 403 №-li, bağ sahəsini öz adına rəsmiləşdirib və özünü bağın yeganə sahibi kimi göstərərək bağ sahəsinə olan hüquqlarını gözləmədən həmin 403 №-li bağın 0,08 hektarını Cavabdeh satıb. İddia üzrə Cavabdeh qənaətinə görə mübahisəli məsələ üzrə həmin 403 saylı bağ sahənin ona satılmış hissəsinə (hansı ki, daşdan hasarlatdıraraq həmin hissəyə yeni 403 K ünvanı əldə edib) onun istifadə hüququ yoxdur. Halbuki Bakı Apelyasiya Məhkəməsinin özünün qanuni qüvvəsini almış xx xxxxx 2001-ci il tarixli qətnaməsi i lə eləcə də yuxarıda göstərdiyi digər əsaslara görə 403 saylı bağ sahəsinin bütün ərazisinə onun istifadə hüququ var. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı, Cavabdeh, üçüncü şəxs X1 və onun nümayəndəsi X12 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. 417.1.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. La kin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini və hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətini yalnız iddiaçı tərəf vermişdir. İddia rədd olunduğundan qətnamə tam mübahisələndirilmiş hesab olunur, kassasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması tə şkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13420/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. İşin halları ilə müəyyən olunduğu kimi İddiaçı Əbdlübağı oğlu, Səlimov Fəxrəddin Əbdülbağı oğluna, Cavabdeh və qeyrilərinə qarşı «qeydiyyatın etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması, naturada ayrılma və istifadəyə maneələrin qadağan edilməsi» tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq İddiaçı Bakı şəhəri Xəzər rayon Xaşa-Xuna bağ massivi 4703 saylı bağ sahəsindən istifadəsinə cavabdehlər tərəfindən yaradılan manelər qadağan edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanmışdır. Qanuni qüvvədə olan qətnamə ilə məhkəmələr müəyyən edərək hesab etmişlər ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2001-ci il tarixli qətnaməsi ilə İddiaçı bağ sahəsindən istifadə hüququ tanındığından, bağ sahəsinin Fəxrəddin Səlimovun adına qeydə alınmasının, daha sonra 0,08 ha hissəsinin Cavabdeh satılmasının və sonuncuların adına qeydə alınmasının b ağ sahəsinə istifadə hüququ olan İddiaçı istifadə hüquqlarının xitamına səbəb olmadığından, İddiaçı bağ sahəsindən istifadəsinə cavabdehlər tərəfindən yaradılan maneələr qadağan edilməlidir. Hazırkı mülki iş üzrə də iddiaçı Cavabdeh qarşı tələb irəli sürərək məhz həmin bağ sahəsinə ( Cavabdeh alqı-satqı müqaviləsi əsasında əldə edilmiş hissəsinə) istifadə ilə bağlı edilən maneələrin aradan qaldırılması xahiş edir. Məhkəmələrin gəlmiş olduğu nəticələri ilə aşkar olaraq müəyyən olunmuş olur ki, həmin iş üzrə tərəflər eyni olmaqla, mübahisə həm F.Səlimova aid olan və Cavabdeh aid olan hissə üzrə bütün bağ sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması ilə bağlı olmuşdur. Göstərildiyi kimi məhkəmələr bütünlüklə bağ sahəsinə (alıq-satqı müqaviləsi bağlanmazdan əvvəl olan vəziyyət də) iddiaçının istifadə hüququnun olması, maneələrin aradan qaldırılmalı olması və Cavabdeh alqı-satqı müqaviləsinin mövcudluğunun istifadə hüququnun həyata keçirilməsinə maneə yaratmamasını müəyyən edərək qət etmişlər. Apellyasiya məhkəməsi isə mübahisəni artıq həll edən eyni tərəflər arasında eyni mübahisə ilə bağlı qətnamənin olmasına baxmayaraq hazırkı iş üzrə icraata xitam verməli olduğu halda, əsassız olaraq mülki işin icraatını davam etdirmiş və işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qəbul etmişdir. Halbuki Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsi ilə müəyyən edilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardırsa iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı A pelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13420/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261, 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13420/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-360/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-360/2021
18.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver