Məhkəmə qərarları › İş №2(102)-362/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-362/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-362/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya tələbi, mülki hüquq pozuntusuna (deliktə) görə işəgötürənin məsuliyyəti) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3, vəkili Dəmirov Müşviq İlham oğlunun, Cavabdeh1 və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5240/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavab deh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2017-ci il tarixli (kasko) sığorta müqaviləsinə əsasən, “xxxx” MMC-yə məxsus “İveco Urbanway” markalı, ** JX *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də sığortalanmışdır. xx.xx.2017-ci il tarixdə Cavabdeh1 məxsus olan, lakin yol vərəqəsi ilə Cavabdeh2 idarə etdiyi oğluna məxsus “Daewoo BS090” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə “xxxx” MMC-yə məxsus “İveco Urbanway” markalı, ** JX *** nömrəli dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi toqquşmuş və nəticədə sonuncu nəqliyyat vasitəsinə zərər dəymişdir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin İXP seriyalı, ******* n ömrəli xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında Qərarına əsasən Cavabdeh2 həmin hadisədə təqsirli sayılmış və cərimə edilmişdir. 3. “xxxx” ASC, müvafiq sığorta ödənişini “xxxx” MMC-yə etdikdən sonra aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı “xxxx” ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında 14.944,17 manat məbləğində verilmiş sığorta ödənişinin əvəzinin və 30,40 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 14.974,57 manat pul vəsaitinin iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia belə əsaslandırılmışdır ki, “xxxx” MMC-nin təmir mərkəzi tərəfindən tərtib olunmuş 876 saylı zərər aktı ilə, ** JX *** dövlət qeydiyyat nişanlı, “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın miqdarı 19.588,67 manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC-nin xx xxxxxx 2018-ci il tarixli sığorta aktına əsasən “xxxx” ASC tərəfindən dəymiş ziyana görə 19.588,67 manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və “xxxx” MMC- nin hesabına köçürmə həyata keçirilmişdir. ** SE *** dövlət qeydiyyat nişanlı “Daewoo BS090” markalı avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyəti icbari qaydada “xxxx” Şirkətində sığortalandığı üçün ödənilmiş məbləğdən 4644.5 manat pul vəsaiti həmin şirkət tərəfindən “xxxx” ASC-yə ödənilmişdir. Sığorta ödənişi məbləğinin 14944.17 manat hissəsi isə bu günə qədər ödənilməmiş qalır. Həmin məbləğ cavabdehlərdən tutulmalıdır.

6. Cavabdehlər isə iddianı qəbul etməyərək onun təmin olunmamasını xahiş etmişlər.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Abdıyev) xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)-3749/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” MMC-yə məxsus “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində 12.595,30 (on iki min beş yüz doxsan beş manat, otuz qəpik) manat məbləğində pul vəsaitinin, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının Cavabdeh1 tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin 20 (iyirmi) manat hissəsinin iddiaçı “ xxxx” Açıq Səhmdar Cəmiyyətindən, 100 (bir yüz) manat hissəsinin isə Cavabdeh1 tutulub dövlət gəlirlərinə alınması qət edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh2 hadisə baş verən günü “Daewoo BS090” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh1 tərəfindən ona verilmiş yol vərəqəsi əsasında, yəni qanuni əsaslarla idarə edirdi. Cavabdeh2, Cavabdeh1 işçisi olduğundan və onun tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməklə “xxxx” MMC-nin əmlakına öz əmək vəzifələrinin icrası zamanı zərər vurduğundan törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məhz onun işəgötürəni Cavabdeh1 mülki hüquq məsuliyyəti daşıyır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsin in Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) xx xxxx 2020-ci il tarixli, 2(103)-5240/20 nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3749/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh2 iş üzrə digər cavab deh olan Cavabdeh1 tərəfindən sürücü qismində işə götürülmüş və ona “Daewoo” BS 090 markalı **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (avtobusun) idarə edilməsi həvalə olunmuşdur. Bu məqsədlə işəgötürənlə işçi arasında xx xxx 2017-ci il tarixli əmək müqaviləsi (kontrakt) bağlanmışdır. Müqavilənin 5.1 maddəsində qeyd olunmuşdur ki, bu müqavilənin tərəflərindən birinin digərinin əmlakına, səhhətinə, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunverciliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış xx xxx 2017-ci il tarixli tapşırıq müqaviləsinin 2.1.1 maddəsində qeyd olunmuşdur ki, vəkalət alan vəkalətnamədə və tam məsuliyyət haqqında fərdi müqavilədə nəzərdə tutulan tapşır ığı icra etməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış xx xxx 2017-ci il tarixli tam maddi məsuliyyət haqqında fərdi müqavilənin 1.1 maddəsində qeyd olunmuşdur ki, maddi məsul şəxs olan sürücü Cavabdeh2 ona etibar edilmiş maddi sərvətləri (yol vərəqində göstərilən nəqliyyat vasitəsini və onun komplekt hissələrini) qoruyub saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür, baş vermiş yol nəqliyyat hadisələri zamanı onun günahı üzündən nəqliyyat vasitəsinə və zərərçəkmişə dəymiş ziyana görə tam məsuliyyət daşıyır. Sürücü Cavabdeh2 “sürücünün vəzifə təlimatı”nın müddəaları ilə də tanış olaraq imza etmişdir. İnzibati xəta hesab edilən yol-nəqliyyat hadisəsinin sürücü Cavabdeh2 təqsiri üzündən baş verməsi iş üzrə mübəhisələndirilməyən haldır və o, əmək qanunverciliyin tələblərinə əsasən müqavilə əsasında tam maddi məsuliyyəti öhdəsinə götürdüyünə görə işəgötürən barəsində iddianın təmin olunması qanunsuzdur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi hüquq normalarını pozaraq, mübahisəyə tətbiq edilməli olan qanunu tətbiq etmədən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh1n və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X5 və vəkili Dəmirov Müşviq İlham oğlu kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Tətbiq ed ilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutu la bilər.

19. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

20. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

21. Maddə 916.1. Sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsu n. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir.

22. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

23. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi s ığorta ödənişi məbləğində keçir.

24. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisə ləndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəmə si tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

31. Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətinə əsasən “xxxx” MMC-yə məxsus “İveco Urbanway” markalı, ** JX *** nömrəli avtomobil xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 294.842,53 manat dəyərində “xxxx” ASC-də sığortalanmışdır.

32. AC seriyalı, 060455 nömrəli “Nəqliyyat vasitəsinin qeydi yyat şəhadətnaməsinin surətinə əsasən 2012-ci il buraxılışlı “Daewoo BS090” markalı, 90-SE455 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir.

33. AC seriyalı, 490489 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2015-ci il buraxılışlı “İveco Urbanway” markalı, 99-JX270 dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” MMC-nin mülkiyyətindədir. 34. 23.05.2017-ci il tarixli yol vərəqinin surətinə əsasən 90-SE955 dövlət qeydiyyat nişanlı avtobusu idarə etmək üçün Cavabdeh2 yol vərəqəsi verilmişdir. 35. xx.xx.2017-ci il tarixli, ********* saylı yol vərəqinin surətindən görünür ki, **-JX-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə etmək üçün X4 və X2 yol vərəqəsi verilmişdir.

36. Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən xx.xx.2017- ci il tarixində Bakı-Quba yolunun 7-ci km-də "xxxx” MMC-yə məxsus **-JX-*** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtobus fiziki şəxsə məxsus **-SE-*** dövlət qeydiyyat nişanlı “Daewoo BS090” markalı avtobusla toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə “Daewoo BS090” markalı avtobusun sürücüsünün təqsiri üzündən baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar 19 588,67 manat məbləğində zərər aktı tərtib edilmiş və buna uyğun olaraq "xxxx" ASC tərəfindən "İveco Urbanway” markalı 99- JX-270 dövlət qeydiyyat nişanlı avtobusun təmiri üçün sığorta ödənişi həyata keçirilmişdir. "xxxx" MMC-nin fəaliyyəti Bakı şəhərində gündəlik şərnişindaşıma xidməti ilə əlaqədar olduğu üçün, xətlərdə boşdayanmalara yol verəmək məqsədilə avtobuslar təcili və operativ şəkildə təmir olunaraq xəttə buraxılmalıdır. Həmin avtobuslar xarici istehsallı olduğundan, ehtiyat hissələri də xaricdən gətirilir və təmir işləri xüsusi bilik və bacarığa malik olan ustalar tərəfindən həyata keçirilir. Ehtiyat hissələrinin sifariş verilməsi, çatdırılması və təmir işlərinin aparılması çox xərc tələb edildiyindən zərər aktı ilə dəymiş ziyanın miqdarı 19.588,67 manat məbləğində müəyyən edilmişdir. 37. “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixdə “İveco Urbanway” minik markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı verdiyi “Zərər aktı”na əsasən dəymiş ziyanın həcmi 19588.67 manat təşkil edir.

38. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi he sab edilə bilən halın təfərrüatları barədə arayışının surətinə əsasən xx.xx.2017-ci il tarixdə Bakı-Quba yolu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində təqsirli bilinmiş Cavabdeh2 Cavabdeh1 Mirzzə oğluna məxsus “Daewoo BS090” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini yol vərəqəsi ilə idarə etmək hüququ olmuş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “xxxx” MMC-yə məxsus, hadisə zamanı X1 idarə etdiyi “İveco Urbanway” markalı, **-JX-*** nömrəli avtomobilə zərər dəymişdir.

39. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən tərtib olunmuş İXP seriyalı, ******* nömrəli xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında Qərarın surətinə əsasən, Cavabdeh2 yol vəsiqəsi ilə idarə etdiyi “Daewoo BS090” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2017-ci il “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələbini pozmuşdur. Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. 40. “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixli sığorta aktının surətinə əsasən ‘Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” şəhadətnaməsinə əsasında ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtomobil əmlaka vurulan zərərə görə 19.588,67 manat məbləği həddində sığortalanmış, təqdim edilmiş “xxxx” ASC-nin qiymətləndirmə aktına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 19.5 88,67 manat məbləğində ziyan dəymişdir. 41. “xxxx” ASC-nin ödəniş tapşırığının surətinə əsasən “xxxx” ASC tərəfindən xx.xx.2018-ci il tarixdə “xxxx” MMC-yə 20.796,57 manat sığorta ödənişi ödənilmişdir. 42. “xxxx” ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli bildirişə əsasən Cavabdeh1 “xxxx” ASC tərəfindən ödənilmiş 14944.17 manat məbləğində pul vəsaitinin 15 təqvim günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir.

43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 15851 saylı rəyinin nəticə hissəsinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2017ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2015-ci il burax ılışlı “İveco Urbanway” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13.142 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 120 manat təşkil edir.

44. Apellyasiya məhkəməsi kollegiyası işin hallarına və yuxarıda sadalanan maddi hüquq normalarına istinadən qeyd etmişdir ki, Cavabdeh1 mülkiyyətində olan “Daewoo BS090” markalı, ** SE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsinin baş verməsi və bununla da mülki hüquq pozuntusunun (delikt) törədilməsi, nəticədə iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şə xsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının Cavabdeh1 qarşı tələbi əsaslıdır və zərər məbləği bu cavabdehdən tutula bilər.

45. Məhkəmə kollegiyası Cavabdeh1 həmçinin izah etmişdir ki, Cavabdeh1 hazırki iddia tələbi üzrə ondan tutulmuş zərərin əvəzi olan məbləğini digər Cavabdeh2 reqres qaydada tələb etmək hüququna malikdir (§ 24).

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış əmək, tapşırıq və ya tam maddi məsuliyyət haqqında müqavilələr məhz onlar arasındakı hüquq münasibətlərini (vurulmuş zərərin ödənilməsi və s.) tənzimləyən razılaşmalardır. Başqa sözlə, həmin əqdlər müqavilələrin tərəfləri üçün öhdəliklər yaratmaqla, işçinin üçüncü şəxsə vurduğu zərərə görə işəgötürəni mülki məsuliyyətdən azad edə bilməz. Çünki, bu halda işəgötürənin məsuliyyəti Mülki Məcəllənin 1099-cu maddəsindən irəli gəlir (§ 19-20).

47. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5240/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar