Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3614/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə, Cavabdeh4nə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 12 saylı Notariat ofisi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ib arət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə, Cavabdeh4nə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 12 saylı Notariat ofisi) qarşı “çıxarış və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-176/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəli torpaq sahəsi Qəbələ rayonu, Bum kəndində yerləşən 0,09 ha torpaq sa həsidir. Sözügedən torpaq sahəsi iddiaçı və Cavabdeh1 xx.xx.1998-ci il tarixdə vəfat etmiş mərhum anası X2 istifadəsində olmuşdur. xx nın əri xx.xx.1998-ci ildə vəfat etmiş, özünün ölümündən sonra isə üç oğlu qalmışdır: X5, İddiaçı və Cavabdeh1. X5 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir.
2. Cavabdeh1 ƏMDK-yə qarşı “X2 istifadəsində olmuş 0,09 ha torpaq sahəsinə plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-721/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdeh ƏMDK-nın üzərinə X2 istifadəsində olan 0,09 ha torpaq sahəsinə iddiaçı Cavabdeh1 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuş dur.
3. Mübahisəli torpaq sahəsi həmin qərarın icrası qaydasında xx.xx.2016-cı il tarixdə Cavabdeh1 mülkiyyətinə keçmişdir. 4. xx.xx.2019-cu il tarixli notarial qaydada bağlanmış bağışlanma müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan mübahisəli sahəni qızı Cavabdeh2 bağışlamışdır.
5. Torpaq sahəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh2 xüsusi mülkiyyətinə keçmişdir.
6. Cavabdeh2 İddiaçı və X1 qarşı iddia qaldıraraq mübahisəli torpaq sahəsinin İddiaçı və z nın sahibliklərindən geri qaytarılması, həmin torpaqdan istifadəsinə mane olan hallara son qoyulması, torpaq sahəsində cavabdehlərin özbaşına qanunsuz tikdikləri tikilinin onların öz hesabına sökülüb götürülməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Teymurov X7 İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-721/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarını mübahisələndirmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020ci il tarixli qərardadı ilə İddiaçı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, həmin iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. 2-1(116)-988/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadla isə iddia mümkün sayılmamışdır.
8. Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(107)-372/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 01 iyul 2020-ci il tarixli, 21(116)-988/2020 qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)95/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-372/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Qəbələ Rayon İcra Hakimiyyətinin Bum qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 10 fevral 2020-ci il tarixli arayışa görə, atası t Mustafa oğlu və anası X4 vəfat etdikdən sonra onlardan qalmış ev və torpaq sahəsini İddiaçı Mustafa oğlu istifadə və sahiblik etmişdir və hal-hazırda da edir.
11. İddiaçı 1981-2008-ci dövr üzrə mübahisəli ünvanda həyətyanı torpaq vergisi ödənilməsinə dair bir neçə qəbz tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli Seriya RX ******* nömrəli çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixdə Cavabdeh2 adına verilmiş Daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan çıxarış və xx.xx.2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, böyük qardaşı X5 1970-ci illərdə ailə quraraq birgə təsərrüfatdan ayrılmış, başqa torpaq sahəsində özünə ev tikərək ailəsi ilə orada yaşamışdır və 31 dekabr 1998-ci ildə vəfat etmişdir. Kiçik qardaşı Cavabdeh1 eyni zamanda iş üzrə cavabdeh 1971-ci ildən Bakı şəhərinə köçərək orada ailə quraraq yaşamış, bu fakt təsərrüfatbaşına kitabdan qeyd olunmuş çıxarışda da öz əksini tapır. Ata və ananın təsərrüfatında o, yaşamış, valideynlərinə baxmışdır, vəfat etdikləri zaman, onları dəfn etmiş, yas mərasimlərini təşkil edərək keçirmişdir. Valideynləri vəfat etdikdən sonra da faktiki olaraq onlardan qalan miras əmlaka (torpaq sahəsi, istismara yararsız ev və tikililər) onun tərəfindən sahiblik edilmiş, qulluq olunaraq istifadə olunmuş, qorunub saxlanılmışdır. Valideynlərinə məxsus əmlakın (torpaq və tikililər) onların adına sənədləşməsi aparılmalı olmasına baxmayaraq, 2019-cu il noyabr ayında Cavabdeh2 ona və həyat yoldaşı X1 qarşı Qəbələ Rayon Məhkəməsinə müraciət edərək iddia qaldırmış, məhkəmə iclası təyin olunduqdan və iddia ərizəsinin surəti onun ünvanına daxil olduqdan sonra ona məl um olmuşdur ki, qardaşı Cavabdeh1 onun xəbəri olmadan 2015-ci ildə iddia qaldırmış, qanunsuz çıxarış əldə etmiş, sonra əmlakı qızına bağışlamış və yeni çıxarış, plan-ölçü sənədləri əldə etmişdir. Onun isə bütün bu sənədləşmələrdən xəbəri olmamışdır. Ona görə də o, ilkin olaraq Şəki İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli, 2-l(84)721/2015 saylı qərarı maraqlarına toxunduğundan müvafiq qərarın ləğv edilməsini və həmin iddia tələbi üzrə üçüncü şəxs qismində işə cəlb edilməyi barədə vəsatət ilə müraciət etmiş, vəsatəti təmin olunmuş həmin qərar ləğv edilərək işə mahiyyəti üzrə baxılmışdır. xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iddia tələbinin baxılması mümkünsüz olduğundan işə baxılmasının mümkün olmaması barədə qərardad qəbul olunmuşdur. Göründüyü kimi hal-hazırda Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli, 2-1(84)-721/2015 saylı qərarı ləğv edildiyindən, həmin qərar əsasında həyata keçirilmiş sənədləşmələr etibarsız hesab olunaraq əldə olunmuş rəsmi sənədlər də ləğv edilməlidir.
14. İddiaçı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 152.1, 17, 139.1. 146.1, 146.8, 149.2, 16 iyul 1996-cı il qəbul edilmiş “Torpaq islahatı haqqında” Qanunun 1, 9, 10cu, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 2.2, 2.3-cü maddələrinə istinad etmişdir.
15. Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) 01 sentyabr 2020-ci il tarixli 2(025)-789/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsinin mövq eyi ondan ibarət olmuşdur ki, bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla, hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanaraq, hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə daşınmaz əşyalara dair notariat qaydasında təsdiqləndikdə bağlanmış sayılır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsi qanunvericiliyin normalarına uyğun olaraq bağlanmışdır. Mülki işin materiallarında İddiaçı mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüququnun olmasını təsdiq edən sənəd yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı onun üçün heç bir hüquqi nəticə yaratmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, və deməli, onun maraqlarının məhkəmə qaydasında müdafiəsi tələb olunmur.
17. İddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və, ümumiyyətlə, onun hazırki iş üzrə bu cür iddia tələbi ilə müraciət etmək hüququna malik şəxs olmasını təsdiq edən sübut yoxdur.
18. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 389.1, 390.1, 666.1, 668.1.1, 337.1, 337.4, 158.1.2, 158.4, Mülki Prosessual Məcəllənin 14.2, 4.1, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
21. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Gündüz Abbasov (sədrlik edən və məruzəçi), Mirbahəddin Hüseynov və Elçin Hüseynov) 2(107)227/2021 saylı, 04 mart 2021-c i il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin İddiaçı mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüququnun olmasını təsdiq edən sübutun olmaması və ümumiyyətlə onun hazırkı iddia tələbi ilə müraciət etmək hüququna malik şəxs olmasını təsdiq edən heç bir sübutun olmaması, həmin əsasla da iddianın rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, iddia ərizəsindən və əlavə edilən sənədlərdən görünür ki, iddiaçı sözügedən torpaq sahəsində yerləşən 1998-ci ildə vəfat etmiş valideynlərindən qalan evdə öz ailəsi ilə birlikdə sahiblik və istifadə edərək yaşamış və indi də yaşayır (Qəbələ Rayon İcra hakimiyyəti Bum qəsəbə İnzibati Ərazi Nümayəndəliyinin xx.xx.2020- ci il tarixli 71 saylı, xx.xx.2021-ci il tarixli 141 saylı arayışları). Yəni, mübahisəli torpaq sahəsinin hüquqi taleyi ilə bağlı baş verənlər iddiaçının maraqlarına toxunur.
23. Lakin iddia tələbindən göründüyü kimi, iddiaçı mübahisələndirdiyi sənədlərin etibarsız hesab olunmasını tələb edir. Həmin sənədlərin etibarsız sayılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, Cavabdeh1 adına verilmiş 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli X9-İqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli Qərarı əsasında verilmiş, bundan sonra mülkiyyətçi Cavabdeh1 notariat qaydasında təsdiq edilmiş 10 sentyabr 2019-cu il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə həm in torpaq sahəsini qızı Cavabdeh2 bağışlamış, onun əsasında Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 30 sentyabr 2019-cu il tarixdə Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Belə olan halda hazırkı iddia təmin edilə bilməz.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini 158.1.2, 158.4, 389.1, 390.1, 666.1, 668.1.1, 337.1, 337.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat
25. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(107)-227/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş et mişdir.
26. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli qərarının ləğv edilməsini nəzərə almamışdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin (Elşad Şamayev (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Aqil Abbasov) 2(102)-4118/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(107)-227/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
28. Kassasi ya instansiyası məhkəməsinin mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi ilk olaraq nəzərə almamışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli qərarı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə X2 istifadəsində olan 0,09 ha torpaq sahəsinə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın deyil, torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuşdur. Mübahisələndirilən Çıxarışın hansı əsaslarla verilməsi məhkəmələr tərəfindən araşdırılmamışdır. Halbuki, həmin məsələnin araşdırılması nəinki iddia tələbinə hüquqi qiymətin verilməsi, həmçinin işin mülki və ya inzibati məhkəmə icraatı qaydasında baxılmasının müəyyən edilməsi üçün zəruri olmuşdur.
29. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbayca n Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli Qərarında izah olunmuşdur ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yan ında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.
30. Həmçinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndir ilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Rey estrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.... Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
31. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli qərarına istinad etsə də, nəzərə almamışdır ki, Şəki İnzibati Məhkəməsinin 08 may 2020-ci il tarixli qərardadı ilə həmin qərar ləğv olunmuş və sonradan Məhkəmənin 01 iyul 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 iddiası mümkün sayılmamışdır. Yəni apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi inzibati məhkəmənin qərarı faktiki olaraq qüvvədə deyildir. Belə olan hald a məhkəmənin həll etməli olduğu digər məsələ (Çıxarışın məhz məhkəmə aktına əsasən verilməsi müəyyən edildiyi halda) hazırki iddia üzrə birinci tələbin (Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın etibarsız hesab olunması) ayrı məhkəmə icraatında, yoxsa əvvəlki inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasıdır.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddianın sonrakı tələbləri: bağışlama müqaviləsinin etibarsızlığı və Cavabdeh2 adına verilmiş hüquq müəyyənedici sənədlərin etibarsızlığı birinci tələbdən asılıdır. Bu səbəbdən iddiaçının birinci tələbi yuxarıda qeyd olunan qaydada araşdırılmalı və ondan asılı olaraq sonrakı tələblərə hüquqi qiymət verilməlidir. Apel lyasiya instansiyası məhkəməsində ikinci icraat
33. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Ayaz Mahmudov) 2(107)-176/2022 saylı, 16 fevral 2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli 2(046)227/2021 nömrəli qətnaməsi iddianın “Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsi” tələbinə dair rədd olunmuş hissəsində ləğv edilməsi, iddia tələbinin Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsinə dair hissəsində mülki iş üzrə icraata xitam verilməsi qərara alınmış, iddiaçıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.
34. Apellyasiya instansiyası məhkəməsinin eyni saylı və eyni tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, Şəki Apellyasiya Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(107)-176/2022 nömrəli “Qəbələ Rayon Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli 2(046)-227/2021 nömrəli qətnaməsinin “Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsi” tələbinə d air hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsinə aid hissəsində iş üzrə icraata xitam verilməsi ilə bağlı” qərardadı nəzərə alınmaqla, Qəbələ Rayon Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli 2(046)-227/2021 nömrəli qətnaməsi iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına verilmiş Daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarış və xx.xx.2019-cu il tarixli A №434211 olan torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab olunmasına aid iddianın rədd olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə- 1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixdə Cavabdeh2 adına verilmiş Daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarış və xx.xx.2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab olunmasına dair hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
36. İddia tələbinin Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsinə dair hissəsində icraata xitam verilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(107)- 176/2022 nömrəli qərardadı nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilib-edilməməsi məsələsi həll edilmədiyindən, hazırkı vəziyyətdə həmin çıxarışla sözü gedən Qəbələ rayonu, Bum qəsəbəsindəki 0.09 ha torpaq s ahəsinin mülkiyyətçisi olan Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və nəticədə, həmin müqavilə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına verilmiş Daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarış və xx.xx.2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsinə heç bir əsas yoxdur.
37. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 6 sentyabr 2021-ci il tarixli 2(102)-4118/2021 nömrəli qərarındakı göstərişlərinə əməl edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixdə Cavabdeh2 adına verilmiş Daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarış və xx.xx.2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab olunmasına dair hissəsində düzgün nəticəyə gəldiyindən və qətnamə həmin hissədə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Ape llyasiya Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(107)-176/2022 nömrəli “Qəbələ Rayon Məhkəməsinin qətnaməsinin “Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsi” tələbinə dair hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsinə aid hissəsində iş üzrə icraata xitam verilməsi ilə bağlı” qərardadı nəzərə alınmaqla, Qəbələ Rayon Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli 2(046)-227/2021 nömrəli qətnaməsi iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1 433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına verilmiş Daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarış və xx.xx.2019-cu il tarixli A № 434211 olan Torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab olunmasına aid iddianın rədd olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 158.1.2, 337.1, 337.4, 389.1, 390.1, 666.1, 668.1.1-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. İddiaçı (Vəkil) kassasi ya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
40. Şikayət iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(107)-176/2022 nömrəli qətnaməsində yuxarıda göstərilən birinci instansiya məhkəməsinin əsaslandırılma hissəsində qeyd olunanlara toxunulsa da, məhkəmə kollegiyası bu məsələyə öz münasibətini bildirməmişdir. Hətta qətnamənin qət etdi və digər hissələrində Qəbələ Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(025)-789/2020 saylı qətnaməsinin tarixi və nömrəsi səhvən 1 sentyabr 2021-ci il t arixli 2(046)-227/2021 kimi qeyd olunmuşdur. Digər tərəfdən Şəki Apellyasiya Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(107)-176/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş “Cavabdeh1 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsi” tələbinə dair hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh1 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsinə aid hissəsində iş üzrə icraata xitam verilməsi ilə bağlı” qərardadı nəzərə alınmaqla, Qəbələ Rayon Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli 2(046)-227/2021 nömrəli qətnaməsi iddia tələbinin Cava bdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına verilmiş Daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarış və xx.xx.2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab olunmasına aid iddianın rədd olunmuş hissəsində dəyişdirilmədən saxlanılmış, lakin nəzərə alınmamışdır ki, birinci tələb ilə digər tələblər bağışlama müqaviləsinin etibarsızlığı və Cavabdeh2 adına verilmiş hüquq müəyyənedici sənədlərin etibarsızlığı bir-biri ilə bağlıdır və birinci tələbdən asılıdır. Hesab edir ki, apellyasiya məhkəməsi birinci in stansiya məhkəməsinin qətnaməsini tam ləğv edərək iddiaçiya inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalı idi. Ona görə də göstərilən bu hallar üzrə məhkəmələr düzgün araşdırma aparmayaraq, maddi və prosessual hüquq normalarını pozmuşlar.
41. Kassator şikayətində Mülki Məcəllənin 149, 337, 1133,1159.1.1, “Torpaq islahatı haqqında” Qanunun 1, 9 –cü maddələri və s maddi hüquq normalarının pozulmasına istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
43. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.
44. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız dır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
45. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
46. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
47. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
48. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
49. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qətnamə ilə eyni tarixdə iddianın “Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğ v edilməsi” tələbinə dair rədd olunmuş hissəsində ləğv edilərək iddia tələbinin Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsinə dair hissəsində mülki iş üzrə icraata xitam verilməsi qərara alınmış, iddiaçıya həmin tələb üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.
60. Məhkəmə haqlı olaraq iddiaçının bütün tələbləri üzrə inzbati icraatın mümkünsüzlüyünü qeyd etmiş, «Çıxarışın ləğv edilməsi» hissəsi üzrə iddiaya inzibati icraatda baxılması nəticəsindən asılı olaraq digər tələblərə mülki icraat qaydasında baxılması mümkünlüyünü müəyyən etmiş, haqlı olaraq həmin h issədə birinici instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını qət etmişdir.
61. Digər tərəfdən qətnamədə aşağı instansiya məhkəməsinin qətnaməsinin tarixinin və ya nömrəsinin düzgün göstərilməməsi həmin qətnamənin ləğvi əsası deyil, qətnamədə yol verilmiş yanlışlığın düzəldlməsinin əsası kimi qəbul olunur. Bu halda maraqlı şəxs, hazırkı iş üzrə cavabdeh göstərilən məsələnin əhəmiyyətliliyindən asılı olaraq yanlışlığın düzəldilməsi ilə bağlı işə baxmış məhkəməyə ərizə ilə müraciət etmək hüququna malikdir.
10. Kasasiya şikayətinin dəlillərini ümumi olaraq dəyərləndirərək qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə icraata xitam verilməsinə dair qərardadından şikayət verilməmişdir. Məhkəmə kollegiyasının baxılan iş üzrə qəbul olunmuş hər hansı aktı i lə iddiaçı məhkəməyə müraciət imkanından məhrum edilməmiş, yalnız tələblərə ayrı-ayrı icraat növləri üzrə baxılmasının mümkünlüyü izah edilmişdir.
11. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kas sasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2022-ci il tarixli, 2(107)-176/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.