Məhkəmə qərarları › İş №2(102)-3609/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3609/2020

01.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3609/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh2 və onun vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “mülkiyyət hüquqlarının müdafiəsi və çıxarışın ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-439/2020 nömrəli qətnaməsindən İddiaçı və vəkili X1 şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (Xaçmaz bələdiyyəsi üçüncü şəxs olmaqla) iddia ərizəsi və tələbin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan JN-0008 (kod:30201004) saylı 0.06 ha torpaq sahəsinin 120 kv.m sahəsini qanunsuz olaraq zəbt etmiş Cavabdeh2 torpaq sahəsindən çıxarılması, torpaq sahəsi üzərində tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi, boşaldılması və torpaq sahəsinin yenidən ona qaytarılması,Cavabdeh2 adına verilmiş mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq çıxarışın ləğv edilməsi və cavabdehlərdən 55000 manat maddi, 5000 manat mənəvi zərərin əvəzinin tutulub ona verilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-245/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim İlkin Xəlilov) Sumqayıy Apelyasiya Məhkəməsinin 2(105)-439/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-245/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi) Lətifə Məmm ədova, Səyyad Qafarlı). İddiaçı (vəkil X6 ) kassasiya şikayəti verərək iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun vəkili X2 şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermə mişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tiddiaçı və digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası cavabdehi və onun vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı Xaçmaz şəhərində 0.06 ha torpaq sahəsinin JN-0008, kod:30201004 saylı Dövlət Aktına əsasən onun mülkiyyətində olmasına, həmin torpağın 120 kv.m his səsinin Cavabdeh2 zəbt etməsinə istinad etmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən Cavabdeh2 mülkiyyətinə verilmiş 120 m2 torpaq sahəsinin iddiaçıya məxsus 600 m2 torpaq sahəsinin hüdudları daxilində yerləşsə də, həmin torpaq sahəsinin Xaçmaz Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 02 saylı qərarı ilə cavabdehə satılmasını, cavabdehin adına verilmiş mülkiyyət hüququ barədə Çıxarışın da bələdiyyənin həmin qərarı əsasında verilməsini, cavabdehin adına verilmiş Çıxarışın qeydə alınmasına əsas olan bələdiyyə qərarının qüvvədə olmasını, iddiaçının həmin qərarı mübahisələndirməməsini, bununla da bələdiyyə qərarının qüvvədə olduğu halda onun əsasında verilmiş Çıxarışın ləğv edilməsinin də istisna edilməsini müəyyən edərək, elə həmin əsaslarla d a iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 139.1, 139.3, 140-cı, Torpaq Məcəlləsinin 48.2, 84 və 111-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, Cavabdeh2 mülkiyyətinə verilmiş 120 m2 torpaq sahəsi iddiaçıya məxsus 600 m2 torpaq sahəsinin hüdudları daxilində yerləşsə də, həmin torpaq sahəsi cavabdeh S.X4 xx xxxxxx 2007-ci il tarixli 02 saylı qərarı ilə satılıb. Cavabdehin adına verilmiş mülkiyyət hüququ barədə Çıxarış da bələdiyyənin həmin qərarı əsasında verilib. Cavabdehin adına verilmiş Çıxarışın qeydə alınmasına əsas olan bələdiyyə qərarı hazırda qüvvədədir və iddiaçı həmin qərarı mübahisələndirməyib. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə m üəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə Mülki Məcəllənin qeyd edilən normalarını düzgün tətbiq etmişdir. Çünki iddiaçı cavabdehin adına verilmiş mülkiyyət hüququ barədə Çıxarışın ləğv edilməsini xahiş etsə də, həmin Çıxarışın verilməsinə əsas olmuş sənədi – Xaçmaz Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 02 saylı qərarını mübahisələndirməyib, həmin qərar hazırda da qüvvədədir. Halbuki cavabdehin mülkiyyət hüquqları məhz həmin qərar əsasında qeydə alınıb. Mülki Məcəllənin 139.1-ci maddəsi də mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqların bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınması qaydasını müəyyən edir. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 12 əsas müəyyən edilmişdir. Qanunun 8.0.1-ci maddəsinə görə isə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlardır. Qanunun da tələbindən görünür ki, daşınmaz əmlak üzərində hüquqlar konkret əsaslarla qeydə alınır. Hazırki işdə də müəyyən edilib ki, Cavabdeh2 120 kv.metr torpaq sahəsinə hüquqları bələdiyyə qərarı əsasında qeydə alınıb. Bu baxımdan, nə qədər ki, Cavabdeh2 120 kv.metr torpaq sahəsi satılması barədə Xaçmaz Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 02 saylı qərarı qüvvədədir və mübahisələndirilən Çıxarış da həmin qərar əsasında verilib, belə olan halda Çıxarışın verilməsinə əsas olan həmin qərar ləğv edilmədən Çıxarış özü ləğv edilə bilməz. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-439/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar