Məhkəmə qərarları › İş №2(102)-3619/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3619/2022

14.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3619/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab olunması, mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, mənəvi ziyanın ödənilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2(103)1020/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azə rbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 04 iyun 2020-ci il tarixli Tibbi baxım və müalicə üçün ümumi məlumatlandırılmış razılıq müqaviləsi ilə Cavabdeh MMC xəstə X3 ödənişli əsaslarla “stasionar yatış” xidmətlər göstərməsini, xəstə isə xidmətin dəyərini tam olaraq xəstəxanaya ödəmək barədə öhdəliklər götürmüşlər. 2. 08 iyun 2020-ci il tarixli Tibbi baxım və müalicə üçün ümumi məlumatlandırılmış razılıq müqaviləsi ilə Cavabdeh MMC xəstə X3 ödənişli əsaslarla “stasionar yatış” xidmətlər göstərməsini, xəstə isə xidmətin dəyərini tam olaraq xəstəxanaya ödəmək barədə öhdəliklər götürmüşlər. Həmin müqavilə xəstə və ya xəstənin yaxını qrafasında İddiaçı tərəfindən imzalanmışdır.

3. İddiaçı X2 anasıdır.

4. X4 25 iyun 2020-ci il tarixdə vəfat etmişdir.

5. X3 göstərilən tibbi yardıma görə Cavabdeh MMC-yə 25 iyun 2020-ci il tarixli ödəniş-mədaxil qəbzi ilə 2000 manat, 26 iyun 2020-ci il tarixli ödəniş-mədaxil qəbzi ilə 22030 manat ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə və daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə X1 arasında bağlanması nəzərdə tutulmuş, lakin səlahiyyəti olmayan İddiaçı tərəfindən qanunsuz imzalanmış 08 iyun 2020ci il tarixli tibbi yardım göstərilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi, qızının cənazəsinin təhvil verilməsindən qanunsuz imtina edi lməklə ondan əsassız alınmış 22000 manat pulun, vurulmuş mənəvi zərərə görə 10000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının övladı olan 22 yaşlı X4 Cavabdeh MMC-nin hospitalında gözlərini əbədi olaraq yumub. Bu ağır itkini bilərək iddiaçı həyat yoldaşı Şahid5la birgə xəstəxanaya gəlmiş və qızlarının cənazəsini el adətinə uyğun dəfn etmək üçün götürmək istəmişlər. Bu zaman xəstəxananın İlham adlı mühafizə rəisi və digər personalı onlara bildirmişlər ki, xəstəxanaya 42000 manat borcu olmuş, bu borcu ödədikdən sonra meyiti götürə bilərlər. Xəstəxananın əməkdaşları borcun hansı tibbi xidmətlərin göstərilməsi nəticəsində yarandığını onlara yazılı şəkildə bil dirməmiş, sadəcə borcun olduğunu, ödəməyəcəkləri təqdirdə cənazəni təhvil verməyəcəkləri ilə onları hədələmişlər. Cavabdeh ilə X4 arasında bağlanan 08 iyun 2020-ci il tarixli “Tibbi baxım və müalicə üçün ümumi məlumatlandırılmış razılıq”dan görünür ki, müqavilənin tərəfi X4 olmuş, lakin həmin müqaviləni onun nümayəndəsi qismində iddiaçı imzalamışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən xəstə xidmətlərin dəyərini xəstəxananın müəyyən etdiyi və müqavilənin ayrılmaz hissəsi sayılan qiymət cədvəli və məbləğlərdə ödəyir. Ödənişlər qabaqcadan tam məbləğdə həyata keçirilir. Əlavə olaraq və ya təxirəsalınmaz hallarda göstərilmiş hər hansı əlavə xidmətin dəyəri dərhal xəstəxanaya ödənilməlidir. X1 xəstəxanada olduğu müddət ərzində 25 iyun 2020-ci il tarixə qədər qabaqcadan ödəniş əsasında 12155,11 manat pul ödənilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən hazırki müqavilə xidmətlərin dəyəri ödənildiyi andan qüvvəyə minir və xidmətlərin göstərilməsi başa çatanadək davam edir. Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xitam edilir. Göründüyü kimi, X4 ilə cavabdeh arasında imzalanan müqavilə 321024 saylı, 25 iyun 2020-ci il tarixli qəbz üzrə 2000 manat pul ödənilən zaman və 324045 saylı 26 iyun 2020ci il tarixli qəbz üzrə 22030 manat pul ödənilən zaman qüvvədə olmamışdır. Bundan əlavə, həmin vaxt həmin müqavilə üzrə tərəf olmuş X4 vəfat etmişdir. Müqaviləni nümayəndə kimi imzalayan iddiaçının isə hər-hansı öhdəliyi ola bilməzdi, çünki o, müqavilədə tərəf kimi deyil, nümayəndə kimi qeyd olunmuşdur. Beləliklə, iddiaçının qızının meyitini girov saxlamaqla, ona hədə-qorxu gəlməklə mərhumun ayağına yazdıqları, həqiqiliyi təsdiq olunmayan borcu tələb etmişlər. Xüsusi karantin vaxtı, insanların çətin dolandığı, borc almağın qəliz olduğu zamanda cavabdeh onu məcbur etmişdir ki, öz qızıllarını girov qoyub cənazəni götürmək üçün pul ödəsin. Cənazəni girov saxlayaraq X4 ilə bağlanan müqavilə əsasında onun nümayəndəsi hesab etdikləri, ondan xidmət haqqı tələb edən cavabdehə həmin 2000 manat və 22.030 manat pul məcburiyyət qarşısında, qızı el adəti ilə məsciddə yuyub dəfn edilmək üçün verilmişdir. Cavabdeh həmin pulu ona qaytardıqdan sonra əgər tələb hüququnun olduğunu hesab edirsə mülki qaydada məhkəməyə müraciət etməli, müqavilə bağladığı X2 hüquqi varislərindən mirasın əmlakından çox olmamaq şərti ilə həmin borcu tələb edə bilərdi. Əslində X1 ilə bağlanmış 04 iyun 2020-ci il tarixli müqavilə qüvvədə olduğu halda, ikinci dəfə 08 iyun 2020-ci il tarixdə eyni məzmunlu, yeni müqavilənin imzalanmasının səbəbi anlaşılmamışdır. X4 ilə bağlanmış (mərhum tərəfindən imzalanmış) 04 iyun 2020-ci il tarixli müqavilənin predmetində “stasionar yatış” qeyd olunmuş, lakin ikinci müqavilənin predmetində heç nə qeyd olunmamışdır. Müqavilənin hansı səbəbdən ikinci dəfə bağlanması məlum olmamış və əvvəlki müqavilənin ləğv olunması barədə saziş bağlanmamışdır.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(007)356/2021 nömrəli qətnaməsi ilə (hakim F.X.Mirzəyev) iddia qismən təmin edilərək, Cavabdeh Beynəlxalq Hospitalından (Cavabdeh MMC-dən) vurulmuş mənəvi zərərə görə 3000 manat ın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1, 337.2, 351.3, 1091.1, 1091.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, müqavilənin etibarsız hesab edilməsi və əsassız varlanma məqsədi ilə tələb olunmuş pul vəsaitinin geri qaytarılması hissəsində iddia əsassızdır.

10. Belə ki, müqavilənin xəstə tərəfindən imzalanmalı olan qrafası “xəstə və ya xəstə yaxını” adlanır və bu ona dəlalət etmişdir ki, həmin müqaviləni həm xəstənin özü, həm də özünü onun yaxın adamı kimi təqdim edən istənilən şəxs imzalaya bilər. Bundan başqa, iddiaçı həmin müqaviləni imzalayarkən qızı tərəfindən ona etibarnamə verilmədiyini bildiyi halda imzalamış dır. Ona görə də Mülki Məcəllənin 351.3-cü maddəsinin tələbləri baxımından həmin əqdi mübahisələndirmək hüququnu itirmişdir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının cavabdehdən əsassız varlanma ilə əlaqədar tələb etdiyi 22000 manat pul vəsaiti qanuni əsas olmadan alınmış vəsait kateqoriyasına aid oluna bilməz. Belə ki, tərəflər arasında qanunla müəyyən olunan yazılı müqavilə bağlanmış və hər iki tərəf müqavilənin şərtləri ilə razılaşmışdır.

12. İddianın mənəvi zərər tələbinə qiymət verərkən məhkəmə hesab etmişdir ki, mənəvi zərər hissəsində iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmədə dindirilmiş şahid ifadələri, işin faktiki halları və cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatla müəyyən olunmuşdur ki, X4 25 iyun 2021-ci il tarixdə saat 21:21-də vəfat etmiş, lakin yaxınlarına 26 iyun, günün birinci yarısında (iddiaçının nümayəndəsi həmin tarixdə verilməsini təsdiq etsə də, dəqiq vaxtı-saat, dəqiqə göstərməmişdir) təhvil verilmişdir. Sonuncu ödəniş 26 iyun 2020-ci il tarixdə 22030 manat edildiyindən meyitin məhz həmin ödəniş edildikdən sonra təhvil verilmə ehtimalını gücləndirmişdir. Beləliklə, meyitin təqribən 12-15 saat yaxınlarına təhvil verilməməsi, tibbi xidmət haqqının qalan hissəsi ödənildikdən sonra verilməsi sübuta yetirilmişdir. Məhkəmə hesab etmişdir ki, 22 yaşında övladını itirmiş bir ananın bu özbaşınılıqla əlaqədar əzab, iztirab, sarsıntı keçirməsi və ona mənəvi zərər dəyməsi labüddür. Birinci instansiya məhkəməsi qətnamənin mənəvi zərərlə əlaqədar hissəsini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edi lməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(007)-356/2021 nömrəli qətnaməsinin iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Həmçinin Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(007)-356/2021 nömrəli qətnaməsinin qismən, iddia tələbinin təmin olunduğu hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edil məsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2022-ci il tarixli, 2(103)-1020/2022 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və Q.A.Əsgərovdan ibarət tərkibdə) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(007)-356/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanıl malıdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı müqavilə tərəflərinin subyektiv cəhətdən tərkibi və cavabdehliyi, habelə formal əsasları baxımından müqaviləni mübahisələndirsə də, bu əsaslarla tərəflərin əqdlərin bağlanmasında olan azadlıqlarına rəğmən hər hansı təsir (təzyiq və s.) və ya digər mülki hüquq pozuntular müəyyən edilməmişdir. İddianın maddi tələb hissəsi də müqavilənin etibarsızlığı ilə bağlı olduğundan bu hissədə də, tələbin təmin edilməsində əsaslar müəyyən edilməmiş və özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi ilə əlaqədar tələb irəli sürülməmişdir.

18. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçının müqavilənin etibarsız şərtlərinə istinad etməsi və sui-istifadəyə şərait yaradan bu növ müqavilə şər tləri müstəvisində nəzərdən keçirilən tələblər əsassız olmuşdur. Tələbə (apellyasiya şikayətlərinin dəlillərinə) münasibətdə qeyd edilmişdir ki, bu dəlillər müqavilənin etibarsızlığından və vəzifəli şəxsin təqsirliliyinin müəyyən edilməsinə yönəlik cinayət təqibinin predmeti kimi müvafiq növ icraat həddində mümkün olsa da, mülki icraat üzrə prosessual səlahiyyətlərdən kənardır. Ona görə müvafiq araşdırmanın hüquqi nəticəsi kimi cavabdehin (vəzifəli şəxsinin) təqsirliliyi müəyyən edildiyi təqdirdə ondan irəli gələn maddi zərər tələbi üzrə cavabdehliyin müzakirə edilməsi mümkün olmuşdur. Hazırki vəziyyətdə isə tərəflərin öz risk dairələrinə aid hərəkətlər (hərəkətsizlik) həddində mülki məsuliyyətləri özlərinə aid olmuşdur.

19. Bununla belə işin müəyyən edilmiş halları və iş üzrə araşdırılan sübutlarla iddiaçının mərhum övladının verilməsində sübuta yetirilən gecikmələr insan mənəviyyatına təsirsiz ötüşməyən (hamıya bəlli olan - sübuta ehtiyacı olmayan) mənəvi iztirabların yaranmasına əsas olan hallardır. Ona görə mənəvi zərərin tutulması hissəsində qətnamənin nəticəsini, habelə məbləğin mütənasibliyi baxımından ağlabatan olmasını istisna edən xüsusatlar müəyyən edilməmişdir. Belə ki, mütənasiblik müəyyən edilərkən nəzərə alınmışdır ki, özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi ödənişli olmuş və müəyyən riskin mümkünlüyü ilə bağlı olmuşdur. Ona görə mənəvi zərərin məbləğinin müəyyən edildiyi halda cavabdehin özəl tibb müəssisəsi olaraq fəaliyyəti (maddi durumu) və müalicə alan digər şəxslərin tibbi yardım almaq hüququ mə hdudlaşdırılmamalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

20. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2022-ci il tarixli, 2(103)-1020/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21 və 337.1-ci, Mülki Prosessual Məcəllənin 77.1 və 217.4-cü maddələri pozulmuşdur. Belə ki, mübahisəli müqavilə cavabdeh MMC və X4 arasında bağlansa da, müqaviləyə səlahiyyəti (etibarnaməsi) olmayan şəxs iddiaçı tərəfindən imzalanmışdır. Eyni zamanda X4 ilə xəstəxana arasında 04 iyun 2020-ci il tarixli eyni mə zmunlu müqavilə qüvvədə olmuş və belə olan halda ikinci müqaviləyə nədən lüzum yarandığı apellyasiya instansiyası məhkəməsinin qətnaməsində əsaslandırılmamışdır. Eyni zamanda ikinci müqavilənin tərəfi olmayan iddiaçının üzərinə vəzifə qoya bilməməsi mövqeyinin aşkar və əsaslı olmasına baxmayaraq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi həmin dəlilə hüquqi cəhətdən əsaslı münasibət göstərməmiş və formal fikirlərlə kifayətlənmişlər. Halbuki müqavilə öhdəliyi olmayan şəxsdən vəsaitin məcburi şəkildə alınması əsassız varlanma predmetini yaratmış və geri tələb oluna bilmişdir.

22. Həmçinin mənəvi zərərə görə müəyyən olunmuş 3000 manat kompensasiyanı həddən artıq aşağı və ədalətsiz hesab etməklə, maddi hüquq normasının pozulması və düzgün tətbiq olunmaması kimi başa düşməlidir.

23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

26. Yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı olaraq həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirildiyindən apellyasiya baxışının predmetini həmin qətnamənin tam yoxlanılması təşkil etmişdir.

27. Hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız iddiaçı tərəfindən mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın təmin olunmamış hissəsində yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:

28. Azərbaycan R espublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə cəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağla ndığı andan etibarsızdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, b u cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 29. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 8-ci bəndinin ikinci cüməsində məhkəmələrə izah edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndi rməsini aydınlaşdırmağa borcludur. 10-cu bəndinə Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci madd əsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlill ərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası mə hkəməsi tərəflərin apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyildir.

33. İzah olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi.

34. İddiaçı müqavilənin onun tərəfindən səlahiyyətsiz şəxs olaraq imzalanması əsası ilə mübahisələndirmişdir.

35. Halbuki, işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, tərəflər arasında Təbəssüm Məmmədovaya tibbi xidmətin göstərilməsi ilə bağlı müqavilə bağlanılsa da, iddiaçı həmin müqaviləni xəstənin nümayəndəsi kimi deyil, xəstənin yaxını kimi imzalamış və müqavilə üzrə öhdəlikləri üzərinə götürmüşdür. Hazırda həmin müqavilənin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmir.

36. Müqavilə etibarsız hesab olunmadığından, iddiaçının əsassız varlanmadan çıxış edərək, onun tərəfindən qızının müalicə xərci kimi ödədiyi pul vəsaitinin geri tələb edilməsi də əsassızdır.

37. İddianın mənəvi ziyan hissəsi üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya mənəvi ziyanın vurulması aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş və cavabdeh tərəfindən kassasiya qaydasında mübahisələndirilməmişdir. Hazırda mübahisələndirilən məsələ iddiaçıya ödənilməli olan mənəvi zərərin məbləğidir.

38. Bununla bağlı da məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarını araşdıran məhkəmələr səlahiyyətləri çərçivəsində işin halları üzrə qiymətləndirmə apararaq mülahizələrinə uyğun mənəvi zərərin məbləğini müəyyən etmişlər. Həmin məbləğin artırılması üçün əsaslar müəyyən olunmur və kassasiya şikayətində bununla bağlı hər hansı hala istinad olunmamışdır.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tut araq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2(103)-1020/2022 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar