Məhkəmə qərarları › İş №2(102)-3602/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3602/2024

29.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3602/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı (Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ilk iddiası, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3602/2024 (Açar sözlər: əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma; dəymiş maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı (Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma” tələbinə dair ilk iddia ərizəsi, Cavabdeh "xxxx" MMC-yə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2820/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MMC (Vəkili Vəkil1) və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətlərinə 29 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzi bati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən, Bakı Şəhəri, Sabunçu Rayonu, Bakıxanov Qəsəbəsi, X6ndə ev 14a ünvanında ümumi sahəsi 34,50 kv.m. olan 5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat İdarəsinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən, "xxxx" MMC xx.xx.2021-ci il tarixdən qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə çıxar ış verilmişdir.

3. EL-744/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Lisenziyaya əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tikintisinə icazə tələb olunan bina və qurğuların tikintiquraşdırma işlərini "xxxx" MMC-yə həyata keçirməyə icazə vermişdir.

4. EL-744/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Lisenziyaya əlavəyə əsasən, "xxxx" MMC-yə bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üzrə görülməsinə icazə verilən işlərin siyahısına xüsusi torpaq işləri, ankerlərin torpağa bərkidilməsi, enmə quyularının və kessonların qurulması, Beton və dəmir-beton konstruksiyaların quraşdırılması, metal konstruksiyaların quraşdırılması, ağac konstruksiyaların quraşdırılması, fasad işləri, svay işləri, mühəndis-kommunikasiya və şəbəkələrinin qurulma işləri, hidrotexnik işləri, sualtı t exniki işlər, dambaların tikintisi, limanların tikintisi, pirslərin tikintisi, sahilbərkitmə işləri, su anbarları, xüsusi qurğuların tikintisi və quraşdırılması, rezervuarlar və qazholderlər, elektrik ötürücü xətlər, sənaye və mülki obyektlərin tikintisi: aşırımı 24 metrədək, aşırımı 24 metr və daha çox, hündürlüyü 65 metrədək, hündürlüyü 65 metr və daha çox, tutumu 5.000 nəfərədək, tutumu 5.000 nəfər və daha çox işlər daxil edilmişdir.

5. Azərbaycan Respublikası FHN Tikintidə X1 Agentliyi Azərdövlət Layihə Azərbaycan Dövlət Baş Layihə İnstitutunun 15187 nömrəli, xx.xx.2021-ci il tarixli rəyində qeyd olunmuşdur ki, Bakı Şəhəri Sabunçu Rayonu, Hüseyn Ərəblinski, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti ilə bağlı aşağıdakılar qeyd o lunur: Muxtar Fətəliyev küçəsində yerləşən 45 saylı yaşayış binası 1959-cu ildə inşa olunmuşdur. 2 mərtəbəli, 2 girişli, 12 mənzilli, zirzəmisizdir. Planda düzbucaqlı formadadır, uzunluğu 37,0 metr, eni 9,0 metrdir, mərtəbə hündürlüyü 3,2 metr, kürsü hündürlüyü 1,0 metrdir. Binanın yükdaşıyan divarları mişarlanmış əhəngdaşından 40 sm qalınlığında yerinə yetirilmişdir. Örtüklər ağac tirlərdən quraşdırılmışdır. Pilləkən konstruksiyası metal kosourlar üzərində yığma dəmir-beton pillələrdən yerinə yetirilmişdir. Balkonlar dəmir-betondan quraşdırılmışdır. dam çardaq tiplidir, ağac elementlərdən quraşdırılmış və şiferlə örtülmüşdür. fasadlar suvaqsızdır. vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, a ğac elementlərində əyinti, bioloji zədələnmələr müşahidə olunduğu, ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yarandığı, pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcudluğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qaldığı, dam örtükləri yararsız vəziyyətdə olduğu, şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yarandığı, atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunduğu, sakinlər tərəfindən yaşayış binalarına bitişik və söykənmiş primitiv tikililər inşa edildiyi, tikililər əsasən balkonların üstündə yerləşdiyindən binalar əlavə yüklənmələr olduğu, yaşayış binalarının b alkon və dəhlizlərin əksər sahələri müxtəlif təyinatlı otaqlara uyğunlaşdırıldığı, bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin odadavamlılığı yetərli olmadığı, mühəndis-kommunikasiya təminatı sistemi (elektrik xətləri, su və kanalizasiya xətləri) fərdi qaydada quraşdırılmadığı, texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilmədiyi, xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmadığı müəyyən edilmişdir. Yaşayış binalarının istismarı müddətində yükdaşıyan inşaat konstruksiyalarının yenilənməsi, əsaslı təmir işlərinin aparılması müşahidə olunmadığı, binaların istismar keyfiyyəti aşağı səviyyədə olması, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaları n dayanıqlığına mənfi təsir göstərməsi, tikililərin mövcud texniki vəziyyəti bugünkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. qeyd olunan ərazidə qeyriyaşayış tikililərinin (ticarət, qaraj və s.) tikintisi primitiv şəkildə aparıldığını, tikililər əsaslandırılmamış şəkildə inşa edildiyi, divar və örtük elementləri müxtəlifcinsli materiallardan yerinə yetirildiyi, elementlərin, nəticədə bütöv tikilinin dayanıqlığı təmin edilmədiyi müəyyən edilmişdir. istər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törətməsi, yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu göstərilmişdir.

6. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli, 161 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,0858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən həll edilməsi şərti ilə çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir.

7. MŞ İNŞAAT MMC-nin 36/2023 nömrəli, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda qeyd olunmuşdur ki, Cavabdeh ərazidə qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab ve rən yeni yaşayış binalarının tikilməsi və köçürülmüş sakinlərin bu binalarda mənzillərlə təmin olunması ilə əlaqədar "xxxx" MMCnin Hüseyn Ərəblinski küçəsi 12 ünvanında yerləşən ofisinə dəvət edilmişdir.

8. Bakı Şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 147 saylı mənzil kommunal istismar sahəsinin xx.xx.2023-cü il tarixli 735 nömrəli arayışında "xxxx" 2021 MMC-nin sorğusuna əsasən qeyd olunmuşdur ki, Muxtar Fətəliyev 45-X6 ev 14 a-dır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh qarşı (Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürm əyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X6, ev 14a ünvanında yerləşən 34,50 kv.m. mənzilə dair mülkiyyət hüquqlarına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A1 saylı binasının 3-cü mərtəbəsində Cavabdeh mülkiyyətinə 34,50 kv.m. və onun 20% hissəsi olan 7 kv.m əlavə edilməklə 8 saylı mənzillə (48 kv.m.) təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq kira yə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X6, ev 14A ünvanında yerləşən 34,50 kv.m. mənzilə dair mülkiyyət hüquqlarına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A1 saylı binasının 3-cü mərtəbəsində Cavabdeh mülkiyyətinə 45 kv.m. və onun 20% hissəsi olan 9 kv.m. əlavə edilməklə 8 saylı mənzillə (54 kv.m.) təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 400 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci ildə dövlət qeydiyyatına alınmışdır. Nizamnaməsinə əsasən cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən, xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyam) aldıqdan sonra məşğul ola bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL-744/2022 saylı 04 noyabr 2022-ci il tarixli Lisenziyaya əsasən, “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini” aparmaq icazəsi MMC-yə müddətsiz verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 161 saylı Sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,0858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülkiyyət münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında MMC-nin istifadəsinə verilməsi qərara al ınmışdır. Sonradan bu Sərəncam əsasında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,0858 ha torpaq sahəsinin Yer quruluşu Planı tərtib edilmiş və təsdiq edilmişdir. Həmçinin, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşiq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə xx.xx.2021-ci il tarixli rəyinə əsasən, vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, biolojı zədələnmələr müşahidə olunması təsdiq edilmişdir. Ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yaranmış, pilləkən ya balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcudluğu halı, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Dam örtüklərinin yararsız vəziyyətdə olması göstərilmişdir. Şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yaranmışdır. Atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunmuşdur. Bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin oda davamlılığı yetərli deyildir. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilməzdir. Xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmamışdır. Binaların istismar keyfiyyəti aşağı səviyyədədir, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərmişdir. Tikililərin mövcud texniki vəziyyəti bu günki qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. İstər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törədir. Yaşayış binaları və qeyriyaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdədir. Yuxarıda göstərilən sərəncama əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxan ov qəsəbəsi, X6, ev 14 A ünvanında yerləşən qəzalı vəziyyətdə olan binanın sökülməsi işləri başladığından, artıq mülkiyyətçilərlə razılaşdırılıb müqavilə imzalamaqla onların oradan köçürülməsi prosesinə start verilmişdir. Lakin, hazırkı iddianın mahiyyəti olan məsələ, həmin sakinlərdən biri olan və iş üzrə Cavabdeh şirkətin irəli sürdüyü təkliflə razı olmadığı üçün məhkəmə müstəvisində qaldırılmışdır. Belə ki, iş üzrə cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X6, ev 14 a mənzil 5 ünvanının mülkiyyətçisidir. Onun mülkiyyətində olan əmlak xx.xx.2021-ci il tarixli Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 34,50 kv.m. təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası 2002-ci il ta rixli 07 dekabr tarixli 506 İİİ QD nömrəli qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №-li fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları, üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu qanunu nəzərə alaraq, cavabdehin mülkiyyətində olan əmlakın kv.m. uyğun olaraq onun 20% əlavəsi verilməklə təklif olunmuş, cavabdeh ofisin fəaliyyət göstərdiyi yerə rəsmi olaraq 25 avqust 2023-cü il tarixdə 36/2023 saylı məktubla dəvət edilmiş və o, məktubu rəsmi olaraq qəbul etsə də, danışıqlara gəlməmiş və gəlməkdən imtina etmişdir. Cavabdeh tərəfindən qeyri-qanuni yolla tikilmiş özbaşına ti kiliyə də (mülkiyyətinə artırma) yeni tikiləcək binadan verilməsi planlaşdırılan mənzilin sahəsinə artırmaya daxil olan bütün kvadrat metr sahənin əlavə edilməsi təkid edilsə də, şirkətimiz tərəfindən bu təkid rədd edilmiş və buna görə də mülkiyyətçi ilə razılaşma əldə oluna bilməmişdir. Hazırda da, cavabdeh həmin mülkiyyətdən çıxmaq istəmir və onun istəyi nəzərə alındığı təqdirdə çıxacağına israrlıdır. Tərəflər arasında razılaşma olmadığından, bu məsələ məhkəmə müstəvisində həll olunmalı və qanunvericiliyin tələbləri hansı istiqamətdə tövsif edilirsə, o qaydada məhkəmə qərarı çıxarılmalıdır. İddiaçı sakinləri onlara məxsus olduğu əmlaka uyğun olaraq əmlakla yeni tikiləcək binada təmin etməli və bina tikilənədək onlara müvafiq kirayə haqları ödəməlidir və iddiaçı da bütün digər sakinlərlə artıq razılıq əldə edib, müqavilə imzalayıb və onların hər birinin mənzillərinə müvafiq olaraq aylıq kirayə haqqı ödəməyə başlayıb. İddiaçı tərəfindən sərəncamda müəyyən olunmuş öhdəliklər tam şəkildə icra edilsə də, cavabdehin sərəncamına uyğun müqavilə bağlamaqdan imtina etməsi hazırda bir sıra çətinliklər yaradır. söküləcək bina qəzalı vəziyyətdədir və oradan köçürüləcək bütün sakinlər vaxtında köçürülməlidir ki, vaxtında da binanın inşasına başlanılmalı və müəyyən edilmiş vaxt ərzində şirkət sakinləri yeni tikiləcək bina ilə təmin etməlidir Lakin, cavabdehin bu cür qanunsuz hərəkətləri və əsassız varlanmaq istəyi, digər sakinlərin hüquqlarına xələl gətirir, sərəncamın icrasını gecikdirir və binanın sakinlərinin yaşayışla təmin olunmaq aqibətini sual altına qoyur. Onların üçün də qəbule dilməzdir ki, bir vətəndaşın inadkarlığı, barışmaz mövqeyi və sayğısız, pozucu yanaşması Respublikası rəhbərliyinə və yerli icra hakimiyyəti strukturlarına qarşı olan təxribatçı, qanunazidd əməlləri ümumi ictimai mənafeyinə xələl gətirir. Odur ki, onlar hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar və məhkəmədən istəyi odur ki, cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi, onun və onunla birgə yaşayan şəxslərin həmin mənzildən çıxarılması və onun əvəzində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan a1 saylı binasının 3-cü mərtəbəsində Cavabdeh mülkiyyətinə 34,50 kv.m. və onun 20% hissəsi olan 7 kv.m. əlavə edilməklə mənzillə təmin olunması və həmçi nin iddiaçı tərəfindən ona aylıq olaraq müəyyən miqdarda kirayə haqqının ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

12. Cavabdeh (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) "xxxx" MMC-yə (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh,) yaxud MMC) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbini rədd edərək, qarşılıqlı iddia tələbini təmin etməklə maddi ziyana görə 19.711,45 manat, mənəvi ziyana görə 10.000 manat və dövlət rüsumu kimi ödənilmiş 180 manat pul vəsaitinin cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, MMC Bakı şəhəri, Sabunçu rayonu, X6, ev 14 a ünvanında yerləşən mülkiyyət hüququ ilə ona məxsus mənzili o nun razılığı olmadan sökmək istəyir. Bu səbəbdən də ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu azmış kimi öz qanunsuz hərəkətlərinə davam edərək mənzilinin sökülməsinə razılıq verməyəcəyi təqdirdə belə mənzilini sökməyə çalışır və qismən də olsa buna nail olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə MMC-nin işçilərindən ibarət dəstə əvvəlcədən heç bir xəbərdarlıq etmədən və məhkəmə qərarı olmadan ağır texnikalarla əraziyə gələrək tərəfindən inşa olunmuş hasar və ona bitişik tikililəri darmadağın etmişlər. Onlara mane olmaq istəsə də, heç bir əhəmiyyət verməyib, öz işlərinə davam etdilər. MMC tərəfindən qanunsuz olaraq söküntü işləri aparılması nəticəsində ona 19.711,45 manat məbləğində maddi ziyan vurulmuşdur. İddia tələbim əsaslıdır ona görə ki, tərəfindən inşa olunmuş has ar və ona bitişik tikililərin qanunsuz olub-olmamasından asılı olmayaraq cavabdeh MMC həmin tikililəri sökməkdə subyektiv hüquqa malik olmamış, belə bir hüquqa malik olsaydı belə söküntünü elə həyata keçirməli idi ki, hasara bitişik sanitar qovşaq və digər yararsız vəziyyətə düşmüş daşınar əmlaklar məhv olmasın, istənilən halda söküntü nəticəsində yararsız hala düşən daşınmaz əmlaklar onun mülkiyyətidir və həmin əmlaklara qanunsuz tikili adı ilə ziyan vurmaq hər hansı bir maddi hüquq normasında nəzərdə tutulmamışdır. Həmçinin cavabdehin bu cür qanunsuz və özbaşına hərəkətləri onda mənəvi iztirab və psixi gərginliyə səbəb olmuşdur ki, həmin mənəvi iztirabların dəyəri pul ilə ölçülməsə də həmin iztirabların əvəzi olaraq cavabdehdən 10.000 manat pul vəsaiti tutulmalıdır. Mənəvi zərər bilavasi tə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. o həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. bu baxımdan hesab edirəm ki, o, cavabdehə qarşı mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia irəli sürməkdə haqlıdır.

14. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) iddia ərizəsinə yazılı etiraz və etiraza əlavə il ə məhkəməyə müraciət edərək, etirazı onunla əsaslandırmışdır ki, o, həyat yoldaşı ilə bərabər ümumilikdə həyatının 50 ildən çoxunu şərəfli müəllimlik fəaliyyətinə sərf edib, bu müddət ərzində minlərlə müxtəlif peşə sahibi olan şəxsləri yetişdirib, xalqına, dövlətinə ərməğan etmiş və bu müddət ərzində şərəfli müəllim maaşı ilə qəpik-qəpik yığıb toplamaqla artırma hissəsi ilə birlikdə 120 kv. m. sahəsi olan mənzili 2003-cü ildə satın almışlar. Bu mənzili satın alarkən sənəd üzrə 45 kvadratmetr göstərilməyinə baxmayaraq, faktiki olaraq 120 kvadratmetr (alandan sonra bir il erzində o vaxtkı yerli icra hakimiyyəti orqanını şifahi məlumatlandırmaqla və onların icazəsini almaqla daha 10 kv.m. sahə tikib bu mənzilə əlavə etmiş və beləliklə də 130 kv.m.-lik mənzil yaranıb) və + təqribən 0,7 sot, di varlarla və darvaza ilə əhatə olunmuş, meyvə ağacları və yaşıllıqlarla dolu həyətyanı torpaq sahəsi olub və onlar da bu faktiki kvadratmetrə və bu həyətyanı torpaq sahəsi ilə birgə-bu parametrlərə uyğun qiymət ilə almışlar. Onlar bu addımı ailə üzvləri çox olduğundan (2 oğul və bir qız övladı, o, və həyat yoldaşı olmaqla 5 nəfər ailə üzvü var idi o vaxt) kiçik mənzilə (2-3 otaqlı) sığmadığından, bir daha təkrar edir ki, halal müəllim zəhmətilə qəpik-qəpik toplamaqla mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə, 5 otaqlı olduğu səbəbilə (sonradan yuxarıda qeyd etdiyim 10 kv.m. sahəni də əlavə etməklə daha bir otaq düzəltməklə otaqların sayını 6-a çatdırmış) yenə də qeyd edir, 2-3 otaqlı, 45 kv.m. qiymətinə yox, məhz 5 otaqlı, 120 kv.m. qiymətinə satın almış, çünki 20 il bundan qabaq, son 5-6 il bundan qabağa qədər (hətta indiki vaxtlarda da bu tez-tez baş verir) alğı-satqılar reallıqda sənəddə göstərilən parametrlərlə deyil, real, faktiki sahə üzrə həyata keçirilirdi və qiymətləndirmə də bu real sahə üzrə edilirdi. Onlar sadə müəllim olaraq görməmiş və görə bilməzdi ki, bir vaxt Elnur Mustafayevin rəhbərliyi ilə "xxxx" adlı möhtəkir bir şirkət onların məhəlləyə gələcək və onların illərlə müəllim maaşı ilə qəpik-qəpik yığmaqla faktiki 130 kvadratmetrlik sahə və həyət üçün xərclədiyi pulu heçə sayaraq, 130 kvadratmetrlik mənzilinin və 0,7 sot, divarlarla və darvaza ilə əhatə olunmuş, meyvə ağacları və yaşıllıqlarla dolu həyətyanı torpaq sahəsinin əvəzinə onlara rəhmsizcəsinə öz möhtəkir, onlar kimi zəhmətkeşlərin əməyini qəsb etməklə tez varlanmaq istəyinə təhriki ilə aşağı s ahəli mənzili vermək istəyəcəkdir. Göstərilənləri nəzərə alaraq iddiaçı MMC-nin ona qarşı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etməyini xahiş etmiş, çünki bu şirkət yuxarıda da qeyd etdiyi kimi öz möhtəkir, onlar kimi zəhmətkeşlərin əməyini qəsb etməklə tez varlanmaq istəyini həyata keçirmək məqsədilə onların real, faktiki 20 ildən çox müddətdə sahiblik və istifadə hüquqları faktiki olaraq onlara mənsub olan 130 kv.m-lik mənzilinin faktiki sahəsi ona çox gözəl məlum olsa da (çünki, bir neçə dəfə öz işçilərini ölçməyə göndərməklə, real sahib olduğu mənzili ölçdürüb və de-fakto şəkildə onların faktiki sahib olduğu sahəni tanıyıb-buna sübut kimi həmin ölçü aparıldığı gün həmin ölçülərin Elnur Mustafayevin işçilərinin öz dəst-xətti ilə qeyd olunduğu vərəqin surətini əlavə edir və bu faktın mövcudluğunu əgər Elnur Mustafayev etiraf etməyə özündə cürət tapmasa, sizdən bu barədə xətti ekspertizanın keçirilməsini, bunun sübuta yetirilməsini təkidlə xahiş etmişdir) qərəzli şəkildə bu məlumatları gizlədərək, 130 kv.m deyil, cəmi 45 kv.m. kimi göstərir. Bundan əlavə, nə qədər təəcüblü olsa da, bildirməlidir ki, belə böyük bir çoxmərtəbəli bina tikmək xülyasına düşən, belə böyük bir proyektin (4 ədəd çoxmərtəbəli bina) altına girən Elnur Mustafayevin və onun yeni peyda olmuş (tikinti şirkəti üçün 2 il çox az bir müddətdir, üstəlik də bu proyekt onun ilk işi olacaq, necə deyərlər, onların binaların işində təcrübə qazanacaq ki, bu da onlar üçün düşünür ki, çox təhlükəli və risklidir) MMC tikinti şirkətinin nizamnamə kapitalı cəmi 100 manat təşkil edir. İndi nizamnamə kapita lının nə dərəcədə əhəmiyyətli göstərici olduğunu tam şəkildə qiymətləndirməyi üçün onun barədə məlumat verməyə lüzum görür. “Nizamnamə kapitalı həm iqtisadi subyektin gəlir əldə etməsi üçün ilkin kapital, həm də iqtisadi subyekt müflis olduqda onun kreditorlarının maliyyə tələblərinin ödənilməsini təmin edən kapitaldır.” Bu şirkətə inamı tam ölüb və inanmır ki, nəsə yenidən bu inamı bərpa etsin. Çünki, şirkətin iflasa uğrayacağı təqdirdə şirkətin nizamnamə kapitalı onun kreditorları qarşısında borcların ödənəcəyi barədə polad kimi təminatdır və belə (iflas) olacağı təqdirdə MMC-nin 100 manat nizamnamə kapitalı ən azından onun bina tikmək planına düşən 5 ədəd 2 mərtəbəli binanın 72 mülkiyyətçisi arasında bölünəcək ki, bu da mülkiyyətçilərin hər biri itirəcəyi mənzilinin əvəzində 1,4 manat k ompensasiya alacaq deməkdir. Ömür boyu qəpik-qəpik toplamaqla əldə etmiş olduğu mənzilini beləcə inamını itirmiş Elnur Mustafayev kimi birinə verib, sonra mənzilini itirmək riski yaşamaq, daha da ciddi ürək ağrıları və sarsıntılar yaşamaq istəmir. Çünki heç kim, heç bir dövlət orqanı, dövlət qurumu bina tikən özəl şirkətlərə zamin durmur (və ədalət naminə desək, durmağı da düzgün olmazdı). Belə olan təqdirdə isə kim zəmanət və təminat verə bilər ki, bu şirkət binaları tikib, təhvil verənə qədər iflasa uğramayacaq və onlar yuxarıda qeyd etdiyi kimi, 1,4 manat müqabilində mənzili ilə vidalaşmayacağıqdır. Əgər yuxarıda qeyd etdiyi kimi şirkətin iflas riski reallaşarsa, mənzilini itirməyəcəyi barədə dövlət təminatı olarsa, şirkət ilə 6 otaqlı mənzilinin və ona bitişik 0.7 sot, divarlarla və da rvaza ilə əhatə olunmuş, meyvə ağacları və yaşıllıqlarla dolu həyətyanı torpaq sahəsinin (xx.xx.2023 tarixində Elnur Mustafayevin qoçu işçiləri heç bir xəbərdarlıq etmədən, qanunun tələblərini vəhşicəsinə pozmaqla məhv edərək, ona mənəvi və 20 min manat civarında maddi zərər vurduqları) əvəzində 6 otaqlı mənzillə təmin etmək şərti daxilində danışıqlar aparmağa başlaya bilər.

15. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) qarşılıqlı iddia ərizəsinə yazılı etirazla məhkəməyə müraciət edərək, etirazı onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsi tamamilə əsassız və qanunsuz, eləcə də məhkəmə prosesinin uzadılması məqsədi daşıdığına görə rədd edilməsini məhkəmədən xahiş edir. Belə ki, qarşılıqlı iddia ərizəsində iddiaçı Cavabdeh bildirmişdir ki, xx.xx.2023-cü il tarixində cavabdeh MMC-nin işçiləri tərəfindən ona məxsus olan həyətyani tikililər və hasar sökülmüş və dağıdılmışdır və baxmayaraq ki, iddiaçı buna müdaxilə etmək istəmiş, lakin cavabdehin işçiləri buna əhəmiyyət verməmişdir. Birincisi, əgər iddiaçı dərindən araşdırsaydı, bilərdi ki, iddiaçının qeyd etdiyi məsələ, guya ki ona məxsus olan hasar və tikililər, cavabdehin işçiləri tərəfindən deyil, məhz 3-cü şəxslər tərəfindən sökülmüşdür, çünki cavabdeh ərazidə hələki söküntü işlərinə başlamamış və yalnız əhalini tamamilə oradan köçürtdükdən sonra binaların sökülməsi işlərinə başlamasını planlaşdırılır. İkinci məsələ ondan ibarətdir ki, iddiaçı öz ərizəsində qeyd edir ki, onun tərəfindən tikilmiş bu hasar və tikili məhz subyektiv hüququ olaraq ona məxsusdur. Əgər belədirsə, hansı sənədlərə əsasən ona məxsusluğunu i ddiaçı sübut edir və həmin hasar və tikililər məhz onun tərəfindən tikilməsinə dair hansı sənədlər təqdim edir? İddiaçı bunu edə bilmir, çünki onun əlində heç bir əsas yoxdur, sadəcə söz olaraq cavabdeh MTK-dan artıq məbləğdə pul qopartmaq və mənzildən gec çıxmaq, beləliklə də cavabdehə ziyan vurmaq niyyətindədir. Üçüncüsü, hasar və tikililər iddiaçı tərəfindən tamamilə qeyri-qanuni inşa edilmiş və bu əmlak onun şəxsi əmlakı sayıla bilməz, çünki onun üzərində olan torpaq sahəsi dövlətə məxsusdur və iddiaçı tərəfindən heç vaxt özəlləşdirilməmişdir, yəni indiki halda, nə torpaq sahəsi, nə də onun üzərində olan və iddiaçının iddia etdiyi hasar və tikililər onun xüsusi mülkiyyətinə keçməmişdir. Dördüncüsü, o ki qaldı iddiaçıya “məxsus” olan hasar və tikililərin dağıdılması zamanı ona dəymiş ma ddi ziyana, qeyd etmişdir ki, birincisi həmin maddi ziyanın hansı meyarlara əsasən ölçülməsi sual altındadır. Yəni, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən X5 Mərkəzi tərəfindən tərtib edilmiş Qiymətləndirmə rəyinin 9cu nəticə bölməsində qeyd edilir ki, “Sifarişçinin təqdim etdiyi məlumatlar üzrə hesablanması mümkün olan materialların və görülmüş işlərin hesablamalar və təhlillər nəticəsində müəyyən edilmişdir”. Bu cümlədən də göründüyü kimi, sifarişçinin yəni hazırkı iş üzrə iddiaçının qiymətləndirmə şirkətinə sadəcə ümumi məlumat verərək sözlə materialların mövcudluğunu bildirmişdir və nəticədə rəydə 19.711,45 manat müəyyən edilmişdir, hansı ki, bu məbləğ daha çox və yaxud daha da az olması ehtimalı ola bilərdi. Beşincisi, əgər iddiaçı ona məxsus olmayan ərazidə tikinti işləri aparıbs a, demək ki, gələcəkdə bu kimi halların baş verməsi ehtimalını da gözə almış və ona bu kimi ziyanının vurulacağı barədə bilmişdir, və bilərəkdən də bu tikintini apararaq indi də cavabdehdən maddi təzminat tələb edir, hansına ki, cavabdehin ümumiyyətlə bu işlə heç bir əlaqəsi yoxdur. O ki qaldı tikintinin kim tərəfindən aparılması, bu sübutetmə öhdəliyi məhz hazırkı qarşılıqlı iddia üzrə iddiaçı qismində çıxış edən Cavabdeh üzərinə düşür. Altıncısı, o ki qaldı iddiaçının mənəvi ziyan tələbinə, bildirir ki, mənəvi ziyanın ödənilməsi, yalnız buna dair kifayət qədər sübutların təqdim edilməsi, eləcə də maddi ziyanın vurulmasını sübut etdiyi təqdirdə mümkündür. Hazırkı halda isə, iddiaçı tərəfindən ona dəymiş maddi ziyanın vurulması yuxarıda göstərilənlərə əsasən sübut olunmur, yəni iddiaçı süb ut edə bilmir ki, onun tikdiyi tikili məhz cavabdeh tərəfindən sökülmüş, ikinci iddiaçı tikdiyi tikililəri öz mülkiyyətində deyil, dövlətə məxsus olan ərazidə tikib, bu isə onun tərəfindən qeyri-qanuni olan hərəkətdir və bununla da o qüvvədə olan qanunvericiliyi pozub, üçüncüsü isə ona guya ki dəymiş zərərin ölçülməsi rəsmi sənədlərlə deyil, adi sözlərə əsaslanaraq yazılmış bir rəydir, hansı ki ümumiyyətlə cavabdehə heç bir aidiyyatı yoxdur, çünki söküntünü aparan cavabdeh deyil 3-cü şəxslər olmuşdur.

16. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən təqdim edilən diskdən görünür ki, xəbər saytında Yalçın Xudaverdiyevin müsahibə verərək bildirmişdir ki, onlara məxsus mənzilin qarşısında yerləşən hasarlanmış ərazi sökülərək onlara maddi zərər dəymişdir. Ərazidə tikinti aparan şirkətin rəhbəri Elnur Mustafayev isə bu hala münasibət bildirərək verdiyi müsahibədə bildirmişdir ki, 1 həftə öncə məlumat verilmişdir ki, ya siz onları sökün, yada bizim tərəfdən söküləcək, 35 kv.m. olan əraziyə 150 kv.m. tələb etdiklərini, həmin sökülən sahələrə mülkiyyət hüququnun olmamasını bildirmişdir.

17. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən məhkəməyə təqdim edilmiş, “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin YDQM № 099 1011/2023 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, Bakı Şəhəri, Sabunçu Rayonu, Bakıxanov Qəsəbəsi, X6, ev 14 a mənzil 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsində aparılmış söküntü işləri nəticəsində dəymiş zərər məbləğinin ümumi məbləği 19.711.45 manat müəyyən edilmişdir.

18. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(008)-462/2024 nömrəli, 02 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) ilk iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X6, ev 14 A ünvanında yerləşən ümumi sahəsi 34,50 kv.m. olan 5 saylı mənzilə dair mülkiyyət hüquqlarının iddiaçı MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək A1 saylı binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 54 kv.m. olan 8 saylı mənzillə əvəz edilməsi, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 34,50 kv.m. olan 5 saylı mənzilin Cavabdeh və onunla birgə yaşayan ailə üzvləri tərəfindən boşaldılması, Cavabdeh mülkiyyətində ol an Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X6, ev 14 A ünvanında yerləşən ümumi sahəsi 34,50 kv.m. olan 5 saylı mənzildən çıxarıldığı gündən yeni mənzillə təmin edildiyi günədək aylıq 400 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı MMC-nin üzərinə qoyulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət olunmuşdur.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehə onun sənəd üzrə 34,50 kv.metr təşkil edən 5 saylı mənzilinin sökülərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A1 saylı binasının 3-cü mərtəbəsində 54 kv.m. olan mənzil verməklə, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə hər ay 400 manat kirayə haqqı ödənilməklə, cavabdehin 5 saylı mənzilindən çıxarılmasını tələb etməklə cavabdehi mülkiyyətdən məhrum etmir, bu reallıqda cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasıdır. İddiaçı cavabdehin mülkiyyətində olan mənzilini satın almaq deyil, sadəcə həmin mənzilin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, X6, 14A saylı yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə cavabdehə müvafiq yeni, əvvəlki mənzilin sahəsindən də artıq sahəsi olan mənzil vermək niyyətindədir. Cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, X6, 14A saylı yaşayış binasındakı mənzilə olan mülkiyyət hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır, sadəcə olaraq tikinti işlərinin aparıldığı müddət ərzində cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, X6, 14A saylı evin, 5 saylı mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ, yəni mülkiyyət hüququ müvəqqəti olaraq məhdudlaşacaqdır.

20. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, X6, 14A yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqd a dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir.

21. Məhkəmə cavabdehin onun mülkiyyətində olan evin faktiki sahəsinin 130 kv.m. olmasına münasibətdə qeyd etmişdir ki, cavabdehin mülkiyyətində olan evin sahəsinin sənədlər ilə 34,50 kv.m. olduğu müəyyən edilmişdir, cavabdeh mülkiyyətində olan mənzilə 100 kv.m yaxın əlavələr etmişdir, lakin bu sözügedən artırmalar barədə qanunla nəzərdə tutulan qaydada icazə almamış, gələcəkdə bu əlavələrin sənədləşdirilə bilm əsinə əsas ola biləcək halları məhkəməyə təqdim etməmişdir. Belə olan halda cavabdehin mülkiyyətində olan ümumi sahəsi 34,50 kv.m. mənzilə münasibətdə iddiaçının əvəzləşdirilməsi üçün təklif edilmiş 54 kv.m mənzil ədalət hesab edilməlidir.

22. Məhkəmə ilk iddia tələbində cavabdehin mülkiyyətində olan mənzilə dair mülkiyyət hüququna xitam verilməsi tələbinə münasibətdə qeyd etmişdir, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X6, ev 14 A ünvanında yerləşən 34,50 kv.m. mənzilə dair mülkiyyət hüquqları iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək A1 saylı binanın 3-cü mərtəbəsində 54 kv.m. mənzillə əvəz edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X6, ev 14 A ünvanında yerləşən 34,50 kv.m. mənzil Cavabdeh və onunla birgə yaşayan ailə üzvləri tərəfindən boşaldılmalı, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X6, ev 14 A ünvanında yerləşən 34,50 kv.m. mənzildən çıxarıldığı gündən yeni mənzillə təmin edildiyi günədək aylıq 400 manat kirayə haqqı ilə təmin olunması öhdəliyi iddiaçı MMC-nin üzərinə qoyulmalıdır.

23. Məhkəmə qarşılıqlı iddia ərizəsinin 19.711,45 manat maddi ziyanın tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı ona məxsus mənzilin qarşısında olan əlavələrin cavabdeh tərəfindən sökülərək ona 19.711,45 manat ziyan dəymiş olduğunu bildirsə də, məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh sözügedən özbaşına tikilinin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən sökülmədiyini bildirmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının təqdim etdiyi video materiala münasibət bildirərək qeyd etmişdir ki, sözügedən video materialda tikintinin aparılması nəzərdə tutulan şirkətin rəhbəri tərəfindən verilmiş müsahibə tam olaraq təqdim edilməmiş, video material kəsilmiş formada verilmişdir. Və eyni zamanda həmin materialda müsahibə verən E.Mustafayev “sakinlərə bir həftə əvvəl xəbərdarlıq edildiyini, ya onların sökməsini ya da onlar tərəfindən söküləcəyi bildirilmiş, 35 kv.m. mənzilə 150 kv.m. istənilməsinin ədalətsiz olduğunu” bildirmişdir. Lakin konkret olaraq hansı tikililərin söküldüyü, bu tikilinin kimə məxsus olması və kim tərəfindən söküldüy ü müsahibədə qeyd edilmədiyindən qarşılıqlı iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilmə bilməz.

24. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü, Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1, 11.1, 21.1, 152.1, 152.5, 157.8, 1096.1-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2, 4.2.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.7, 85-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəalarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddəsinə isti nad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

25. Qətnamədən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin ilkin iddia tələbinin qismən təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı hüquqi əsaslandırılması qəbul olunmazdır. Belə ki, məhkəmə ilkin iddia tələbinin qismən təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd olunmasını əsaslandıra bilməmiş, ilkin iddiaçının mənafeyinə uyğun ümumi sözlərlə qətnaməni hüquqi cəhətdən əsaslandırmağa çalışmış, lakin buna nail ola bilməmişdir. Bu səbəbdən də vəkil olaraq çoxsaylı məhkəmə iclaslarında iştirak edərək məhkəmə baxışında ilkin iddia ərizəsinə münasibət bildirməyini, qarşılıqlı iddia ərizəsi ilə bağlı söylədiklərini, qarşılıqlı iddia ərizəsi ilə bağlı vəsatət verərək şahidlərin dindirilmələrini xahiş etməyini, həmin vəsatəti təmin etsə də, bu barədə qətnamədə qeyd etməməsi, mülki işə vəkil kimi buraxılsa da, qətnamədə ümumiyyətlə onun adının bir dəfə olsun belə qeyd olunmaması və bu kimi hallar qeyd olunmamışdır. Çünki, izahatlarında ilkin iddia tələbinin tamamilə əsassız olmasını, qarşılıqlı iddia tələbinin isə əsaslı olmasını əsaslandırmışdır. Qarşılıqlı iddia üzrə dindirilməsi məhkəmə tərəfindən təmin olunmuş şahidlərin dindirilməsini başqa məhkəmə iclasına getməyi ilə bağlı digər vaxta təxirə salmağı məhkəmədən xahiş etsə də, məhkəmə bu xahişini nəzərə almamışdır. Bundan başqa məhkəmə baxışında izahat verərkən FHN Tikintidə X1 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mübahisəli binanın yaşayış üçün təhlükəli olub-olmaması ilə bağlı rəy vermək səlahiyyətinin olmamasını bildirərək həmin rəyi əsas kimi qəbul etməməyi xahiş etsə də, məhkəmə bunu da nəzərə almamış, hətta əvvəlcədən məhkəmənin bu rəyi sübut kimi qəbul edəcəyini daha çox ehtimal etdiyi üçün qeyd olunan idarənin rəyi vermiş əməkdaşının şahid qismində dindirilməsi ilə bağlı şifahi vəsatət versə də, məhkəmə bu vəsatətini də təmin etməmişdir. FHN-nin rəsmi saytına nəzər salanda da aydın olur ki, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun binanın yaşayış üçün təhlükəli olu b-olmaması ilə bağlı rəy vermək səlahiyyəti yoxdur. Qətnamənin 11-ci vərəqində, daha doğrusu əsaslandırıcı hissəsində məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən təqdim edilən diskdən görünür ki, xəbər saytında Yalçın Xudaverdiyev müsahibə verərək bildirmişdir ki, onlara məxsus mənzilin qarşısında yerləşən hasarlanmış ərazi sökülərək onlara maddi zərər dəymişdir. Ərazidə tikinti aparan şirkətin rəhbəri Elnur Mustafayev isə bu hala münasibət bildirərək verdiyi müsahibədə bildirmişdir ki, 1 həftə öncə məlumat verilmişdir ki, ya siz onları sökün, yada bizim tərəfdən söküləcək, 35 kv.m. olan əraziyə 150 kv.m. tələb etdiklərini, həmin sökülən sahələrə mülkiyyət hüququnun olmamasını bildirmişdir. Lakin qətnamənin 14-cü vərəqində məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının təqdim etdiyi video material a münasibət bildirərək qeyd etmişdir ki, sözügedən video materialda tikintinin aparılması nəzərdə tutulan şirkətin rəhbəri tərəfindən verilmiş müsahibə tam olaraq təqdim edilməmiş, video material kəsilmiş formada verilmişdir. Eyni zamanda həmin materialda müsahibə verən Elnur Mustafayev “sakinlərə bir həftə əvvəl xəbərdarlıq edildiyini, ya onların sökməsini yada onlar tərəfindən söküləcəyi bildirilmiş, 35 kv.m. mənzilə 150 kv.m. istənilməsinin ədalətsiz olduğunu” qeyd etmişdir. Lakin konkret olaraq hansı tikililərin söküldüyü, bu tikilinin kimə məxsus olması və kim tərəfindən söküldüyü müsahibədə qeyd edilmədiyindən qarşılıqlı iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilmə bilməz. Maraqlıdır ki, məhkəmə Cavabdeh evin söküləcəyi ilə əlaqədar Elnur Mustafayevin guya ki, xəbərd arlıq etməsi ilə bağlı söylədiklərini (xəbərdarlığın edilməsini təsdiq edən sübut ilkin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi halda) sübut kimi qəbul edir, lakin nədənsə onlara məlum olmayan maraqlar naminə elə həmin Elnur Mustafayevin söküləcəyi ilə bağlı xəbərdarlıq etməsi barədə dediklərini söküntünü aparmağın etiraf kimi qəbul etmir. Axı necə ola bilər ki, Elnur Mustafayev ATV kanalında müsahibəsində açıq-aşkar bildirərək söküntünün onun rəhbərlik etdiyi MMC tərəfindən aparılmasını etiraf edərək, sadəcə olaraq söküntüyə qanuni don geyindirmək məqsədilə söküntüdən bir həftə əvvəl Cavabdeh oğlu Yalçın Xudaverdiyevə xəbərdarlıq edərək ya siz özünüz onları sökün ya da bizim tərəfimizdən söküntü həyata keçiriləcək dediyi halda, məhkəmə bu etirafı, yəni aşkar sübutu qarşılıqlı iddia ərizəsinə münasibətdə mötəbər sübut kimi qəbul etmir? Baxmayaraq ki, məhkəmə özü də həmin vərəqin əvvəlində “Ərazidə tikinti aparan şirkətin rəhbəri Elnur Mustafayev isə bu hala münasibət bildirərək verdiyi müsahibədə bildirmişdir ki,” (sitatın sonu) yazmaqla özü də həmin süjetdə söhbətin məhz Cavabdeh məxsus mənzilin qarşısında yerləşən hasarlanmış ərazi barədə söhbət getdiyini birbaşa və açıq etiraf etsə də, sonrakıqarşılıqlı iddia ərizəsini təmin etməmək üçün saxta əsas yaratmağa cəhd etdiyi hissədə “Lakin konkret olaraq hansı tikililərin söküldüyü, bu tikilinin kimə məxsus olması və kim tərəfindən söküldüyü müsahibədə qeyd edilmədiyindən” sözləri yazır. Bu məntiqi uyğunsuzluğa yol vermək üçün nə qədər qərəzli olmaq gərəkdir? Bundan başqa qətnamənin hüquqi cəhətdən əsassız olmasından ə lavə həmçinin ədalətsiz olmasını təsdiq edən hallardan biri də odur ki, mübahisəli mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdə olsaydı belə, (hansı ki, onlar bunu qəbul etmirlər) birinci mərtəbədə olan mənzilə görə 76 yaşında, ahıl yaşda olan şəxsə inşa olunacaq binanın üçüncü mərtəbəsində mənzil təklif olunması və bunun məhkəmə tərəfindən qəbul olunması heç cür ədalətli hesab oluna bilməz. Çünki, mübahisəli məhkəmə qətnaməsi mülkiyyətçinin seçim hüququnu məhdudlaşdıran, öz xeyrini güdərək milyonlarla manat pul vəsaiti qazanmaq istəyən MMC-nin rəhbərinin maraqlarına məcburən (mülkiyyətçinin hansı mərtəbəyə üstünlük verdiyi soruşulmadan) uyğunlaşdırılır. Cavabdeh isə yaşına və səhhətinə görə daim 1-ci mərtəbəyə üstünlük verdiyi onun 20 ildən çox birinci mərtəbəni yaşayış yeri kimi seçdiyi barədə dəyişməz mövqeyi göz önündədir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu o deməkdir ki, mülkiyyət hüququ mütləq hüquqdur. Bu baxımdan bütün üçüncü şəxslər mülkiyyət hüququna qanunsuz müdaxilə edə bilməzlər. Lakin hazırkı vəziyyətdə mübahisəli qətnamə ilə Cavabdeh mülkiyyət hüququna kobud şəkildə müdaxilə olunmuşdur. Qətnamə ədalətli hesab oluna bilməz həmçinin ona görə ki, binanın inşası başa çatandan sonra MMC binanın birinci mərtəbəsini qeyri-yaşayış sahəsi kimi 1 kv.metrini ən azı 6.000-7.000 manata satacaqsa, bu o deməkdir ki, əlavə tikilisiz belə mübahisəli mənzilin dəyəri təxminən 300.000 manatdır. Lakin əlavə tikililəri də nəzərə alsaq mənzilinin ən azı 500.000 manat dəyəri vardır. D iqqətə çatdırılması məqamlardan biri də odur ki, binalar iddia ərizəsində iddia edildiyi kimi dövlət ehtiyacı üçün söküntüyə məruz qalan sahələr deyil, burada söhbət nəyin bahasına olur-olsun MMC tərəfindən milyonlarla manat məbləğində külli miqdarda pul vəsaitinin qazanılmasından gedir. Dövlət ehtiyaclarından söhbət getmədiyi halda, kimlərinsə külli miqdarda pul qazanmaq məqsədinə nail olmaq üçün məhkəmənin qanunu görməzlikdən gəlməsi heç başa düşülən deyildir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı Şəhəri Sabunçu Rayonunun Sosial-İqtisadi İnkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli, 322 nömrəli “Bakı Şəhəri Binəqədi və Qaradağ Rayonlarının Sosial-İqtisadi İnkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı Şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər Rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı qərarının 4cü bəndinə əsaslanaraq 2018-ci ilin avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və layihələndirilməsi barədə sərəncam qəbul edilmiş tikinti lahiyələrinə münasibətdə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilii yaşayış binaları üçün söküləcək tikililərin ərazilərindən istifadə edilərək həmin ərazilərdə yeni tikiləcək yaşayış binaların da mülkiyyətçilərə müvafiq mənzillərin ayrılmasının həyata keçirilməsini qeyd etmişdir. Lakin ilkin iddiaçı MMC-nin istər tikintiyə icazə sənədləri, istərsə də torpaq sahəsinin ayrılması ilə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı 2018-ci ilin avqustun birindən sonradır. Bundan başqa təəssüf hissi ilə qeyd etdiyi hallardan biri də odur ki, qətnamədə kifayət qədər qrammatik və orfoqrafik səhvlər var. Belə ki, qətnamədə Azərbaycan Respublikası, Nazirlər Kabineti və sair bu kimi xüsusi isimlər kiçik hərflə yazılmış, sadə sözlərdə səhvlərə yol verilmişdir (məsələn dörd sözü dört kimi yazılmış). Qeyd olunan qərarda məhkəmə belə bir mövqe ortaya qoymuşdur ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvura n şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suii stifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. Həmçinin məhkəmə belə bir mövqe ortaya qoymuşdur ki, qanunsuz tikili hesab olunan tikililərdə tikili sahibinin gözləntiləri, daha doğrusu tikilinin reyestrdə qeydiyyata alınması ilə bağlı gözləntilərinin olub-olmaması, qanunsuz tikilinin yerləşdiyi torpaq sahəsinin hüquqi rejimi müəyyən olunmalıdır və bu halların müəyyən olunması məhkəmələrə tövsiyə olunmuşdur. Mülkiyyət hüququ mütləq hüquqdur. Bu baxımdan bütün üçüncü şəxslər mülkiyyət hüququna qanunsuz müdaxilə edə bilməzlər. Lakin hazırkı vəziyyətdə dövlətin adından çıxarılan mübahisəli qətnamə ilə məhkəmə tərəfindən Cavabdeh mülkiyyət hüququna kobud şəkildə müdaxilə olunaraq qeyd olunan maddənin tələbi pozulmuşdur. Belə ki, məhkəmə qətnaməsi tamamilə iş üzrə müəy yən edilmiş hallara zidd olaraq əsaslandırılmışdır. Çünki müəyyən edilmiş hallar ilkin iddia tələbinin rədd olunması üçün kifayət etsə də, məhkəmə iddia tələbini qismən təmin etməklə qeyd olunan maddənin tələbini pozmuşdur. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X6, ev 14 A saylı binanın yaşayış üçün təhlükəli olub-olmaması ilə bağlı “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun rəy vermək səlahiyyəti olmadığı üçün məhkəmə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun rəy vermək səlahiyyəti olmadığı üçün məhkəmə həmin sənədi qəbul etməyərək xüsusi bilik tələb olunan sualları aydınlaşdırmaq üçün iş üzrə müvafiq ekspertizalar təyin etməmişdir. Hansı ki, qeyd olunan maddənin tələbinə əsasən məhkəmə öz təşəbbüsü ilə də iş üzrə ekspertiza təyin edə bilərdi. Məhkəmənin belə bir ekspertiza təyin etməməsi o halda qanuni hesab oluna bilərdi ki, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun binanın yaşayış üçün təhlükəli olub-olmaması ilə bağlı rəy vermək səlahiyyəti olsun. Belə ki, ilkin iddiaçı tərəfindən iddia tələbinin təmin olunması ilə bağlı sübutlar təqdim olunmamasına və qarşılıqlı iddiaçı olaraq tərəfindən sübutlar təqdim olunmasına baxmayaraq, məhkəmə ilkin iddia tələbini qismən təmin etməklə, qarşılıqlı iddia tələbini isə rədd etməklə qeyd olunan maddənin tələblərini pozmuşdur. Bu hissədə məhkəmə gəldiyi nəticə üçün bütün əhəmiyyətli faktiki halları aydınlaşdırmayaraq qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan elə bir hal yoxdur ki, tərəflərindən sübut edilməsin. Bununla bağlı qeyd olunmalıdır ki, məhkəmənin qətnamədə gəldiyi nəticə düzgün deyildir. Çünki, istər ilkin iddia tələbinin qismən təmin olunması, istərsə də qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı məhkəmə hüquqi əsaslandırılması qəbul olunmazdır. Məhkəmə ilkin iddia tələbinin qismən təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd olunmasını əsaslandıra bilməmiş, ilkin iddiaçının mənafeyinə uyğun ümumi sözlərlə qətnaməni hüquqi cəhətdən əsaslandırmağa çalışmış, lakin buna nail ola bilməmişdir. Lazımi bütün sübutlar tam olaraq tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilə bilməmişdir. Çünki, məhkəmə tərəfindən məhkəmə baxışında şahid qismində dindirilməsi ilə bağlı qərar qəbul olunmuş şəxslər birinci instansiya məhkəməsində dindirilməmişlər.

27. Cavabdeh apellyasiya şikayətinə əlavə təqdim etmiş və qeyd etmişdir ki, qətnamənin ilkin iddia tələbinin qismən təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı hüquqi əsaslandırılması qəbul olunmazdır. Qətnamədə kifayət qədər qrammatik və orfoqrafik səhvlər var. Məhkəmə aşağıdakı maddi və prosessual hüquq pozuntularına da yol vermişdir: xx.xx.2023-cü il tarixdə mülki işin məhkəmə hazırlıq iclası zamanı vəkili Vəkil2 şifahi şəkildə vəsatət verərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 161 nömrəli tarixli Sərəncamın (bundan sonra Sərəncam) ləğvi ilə bağlı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunduğu üçün mülki işin icraatının dayandırılmasını xahiş etmiş, lakin məhkəmə vəsatəti təmin etməmiş və bunu da onunla əsaslandırmışdı ki, Bakı İnzibati Məhkəməsinə ünvanladığı iddia əriz əsi icraata qəbul edilməyib, bu səbəbdən də icraata götürülməmiş iş ilə bağlı digər məhkəmə icraatı dayandırıla bilməz. Bundan başqa Mülki-Prosessual Məcəllənin 254,1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Burada isə İnzibati Məhkəmədə qaldırdıqları iddianın bu işlə nəinki birbaşa əlaqəsi olduğu, üstəlik hazırkı mülki işin İnzibati Məhkəmədə qaldırılan işdən birbaşa asılılığı, İnzibati Məhkəmənin onların iddiasını təmin edəcəyi təqdirdə bu mülki işə baxılmasının heç bir mənası olmadığı açıq aşkar göz önündədir. Belə ki, hazırkı işdə iddiaçı onun barəsində (qeyri-qanuni ola raq) iddia qaldırmış, onun hüquqi əsasını isə məhz İnzibati Məhkəmədə mübahisələndirdikləri Sərəncam təşkil edir. Bundan başqa MPM-in 256.0.3-cü maddəsinə əsasən 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədərə iş üzrə icraat dayandırılır. Buradan da göründüyü kimi, məhkəmənin bu işlə eyni olan iş üzrə işin icraatının dayandırılması barədə xx.xx.2024-cü il tarixli qərardadı (həmin qərardad ərizəyə əlavə olunur) 01 Fevral 2024-cü il tarixdə artıq qüvvəyə minmiş olduğundan və bu barədə onlar həmin məhkəmə iclasında xüsusi olaraq vurğuladıqlarından, məhkəmə də Konstitusiya Məhkəməsinin müəyyən etdiyi preyudisiallıq prinsipinə əməl etməli və o da işi dayandırmalı idi. Çünki Konstitusiya məhkəməsinin qərarları imperativ səciyyəvi olmaqla, Azərbaycan Respublikası ərazisində məcburi xarakter daşıyır. Məhkəmə İnzibati Məhkəməyə hazırkı iddia ərizəsinin əsas qayəsini təşkil edən Sərəncamın ləğvi barədə iddia verildiyindən eyni məzmunlu işləri İnzibati Məhkəmədə bu barədə qətnamə çıxarılana və bu qətnamə qanuni qüvvəsini alana qədər artıq dayandırmış olsa da, məhkəmə xx.xx.2024-cü il hazırlıq iclasında bu bərədə verdikləri vəsatəti açıq saxlamaqla məhkəmə hazırlıq iclasını davam etdirmiş, sona qədər də açıq saxlamaqla, bu vəsatətə hüquqi qiymət vermədən də həmin məhkəmə iclasını bağlı elan etmişdir ki, bu hərəkət qanunvericiliyin tələblərinə tam ziddir, onun tələblərinə görə yalnız qeyd olunan vəsatətə məhkəmə bir qiymət verdikdən so nra digər prosessual hərəkətləri etməli idi. Beləliklə, Mülki-Prosessual Məcəllənin 254,1-cü və 256.0.3-cü maddələrini və hüquqlarını növbəti dəfə kobud şəkildə pozmuşdur. Sübut kimi təqdim etdiyi videoyazını analiz edərək, “Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının təqdim etdiyi video materiala münasibət bildirərək qeyd etmişdir ki, sözügedən video materialda tikintinin aparılması nəzərdə tutulan şirkətin rəhbəri tərəfindən verilmiş müsahibə tam olaraq təqdim edilməmiş, video material kəsilmiş formada verilmişdir. Eyni zamanda həmin materialda müsahibə verən Elnur Mustafayev “sakinlərə bir həftə əvvəl xəbərdarlıq edildiyini, ya onların sökməsini yada onlar tərəfindən söküləcəyi bildirilmiş, 35 kv.m. mənzilə 150 kv.m. istənilməsinin ədalətsiz olduğunu” bildirmişdir. Lakin konkret olaraq han sı tikililərin söküldüyü, bu tikilinin kimə məxsus olması və kim tərəfindən söküldüyü münasibətdə qeyd edilmədiyindən qarşılıqlı iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilə bilməz.” qənaətinə gəlmişdir. Elnur Mustafayev ATV kanalında müsahibəsində söküntünün onun rəhbərlik etdiyi MMC tərəfindən aparılmasını açıq-aşkar etiraf edərək, orada söküntüyə qanuni don geyindirmək məqsədilə “söküntüdən bir həftə əvvəl xəbərdarlıq edərək ya siz özünüz onları sökün ya da bizim tərəfimizdən söküntü həyata keçiriləcək” dediyi halda, çox təəccüb və təəssüf doğuran haldır ki, məhkəmə bu etirafı, yəni aşkar sübutu qarşılıqlı iddia ərizəsinə münasibətdə mötəbər sübut kimi qəbul etmir. Baxmayaraq ki, məhkəmə özü də həmin vərəqin əvvəlində ərazidə tikinti aparan şirkətin rəhbəri Elnur Mustafa yev isə bu hala (Axı o süjetdə məhz Cavabdeh həyətinin sökülməsindən bəhs olunur) münasibət bildirərək verdiyi müsahibədə birldirmişdir ki, “(sitatın sonu) yazmaqla özü də həmin süjetdə söhbətin məhz Naxış Baxışıov məxsus mənzilin qarşısınında yerləşən hasarlanmış ərazi barədə birbaşa və açıq etiraf etsə də, sonrakı qarşılıqlı iddia ərizəsini təmin etməmək üçün saxta əsas yaratmağa cəhd etdiyi hissədə “lakin konkret olaraq hansı tikilinin söküldüyü, bu tikilinin kimə məxsus olması və kim tərəfindən söküldüyü müsahibədə qeyd edilmədiyindən sözləri yazır. Bundan başqa rəsmi kanal olan "xxxx" kanalında efirə getmiş müsahibənin “təqdim edilən diskdən görünür ki, xəbər saytında...” yazmaqla bu kanalı adi, sıradan bir xəbər saytı kimi təqdini edərək, onun mahiyyətini və ciddiliyini azaltmağa düş ünülmüş şəkildə cəhd edir. Bu yolla açıq aşkar qərəzli şəkildə qarşılıqlı iddianın təmin olunmasından imtina edilir. Bundan başqa, həmin söküntü prosesindən videoçəkilişlər olan diski və bir neçə fotoşəkil əlavə edir ki, bunlarda Elnur Mustafayevin yaxın ətrafının - qardaşı Vüqar Mustafayevin və onun həm yaxın qohumu, həm də şirkət rəsmilərindən olan Cavid Bayramovun bu söküntü prosesində fəal iştirakını açıq-aydın bir daha (Elnur Mustafayevin "xxxx" kanalında etirafı ilə birlikdə) sübut edir. MMC-nin Sərəncama və digər hüquqi aktlara riayət etməməsi, onlar üzrə öhdəliklərin pozulması ilə bağlı hüquq pozuntuları: Həmin Sərəncamın 2.1-ci maddəsi (2. Sifarişçiyə tapşırılsın: 2.1 Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin.) də MMC və rəhbəri Elnur Mustafayev tərəfindən çox kobud şəkildə pozulub, ərazidə dağıntılar, tar-mar, həm söküntü zibillikləri, həm də diğər zibilliklər və dəhşətli antisanitariya baş alıb gedir. Bunların sübutu kimi fotoşəkilləri əlavə edir. Bundan başqa sakinlər yaşadığı halda, binalar hasara alınıb ki, bu da onların mənzillərindən sərbəst istifadə hüquqlarını pozur. Hansı ki, bu barədə məhkəmə qərardadı (həmin qərardadın surəti əlavə olunur) olmasına və dəfələrlə müraciət etmələrinə baxmayaraq, nə icra məmuru, nə şirkət rəhbərliyi, nə də ki, icra orqanları bu haqlı tələblərini qulaqardına vurur, binaları 5 aydır ki, məhbəsə çevirən hasarlara alınıb, yaşayış şəraitləri məhdudlaşdırılır. Bunun sübutu kimi fotoşəkilləri və 5 ədəd videoçəkiliş olan disk bu şikayətə əlavə olunur. Bundan əlavə binalarının dam örtükləri, binaların 2-ci mərtəbələrində insanların təhlükəsizliyi məqsədilə quraşdırılmış insan tələfatına gətirəcək dəmir məhəccərlər və istilik sistemləri də darmadağın edilib ki, bu da Elnur Mustafayevin və ümumilikdə MMCnin qurucu deyil, əksinə dağıdıcı, vəhşicəsinə münasibətinin bariz nümunəsidir. Bunlar barədə də fotoşəkilləri sübut kimi şikayətə əlavə edir. Sərəncamın 2.4.-cü maddəsi də (2.4. Torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin) kobud şəkildə pozulub. Həmin icarə müqaviləsi onlara qarşı iddia qaldırılan vaxt, bütün məhkəmə baxışı ərzində qeydiyyata alınmamışdı (aldıqları məlumat doğrudursa, hal-hazırda da həmin müqavilə qeydiyyatdan keçməmişdir) ki, bu da həmin müqavilənin etibarsızlığı və bu da öz növbəsində MMC-nin iddia vermək hüququ nun olmadığı deməkdir. Həmçinin məhkəmə belə bir mövqe ortaya qoymuşdur ki, qanunsuz tikili hesab olunan tikililərdə tikili sahibinin gözləntiləri, daha doğrusu tikilinin reyestrdə qeydiyyata alınması ilə bağlı gözləntilərinin olub-olmaması, qanunsuz tikilinin yerləşdiyi torpaq sahəsinin hüquqi rejimi müəyyən olunmalıdır və bu halların müəyyən olunması imperativ qaydada məhkəmələrin qarşısına vacib şərt kimi qoyulmuşdur. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

28. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasi ya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, cavabdeh tərəfindən verilən apelİyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və etiraz ərizəsində qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilmiş məsələlərin əsassız olduğunu aşağıdakılarla əsaslandırırlar: cavabdeh apellyasiya şikayətində qeyd edir: ’’Qarşılıqlı iddia üzrə dindirilməsi hakim tərəfindən təmin olunmuş şahidlərin dindirilməsini başqa məhkəmə iclasına getməyimlə bağlı digər vaxta təxirə salmağı hakimdən xahiş etsəm də, hakim bu xahişimi nəzərə almadı”. Bu məsələyə münasibətdə qeyd edilir ki, həmin şahidlər məhkəmə iclasına gəlmişlər və hakim cavabdehin və eyni zamanda nümayəndəsi olan şəxsdən xahiş etdi ki, “çağırın o şahidləri dindirək”, lakin cavabdehin oğlu və nümayəndəsi şahidləri zala dəvət etməkdən imtina etdi və bildirdi ki, bu şahidlər yalnız vəkilin iştirakı ilə dindiriləcəkdir. Belə olan halda, cavabdeh özü şahidlərin dindirilməsindən imtina etdi, yəni məhkəmə şahidlərin dindirilməsinə etiraz etmirdi, onların zala çağırılmasını xahiş etsə də, cavabdeh özü imtina etmişdir. Yəni, cavabdehin bu cür yazması da həqiqəti əks etdirmir. Apellyasiya şikayətində qeyd edilir: “Bundan başqa ilkin iddiaçının nümayəndəsinə sual verəndə ki, ilkin iddiaçının mübahisəli ünvanda hündürmərtəbəli bina inşa etməyə kifayət qədər maddi imkanının olması ilə bağlı sübut təqdim edə bilərsiniz? - cavab vermişdir ki, bu sualın bizə aidiyyatı yoxdur, həmin sualı Bakı şəhər İcra Hakimiyyətinə verin.” Bu məsələyə münasibətd ə, hazırda Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli, 161 nömrəli Sərəncamının icrası mərhələsində bəzi sakinlərin çıxarılınası məsələsində problem yarandığından bu məsələ mübahisələndirilmişdir. Lakin cavabdehin qeyd etdiyi məsələnin hazırkı işə heç bir aidiyyatı yoxdur. Bu məsələ Sərəncamın mübahisələndirilməsi zamanı qaldırıla bilər. Sözügedən sərəncam bəzi sakinlər tərəfindən Bakı İnzibati Məhkəməsində mübahisələndirilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddia mümkünsüz sayılmışdır və hazırda həmin qərardaddan ərizəçilər apellyasiya şikayəti vermiş və 16 aprel 2024-cli il tarixdə baxılacaqdır. O ki qaldı cavabdehin sualına, iddiaçı tərəfindən verilən cavab təhrif olunaraq apellyasiya şikayətinə yazılmışdır. Belə ki, iddiaçının gələcəkdə maddi imkanın ın zəifləməsi nəticəsində sakinlər qarşısında götürdüyü öhdəliklərin icra edilib edilməməsi məsələsinə, iddiaçının nümayəndəsi cavab vermişdir ki, gələcək barəsində indidən heç kəs heç bir iddia irəli sürə bilməz və gələcəkdə əgər hər hansısa bir hadisə baş verərsə, sərəncam bu MTK-dan digər bir MTK-ya öhdəlikərin ötürülməsi yolu ilə keçəcəkdir, yəni burada sakinlər qarşısında olan öhdəlikləri digər MTK icra edəcək. Hər bir halda sakinlərə qarşı heç bir ziyan olmayacaqdır. Apellyasiya şikayətində qeyd edilir: “FHN-nin rəsmi saytına nəzər salanda da aydın olur ki, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun binanın yaşayış üçün təhlükəli olub-olmaması ilə bağlı rəy vermək səlahiyyəti yoxdur.” Bu məsələyə münasibətdə, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu FHN Tikintidə X1 Agen tliyinin tabeliyindədir və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi haqqında Əsasnaməyə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi tikinti sahəsində dövlət ekspertizasını təşkil edə və aşağıdakı məsələlərlə bağlı rəy verə bilər: dövlət ekspertizasına təqdim olunan sənədlərin müvafiq qaydalara uyğun olaraq tam həcmdə olması və müəyyən olunmuş tələblərə uyğun işlənməsi barədə; şəhərlərin və rayon mərkəzlərinin Baş planlarının, müfəssəl planlaşdırma layihələrinin, məskunlaşma və inkişaf sxemlərinin təhlükəsizlik baxımından şəhərsalma norma və qaydalarına uyğunluğu barədə; tikinti, bərpa, yenidənqurma və əsaslı təmir obyektlərinin layihələrinin tikinti normalarına uyğunluğu, tikiləcək binaların, qurğuların və komple kslərin layihə həllərinin konstruktiv möhkəmlik və davamlılıq, seysmik dayanıqlıq, təhlükəsizlik tələblərinə cavab verməsi barədə; öz səlahiyyətləri daxilində büdcə, büdcədənkənar vəsaitlər, dövlət zəmanətli kreditlər, qrantlar hesabına maliyyələşdirilən tikinti, bərpa, yenidənqurma və əsaslı təmir obyektlərinin texniki-iqtisadi hesablamaları, texniki-iqtisadi əsaslandırmaları və smetaları barədə; obyektlərin konservasiyası və ləğvi ilə bağlı layihələrin təhlükəsizlik tələblərinə uyğun olması barədə. Agentliyin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirdiyi fəaliyyət istiqamətlərindən biri də istismar olunan yaşayış evlərinin, binaların və qurğuların, insanların kütləvi surətdə cəmləşdiyi və istifadə etdiyi tikintilərin, məskunlaşma ərazilərində yerləş ən potensial təhlükə mənbəyi olan obyektlərin müvafiq norma və qaydalara uyğun olaraq tikilməsini və istismar olunmasını yoxlamaq, onların istismarının mümkünlüyü barədə rəy vermək və istismarının dayandırılması haqqında Nazirlik qarşısında məsələ qaldırmaqdır. Göründüyü kimi cavabdeh tərəfindən məhkəmənin qətnaməsinin əsassız olması əsası olmayan faktlarla əsaslandırmağa cəhd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, şəxsin lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla mülkiyyətində olan tikililərə artırılmaların aparılması da özbaşına tikili hesab edilir. Cavabdeh tərəfindən aparılan tikintilər üçün heç bir icazə alınmadığı üçün özbaşına tikinti hesab edilməlidir. Konstitusiya Məhkəməsinin 23 iy un 2021-ci il tarixli Qərarında qeyd edilir ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. Bu da belə bir qənaətə gəlməyə əsas verir ki, özbaşına tikili və qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiya eyni meyarlarla hesablanmır. Qeyd edək ki, hazırkı qətnamə ilə cavabdehin hər hansı hüququ pozulmur. Belə ki, formalaşmış praktikaya uyğun olaraq cavabdehə onun qanuni mülkiyyətində olan əmlakın ölçüsündən də 20% artıq ölçüdə olan yaşayış sahəsi veriləcəkdir. Mərtəbə məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, son zamanlar formalaşmış praktika odur ki, binaların ilk 1 və ya 2 mərtəbəsi qeyri-yaşayış sahəsi kimi istifadə edi lir. Bu səbəbdən də Cavabdehə 3-cü mərtəbədə mənzilin verilməsi onun hər hansı hüququnu pozmur.

29. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, ərizəsində hazırkı iş üzrə cavabdehə təklif etdikləri mənzilin kvadratmetrini tərəflə barışığın əldə edilməsi və işin uzanmaması səbəbindən 74 kv.m. təklif ediklərini və aylıq kirayə haqqının dəyişdirilərək 450 manat edilməsini və bu barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmçinin ərizədə göstərilmişdir ki, iddialarına dair qətnamənin aşağıdakı şəkildə çıxarılmasını xahiş edirlər. Cavabdeh mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən 34,50 kv.m. mənzilə dair mülkiyyət hüquqlarına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək A1 saylı binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74 kv.m. olan 2 otaqlı, təmirli 2 saylı mənzil Cavabdeh mülkiyyətinə verilməsi və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 450 manat kirayə haqqı ilə təmin olunması öhdəliyi iddiaçı MMC-nin üzərinə qoyulsun.

30. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) məhkəməyə izahat təqdim etmiş, izahat apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mənzilinin artırma hissəsi rəsmi yaşayış sahəsindən kənar digər faktiki sahədən yaşayış kimi istifadə edir, başqa sözlə, həmin sahə qapalı vəziyyətdə yaşayış üçün yararlı hala salınmışdır və bu müəyyən edilmiş hallar tərəflərin izahatları baxımından mübahisəsizdir. Bütün bu yuxarıda sayılan əsaslara əsaslanaraq, hətta mənzil təyin edilməsi şərti ilə qətnamə çıxarılarsa, o zaman 130 kv.m. mənzilinin sahəsi + 20, 30 və ya 40 faiz olmaqla hesablanmalıdır.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-2820/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Azad İmanov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh mülkiyyətində o lan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X6, ev 14 A ünvanında yerləşən ümumi sahəsi 34,50 kv.m. olan 5 saylı mənzilə dair mülkiyyət hüquqlarının iddiaçı MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək A1 saylı binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74 kv.m. olan 2 otaqlı, təmirli 2 saylı mənzillə əvəz edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X6, ev 14 A ünvanında yerləşən ümumi sahəsi 34,50 kv.m. olan 5 saylı mənzilin Cavabdeh və onunla birgə yaşayan ailə üzvləri tərəfindən boşaldılması, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X6, ev 14 A ünvanında yerləşən ümumi sahəsi 34,50 kv.m. ola n 5 saylı mənzildən çıxarıldığı gündən yeni mənzillə təmin edildiyi günədək aylıq 450 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı MMC-nin üzərinə qoyulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, maddi ziyana görə 19.711,45 manat pul vəsaitinin cavabdeh MMC-dən Cavabdeh xeyrinə tutulması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

32. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddianın predmetini cavabdehə ədalətli kompensiya (əvəz) verilməklə, təklif olunan əvəz iddianın predmeti deyil, iddia predmetinin obyekti kimi çıxış etmiş və onun (kompensasiyanın həcminin) dəyişdirilməsi zərurəti apelly asiya icraatı zamanı əmələ gəlmişdir. İddia həcminin artırılması və ya tələbin dəyişdirilməsi apellyasiya icraatı zamanı baxılma həddi üzrə tam təmin edilən iddianın fərqli (tələbdən kənar) həll edilməsi mülki prosessual qanunvericiliyə birbaşa zidd olsa da, hüququn analogiyasını və ədalət mühakiməsinin (məhkəmə icraatının) məqsədlərini əsas tutaraq kollegiya hesab edir ki, kompensasiya həcminin artırılması iddia həcminin artırılmasına, yəni cavabdehin hüquqlarının daha da məhdudlaşmasına xidmət etmədiyindən onun qəbulu və müzakirəsi mümkündür.

33. İlk iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin mülkiyyətində və istifadəsində olan sahələrin yerləşdiyi mənzil (və ona bitişik) sahəsinin iddiaçının məqsədli istifadəsinə verilməsi və həmin ərazidə yeni yaşayış b inalarının tikilməsi nəzərdə tutulduğu nəzərə alaraq, mübahisənin yekun həlli məqsədi ilə cavabdehin mülkiyyət hüququna müdaxilə ilə mülki hüquq münasibətlərinin digər iştirakçılarının, o cümlədən iddiaçının hüquq və mənafeləri, habelə sökülməsi nəzərdə tutulan ərazidə yaşamış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması arasında ağlabatan tarazlığın müəyyən edilməsinə yönəldilməlidir. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər.

34. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-cu il tarixli, ********** nömrəli çıxarışın surətinə əsas ən, Bakı Şəhəri, Sabunçu Rayonu, Bakıxanov Qəsəbəsi, X6ndə istifadədə olan ümumi sahəsi 34,50 kv.m. olan mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyinə əsasən, Bakı Şəhəri, Sabunçu Rayonu, Bakıxanov Qəsəbəsi, X6, bina 14a, 5 nömrəli mənzilin ümumi sahəsi faktiki 111,03 kv.m. müəyyən edilmişdir. Əlavə sahələrə dair istinadların sübutedici əsasları müəyyən ediləmişdir. Mülkiyyət və istifadə hüququ dövlət reyestrində qeydiyyata alınmalıdır və faktiki əsasla istifadə edilən yaşayış (qeyri-yaşayış və torpaq) sahələri mənzil mülkiyyətçilərin ümumi mülkiyyəti və ya dövlətin (bələdiyyənin) mülkiyyəti ola bilər ki, bu da, cavabdehə münasibətdə hər-hansı hüquqi nə ticələr yaratmır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli qərarında hesab edilmişdir ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. Göründüyü kimi, Konstitusiya Məhkəməsi kompensasiyanın həcminin onun özbaşına tikiliyə və qanuni əsaslarla əldə edilən əmlaka görə eyni meyarlara əsasən hesablanmasını düzgün saymamaql a, özbaşına tikiliyə görə də kompensasiyanın ödənilməsini istisna etməmiş, yalnız kompensasiyasının həcminin eyni meyarlara əsasən hesablanmasının düzgün olmadığını vurğulamışdır. Başqa sözlə, özbaşına tikilinin onu inşa etmiş şəxs üçün iqtisadi dəyərə malik olması istisna edilmir.

35. Odur ki, iddiaçı tərəfin cavabdehin sahibliyində olan torpaq sahəsinə ədalətli kompensasiya verilmədən onun rəsmiləşdirilməsi gözləntisi ehtimal edilən mənzil sahəsindən məhrum edilməsi, cavabdehin əmlak mənafeylərinin əhəmiyyətli pozuntusu ilə nəticələnə və bir sıra əlaqəli hüquqlarının məhdudlaşmasına yönəlik hüquqdan suiistifadəyə şərait yaratmış ola bilər. Ona görə, özbaşına tikili üzrə də cavabdehin əmlak mənafeləri üzrə ilk iddia tələbi üzrə artırılmış kompensasiya (əvəzləşdirməni), onun təmirli olması və kirayə haqqının daha yüksək olması nəzərə alınmaqla kollegiya ədalətli və mütənasib hesab etmişdir. Cavabdehin kompensasiya tələbi olmadığından iddiaçının tələbindən kənar müzakirələrin aparılmasını kollegiya prosessual qanunvericiliuyin tələbləri baxımından yolverilməz hesab etmişdir.

36. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçı söküntünün mövcudluğu və dəymiş zərərin məbləği mübahisələndirmədiyi halda, cavabdehin təqdim etdiyi sübutlar müstəvisində söküntü işlərinin onun tərəfindən aparılmamasına dair dayanıqlı sübutlar təqdim etməmişdir. Birinci instansiya icraatı zamanı təqdim edilmiş “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin YDQM № 099-1011/2023 nömrəli, xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Bakı Şəhəri, Sabunçu Rayonu, Bakıxanov Qəsəbəsi, X6, ev 14 a mənzil 5 ünvanında yerləşın fərdi yaşayış evinin həyətyanı sahəsində aparılmış söküntü işləri nəticəsində dəymiş zərər məbləğinin ümumi məbləği 19.711,45 manat müəyyən edilmişdir. Ona görə qarşılıqlı iddia üzrə maddi zərər hissədə tam təmin edilməli, mənəvi iztirablarla bağlı sübutedici hallar müəyyən edilmədiyindən mənəvi zərər hissədə qarşılıqlı tələb rədd edilməlidir.

37. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 24, 29, 71, 80-cı, Mülki Məcəlləsinin 16, 139, 152, 154, 157, 158, 160, 163, 164, 165, 166, 169, 180, 191, 231, 234, 1096, 1097, 1099, 1108-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilmə sinə dair” 12 iyul 2016-cı il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarına, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli Qərarına və Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

38. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) (Vəkil1) və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (Vəkili Vəkil3) kassasiya şikayətləri vermişlər.

39. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən - qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, qalan hissədə isə qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

40. Kassasiya şikayəti dəlilləri apellyasiya şikayətinə qarşı etirazın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, hazırkı iş üzrə cavabdehin ( qarşılıqlı iddia üzrə iddiaçı) özbaşına tikiliyə münasibətdə hər hansı hüquq müəyyənedici sənədləri yoxdur. özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icar əyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Hazırkı iş üzrə də özbaşına tikiliyə münasibətdə cavabdehin hər hansı hüquqmüəyyənedici sənədinin olmaması onun həmin tikiliyə münasibətdə hər hansı hüququnun tanınmasını istisna edir.

41. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin təmin edilən hissəsində və qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

42. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsinin, iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər han sı üstünlüyə, ayrıseçkiliyə və ya qərəzə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Məhkəmələr prosesin heç bir mərhələsində bu prinsiplərə əməl etməmiş, nəinki hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamış, heç belə müzakirələri ya heç aparmamış, apardıqda isə yalnız qarşı tərəfin mövqeyi, verdiyi izahat və sənədlərlə əsaslandırmışdır. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) öz prosessual hüquqlarından, iş üçün, işin tam və hərtərəfli araşdırılaraq, ədalətli qətnamə çıxarılması üçün vacib, çox əhəmiyyətli halların araşdırılması üçün əhəmiyyətli olan faktlardan məhrum edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

43. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

44. Maddə 13-cü İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

45. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

46. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

47. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

48. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

49. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

50. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli ol duğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

51. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

52. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

53. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

54. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

55. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

56. Maddə 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.

57. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

58. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

59. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.

60. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

61. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

62. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

63. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hər əkətlərindən çəkinməlidir.

64. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

65. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

66. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məl um olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

67. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

68. Maddə 169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir.

69. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

70. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

71. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyə t hüququ tanına bilməz.

72. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

73. Maddə 191.1. Daşınar əşyaların bir-birinə bağlılığı nəticəsində onlar yeni vahid əşyanın tərkib hissələrinə çevrildikdə və ya daşınar əşyalar birləşdikdə, onların əvvəlki sahibləri bu yeni əşyanın mülkiyyətçiləri olurlar. Paylar həmin əşyaların birləşməzdən əvvəlki dəyərinə uyğun müəyyənləşdirilir.

74. Maddə 191.2. Əşyalardan biri, bərqərar olmuş rəyə görə, baş əşya sayılırsa, onun mülkiyyətçisi həmin əşyanın ləvazimatına da mülk iyyət əldə edir.

75. Maddə 231.1. Əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, aşağıdakı predmetlər və hüquqlar yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir: 231.1.1. torpaq və bina tikilməsinə əsas verəcək tikintiyə vərəsəlik hüququ; 231.1.2. yaşayış binasının və onun tərkib hissələrinin digər mülkiyyətçilərinin otaqlarının konstruksiyası, konstruktiv strukturu və möhkəmliyi üçün əhəmiyyət daşıyan və binanın zahiri simasını və görkəmini müəyyənləşdirən tikinti elementləri; 231.1.3. digər bu cür mülkiyyətçilərin öz otaqlarından istifadəsinə xidmət üçün nəzərdə tutulan qurğular.

76. Maddə 231.2. Binanın digər tikinti konstruksiyaları yaşayış binasını n tərkib hissələri mülkiyyətçilərinin sonrakı razılaşması ilə əsaslandırma aktında birgə konstruksiyalar elan edilə bilər. Belə edilmədikdə ehtimal olunur ki, onlar xüsusi hüquqlara aid edilmişdir.

77. Maddə

234. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna daşınmaz əmlakın və ya tikinti hüququnun məhvi ilə və daşınmaz əmlakın dövlət reyestrində qeydlə xitam verilir. Əgər bina onun dəyərinin yarısından çox ölçüdə dağılmışdırsa və mülkiyyətçi özü üçün, demək olar, dözülməz yüklülüklər olmadan binanın bərpasına qadir deyildirsə, yaşayış binasının tərkib hissəsinin istənilən mülkiyyətçisindən mülkiyyət hüququna xitam verilməsi tələb edilə bilər, lakin yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri ümumi mülkiyyətə sahibliyi davam etdirmək niyyətindədirlərsə, qalan mülkiyyətçil ərə peşman haqqı ödəmək yolu ilə hüquqa xitam verilməsinin qarşısını ala bilərlər.

78. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

79. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

80. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

81. Maddə 1097.3. Qanunla zərərvuranın təqsi ri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

82. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

83. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

84. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulmas ı üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı. 85. “1. Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir.

2. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 iyun 2024-cü il tarixli qəra rı. 86. “Hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

87. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

88. Maddə 76.1. Tərəflərin tələb və etirazları nı əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

89. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

90. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

91. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

92. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

93. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

94. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

95. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

96. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində ba xır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

97. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

98. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

99. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilmə məsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

100. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

101. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən qarşılıqlı iddianın təmin olunması hissəsində, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən isə qarşılıql ı iddianın tam təmin olunmaması hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

102. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

103. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

104. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

105. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

106. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

107. Bu səbəbdən, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

108. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2820/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar