Məhkəmə qərarları › İş №2(102)-3604/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3604/2021

23.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3604/2021 23.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin üçüncü şəxsə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(103)1710/2021 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasi ya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı və xxx qızı 04 aprel 2008-ci ildə nikaha daxil olmuş, 2017-ci ilin noyabr ayında tərəflər faktiki ayrılmış və nikahları Zaqatala Rayon Məhkəməsinin 22 yanvar 2018ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikahları dövründə bağlanmış 10 may 2016-cı il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə İddiaçı adına ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil alınmış, mənzilin dəyərinin 94400 manat hissəsi "xxxx" ASC tərəfindən 240 ay müddətinə (06 may 2036-cı il tarixədək) illik 7 % dərəcəsi verilmiş kredit hesabına ödənilmiş, kreditin təminatı olaraq həmin mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kred itin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən kredit alan banka qeyd olunan müddətdə hər ay 731,90 manat məbləğində vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Zaqatala Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 iddiası təmin edilmiş, tərəflərin birgə nikah olan müddətdə əldə etdikləri və hazırda cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1yerləşən 0,025 ha torpaq sahəsinin və ünvan 2 ünvanında yerləşən 13 saylı mənzilin tərəflərin ümumi birgə mülkiyyəti hesab edilməklə, həmin torpaq sahəsinin və mənzilin 1/2 hissəsinin üzərində iddiaçı X1 payı müəyyən edilmişdir. Son nəticədə həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin 31 oktyabr 2019cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 mart 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin iyun ayından etibarən 06 may 2036-cı il tarixədək ünvan 3, mənzil 13 görə "xxxx" ASC-yə hər ay ödəniləcək 731,90 manat aylıq kredit məbləğinin 1/2 hissəsi olan 365,95 manat İddiaçı, 1/2 hissəsi olan 365,95 manat Cavabdeh1 aid olması və İddiaçı ilə Cavabdeh1 arasında nikahın məhkəmə qaydasında pozulduğu 22 yanvar 2018-ci il tarixdən etibarən 2020-ci ilin may ayınadək iddiaçı tərəfindən ünvan 3, mənzil 13-ə görə "xxxx" ASC-yə hər ay 731,90 manat olmaqla cəmi ödənilmiş 20493,20 manat 1/2 hissəsi olan 10246,60 manatın Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsin i xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 10 may 2016-cı il tarixli alqı-satqı və ipoteka müqaviləsindən və kredit müqaviləsindən göründüyü kimi kredit müqaviləsində qeyd olunan məbləğ ünvan 3 ünvanında yerləşən 13 saylı mənzilin alınması üçün verilmiş və həmin mənzil də kredit müqaviləsi üzrü öhdəliyin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Ona görə də əldə edilən əmlakla, həmin vaxt yaranan öhdəliyi bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Belə ki, əldə olunmuş əmlaka payın müəyyən olunması, həmin əmlakın əldə olunmasına sərf olunmuş pul ilə bağlı ipoteka saxlayan qarşısında yaranan öhdəliyin də tərəflər arasında eyni nisbətdə bölünməsi zəruri edir. 10 may 2016-cı il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən nikaha xitam verildiyi gündən iddia verildiyi g ünədək İddiaçı tərəfindən hər ay 731,90 manat kredit məbləğini ödəmişdir. Artıq məhkəmə qərarı ilə cavabdehin mübahisəli mənzildə 1/2 hissəsinin üzərində payı müəyyən edildiyi üçün, tərəflər arasında bağlanmış nikaha xitam verildiyi 22 yanvar 2018ci il tarixdən etibarən qalmış kredit borcu da 1/2 hissədə bölünməlidir. Həmçinin nikaha xitam verildiyi tarixdən iddia verildiyi günədək iddiaçı tərəfindən ödənilmiş 20493,2 manatın 1/2 hissəsi olan 10246,6 manatı cavabdeh tərəfindən iddiaçıya qaytarmalıdır. Bununla əlaqədar olaraq cavabdehlərə pretenziya məktubu göndərilmişdir. İddiaçı ilə cavabdeh arasında nikaha 2018-ci ilin yanvar ayında xitam verildiyi üçün, iddiaçı həmin tarixdən sonra ödədiyi 20493,2 manatı cavabdehlə birgə nikah müddətində əldə etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəmə sinin 31 avqust 2020-ci il tarixli, e-2(006)3248/2020 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia təmin edilmiş, 2020-ci ilin iyun ayından etibarən 06 may 2036-cı il tarixədək ünvan 3, mənzil 13-ə görə "xxxx" ASCyə hər ay ödəniləcək 731,90 manat aylıq kredit məbləğinin 1/2 hissəsi olan 365,95 manatın İddiaçı, 1/2 hissəsi olan 365,95 manatın Cavabdeh1 aid olması, İddiaçı ilə Cavabdeh1 arasında nikahın məhkəmə qaydasında pozulduğu 22 yanvar 2018-ci il tarixdən etibarən 2020-ci ilin may ayınadək iddiaçı tərəfindən ünvan 3, mənzil 13-ə görə "xxxx" ASC-yə hər ay 731,90 manat olmaqla cəmi ödənilmiş 20493,02 manatın 1/2 hissəsi olan 10246,06 manatın Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası MPM-in 82.3-cü ma ddəsinə, Mülki Məcəlləsinin 225.1-ci maddəsinə, Ailə Məcəlləsinin 32.1, 36.1, 36.3, 37.1, 37.3-cü maddələrinə istinad edərək hesab etmişdir ki, mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə ipoteka krediti hesabına əldə olunması, 06 may 2016-cı il tarixli kredit müqavıləsinə görə İddiaçı tərəfindən hər ay 731,90 manat aylıq kredit məbləğinin ödənilməsi və iddia tələbini təşkil edən digər faktlar həm işin materiallarında olan hüquq müəyyənedici sənədləri ilə, həm də iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapmış, qanunun müddəalarına görə ər-arvadın birgə nikah dövründə əldə etdikləri bütün əmlaklar onların ümumi birgə mülkiyyətləri hesab olunduğundan ümumi əmlakın əmələ gəlməsində (əldə olunmasında) ər-arvadın hər birinin iştirakının aktivliyindən asılı olmayaraq onların həmin əmlaka bərabər hüquqları vardır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, e-2(006)-3248/2020 nömrəli qətnaməsinin qismən – iddianın “2020-ci ilin iyun ayından etibarən 06 may 2036-cı il tarixədək ünvan 3, 13 saylı mənzilə görə "xxxx" ASC-yə hər ay ödəniləcək 731,90 manat aylıq kredit məbləğinin 1/2 hissəsi olan 365,95 manatın İddiaçı, 1/2 hissəsi olan 365,95 manatın Cavabdeh1 aid olması” hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, e-2(006)-3248/20 20 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın baxılmamış saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(103)-1710/2021 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) cavabdehlər "xxxx" ASCnin və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(006)-3248/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərkən göstərmişdir ki, Cavabd eh1 qətnaməni qanunsuz və əsassız hesab etsə də, bu qanunsuzluğun nədən ibarət olmasını və əsassızlığın nədə ifadə olunmasını maddi hüquq normaları baxımından açıqlamamış, yalnız prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərini göstərmişdir. Məhkəmə tərəfindən iddia ərizəsinin həqiqətən də iddiaçıya göndərilməsi tam təsdiqini tapmasa da, o, keçirilən məhkəmə iclaslarından məlumatı olmuş və məhkəmə iclasında iştirak edərək iddia ərizəsini şəxsən qəbul edə və buna etirazını bildirə bilərdi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən də çağırılsa da, cavabdeh səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. İddiaçının "xxxx" ASC-ni işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması üçün cavabdeh kimi qoyulması dəlili də əsaslı ola bilməz. Çünki, "xxxx" ASC hazırki iddiaya c avab verməli olan şəxs olması və qanuni qüvvəsini alacağı təqdirdə mübahisələndirilən qətnamə ilə üzərinə öhdəlik qoyulacağı mürəkkəb də olsa, iddianın mahiyyətindən və məzmunundan aydın görünür. Buna görə də "xxxx" ASC-ni iddiaya cavab verməli olmadığı əsası ilə əsl cavabdehlə əvəz edilməsi məsələsinə baxılmasına da lüzum olmamışdır. Birdəki, iddiaya cavab verməli olan digər cavabdeh elə Cavabdeh1 özüdür və onsuzda o, cavabdeh kimi göstərilmişdir. Qeyd olunan prosessual hüquq normalarının pozuntuları həqiqi olsa belə, onlar şərtli pozuntular sayıldığından, qətnamə düzgün olmazdısa, onlar qətnamənin ləğv edilməsinə əsas ola bilərdi. Hazırki iş üzrə olan qətnamənin düzgün olmaması isə öz təsdiqini tapmır. İkincisi, cavabdeh "xxxx" ASC iddiaçının bank qarşısında olan öhdəliyinin üzərində idd iaçı və cavabdehin faiz hissədə paylarının müəyyən edilməklə bölünməsinin mülki və ipoteka haqqında qanunvericiliyin tələblərinə zidd olduğunu göstərsə də, bu ziddiyyətin nədən ibarət olduğunu açıqlamamışdır. Qətnamə əsasında borc predmeti üzrə öhdəliklərin 1/2 nisbətində bölünməsinə və bu predmet üzrə hər hansı dəyişikliyin edilməsinə (payların müəyyən edilməsi və ya bölünməsi) kreditor və ipoteka saxlayan olaraq "xxxx" ASC-nin razılığı olmasa da, sonradan məhkəmə qətnaməsinin icrasını mümkünsüz etməz. Əksinə ipoteka krediti ödəyən şəxslərin dairəsi artmış olur, başqa sözlə əvvəllər yalnız bunu iddiaçı edirdisə, bu qətnamə ilə Cavabdeh1 da bu öhdəliyin icra edilməsinə cəlb olunacaqdır. Çünki, Zaqatala Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə art ıq mübahisəli mənzilin tərəflərin ümumi birgə mülkiyyəti və ikidə bir hissədə paylarının müəyyən edilməsi təsdiq olunmuşdur. Demək ipoteka müqaviləsində ipoteka qoyan kimi İddiaçı adı qeyd olunsa da, o, məhkəmə aktına əsasən artıq həmin mənzilin tam deyil, yalnız ikidə bir hissəsinin mülkiyyətçisidir və ipoteka saxlayan kimi bankın buna razı olmasının, yaxud olmamasının heç bir əhəmiyyəti yoxdur. Yəni, cavabdeh bank mübahisəli mənzillə bağlı yaranmış bu yeni reallıqla barışmalıdır. Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın, kredit və ipoteka müqavilələr üzrə tərəf olmayan X2 ilə borclu və ipoteka qoyan İddiaçı arasında bərabər bölünməsi hazırki qətnamə ilə deyil, Zaqatala Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qətnaməsi ilə təmin olunmuşdur. Həmin iş üzrə də hazırk i işdə cavabdeh olan bank üçüncü şəxs qismində iştirak etmiş, məhkəmə aktlarından şikayət versə də, yekun olaraq istəyinə nail ola bilməmişdir. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən mübahisəli mənzilin bu cür bölünməsinin kredit müqaviləsinin şərtlərinə, mülki və ipoteka qanunvericiliyinin şərtlərinə zidd olması barədə şikayətin dəlilləri açıq-aşkar əsassızdır. Üçüncüsü, hazırki iddia tələblərinin faktiki əsasları Zaqatala Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən hallardan yaranmışdır. Ona görə də, iddiaçı qeyd olunan tələblərlə məhkəməyə müraciət etməkdə haqlı olmuş və bu tələblər üzrə onun subyektiv hüquqları olmuşdur. Belə ki, iddiaçı ilə Cavabdeh1 ipoteka predmeti olan mənzilin bərabər paylı mülkiyyətçiləridir. Hər dəfə iddia çı ödədiyi ipoteka krediti məbləğinin yarısını məhkəməyə müraciət edərək Cavabdeh1 tələb etmək əvəzinə iddia tələbinin birinci hissəsini də irəli sürmüş və bu tələb də məhkəmə tərəfindən təmin olunmuşdur. Başqa sözlə, nəzəri cəhətdən qəbul etsək ki, iddiaçı ehtiyacı yaranacağı təqdirdə hər ay ödədiyi kredit məbləğini məhkəmə qaydasında cavabdehdən tələb etməli olacaq, demək 2036-cı ilədək onun tərəfindən yüzlərlə iddia irəli sürməsi tələb olunur. Bu vəziyyətin təsəvvür edilməsi belə iddiaçının düşəcəyi vəziyyətin nə qədər onun üçün əlverişsiz olacağına dəlalət edir. Birdəki, kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi yaxud lazımi qaydada icra edilmədiyi təqdirdə ipoteka saxlayan olaraq cavabdeh bankın həm iddiaçıya, həm də Cavabdeh1 qarşı kredit tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır və qeyd olunan hallarda bu hüququndan istifadə edə bilər. Ona görə də cavabdeh bankın bu cür narahatçılığı anlaşılan olsa da, başa düşülən deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(103)-1710/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmi şdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi cavabdehə göndərilməmiş və buna görə də iddiaya etiraz vermək hüququ pozulmuşdur. Bundan başqa, İddiaçı iddiada qəsdən "xxxx" ASC-ni cavabdeh kimi qoymuşdur ki, işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmasını təmin etdirə bilsin. Halbuki, "xxxx" ASC iddiada cavab verməli olan şəxs, yəni cavabdeh deyildir və qətnamə ilə də sonuncunun üzərinə heç bir öhdəlik qoyulmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi cavabdehi əsl cavabdeh ilə əvəz etmədiyi üçün məhkəmə aidiyyətini da pozmuşdur. Belə ki, hazırki iddia ona qarşı yönəldiyi və əsl cavabdeh də o, olduğu üçün iddiaya onun qeydiyyatda olduğu Zaqatala rayonunda yerləşən Zaqatala Rayon Məhkəməsində baxılmalı idi. İddiaçı bu hərəkətləri ilə Mülki Prosessual Məcəllənin 1 49-cu maddəsində nəzərdə tutulmuş tələbləri pozmuşdur ki, bu da sonuncunun ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Həmçinin cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(103)-1710/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuşdur. Belə ki, ər-arvad arasında olan mübahisələri həll edərkən məhkəmə bankla müştəri (ər) arasında bağlanmış müqaviləyə müdaxilə etməməlidir (onu dəyişdirməməlidir). Yəni borcun (bir hissəsinin) ödənilməsini arvaddan Bank deyil, ər tələb etməlidir. Hazırki işdə isə məhkəmə Banka yeni borcalan yaratmaqla Bank banklara şamil edilən və məcburi olan kreditlərin verilməsi qaydalarını pozmuşdur. Belə ki, bankla heç bir müqavilə münasibətləri (yazılı müqavilə) olmayan, ödəmə qabiliyyəti qiymətləndirilməyən şəxs məcburi qaydada bankın borcalanı ola bilməz. Kreditorun razılığı olmadan onun qarşısında borcalanın öhdəliyinin üçüncü şəxsə keçirilməsinə qanunvericilik imkan vermir və bu qaydanın istisnası nəzərdə tutulmamışdır. Həmçinin hazırki mülki iş üzrə bank qarşısında borcalanın öhdəliyinin kredit müqaviləsinin tərəfi olmayan üçüncü şəxsə münasibətdə bölünməsi halında “İpoteka haqqında” Qanunun normalarının Bank tərəfindən tətbiq imkanları aradan qalmış olacaqdır. Belə ki, öhdəliyin bölündüyü tərəflər Bank qarşısında b irgə borcalan qismində çıxış etmədiklərinə görə hər hansı biri öhdəliyini tam icra etdiyi halda hüququ yaranır ki, ipoteka predmetinin ona aid hissəsinə ipotekaya xitam verilməsini tələb etsin. Əmlak bölünməz olduğuna görə qeyd edilən məsələ ipoteka predmetinin Bank qarşısında öhdəliyin təminatı qismində çıxış etməsini çətinləşdirir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı vəkili Nümayəndə hər iki kassasiya şikayətinə yazılı etiraz verərək, həmin şikayətlərin əsassız olmasını göstərmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər, səlahiyyətli nümayəndələri və vəkilləri məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatorlar tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 425.1-ci maddəsinə əsasən öz hüquq larını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 522.3-cü maddəsinə əsasən icazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İca zə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. 522.5-ci maddəsinə əsasən kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunm uş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpas ı təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: M əhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İlk olaraq cavabdeh xxxnın kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilərkən məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir və onlarla bağlı apellyasiya instansiyası məhkəməsinin dəyərləndirilməsi ilə tam razılaşır. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" ASC-nin şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən (həmin cavabdehin mübahisələndirdiyi hissədə) ləğvi üçün əsas dır. Belə ki, birinci instansiya məhkəməsi “2020-ci ilin iyun ayından etibarən 06 may 2036-cı il tarixədək ünvan 3, mənzil 13 görə "xxxx" ASC-yə hər ay ödəniləcək 731,90 manat aylıq kredit məbləğinin 1/2 hissəsi olan 365,95 manatın İddiaçı, 1/2 hissəsi olan 365,95 manatın Cavabdeh1 aid olmasını” qət etmiş, lakin qətnamədən bu ifadə ilə nəyin nəzərdə tutulması aydın deyildir. Borcun “aid edilməsi” həmin borcun iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda kredit verən banka ödənilməsi və ya borcun tam həcmdə kredit alan şəxs olaraq iddiaçı tərəfindən banka ödənilməklə, Cavabdeh1 payına düşən hissəsinin isə aylıq olmaqla sonuncu tərəfindən iddiaçıya ödənilməsi kimi başa düşülə bilər. Cavabdeh bank birinci instansiya məhkəməsinin qətnaməsini məhz birinci kontekstdən qəbul etmiş və apellyasiy a şikayətinin dəlillərini buna uyğun olaraq əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi də məhz birinci mövqedən irəli gələrək cavabdehlərin kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, cavabdeh "xxxx" ASC apellyasiya şikayətində kredit müqaviləsini iddiaçı ilə bağlanıldığını və borclunun əvəz edilməsini kreditorun razılığının olmamasını, eyni zamanda bunun texniki cəhətdən qeyri-mümkün olmasını, o cümlədən Cavabdeh1 ilə yeni kredit müqaviləsinin bağlanmasının mümkün olmamasını bildirsə də, apellyasiya instansiyası məhkəməsi iddianı Mülki Məcəllənin 522-ci maddəsinin dispoziyasının nöqtəyi nəzərdən qiymətləndirməmişdir. Halbuki, həmin maddəyə görə öhdəlik ü çüncü şəxsə yalnız kreditorun icazəsi ilə və kreditor ilə yeni müqavilə bağlamaqla verilə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Zaqatala Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qətnaməsinə istinad etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin qətnamə ilə tərəflərin mübahisəli əmlaka bərabər payları müəyyən edilməklə, Cavabdeh1 ipoteka predmetinin ona düşən payına münasibətdə faktiki olaraq ipoteka qoyan statusuna gətirilsə də, iddiaçı və bank arasında olan kredit münasibətlərinə hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmi n edilsin. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(103)-1710/2021 nömrəli qətnaməsi qismən, yəni iddianın “2020-ci ilin iyun ayından etibarən 06 may 2036-cı il tarixədək ünvan 3, mənzil 13 görə "xxxx" ASC-yə hər ay ödəniləcək 731,90 manat aylıq kredit məbləğinin 1/2 hissəsi olan 365,95 manatın İddiaçı, 1/2 hissəsi olan 365,95 manatın Cavabdeh1 aid olması” hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(103)-1710/2021 nömrəli qətnaməsi Cavabdeh1 tərəfindən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar