Məhkəmə qərarları › İş №2(102)-3611/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3611/2021

02.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3611/2021 02.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı Cavabdeh-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmaması, iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlunun və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdeh-nin nümayəndəsi X4 və vəkili X8 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6584/2020 n ömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 02 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 noyabr 1991-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işdə aldığı xəsarətə görə ona təyin olunmuş müavinətin, kompensasiyanın və digər ödənişlərin dayandırıldığı vaxtdan, yəni 1992-ci ildən etibarən Cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı XX5 fəhlə işləyərkən 25 noyabr 1991-ci ildə iş vaxtı baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış, on a 24 iyun 1992-ci ildən 2-ci qrup əlillik, 06 iyul 1994-cü ildən isə 3-cü qrup əlillik təyin edilmiş və hal-hazırda əmək qabiliyyətini 60% itirmişdir.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2005-ci il tarixli 314 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Cavabdeh ilə razılaşdırılmış təklifi qəbul edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sərəncamına verilmiş digər idarələrlə yanaşı ünvan 1 ünvanında yerləşən X Cavabdeh-nin balansına verilmişdir. Sərəncamın 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Cavabdeh-nin və digər maraqlı tərəflərin iştirakı ilə bu sərəncamın 1-ci bəndində Cəmiyyətə təhvil verilməsi nəzərdə tutulan obyektlərin debitor və kreditor borcları barədə mövcud qanunverciliyə uyğun qaydada tədbir görülməsi tapşırılmışdır.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinin 13 iyun 2017-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı X fəhlə işləmişdir. Hal-hazırda göstərilən idarə Cavabdeh kimi fəaliyyət göstərir, idarə özəlləşdiyi üçün DSMF-nin Yevlax rayon şöbəsi “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisəsinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə, himayəsində olan digər şəxslərə aylıq ö dənc üzrə borcların tənzimlənməsi Qaydaları”nın 5.5-ci bəndinə uyğun olaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı üçün ona verilən müavinət ödənilə bilməz. Müavinət özəlləşdirilən Cavabdeh tərəfindən ödənilməlidir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 03 dekabr 2018-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2005-ci il tarixli 314s saylı sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən X X7 Cavabdeh-nin balansına verilmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işdə aldığı xəsarətə görə İddiaçı təyin olunmuş müavinət, kompensasiya və digər ödənişlərin ödənilib-ödənilməməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsində heç bir məlumat yoxdur.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kom itəsinin 14 avqust 2019-cu il və 11 oktyabr 2019-cu il tarixli məktubları ilə müəyyən olunmuşdur ki, X özəlləşdirilməsi həyata keçirilməmiş, həmin müəssisə Cavabdeh-nin balansına verilmişdir.

7. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş arayışla müəyyən olunmuşdur ki, X X1 hüquqi varisi olmamışdır.

8. İddiaçı bildirir ki, KX fəhlə işlayərkən 25 noyabr 1991-ci ildə iş vaxtı baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Bu barədə istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt tərtib olunmuşdur. O, aldığı xəsarət nəticəsində həkim ekspert komissiyasının rəyinə əsasən əmək qabiliyyətini 60% itirməklə İİİ qrup əlil hesab edilmişdir. İşdə aldığı xəsarətə görə ona aylıq müavinət təyin edilmişdir. Lakin 1992-ci ildən etiba rən ona kompensasiyanın ödənilməsi dayandırılmışdır. İddiaçı ödənclərin alınması üçün yenidən müraciət etsə də, X ona təyin olunmuş ödənişləri ödəməkdən imtina etmiş və səbəbi kimi X özəlləşdirilməsini göstərmişdir. Belə olduğu halda, o, Cavabdeh-yə müraciət etmişdir. Lakin oradan ona bildirilmişdir ki, qeyd olunan ödənişləri yalnız məhkəmə qərarından sonra ona ödəyə bilərlər. Buna görə də o, iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

9. Cavabdeh bildirir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 23 oktyabr 2004-cü il tarixli 468 nömrəli sərəncamı əsasında yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2005-cı il tarixli Sərəncamına əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin yerləşdirilməsi, texnikanın qəbulu, saxlanması, lizinqə verilməsi, habelə texniki servis xidməti işinin təşkili məqsədilə X X7 Cəmiyyətin balansına verilmişdir. İddiaçı aldığı xəsarət nəticəsində həkim ekspert komissiyasının rəyinə əsasən əmək qabiliyyətinin 60%-ni itirməklə əlil hesab edilmiş və ona aylıq müavinət təyin edilmişdir. 1992-ci ildən etibarən ona kompensasiyanın ödənilməsi dayandırılmış, Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsi ona təyin olunmuş ödənişləri ödəməkdən imtina etmiş və səbəb kimi müəssisənin özəlləşdirilməsini göstərmişdir. Halbuki X X7 Cəmiyyətin balansına 21 oktyabr 2005-ci il tarixdə verilmişdir. 1992-ci ildən, yəni kompensasiyanın dayandığı vaxtdan müəssisənin özəlləşdiyi 2005-ci il tarixədək iddiaçının hərəkətləri və ödəməni aparacaq dövlət müəssisəsinin hüquqi dairəsi müəyyənləşdirilməmişdir. Həmin müəssisə Cəmiyyətin balansına keçərkən təhvil-təslim keçirilərkən üzləşmə sənədlərində İddiaçı həmin müəssisədə işləməsi və ya müavinət alması barədə məlumat olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli, 2(008)7780/2017nömrəli qətnaməsi ilə (hakim V.İ.Həsənov) İddiaçı Cavabdeh-yə qarşı iddiası təmin edilərək 25 noyabr 1991-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işdə aldığı xəsarətə görə İddiaçı təyin olunmuş müavinət, kompensasiya və digər ödənişlər dayandırıldığı vaxtdan, yəni 1992-ci il tarixdən etibarən Cavabdeh-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı X fəhlə işləmiş, həmin idarə özəllişdirilmiş və hüquqi varisi Cavabdeh müəyyən olunmuşdur. Ona görə də iddia əsaslıdır.

12. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 222.1, 239-cu, Mülki Prossesual Məcəllənin 216-220-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.

14. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2018-ci il tarixli, 2(103)-2187/2018 nömrəli qətnaməsi ilə (hakimlər: İ.Ş.Vəliyev, X.A.Mərdanova və E.M.Həsənov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmaqla maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual hüquq normalarına əməl etməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2018-ci il tarixli, 2(102)-4905/2018 nömrəli qərarı ilə (hakimlər: E.R.Vəliyeva, Q.A.Əsgərov və Q.Ə.Allahverdiyev) cavabdehin kasasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

18. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisənin düzgün həlli üçün iddiaçının işlədiyi və istehsalat zədəsi aldığı X 1992-ci ildən sonra fəaliyyət göstərib-göstərməməsi, nə vaxt özəlləşməyə açıq elan edilməsi və özəlləşməsinin başa çatması, Cavabdeh ASCnin balansına özəlləşdirilmiş müəssisə və ya dövlət müəssisəsi kimi veriməsini araşdırmamış və buna müvafiq olaraq istehsalat zədəsinə görə ödəncin müvafiq dövrlərdə hansı qurum və ya müəssisə tərəfindən ödənilməsini aydınlaşdırmamış, X 21.10.2005-ci il tarixdə cavabdehin balansına verildiyindən həmin vaxtdan əvvəlki müddətdə ödəncin hansı əsasla cavabdeh tərəfindən ödənilməli olması qətnamədə əsaslandırılmamış, bu barədə c avabdehin apellyasiya şikayətinin dəlilləri araşdırılmamış və müvafiq hüquqi qiymət verilməmişdir.

19. Halbuki hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2019-cu il tarixli, 2(103)-1052/2019 nömrəli qətnaməsi ilə (ha kimlər: F.Ş.Talışinski, Z.Ə.Əliyev və R.Ə.Eyvazov) cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir.

21. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işdə aldığı xəsarətə görə ona təyin olunmuş müavinətin, kompensasiyanı və digər ödənişlərin 1992-ci ildən dayandırıldığı iddia edilsə də, buna dair sübutlar təqdim edilməmiş, kollegiya tərəfindən araşdırma zamanı müxtəlif instansiyalara göndərilmiş sorğular, cavabdehin bu öhdəliyi daşıması barədə mülahizələri təsdiq edəcək nəticələr verməmişdir.

22. Diqqətə çatdırılmal ıdır ki, məhkəmənin səlahiyyəti cavabdehə qarşı yönələn tələb həddi ilə məhdudlaşdırıldığından, iddiaçının özünün öz hüquqlarına biganə qalaraq illər boyu maraqlanmadığı bu məsələdə məhkəmənin geniş şərh verməsini və onun əvəzinə tədqiqatlar aparmasını yolverilməz edir. Halbuki, kollegiya həqiqətin müəyyən edilməsi üçün səlahiyyəti çərçivəsində kifayət qədər araşdırma aparmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli, 2(102)-3935/2019 nömrəli qərarı ilə (hakimlər: Ə.G.Nurməmmədov, M.T.Əhmədova və Ə.M.Rüstəmov) iddiaçının kasasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2019-cu il ta rixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

25. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, məhkəmə sübutetmə yükünü düzgün bölüşdürməmişdir.

26. Belə ki, iddiaçı həmin tarixdən ona müavinətin, kompensasiyanın və digər ödənişlərin ödənilmədiyini qeyd etmişdir. Cavabdeh təşkilat isə bunun əksini sübut edəcək hər hansı bir dəlil irəli sürməmişdir. Cavabdeh iddia tələbinə müxtəlif mülahizələrlə etiraz irəli sürmüşdür. Belə ki, cavabdeh təşkilatın nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında iddia müddətinin ötürüldüyünü, bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində isə cavabdehin nümayəndəsi müəssisənin 2005-ci ildə özəlləşdirildiyini, 1 992-ci ildən 2005-ci ilə qədər ödəməni aparacaq dövlət müəssisəsinin hüquqi dairəsinin müəyyən edilmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi həmçinin müəssisənin Cəmiyyətin balansına keçərkən üzləşmə sənədlərində iddiaçının həmin müəssisədə işləməsi və müavinət alması barədə məlumatın olmadığını bildirmişdir.

27. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müxtəlif orqanlara verilən sorğulardan da iddiaçıya aldığı xəsarətlə bağlı müvafiq ödənişlərin edilməsi öz təsdiqini tapmamışdır.

28. Belə ki, apellyasiya instansiyası məhkəməsinin sorğularına cavab olaraq təqdim edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 03.12.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış məktuba görə, Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin 314s saylı, 21.10.2005-ci il tarixli sərəncamına əsasən ünvan 5 ünvanında yerləşən X Cavabdeh-nin balansına verilmişdir, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işdə aldığı xəsarətə görə İddiaçı təyin olunmuş müavinət, kompensasiya və digər ödənişlərin ödənilib-ödənilməməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsində heç bir məlumat yoxdur.

29. Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən İddiaçı ünvanlanmış 15.02.2018-ci il tarixli arxiv arayışına əsasən X əmr kitabları və əmək haqqı sənədləri mühafizə olunmaq üçün X11 təhvil verilmədiyindən müəssidəki iş stajını müəyyən etmək mümkün olmamışdır.

30. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçıya izah etmişdir ki, onun tərəfindən iddia edilən istehsalatda baş vermiş bədbəxt hadi sə nəticəsində işdə aldığı xəsarətə görə müavinətin, kompensasiyanın və digər ödənişlərin ona (hansı təşkilat tərəfindən) təyin olunması, bu ödənişlərin (hansı təşkilat tərəfindən) ödənilməsi və (hansı təşkilat tərəfindən) dayandırıldığı, habelə bu proseslərin hansı tarixlərdə baş verməsi müəyyən edilməli və bunlara dair təsdiqləyici sübutlar əldə edilərək qarşılıqlı hüquq və vəzifələr müstəvisində pozuntunun səciyyəsi və bu pozuntuya görə kimin cavabdehlik daşıması dəqiq təsbit edilməlidir.

31. İddiaçıya bu qaydada hüququnu izah edən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı hazırki tələbini xəsarət aldığı müəssisənin hüquqi varisi qismində Cavabdeh-yə tələbini yönəltmişdir. İddia tələbini rədd edərkən apellyasiya instansiyası məhkəməsi iddiaçının tələb etdiyi ödəni şləri müəssisənin özəlləşdirildiyi tarixdən, yəni 2005-ci ildən etibarən Cavabdeh-dən tutulmasının əsassız olmasını əsaslandırmamışdır.

32. Digər tərəfdən işə əvvəl baxmış kassasiya instansiya məhkəməsi qərarında Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na istinad edərək istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə ödənclərin və müvainətlərin kim tərəfindən, hansı qaydada və hansı məbləğdə verilməsi məsəl əsinin tənzimləndiyini qeyd etmiş, bu halların müəyyən edilməsi ilə bağlı işin yeni apellyasiya baxışına göndərərkən apellyasiya instansiyası məhkəməsinə göstərişlər vermişdir.

33. Lakin apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə heç bir araşdırma aparmayaraq iddiaçının özünün öz hüquqlarına biganə qalaraq illər boyu maraqlanmadığı bu məsələdə məhkəmələrin geniş şərh verməsini və onun əvəzinə tədqiqatlar aparmasını yolverilməz olduğunu qeyd etmişdir. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

34. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Y.Şamayev, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 okty abr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasıqət edilmişdir.

35. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarlarında iddia tələbinə hüquqi qiymət verilməsi üçün İddiaçı istehsalat xəsarəti aldığı X nə vaxt özəlləşdirməyə açıq elan edilməsi və özəlləşdirilməsinin müəyyən olunması göstərişi verilsə də, əlavə apelyasiya araşdırması zamanı həmin idarənin faktiki olaraq özəlləşdirilmədiyi, Nazirlər Kabinetinin 21 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə Cavabdeh-nin balansına verilməsi müəyyən olunmuşdur. Həmçinin istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işdə aldığı xəsarətə görə İddiaçı təyin olunmuş müavinət, kompensasiya və digər ödənişlərin ödənilib-ödənilməməsi barədə ƏMDK-da məlumat olmamış və həmin məlumatın cavabdehə ötürülməsinə dair sənədlər müəyyən olunmamışdır. g) Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat

36. Qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 2(102)2335/2020 saylı qərarı ilə (hakimlər: İ.Xələfov, G.Quliyev və İ.Xəlilov) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2019-cu il tarixli 2(103)-9781/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

38. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, işdə iddiaçıya X tərəfindən ödənclərin verilməsi, ödənclərin konkret olaraq hansı müddətə qə dər verilməsi, ödənclərin verilməsi dayandırıldıqdan sonra iddiaçının uzun müddət ərzində bu barədə müvafiq səlahiyyətli orqanlara müraciət etməsi barədə işdə zəruri məlumatlar yoxdur. İşə baxan məhkəmə kollegiyası isə həmin halları lazımınca araşdırmamışdır.

39. İddiaçıya ümumiyyətlə aldığı xəsarətə görə ödənclərin verilməməsi eləcə də verilməli olmaması tərəflər arasında mübahisəyə səbəb olmamışdır.

40. İrəli sürülən tələb Mülki Məcəlləyə görə iddia müddətinin şamil edilmədiyi tələblərə aid olduğundan həmin tələbin nə vaxt qaldırılması mübahisənin həlli üçün ciddi əhəmiyyət kəsb etmir. Yuxarıda göstərilən halların araşdırılması yalnız işin həqiqi hallarının müəyyən olunub qiymətləndirilməsi, o cümlədən ödənclərin verilməsi üçün cavabdehin məsuliyyətinin yaranması anının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir.

41. Müəssisə Nazirlər Kabinetinin sərəncamına əsasən 2005-ci ildə cavabdehin balansına verilsə də, iddiaçı həmin vaxta qədər ona ödənilməmiş ödənclərin verilməməsini də, qanuna görə tələb etmək hüququna malik olmuşdur.

42. Son nəticədə müəssisənin özəlləşdirilməməsi və Əmlak Məsələləri Dövlət Komitəsində iddiaçıya ödənclərin verilməsi barədə məlumatların olub-olmaması barədə məhkəmə kollegiyasının istinad etdiyi hallar iddianın rədd edilməsi üçün əsas verməmişdir.

43. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2005-ci il tarixli sərəncamından görünür ki, Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin sərəncamına verilmiş Respublikanın Şəhər və Rayonlarında olan bir-sıra müəssisələr, o cümlədən X Cavabdeh–nin balansına təhvil veril miş və bu, Dövlət Komitəsi ilə Kənd Təsərrüfatı Nazirliyi və Cavabdeh–nin ümumi razılığı əsasında həyata keçirilmişdir.

44. Göründüyü kimi X bütün əmlakı ilə birlikdə cavabdehə təhvil verilmişdir.

45. Apelyasiya instansiyası məhkəməsi göstərilən vəziyyətdə cavabdehin X hüquqi varisi olmaması barədə nəticəyə gələrkən qətnaməni qanunun tələbinə müvafiq olaraq əsaslandırmamış və Mülki Məcəllənin 56-cı maddəsinin müddəalarını nəzərə almamışdır.

46. Qanunun hüquq varisliyini müəyyən edən həmin normasına görə hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. (56.1) Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. (56.2) Həmin Məc əllənin 58.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı, bu Məcəllənin 55.3-cü maddəsində nəzərdə tutulan hallarda isə kənar idarəçi hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına yazılı bildiriş göndərməyə borcludurlar.

47. Qanunun göstərilən normalarına görə yenidən təşkil edilmiş hüquqi şəxs birləşmiş və qoşulmuş hüquqi şəxslərin hüquq varisi hesab olunur və bu zaman birləşən və qoşulan hüquqi şəxslərin hüquq və vəzifələri yenidən təşkil edilmiş hüquqi şəxsə keçir.

48. Hüquq varisliyinə görə yenidən təşkil edilmiş hüquqi şəxs ona birləşən və qoşulan hüquqi şəxsin öhdəlikləri üçün məsuliyyət daşıyır.

49. Qanunun göstərilən normaları mübahisənin d üzgün həlli üçün mühüm əhəmiyyət kəsb etsə də, yuxarıda qeyd olunduğu kimi, apelyasiya instansiyası məhkəməsi həmin müddəaların tələbləri baxımından hüquq varisliyi məsələsinə qiymət verməmişdir. h) Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat

50. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6584/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Kərimli, A.İsgəndərov və E.Kazımov) Cavabdeh-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli 2(008)- 7780/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı Cavabdeh-yə qarşı istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə aylıq ödəncin və borcların ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir.

51. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı xəsarət alması ilə nəticələnmiş istehsalatda baş vermiş bədbəxt hadisədə işəgötürənin təqsirli olması, həmin hadisəyə görə işəgötürənin hüquqi məsuliyyətə cəlb olunması müəyyən edilməmişdir. Buna görə də, İddiaçı istehsalat xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə nə işəgötürən X X3, nə də həmin müəssisənin birləşdiyi Cavabdeh-dən hər hansı ödənc tələb oluna bilməz.

52. Belə ki, istehsalatda baş vermiş bədbəxt hadisəyə dair 25 noyabr 1991-ci il tarixli aktdan (i.v.6-7) görünür ki, həmin tarixdə nahardan sonra saat 14:50-də fəhlələr dəmir beton monolit sütuna beton tökərkən birinci blokun ikinci mərtəbəsində işləyən İddiaçı birdən ayağı büdrəyib 2 metr hündürlükdən yıxılmış və başından zə də almışdır. Həmin aktda hadisənin səbəbi kimi İddiaçı təhlükəsizlik texnikası qaydalarına düzgün riayət etmədiyi göstərilmişdir.

53. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarında istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində İddiaçı sağlamlığının pozulmasına görə ona işəgötürən tərəfindən müavinət ödənilməsi, həmin müavinətin 1992-ci ildən kəsilməsi barədə heç bir sübut yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

54. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

55. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

56. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

57. Cavabdehin nümayəndəsi və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

58. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

59. MPM-in 40 7.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

60. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

61. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq 10 d ekabr 1971-ci il tarixli Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi

63. İşçilər öz əmək vəzifələrini yerinə yetirərkən şikəst olduqda və ya səhhətləri pozulduqda müəssisə, idarə və təşkilat onlara dəyən zərər üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq maddi məsuliyyət daşıyır. (maddə 172) Mülki Məcəllə

64. Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. (maddə 56.1)

65. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. (maddə 56.2) Mülki Prosessual Məcəllə

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir.

67. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

68. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

69. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

70. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)

71. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəy yən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

72. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

73. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

74. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şika yətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

75. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (67)

76. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı xəsarət alması ilə nəticələnmiş istehsalatda baş vermiş bədbəxt hadisədə işəgötürənin təqsirli olması, həmin hadisəyə görə işəgötürənin hüquqi məsuliyyətə cəlb olunması müəyyən edilməmişdir.

77. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

78. Bununla bağlı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə Əmək Məcəlləsinn 239-cu maddəsini tətbi q edərkən Mülki Prossesual Məcəllənin 217.2-ci maddəsinin tələblərini pozmuşdur.

79. Belə ki, Mülki Prossesual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

80. İş materiallarından görünür ki, mübahisəli hüquq münasibəti 25 noyabr 1991-ci ildə yaranmış, apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsi isə 1 fevral 1999-cu ildə qəbul edilmiş və 1999-cu il iyulun 1-dən qüvvəyə minmişdir.

81. Göründüyü kimi hazıkı iş üzrə mübahisəli hüquq münasibətinin yarandığı zaman Azərbaycan Respublikasının Əmək Məcəlləsi qəbul edilməmişdi və qeyd edilən dövrdə 10 dekabr 1971-ci il tarixli Az ərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi qüvvədə olmuşdur.

82. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə həmin Məcəllənin müddəalarını tətbiq etməklə hüquqi qiymət verməlidir.

83. Bundan başqa işin hallarından görünür ki, hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik araşdırılmalı məsələlərdən biri Cavabdeh-nin X hüquqi varisi olub-olmaması olduğu halda apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamışdır.

84. Belə ki, Mülki Məcəllənin 56.1 və 56.2-ci maddələrinin məzmunundan göründüyü kimi hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.

85. Ona görə də apelyasiya instansiyası məhkəməsi Cavabdeh-nin X hüquqi varisi olub-olmamasını araşdırmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir.

86. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.

87. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

88. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara ald ı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6584/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar