Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3608/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçınə və Azərbaycan Texnologiya Universitetinə qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: diplomun etibarsız hesab edilməsi, dövlət nümunəli bakalavr diplomunun elektron hökumət portalına yerləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X16 (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı «diplomun etibarsız hesab edilməsi», qarşılıqlı idia üzrə iddiaçı Cavabdeh İddiaçınə və Azərbaycan Texnologiya Universitetinə qarşı «dövlət nümunəli bakalavr diplomunun elektron hökumət portalına yerləşdirilməsi» tələblərinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)750/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Xocavənd RPŞ tərəfindən verilmiş 02 may 2017-ci il tarixli AZE seriyalı 14438894 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 01 may 1982-ci ildə Füzuli şəhərində doğulmuş, Xocavənd rayonu, Axullu kəndində qeydiyyatdadır.
2. Beyləqan rayonu G.Əsədov adına 1 Şahsevən kənd 1 nömrəli tam orta məktəbinin 19 yanvar 202 3-cü il tarixli 01 nömrəli arayışından görünür ki, Məmmədov X12 rayonu G.Əsədov adına 1 Şahsevən kənd 1 nömrəli tam orta məktəbin 1998/1999-cu dərs ilində bitirmişdir. Ona G.Əsədov adına 1 Şahsevən kənd 1 nömrəli tam orta məktəbi tərəfindən A-356883 nömrəli attestat verilmişdir. Cavabdeh A-356883 nömrəli attestatın sahibidir.
3. Gəncə Elm-Təhsil Mərkəzi Aqrar-Ekoloqiya İnstitutu tərəfindən Cavabdeh verilmiş 1999-cu il tarixli 010582 nömrəli tələbə biletinin surətinən görünür ki, Cavabdeh 1999-cu ildə Gəncə Elm-Təhsil Mərkəzi Aqrar X10 İqtisadiyyat Fakultəsinin 1-ci kurs əyani şöbəsinin tələbəsi olmuşdur.
4. Gəncə Elm-Təhsil X23 İnstitutu tərəfindən Azərbaycan Texnologiya Universitetində fəaliyyət göstərən universitetlər arası köçürmə və bərpa komissiyasına təqdim edilmək üçün 29 iyun 2001- ci il tarixdə verilmiş arayışın surətindən görünür ki, 01 may 1982-ci ildə Füzuli şəhərində doğulmuş, Cavabdeh 1999-cu ildə müsahibə mərhələsini uğurla keçərək, Gəncə Elm-Təhsil Mərkəzi Aqrar X10 iqtisadiyyat fakültəsinin əyani şöbəsinə qəbul olmuş və Aqrar X10 iqtisadiyyat fakültəsinin 3-cü kursunu tam bitirmişdir. 5. 20 iyun 2001-ci il tarixli A seriyalı 093112 nömrəli diplomun ksero surətindən görünür ki, dövlət attestasiya komissiyasının 20 iyun 2001-ci il tarixli qərarına əsasən, Gəncə Elm-Təhsil Mərkəzi Aqrar-Ekoloqiya İnstitutu tərəfindən Cavabdeh ümumi iqtisadiyyat, iqtisadiyyatın tənzimlənməsi fakultəsi üzrə ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilməsi barədə diplom verilmişdir.
6. Azərbaycan Respublikası Təhsil Nazirinin «Gəncə Elm-Təhsil Mərkəzi», «X9 X3 Azərbaycan filia lı» və Naxçıvan Universitetinin fəaliyyətlərinin dayandırılması haqqında xx.xx.2001-ci il tarixli, 903 saylı əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 134 nömrəli və Təhsil Nazirliyi Lisenziya Komissiyasının xx.xx.2001-ci il tarixli 879 nömrəli qərarı nəzərə alınaraq, Gəncə ElmTəhsil Mərkəzi Aqrar-Ekologiya İnstitutu üzrə «gömrük işinin təşkili», «iqtisadiyyatın tənzimlənməsi», «menecment», «aqrar istehsalatın texnologiyası», «gömrük ekspertizası», «biznesin təşkili və idarəedilməsi», «istehsalat və xidmət sahələrinin iqtisadiyyatı», «mühəndis iqtisadiyyatı» ixtisasları üzrə Gəncə korpusunda təhsil alan tələbələrin Azərbaycan Texnologiya Universitetinə «gömrük işinin təşkili», «iqtisadiyyatın tənzimlənməsi» ixtisası üzrə köçürülməsi ilə bağlı qərar qəbul edildikdən sonra, onların müvafiq qaydada tələbələr sırasına daxil edilməsini təmin edilməsi, qısa müddətdə tələbələrin şəxsi işlərini qəbul etməsi, onları mövcud qaydaya uyğun bərpa etməsi üçün aidiyyəti dövlət ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılmışdır.
7. Azərbaycan Texnologiya Universitetinin Bərpa-Köçürmə Komissiyasının 14 sentyabr 2005-ci il tarixli, 01 saylı protokolundan görünür ki, Cavabdeh akademik fərqləri ödəməklə İİİ kurs 2333a1ö qrupunda təhsil ala bilər.
8. Azərbaycan Texnologiya Universitetinin tələbələrin müvafiq fakültə və qruplara bərpa olunmaları və əlavə ixtisas almaları barədə xx.xx.2005-ci il tarixli 244 nömrəli əmrinin surətindən görünür ki, Cavabdeh Aqrar-Ekologiya İnstitutunun «İqtisadiyyatın tənzimlənməsi» ixtisası üzrə 2001-ci i l məzunu, «İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəetmə» ixtisası üzrə İİİ kurs 2333a1ö qurupuna (ödənişli əsaslarla) qəbul edilmişdir.
9. Azərbaycan Texnologiya Universitetinin tələbələrin növbəti kursa köçürülmələri barədə xx.xx.2006-cı il tarixli 239 nömrəli əmrindən çıxarışdan görünür ki, Cavabdeh 2005/2006-ci tədris ilinin yaz imtahan-məqbul sessiyasını müvəffəqiyyətlə başa vurduğu və akademik borcunu müəyyən edilmiş müddətdə ləvğ etdiyi üçün universitetin qiyabi şöbəsinin növbəti kursa keçirilmişdir.
10. Azərbaycan Texnologiya Universitetinin tələbələrin növbəti kursa köçürülmələri barədə xx.xx.2007-ci il tarixli 150 nömrəli əmrindən çıxarışdan görünür ki, Cavabdeh 2006/2007-ci tədris ilinin yaz imtahan-məqbul sessiyasını müvəffəqiyyətlə başa vurduğu üçün növbəti kursa köçürülmüşdür.
11. Azərbaycan Texnologiya Universitetinin «Universitetin məzunları» barədə xx.xx.2008-ci il tarixli 127 nömrəli əmrindən çıxarışdan görünür ki, müvafiq peşə proqramının tam təlim kursunu başa çatdırmış, tədris planında nəzərdə tutulan Dövlət Attestasiya sınaqlarında müvəffəqiyyətlə keçmiş «İqtisadiyyat və idarəetmə» fakültəsi əyani və qiyabi şöbələrinin məzunu Cavabdeh Dövlət Attestasiya Komissiyasının müvafiq qərarlarına əsasən Bakalavr ixtisası dərəcəsi və adı diplom almaqla universitetin tələbələri sırasından xaric edilmiş və istiqamət İİ ******* «Mühəndis iqtisadiyyatı və idarəetmə», istiqamət İİ 020100 «İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi» ixtisası üzrə ali təhsil üzrə məzun olmuşdur. 12. 18 iyun 2008-ci il tarixli B seriyalı 114885 nömrəl i diplomun surətindən görünür ki, dövlət attestasiya komissiyasının 18 iyun 2008-ci il tarixli qərarına əsasən, Azərbaycan Texnalogiya Universiteti tərəfindən Cavabdeh mühəndis iqtisadiyyatı və idarəetmə istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi fakultəsi üzrə ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilməsi barədə diplom verilmişdir.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(114)1513/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Texnologiya Universitetinin Bərpaköçürmə Komissiyasının xx.xx.2005-ci il tarixli 1 saylı protokolunun dəyişdirlməsi, xx.xx.2005ci il tarixli 244 nömrəli əmrin müvafiq hissəsinin 2-ci abzasının (əlavə ixtisas təhsili ilə bağlı) 5ci bəndinin ləğv olunmaqla, həmin əmrə düzəliş aparılması, Cavabdeh adının köçürülən tələ bələrin siyahısında qeyd olunacaq şəkildə dəyişdirilməsi və müvafiq məlumatların tələbə-məzun dövlət elektron portalına yerləşdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Texnologiya Universitetinin üzərinə qoyulmuşdur.
14. Azərbaycan Texnologiya Universitetinin xx.xx.2005-ci il tarixli 244 nömrəli əmrdə dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli 154 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Texnologiya Universitetinin Bərpa-köçürmə Komissiyasının xx.xx.2005-ci il tarixli 1 saylı protokolunun dəyişdirilməsi, xx.xx.2005-ci il tarixli 244 nömrəli əmrin müvafiq hissəsinin 2-ci abzasının (əlavə ixtisas təhsili ilə bağlı) 5-ci bəndinin ləğv olunmaqla həmin əmrə düzəliş aparılması, Cavabdeh adının əlavə təhsil alması üçün qəbul olunmuş tələbələrin siyahısından çıxarılaraq, Gəncə-El m təhsil Mərkəzi X8 köçürülmüş tələbələr sırasına daxil edilməklə, müvafiq məlumatların tələbə-məzun dövlət elektron portalına yerləşdirilməsi təmin edilmişdir. 15. 01.05.1982-ci il təvəllüdlü Cavabdeh 1999/2000-ci illərdə 38704 - Gəncə ElmTəhsil Mərkəzində, İİ 10400 iqtisadiyyatın tənzimlənməsi, əyani, ödənişli azərbaycan bölməsinə qəbul olmuş, xx.xx.2005-ci ildə Azərbaycan Texnologiya Universitetinin İİ 20100 İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə etməsi ixtisası üzrə əyani, ödənişli, azərbaycan bölməsinə köçürülmüş və xx.xx.2008-ci ildə Azərbaycan Texnologiya Universitetinin İİ 20100 İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə institutu bitirərək, B seriyalı 114885 nömrəli diplom verilmişdir.
16. X1 üzrə elektron xidmətlər bölməsinin X 4 çıxarışından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Təhsil Qanunun 8 maddəsinə uyğun olaraq, əmək fəaliyyətinə başlamaq üçün onun adına olduğu iddia edilən 20 İyun 2001-ci il tarixli A seriyalı 093112 nömrəli diplomu istifadə etməmiş, ondan yararlanmamışdır. Reyestr çıxarışndan məlum olur ki, o, əmək fəaliyyətinə B seriyalı 114885 nömrəli 5325-B nömrəsi ilə qeydiyyata alınmış dövlət nümunəli bakalavr diplomu ilə başlamışdır.
17. X1 üzrə elektron xidmətlər X14 çıxarışından görünür ki, Cavabdeh rəhbərlik tərəfindən heç bir töhmət və cəza almamışdır.
18. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli 2702 nömrəli Sərəncamı ilə «X7 görə» medalı ilə təltif edilmişdir.
19. Azərbaycan Respublikası Xocavənd Rayon İcra Hakimiyyətinin 30 dekabr 2012-ci il tari xli Fəxri Fərmanının surətindən görünür ki, Cavabdeh rayonun ictimai-siyasi həyatındakı səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşdur.
20. Məmmədov X13 Rayon İcra Hakimiyyəti Başçısının 41 nömrəli sərəncamı ilə Dövlət Qulluğunda səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşdur.
21. Cavabdeh Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpası uğurunda gedən döyüşlərdə iştirak edən şəxsi heyətin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində fəal iştirak etdiyinə görə N saylı hərbi hissənin komandiri genral-mayor Mayis Bərxudarov tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. 22. 14 aprel 2021-ci il tarixli Fəxri Fərmanın surətindən görünür ki, Cavabdeh Vətən müharibəsində Azərbaycan Ordusuna göstərdiyi dəstəyə və fədakar əməyinə görə N saylı hərbi hissənin komandiri gen eral mayor Mayis Bərxudarov tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. 23. 26 iyun 2021-ci il tarixli Fəxri Fərmanın surətindən görünür ki, Cavabdeh Vətən müharibəsi dövründə vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək Azərbaycan Ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə, qayğı və diqqətə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.
24. Cavabdeh Azərbaycan Respublikası ərazi bütövlüyü uğurunda aparılan 44 gün davam edən Vətən müharibəsində göstərdiyi dəstəyə görə N saylı hərbi hissənin komandiri polkovnik-leytenant Vüsət Xanıyev tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
25. İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı «diplomun etibars ız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Xocavənd Rayon Məhkəməsinə müraciət edərək, Gəncə Elm və Təhsil X23 İnstitutu tərəfindən Cavabdeh adına 20 iyun 2001-ci il tarixdə verilmiş A seriyalı 093112 nömrəli diplomun dövlət nümunəli təhsil sənədi olmadığından etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə Elm və Təhsil X23 İnstitutu tərəfindən Cavabdeh adına yazılmış 20 iyun 2001-ci il tarixli A seriyalı 093112 nömrəli diplomun həqiqiliyinin yoxlanılması məqsədilə X27 tərəfindən Təhsil Nazirliyinə sorğu daxil olmuşdur. Cavabdehə məxsus sənədlər nazirlik tərəfindən araşdırılmış və sorğuya cavab olaraq diplom blankının hüquqi əsasının olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının X27 tərəfindən daxil olmuş 02 avqust 2020-ci il tarixli, 01/xx-xx/2023 nömrəli məktubda Azərbaycan Texnologiya Universiteti tərəfindən cavabdehin adına verilmiş B seriyalı 114885 nömrəli diplom blankının ləğv edilməsi təklif edilmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, Cavabdeh A seriyalı 093112 nömrəli diplomu təqdim etməklə, 2005-2008-ci illərdə Azərbaycan Texnologiya Universitetində «Mühəndis iqtisadiyyatı və idarəetmə» istiqamətinin «İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi» ixtisası üzrə əlavə ali təhsil almış və onun adına 2008-ci ildə B seriyalı 114885 nömrəli diplom blankı yazılmışdır. Belə ki, cavabdehin əldə etdiyi əlavə təhsil üzrə diplom blankının ləğv edilməsi üçün onun adına yazılmış əsas baza təhsili diplomu məhkəmə qaydasında etribarsız hesab edildikdən sonra, əlavə təhsil üzrə diplom blankı ləğv edilməsi məsələsinə baxılacaqdır. Cavabdehə məxsus baza təhsili diplomunun surəti Təhsil Nazirliyinə təqdim edilmiş və məlum olmuşdur ki, diplomun istifadə edilməsinin hüquqi əsası yoxdur. Araşdırma zamanı cavabdeh bildirmişdir ki, o 1999-2001-ci illərdə Gəncə Elm və Təhsil X23 institutunda təhsil almış, 2005-ci ildə Azərbaycan Texnologiya Universitetinə köçürülmüş və 2008-ci ildə oranı bitirmişdir. Lakin, əldə olunan sənədlərdən görünür ki, cavabdeh İnstitutun 2001-ci ildə ona verdiyi diplomla 2005-ci ildə Azərbaycan Texnologiya Universitetinə əlavə ixtisasa qəbul olunmuşdur. Göründüyü kimi Gəncə Elm və Təhsil Mərkəzi X11 fəaliyyəti 2001-ci ildə dayandırılmış və orada təhsil alan tələbələr müvafiq ali təhsil müəssisələrinə köçürülmüşdür. Digər tərəfdən təhsil qa nunvericiliyinə əsasən diplom blankları Təhsil Nazirliyində qeydiyyata alınaraq, təhsil müəssisələrinə məzunlarının sayına uyğun olaraq verilir. Cavabdehə məxsus olan diplom blankı isə nazirlikdə qeydiyyata alınmamış və sifariş verilməmişdir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun (1992-ci il tarixli) 8-ci maddəsində qeyd edilir ki, təhsil sənədi müvafiq əmək fəailyyətinə başlamaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. «Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında» Azərbaycan Respublikası təhsil nazirinin 09 noyabr 2000-ci il tarixli Təlimatının 5-ci bölməsinə əsasən, təhsil sə nədi müvafiq təhsil pilləsini bitirmiş şəxslərə verilir. Təhsil sənədləri məzunlara təhsil müəssisəsini bitirdikdən sonra ən geci 10 gün müddətində verilir. Belə ki, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Qanunun 27.2-ci maddəsində qeyd edilir ki, təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsasdır. Cavabdehə məxsus diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel, 82 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi» Qaydasına uyğun gəlmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili» Qaydalarının 1.2-ci bəndində qeyd edilir ki, bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qə rarı ilə təsdiq edilmiş «Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi» Qaydasının 5.1.3-ci bəndinə əsasən, Ali təhsili olanlar təkrar ali, orta ixtisas təhsili olanlar təkrar orta ixtisas, yüksək texniki peşə təhsili olanlar isə təkrar yüksək texniki peşə təhsili ala bilərlər. Qaydaların bu bəndindən göründüyü kimi, əlavə təhsilə qəbul olunmaq üçün mütləq ki, ali baza təhsili tələb olunur. Baza təhsili qanuni olmayan və adına dövlət nümunəli təhsil sənədi yazılmayan şəxsin təkrar ali təhsil alması qanunvericiliyin tələblərinə cavab vermir.
27. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə və Azərbaycan Texnologiya Universitetinə qarşı «dövlət nümunəli bakalavr diplomunun elektron hökumət portalına yerləşdiril məsi» tələbinə dair iddia ərizəsi ilə Xocavənd Rayon Məhkəməsinə müraciət edərək, Gəncə İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli e-21(114)-1513/2022 nömrəli qanuni qüvvəyə minmiş və icra olunmuş qərarına əsasən, onun adı (Cavabdeh) əlavə təhsil alması üçün qəbul olmuş tələbələrin siyahısından çıxarılaraq, Gəncə ElmTəhsil Mərkəzi Azərbaycan X5 köçürülmüş tələbələr sırasına daxil edilməklə, müvafiq məlumatların tələbə-məzun dövlət elektron portalına yerləşdirildiyi üçün, ilk iddia tələbinin mümkünsüz sayılması və Azərbaycan Texnologiya Universiteti tərəfindən onun (Cavabdeh) adına yazılmış «Mühəndis iqtisadiyyatı və idarəetmə» istiqamətinin «İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi» ixtisası üzrə ali təhsil üzrə 18 iyun 2008-ci il tarixli, B seriyalı 114885 n ömrəli, 5325-B nömrəsi ilə qeydiyyata alınmış dövlət nümunəli bakalavr diplomunun X15 Təhsil Nazirliyinin göstərdiyi xidmətlər bölməsinə yerləşdirilməsinin İddiaçınə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, 1999-cu ildə Gəncə şəhərində yerləşən Gəncə Elm-Təhsil Mərkəzi Aqrar X10 İqtisadiyyat Fakültəsinə qəbul olmuşdur. Həmin İnstitutun lisenziyası 2001-ci ildə ləğv olunsa da, tələbə olaraq 2002-ci ilə qədər orada təhsil almışdır. X29-Təhsil X23 İnstitutunda təhsilini 3 il davam etdirdikdən sonra institutun fəaliyyəti tamamilə dayanmış və o, həmin təhsil müəssiəsindən təhsil pilləsinin bitirilməsini təsdiq edən diplomu ala bilməmişdir. Səbəb 2001-ci ildə Gəncə AqrarEkologiya İnstitutunun lisenziyasının ləğv olunması ol muşdur. Bu vəziyyətlə bağlı müxtəlif aidiyyəti qurumlara müraciət etdikdən sonra məsələyə baxılmış və nəticədə o, 2003/2004cü tədris ilində Gəncə Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində təhsilini köçürülmə və bərpa şəklində yenidən 3 kursdan davam etdirərək, 2008-ci ildə həmin fakültədən məzun olmuşdur. Bununla bağlı ona Gəncə Texnologiya Universiteti tərəfindən «Mühəndis iqtisadiyyatı və idarəetmə» istiqamətinin «İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi» ixtisası üzrə ali təhsil bitirmə haqqında B seriyalı № 114885 nömrəli diplom verilmişdir. 2011-ci ilin avqust ayının 1 dən halhazıradək Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatının memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində işləyir. Dövlətinə sadiqdir və bu müddə tdə müxtəlif fəxri fərmanlarla təltif olunmuşdur. Müxtəlif nazirlik və idarələrin 5 fəxri fərmanı, 44 günlük Vətən müharibəsindəki fəallığına görə Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli 2702 nömrəli Sərəncamı ilə«X7 görə» Medalı, X2 2 Fərmanı, X28 X24 ilə təltif olunmuşdur. 27 sentyabr 2020-ci il tarixdə Ali Baş Komandanın əks hücum əmri ilə başlayan 44 gün davam edən ikinci Qarabağ müharibəsində bələdçi olaraq iştirak etmişdir. Lakin 2022-ci ildə iş yerinin dəyişdirilməsi ilə bağlı olaraq diplomun əlavəsini əldə etmək üçün Gəncə Texnologiya Universitetinə müraciət edərək, Universitetin arxivindən həmin sənəd istənilmişdir. Diplomunun əlavəsini əldə etdikdən sonra, onun şəxsi işində olan bəzi sənədlərin həqiqətə uyğun olmadığını görmüşdür. Göründüyü kimi o, 2002-c i ildə Aqrar-Ekologiya İnstitutunu bitirə bilməmişdir, çünki 2001-ci ildə adı çəkilən İnstitutun lisenziyası ləğv edilmişdir. Buna baxmayaraq, Gəncə Texnologiya Universitetində şəxsi işində olan Aqrar-Ekologiya İnstitutunun ali təhsil diplomunun surəti olmuşdur. Ancaq bu sənəd həqiqi deyildir, çünki həmin sənədin əsli heç bir zaman ona təqdim olunmamış, o, həmin təhsil sənədi ilə əmək fəaliyyətinə başlamamış, adı çəkilən diplomdan istifadə etməmiş və yararlanmamışdır. Onun doğum günü də daxil olmaqla, qəbul olduğu və bitirdiyi tarixlər və məlumatlar dəqiq deyildir. Ona görə ki, həmin sənəd ona aid deyildir. Gəncə Texnologiya Universitetində (və ya GTU) təhsilini universitetlərarası köçürmə və bərpa şəklində davam etdirmişdir. Buna baxmayaraq, Gəncə Texnologiya Universitetinin 14 sentyabr 2 005-ci il tarixli 244 saylı Əmrində onun təhsilini davam etdirməyini köçürmə bərpa şəklində deyil, əlavə ixtisas təhsilində davam etməyi ilə bağlı qeydlər olmuşdur. 01 iyun 2022-ci il tarixdə düzəliş aparılmış həmin 2005-ci il tarixli əmr özü belə 1 il gecikmə ilə hazırlanmışdır. Belə ki, o, 2003/2004-cü tədris ilində Gəncə Texnologiya Universitetində təhsilini davam etdirmiş, buna baxmayaraq əmr 14 sentyabr 2005ci il tarixdə verilmişdir. Həmçinin o, heç bir zaman əlavə təhsil üçün müraciət etməmiş və ümumiyyətlə həmin tarixdə əlavə təhsil almaqla bağlı istəyi olmamış, çünki həmin tarixdə onun əlavə təhsil almaq üçün əsas baza təhsil diplomu olmamışdır. Sənədlərdə olan bu qeyrimüəyyənliyi aradan qaldırmaq məqsədi ilə Azərbaycan Texnologiya Universitetinə 11 aprel 2022-ci il tarixdə etdiyi müraciətə 20 aprel 2022-ci il tarixdə verilən cavab məktubunda xahişi təmin olunmamış və imtina cavabı verilmişdir. İmtinanın səbəbi kimi Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş «Tələbə-məzun» dövlət elektron məlumat sistemi haqqında Əsasnaməyə əsasən Sistemin yaradılması, zənginləşdirilməsi və ondan səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə proqram təminatının yaradılması mərkəzi serverin texniki təchizatı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aidiyyəti qurumlarla əlaqəli həyata keçirilməsi göstərilmişdir. Bununla da, Gəncə Texnologiya Universiteti tələbini qanunsuz saymamış, lakin bunu etməyə səlahiyyəti olmadığını bildirmişdir. Bu səbəblə də, əmrə düzəliş etməkdən imtinanı aşağıdak ı formada qeyd etmişdir. «Tərəfinizdən aşkar edilmiş qeyri-dəqiqlikliklərin aradan qaldırılması və elektron hökumət portalına yerləşdirilməsi, həmçinin Azərbaycan Texnologiya Universiteti rəhbərliyinin 14 sentyabr 2005-ci il tarixli 244 saylı əmrinin 2-ci abzasının 5-ci bəndinin ləğv olunmaqla, həmin əmrə düzəliş aparılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz». Ona görə də, Gəncə İnzibati Məhkəməsinə müraciət olunmuş, iddiası məhkəmə tərəfindən təmin olunaraq qərar çıxarılmış və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı Gəncə Texnologiya Universiteti və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tam icra olunmuşdur. Hal-hazırda isə İddiaçı tərəfindən Xocavənd Rayon Məhkəməsinə müraciət olunaraq, onun adına yazıldığı iddia olunan əsas baza tə hsili «Diplomun etibarsız hesab edilməsi» barədə iddia icraata götürülmüşdür. Onun əlavə təhsil almağı barədə verilmiş 14 sentyabr 2005-ci il tarixli 244 nömrəli əmrin müvafiq hissəsinin 2-ci abzasının (əlavə ixtisas təhsili ilə bağlı) 5-ci bəndinin ləğv olunmaqla, həmin əmrə düzəliş aparılmış və onun adı əlavə təhsil alması üçün qəbul olmuş tələbələrin siyahısından çıxarılaraq, Gəncə Elm-Təhsil Mərkəzi Azərbaycan X5 köçürülmüş tələbələr sırasına daxil edilməklə, müvafiq məlumatların tələbə-məzun dövlət elektron portalına yerləşdirilməsi təmin edilmişdir. Belə olan halda onun əsas baza təhsil diplomu əsasında əlavə təhsil almağı ilə bağlı qaldırılmış iddianın hazırda hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1671/2021 saylı 20 oktyabr 2021-ci il tarixl i Qərarının 40-cı bəndində qeyd edilmişdir ki, «X universitetinin filialında tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan təhsilləri qanuni sayılmalıdır və onlar yarımçıq qalmış təhsilin bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirərək diplom almaq hüququ qazanmış olurlar». Bir sözlə, onun təhsilini Gəncə Universitetində davam etdirməyi tamamilə qanuni olmuş, lakin bərpaköçürmə əməliyyatlarının sənədləşdirilməsi Gəncə Texnologiya Universiteti tərəfindən düzgün aparılmadığına görə, Gəncə İnzibati Məhkəməsində iddia qaldırmış və iddiası təmin edilmişdir. X25 Məhkəməsinin 28 aprel 2022-ci il tarixli e-21(114)1513/2022 nömrəli qanuni qüvvəyə minmiş və icra olunmuş qərarı Xocavənd Rayon Məhkəməsi üçün preyudisial xarakter daşımalıdır. Hesab edir ki, Azərbaycan Texnologiya Universiteti iş üzrə icraatda cavabdeh kimi cəlb edilməli və Gəncə Texnologiya Universiteti tərəfindən ona 18 iyun 2008-ci il tarixdə verilmiş «Mühəndis İqtisadiyyatı və İdarəetmə İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi» ixtisası üzrə ali təhsil bitirmə haqqında B seriyalı 114885 nömrəli mübahisələndirilən diplomun qanuni yolla verildiyi və dövlət numunəli olduğu bir daha təsdiq olunmalıdır.
29. Xocavənd Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(069)-13/2023 saylı qətnaməsi ilə (hakim İlqar Əliyev) ilk iddia rədd, qarşılıqlı iddia isə təmin olunaraq, Azərbaycan Texnologiya Universiteti tərəfindən Cavabdeh adına yazılmış «Mühəndis iqtisadiyyatı və idarəetmə» istiqamətinin «İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilmə si» ixtisası üzrə 18 iyun 2008-ci il tarixli, B seriyalı 114885 nömrəli, 5325-B nömrəsi ilə qeydiyyata alınmış dövlət nümunəli bakalavr diplomunun X15 Təhsil Nazirliyinin göstərdiyi xidmətlər bölməsinə yerləşdirilməsi İddiaçınə həvalə edilmişdir.
30. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı nümayəsi Cavabdeh adına A seriyalı 093112 nömrəli diplomun hanası qərarla və əsasla verilməsini, Cavabdeh tərəfindən diplomun qəbul edib-etməməsini, diplomun əslinin olub-olmamasına dair mötəbər sübut məhkəməyə təqdim edə bilməmiş və istinad etdikləri hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Beləliklə də, Azərbaycan Elm və Təhsil Nazirliyinin iddiası üzrə Cavabdeh A seriyalı 093112 nömrəli diplom təqdim etməklə 2005-2008-ci illərdə Azərbaycan Texnologiya Universitetinin “mühəndis iqti sadiyyatı və idarətmə” istiqamətinin “istehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə əlavə ali təhsil almaması müəyyən edilmişdir. Göründüyü kimi Cavabdeh Gəncə ElmTəhsil Mərkəzi Aqrar-X10 iqtisadiyyat, iqtisadiyyatın tənzimlənməsi ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilməsi barədə A seriyalı 093112 nömrəli diplom təqdim olunmamış, o, həmin təhsil sənədi ilə əmək fəaliyyətinə başlamamış, adı çəkilən diplomdan istifadə etməmiş və yararlanmamışdır. Belə ki, Cavabdeh 2011-ci il tarixdən hal-hazırki vaxtadək Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının memarlıq və tikinti şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləyir və dövlət qulluqçusudur. Cavabdeh 1999-2008-ci illərdə Azərbaycan Texnologiya Universitetində təhsil alması, istehsalat və xidmə t sahələrinin qeydiyyatı və idarə edilməsi ixtisası üzrə B seriyalı 114885 nömrəli diplomun alınması Dövlət qulluqçusunun anket məlumatında qeydiyyat aparılmışdır.
31. Məhkəmə qarşılıqlı iddia ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin Gəncə Elm-Təhsil Mərkəzi Aqrar-X10 iqtisadiyyat fakültəsinə qəbul olması, 2001-ci ildə Gəncə Elm-Təhsil Mərkəzi Aqrar-Ekologiya İnstitutunun fəaliyyətinin dayandırılması, bununla bağlı Təhsil Nazirliyinin 2001-ci il tarixli əmrinə əsasən, 2005-ci ildə Gəncə ElmTəhsil Mərkəzi Aqrar-Ekologiya İnstitutundan Azərbaycan Texnologiya Universitetininin “istehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzə İİİ kursuna köçürülməsi və bakalavr ixtisası dərəcəsi ilə universiteti bitirməsinə dair 18.6.2008-ci il tarixdə B seriyalı 1148 85 nömrəli dövlət nümunəli diplom verilməsi sübuta yetirildiyindən qarşılıqlı iddia əsaslıdır və təmin edilməlidir.
32. Məhkəmə gəldiyi nəticəni “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 22.3, 26.1, 27.1-27.2, 36-1.1, 36.1.2-36.1.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
33. Qətnamədən iddiaçı və cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək ləğv olnmasını, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Apellyasiya şikayəti ilk iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə prosesində ca vabdeh ilkin iddia tələbinə qarşı “Azərbaycan Texnologiya Universiteti tərəfindən Cavabdeh adına yazılmış «Mühəndis iqtisadiyyatı və idarəetmə» istiqamətinin «İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi» ixtisası üzrə 18 iyun 2008-ci ıl tarixli, B seriyalı 114885 nömrəli, 5325-B nömrəsi ilə qeydiyyata alınmış dövlət nümunəli bakalavr diplomunun X15 Təhsil Nazirliyinin göstərdiyi xidmətlər bölməsinə yerləşdirilməsinin İddiaçınə həvalə edilməsi barədə” qarşılıqlı iddia ərizəsi vermişdir. İşə baxan məhkəmə ilkin iddia tələbini təmin etməmiş, lakin qarşılıqlı iddia tələbini təmin edərək, öz qərarını belə əsaslandırmışdır ki, Cavabdeh 2022-ci ildə iş yerinin dəyişdirilməsi ilə bağlı diplomun əlavəsini əldə etmək üçün Azərbaycan Texnologiya Universitetinin arxivinə müraciət etmiş, universitetin bərpa-köçürmə komissiyasının 14 sentyabr 2005-ci il tarixli 1 saylı protokolunda onun əlavə ixtisas təhsili alması və adına Gəncə Elm-Təhsil Mərkəzi AqrarEkologiya İnstitutunu bırtirməsinə dair ali təhsil diplomunun kserosurətinin olmasını müəyyən etmişdir. Baxmayaraq ki, Cavabdeh 1999-cu ildə Gəncə Elm-Təhsil Mərkəzi Aqrar-Ekologiya İnstitutuna qəbul olmuş, 2001-cı ildə adı çəkilən institutun lisenziyası ləğv edildiyindən, həmin ildə institutu bitirməsi mümkün deyildir. Bununla bağlı Cavabdeh sənədlərində olan bu qeyri-müəyyənliyin aradan qaldırılması ilə bağlı Gəncə İnzibatı Məhkəməsinə müraciət etmiş və Gəncə İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli e21(114)-1513/2022 nömrəli qərarı ilə iddiası təmin edilmiş və Azərbaycan Texnologiya Universitetinin Bərpa-k öçürmə Komissiyasının 14 sentyabr 2005-ci il tarixli 1 saylı protokolunun dəyişdirilməsi, 14 sentyabr 2005-ci il tarixli 244 nömrəli əmrin müvafiq hissəsinin 2-ci abzasının (əlavə ixtisas təhsili ilə bağlı) 5-ci bəndini ləğv olunmaqla, həmin əmrə düzəliş aparılması, Cavabdeh adının köçürülən tələbələrin siyahısında qeyd olunacaq şəkildə dəyişdirilməsi və müvafiq məlumatların tələbə-məzun dövlət elektron portalına yerləşdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Texnalogiya Universitetinin üzərinə qoyulmuş, məhkəmənin qərarı qanuni qüvvəsini aldıqdan sonra icra olunmuş və onun adı əlavə təhsil alması üçün qəbul olmuş tələbələrin siyahısından çıxarılaraq, Gəncə ElmTəhsil Mərkəzi Azərbaycan X8 köçürülmüş tələbələr sırasına daxıl edilməklə, müvafiq məlumatların tələbə-məzun dövlət elektron portalı na yerləşdirilməsi təmin edilmişdir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunlarn sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi tərəfindən verilir. Məhkəməyə X18 məktubunun təqdim edilməsinə və cavabdehin baza təhsilinə aid diplomun dövlət sənədinin olmamasına baxmayaraq, məhkəmə bu halı nəzərə almamışdır. İşə baxan məhkəmə təhsil qanunvericiliyinin müddüəlarından irəli gələn tələblərə düzgün qiymət verməmiş, yalnız onunla əsaslanmış ki, mübahisəli diplomun Cavabdeh verilməsi öz təsdiqini tapmır. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət vermədən, yalnız qarşılıqlı iddia tələbində qeyd edilənlərə istinad edərək, formal əsaslarla qərar qəbul etmişdir. İşə ba xan məhkəmə qətnamədə Cavabdeh sənədlərində olan bu qeyrimüəyyənliyi aradan qaldırması ilə bağlı Gəncə İnzibatı Məhkəməsinin 28 aprel 2022cı il tarixli e-2-1(114)-1513/2022 nömrəli qərarının qanuni qüvvəyyə mindiyinə və qərarın icra edildiyinə qiymət verərək, ilkin iddia tələbinin əsassız olduğunu bildirmişdir. Azərbaycan Texnologiya Universitetində “Mühəndis iqtisadiyyatı və idarəetmə” istiqamətinin “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi" ixtisası üzrə əlavə ali təhsil almış və onun adına 2008-ci ildə B seriyalı 114885 nömrəli diplom blankının yazılması, Cavabdeh baza təhsilini təsdiq edən 20 iyun 2001-ci il tarixdə verilmiş A seriyalı, 093112 nömrəli diplomun etibasız hesab edilməsini istisna edə bilməz. Məhkəmə bu halı nəzərə almayaraq, nəticədə yanlışlığa yol vermişdir. Əlavə təhsilə qəbul olunmaq üçün mütləq ilkin ali baza təhsil tələb olunur. Bildiririk ki, baza təhsili qanuni olmayan və adına dövlət nümunəli təhsil sənədi yazılmayan şəxsin təkrar ali təhsil alması qanunvericiliyin tələblərinə cavab vermir.
35. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-750/2023 nömrəli iş üzrə 17 may 2023-cü il tarixli qərardadı ilə (hakimlər – Tale Kərimov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Pərviz Əhmədov) iddiaçı və cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti qismən təmin edilmiş, Xocavənd Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(069)-13/2023 saylı qətnaməsi «dövlət nümunəli bakalavr diplomunun elektron hökumət portalına yerləşdirilməsi» vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarət qarşılıqlı iddianın təmin edilməsi hissədə ləğv edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçınə və Azərbaycan Texnologiya Universitetinə qarşı «dövlət nümunəli bakalavr diplomunun elektron hökumət portalına yerləşdirilməsi» vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair işin icraatına, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir.
36. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-750/2023 nömrəli iş üzrə 17 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Tale Kərimov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Pərviz Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Xocavənd Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(069)-13/2023 saylı qətnaməsinin ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı «diplomun etibarsız hesab edilməsi» tələbinin təm in olunmaması hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, İddiaçı iddiasını, Azərbaycan Texnologiya Universiteti tərəfindən cavabdehin adına verilmiş B seriyalı 114885 nömrəli diplom blankının ləğv edilməsi barədə Azərbaycan Respublikasının X27 tərəfindən daxil olmuş 02 avqust 2020-ci il tarixli 01/xx-xx/2023 nömrəli məktubda verilən təkliflə əsaslandırmış və qeyd etmişdir ki, Cavabdeh A seriyalı 093112 nömrəli diplomu təqdim etməklə 2005-2008-ci illərdə Azərbaycan Texnologiya Universitetində «Mühəndis iqtisadiyyatı və idarəetmə» istiqamətinin «İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi» ixtisası üzrə əlavə ali təhsil almış və onun adına 2008-ci ildə B seriyalı 114885 nömrəli d iplom blankı yazılmışdır. Cavabdehin əldə etdiyi əlavə təhsil üzrə diplom blankının ləğv edilməsi üçün onun adına yazılmış əsas baza təhsili diplomu məhkəmə qaydasında etribarsız hesab edilməli, sonra əlavə təhsil üzrə diplom blankının ləğv edilməsi məsələsinə baxılmalıdır.
38. Göründüyü kimi iddiaçı Azərbaycan Texnologiya Universiteti tərəfindən cavabdehin adına verilmiş B seriyalı 114885 nömrəli diplomun əlavə ali təhsil diplomu olduğunu bildirərək, həmin diplomun verilməsinə əsas olmuş Gəncə Elm-Təhsil Mərkəzi Aqrar-Ekoloqiya İnstitutu tərəfindən Cavabdeh 20 iyun 2001-ci il tarixdə verilmiş A seriyalı 093112 nömrəli diplomun əsas baza təhsili diplomu kimi etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin iş materiallarından məhkəmə qaydasında etibarsız hesab olunması istənlən diplomun məhz hazırki iş üzrə cavabdeh qismində cəlb edilmiş 01 may 1982-ci il təvəllüdlü Cavabdeh aid olmasına, sonuncu tərəfindən həmin diplomdan əsli təqdim edilməklə istifadə olunmasına, ümumiyyətlə diplomun əsli olmadığı halda mövcudluğuna dair sübutlar verilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Bundan başqa qanuni qüvvəyə minmiş və artıq icrası təmin olunmuş Gəncə İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli e-2-1(114)-1513/2022 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Texnologiya Universitetində əlavə ali təhsil deyil, köçürülən tələbə kimi ali təhsil alması müəyyən edilmişdir. Həmin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 1998-2002-ci i llərdə Gəncə Elm-Təhsil X23 İnstitutunda "Ümumi İqtisadiyyat" fakultəsində təhsil almışdır. X29-Təhsil Mərkəzi X11 lisenziyasının ləğv olunması səbəbindən ali təhsil pilləsininin bitirilməsini təsdiq edən sənəd verilməmişdir. Azərbaycan Texnologiya Universitetinin 14 sentyabr 2005-ci il tarixli 244 nömrəli əmri ilə Cavabdeh Azərbaycan Texnologiya Universitetinə köçürülmüş, həmin universitetdə "İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəetmə" ixtisası üzrə məzun olmuş və ona ali təhsili bitirmə haqqında B 114885 nömrəli diplom verilmişdir. Buna baxmayaraq cavabdeh orqan tərəfindən bərpa-köçürmə əməliyyatları düzgün aparılmadığından, Azərbaycan Texnologiya Universitetinin bərpa-köçürmə komissiyasının 14 sentyabr 2005ci il tarixli 1 saylı iclas protokolunda və eyni tarixli 244 nömrə li əmrində iddiaçının təhsilinin davam etdirməsinin səbəbi "köçürmə" şəklində deyil, "əlavə ixtisas təhsili" kimi qeyd edilmişdir.
40. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
41. Məhkəmə mövqeyini Mülki Prosesual Məcəllənin 76.1, 76.2, 77.1, 82.3, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
42. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
43. Kassator kassasiya şikayətini Azərbaycan Respublikasının “Təhsil Qanunun” 8, 27.1, 27.2-ci maddələrinə, Azərbaycan Respublikası təhsil nazirinin 2000-ci il 9 dekabr, 1035 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması verilməsi və uçotu haqqında” Təlimatın 5.1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının 1.2-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi” Qaydasının 5.1.3-ci bəndinə istin ad etmişdir.
44. Həmçinin kassator qeyd etmişdir ki, məhkəməyə X18 məktubunun təqdim edilməsinə və cavabdehin baza təhsilinə aid diplomun dövlət nümunəli təhsil sənədinin olmamasına baxmayaraq, məhkəmə bu halı nəzərə almamışdır.
45. Kassator bildirmişdir ki, işə baxan məhkəmə təqdim olunmuş sənədlərə əhəmiyyət verməmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, mübahisələndirilən diplomun əsli məhkəməyə təqdim edilmədiyindən onun mövcudluğu şübhə altına alınır. Kassator hesab edir ki, diplomun əsli ilkin iddia tələbi üzrə cavadehdən tələb edilməli idi. Həmçinin hesab etmişdir ki, işə baxan məhkəmə təhsil qanunvericiliyinin müddəalarından irəli gələn tələblərə düzgün qiymət verməmiş, yalnız onunla əsaslanmış ki, mübahisəli diplomun Cavabdeh verilməsi öz təsdiqini tapmır. b) Kassasiya şikayət inə qarşı etirazın dəlilləri
46. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
47. Maddə 22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. B akalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
48. Maddə 26.1. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.
49. Maddə 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir.
50. Maddə 27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Mülki Prosessual Məcəllə
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normalar ı düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
65. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı adından nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli 2(106)750/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.