Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3614/2021 16.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı ilkin və Cavabdeh MMC-nin İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunması, maddi və mənəvi zərər, borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3221/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 16 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, Cavabdeh MMC (satıcı) və İddiaçı (alıcı) arasında 16.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC (satıcı) İddiaçı (alıcı) siyahısı təhvil-təslim aktında (müqaviləyə əlavə 2) göstərilən mal(lar)ı satmağı və alıcı isə həmin mal(lar)ı qəbul etməyi və bu müqavilə ilə razılaşdırılmış qaydada (ödəniş cədvəlinə uyğun, ilkin ödəniş 14 manat olmaqla 14 ay müddətinə) mal(lar)ın dəyərini (712,98 manat) satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmçinin iş materiallarından görünür ki, 16.05.2019-cu il tarixli nis yə alqı-satqı müqaviləsinə əlavə 2 (Təhvil-təslim aktı) tərtib edilmiş, həmin Təhvil-təslim aktı əsasında VESTEL40FD7000T markalı 1 ədəd Televizor alıcıya təhvil verilmiş, alıcı tərəfindən satılan malların texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilməmişdir 3. 13.07.2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdeh İddiaçı 16.05.2019-cu il tarixli MBK04555 nömrəli nisyə satış müqaviləsi üzrə ödənilməmiş əsas borcu 698,98 manat və hesablanmış cərimə məbləği 3 manat olmaqla, cəmi 701,98 manat məbləğində borcu vardır. 4. 11 sentyabr 2019-cu il tarixli Cavabdeh MMC-nin servis departamenti tərəfindən tərtib edilmiş texniki rəydən görünür ki, 16 may 2019-cu ildə satılmış VESTEL40FD7000T markalı Televizor (istifadə müddəti 4 gün) üçün müştəri İddiaçı tərəfindən “Ekranda problem var» şikayəti ilə servisə müraciət daxil olmuşdur. Rəy: «Müştəri məhsulu 20.05.2019-cu il tarixində servisə gətirmiş və ekranda problem olduğunu bildirmişdir. Servisdə usta tərəfindən baxış keçirildikdən sonra məlum olmuşdur ki, TV-nin ekranında yaranmış problemin mexaniki təsir nəticəsində baş vermişdir. Ekran qırıqdır. Aşkarlanmış qüsur müştəridən qaynaqlanır”. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vestel 40FD7000T televizorunun dəyişdirilərək yenisi ilə əvəz edilməsinin Cavabdeh MMC-nin üzərinə vəzifə kimi qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə baxışı zamanı iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, vu rulmuş maddi ziyana görə 190 manat, mənəvi ziyana görə 1000 manat məbləğində pulun Cavabdeh MMC-dən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-nin Şüvəlan filialından 17.05.2019-cu il tarixində 712,98 manata olan 15 aylıq hər ay üçün 50 manat, ilkin ödəniş üçün isə 14 manat olan “Vestel” markalı televizor əldə etmişdir. Televizoru ona təhvil verən zaman vitrindən təqdim edilmişdir. Evdə onu qablaşdırandan sonra televizorun çatlamış olduğunu bilmişdir. Bununla bağlı qarşı tərəfə məlumat versə də, dəyişə bilməyəcəklərini, lakin servisə göstərə biləcəklərini bildirmişlər. Bu prosesin satıcı tərəfindən izlənilməli olmasına baxmayaraq, mağaza qəsdən məhsulun daşınması və yerində quraşdırılma sını həyata keçirmir ki, defektli malları alıcıya sata bilsinlər. Hesab edir ki, malın nasaz olması ilə bağlı vaxtında müraciət etmişdir. O, televizoru mağazadan evə gətirib və keyfiyyətsiz olduğunu müəyyən etdikdən sonra geriyə qaytarmaq məcburiyyətdə qalmışdır. Mağazanın satıcılarının və servis işçilərinin yarıtmaz xidmətləri ilə müşahidə olunan hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir. Televizoru mağazadan evə gətirib geri qaytaranda hər dəfə taksiyə 5 manat, 2 dəfəyə 10 manat, sonra Şüvəlan qəsəbəsindən Əhmədli qəsəbəsinə servisi aparıb geri qaytaranda da 30 manat pul vermişdir. Bundan başqa vəkilə ərizə yazdırmaq və məsləhət almaq üçün 150 manat xərci çıxmışdır. Cavabdehin qanunsuz hərəkətləri onun səhhətinə pis təsir etmiş, nəticədə şəkəri, təzyiqi bir neçə dəfə qalxmışdır. Bununla da ona mənəvi ziyan vurulmuşdur. Bu ziyanı 1000 manat məbləğində qiymətləndirir. Bu, ümumilikdə 190 manat maddi və 1000 manat mənəvi ziyan olmaqla, 1190 manat təşkil edir.
8. Eyni zamanda Cavabdeh MMC İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı 16.05.2019-cu il tarixli nisyə satış müqaviləsi üzrə 698,98 manat əsas borc və 3 manat cərimə borcu olmaqla, cəmi 701,98 manat borcun, habelə ödənilmiş dövlət rüsumu olan 30,40 manat məbləğin Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 16.05.2019-cu il tarixli MBK04555 nömrəli nisyə satış müqaviləsi üzrə nisyə aldığı VESTEL40FD7000T modelli televizorun qüsurlu olmasını mübahisələndirərək onun dəyişdirilməklə yenisi ilə əvəz edilməsi ni tələb edir. Halbuki İddiaçı 16.05.2019-cu il tarixli MBK04555 nömrəli nisyə satış müqaviləsi üzrə məhsulun dəyərini tam ödəməmişdir. Belə ki, Cavabdeh MMC-nin “Şüvəlan” filialı ilə İddiaçı arasında bağlanmış 16.05.2019-cu il tarixli MBK04555 nömrəli nisyə satış müqaviləsinə əsasən borc alana ilkin ödəniş 14 manat olmaqla, ümumi 712,98 manat məbləğində VESTEL 40FD7000T model televizor 14 ay müddətinə kreditlə - nisyə satılmışdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada, yəni aylıq 50 manat (sonuncu ay 48,98 manat) məbləğində icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borclu dəfələrlə yazılı və şifahi qaydada xəbər dar edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli 2(006)4175/2019 saylı qətnaməsi ilə (hakim P.Hüseynov) ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı iddia tələbində qeyd olunanlarla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. Əksinə iş materiallarına əlavə edilmiş və tərəflərin imzaları ilə təsdiq etdikləri 16.05.2019-cu il tarixli Təhvil-təslim aktından isə görünür ki, qeyd olunan müqaviləyə əsasən VESTEL40FD7000T markalı 1 ədəd Televizor alıcıya təhvil verilmiş, alıcı tərəfindən satılan malların texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilməmişdir. Eyni zamanda 11 sentyabr 2019-cu il tarixli Cavabdeh MMC-nin texniki rəydən də görünür ki, 16 may 2019-cu ildə satılmış VESTEL40FD7000T markalı Televizor (istifadə müddəti 4 gün) üçün müştəri İddiaçı tərəfindən «Ekranda problem var» şikayəti ilə servisə müraciət edilmişdir və servis tərəfindən televizorun ekranında yaranmış problemin mexaniki təsir nəticəsində baş verməsi, ekranın qırıq olması, aşkarlanmış qüsurun müştəridən qaynaqlanması barədə rəy verilmişdir. Bundan başqa, ilkin iddia üzrə iddiaçı cavabdeh tərəfindən ona maddi və mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilmədi.
12. Məhkəmə qarşılıqlı iddia tələbi ilə əlaqədar qeyd etmişdir ki, tərəflər arasında imzalanmış mübahisələndirilən müqaviləyə əsasən İddiaçı aldığı malın dəyərini ilkin ödəniş 14 manat ödəməklə qalan mə bləği 14 ay müddətinə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin İddiaçı tərəfindən öhdəlik lazımınca icra edilmiş, hazırda onun Cavabdeh MMC-yə əsas borcu 698,98 manat və cərimə borcu 3 manat təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 390.1, 425.1, 427.3, 442, 4 45.2.1, 448.1, 462.1, 600.1, 600.4, 601.1, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3221/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Qurbanov (sədrlik edən və məruzəçi), C.Yusifov və V.Baxışova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4175/2019 saylı mülki iş üzrə qəbul etdiyi 17.09.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Hazırkı işdə də müəyyən olunur ki, iddiaçıya satılmış televizordaki qüsurlar onun özü tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması nəticəsində əmələ gəlmişdir. Belə ki, həmin televizor iddiaçıya təhvil verilən zaman o, satılan malın texniki göstəricilərinə və yararlığına dair iradlar bildirməyib, həmin televizorun evə daşımasını özü həyata keçirib və televizordakı qüsuru evində aşkar edib.
17. Həmin televizorda istehsalat qüsurlarının olub-olmamasının müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Texniki Universitetinə müraciət edilmiş və sonuncu tərəfindən 12 iyun 2020-ci il tarixli texniki rəy məhkəməyə təqdim edilmişdir.
18. Həmin rəydə göstərilmişdir ki, VESTEL 40FD7000T televizorun ekranında yaranmış problem istehsalat qüsuru deyildir. Sonradan istifadə nəticəsində yaranmışdır. Cihazın ekranında yaranan mexaniki zədə sıxılma, zərbə, yerə düşmə kimi hallarda yarana bilər. Cihazın təmir olunması üçün ekran hissəsi dəyişdirilməlidir. Diaqnostika zamanı televizorun başqa ehtiyat hissələrində qüsur aşkar olunmadı.
19. Göründüyü kimi iddiaçıya satılmış televizorun ekranında yaranmış problem istehsalat qüsuru deyildir və iddiaçının özünün cavabdeh olduğu hərəkətləri nəticəsində əmələ gəlmişdir.
20. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı işdə Mülki Məcəllənin 587.2.1-ci maddəsinin dispozisiya şərtləri mövcud deyil və iddiaçı həmin televizorun dəyişdirilərək yenisi ilə əvəz edilməsini tələb edə bilməz. Ona görə də, həmin iddia tələbləri rədd edilməlidir.
21. Eyni zamanda iddiaçı tərəfindən irəli sürülmüş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələblər də əsassızdır.
22. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
23. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir.
24. Çünki cavabdeh tərəfindən öz öhdəliklərinin pozulması müəyyən olunmur.
25. Bundan başqa qarşılıqlı iddia ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğu n olaraq alqı-satqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən verilmiş əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya in stansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
30. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
31. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
32. Qanunun tələbinə görə kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
34. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasl ar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1)
35. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. (maddə 390.1)
36. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. (maddə 390.5)
37. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surə tdə hərəkət etməlidir. (maddə 425.1)
38. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3)
39. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
40. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)
41. Əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi büt ün hallar üçün cavabdehdir. (maddə 448.1)
42. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (maddə 462.1)
43. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (maddə 567)
44. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb ets in. (maddə 587.2.2)
45. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. (maddə 588.2)
46. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (maddə 600.1)
47. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (maddə 600.4)
48. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. (maddə 601.1) Mülki Prossesual Məcəllə
49. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
50. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
51. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
52. Kassasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
53. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
54. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instans iyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3221/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.