Məhkəmə qərarları › İş №2(102)-362/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-362/2024

23.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-362/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: borcun ödənilməsi, müqavilənin əhəmiyyətsiz sayılması şərtləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi barədə ilk və Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizələri üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-819/2023 nömrəli, 13 sentyab r 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında 16 may 2017-ci il tarixdə borc müqaviləsi bağlanmış və Bakı şəhəti 19 saylı notariat kontorunda təsdiqlənərək, 3M-304 reyestr nömrəsi ilə qeydə alınmışdır. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən, İddiaçı Cavabdeh 187.000 (bir yüz səksən yeddi min) manat ekvivalentlə 110.000 (bir yüz on min) ABŞ dolları məbləğdə borc verir. Müqavilənin 2-ci bəndində əksini tapmış şərtə əsasən, borc alan Cavabdeh krediti 16 may 2018-ci il tarixədək borc verən İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür.

2. İddiaçı Bakı şəhəri 19 saylı notariat kontoruna 16 may 2017- ci il tarixdə yazdığı və notariat qaydada təsdiqlənmiş ərizəsində Cavabdeh 1 il müddətinə 110.000 ABŞ dolları məbləğdə borc verdiyini bildirmişdir.

3. Həmçinin Cavabdeh Bakı şəhəri 19 saylı notariat kontoruna 16 may 2017-ci il tarixdə notariat qaydada təsdiqlənmiş aşağıdakı məzmunda ərizə yazmışdır: «Mən yazıb sizə bildirirəm ki, xx.xx.2017-ci il tarixdə Qazaxıstan vətəndaşı İddiaçı 187.000 AZN (yüz həştat yeddi min) ekvivalentlə 110.000 (yüz on min) ABŞ dolları pulu 1 il müddətinə borc olaraq aldım». İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 110.000 ABŞ dolları məbləğdə borcun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdi r.

5. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında biznes əlaqələri olmuş və bu əlaqələrə görə münasibətləri yaranmışdır. Qeyd olunan münasibətə görə də cavabdehə etibarı yaranmışdır. 16 may 2017-ci il tarixdə cavabdeh ondan borca 110000 ABŞ dolları borc istəmiş və o da inandığı üçün həmin məbləği sonuncuya vermişdir. Bununla bağlı 16 may 2017-ci il tarixdə cavabdehlə aralarında borc müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə görə borclu 110000 ABŞ dollarını 16 may 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan borcun verilməsindən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr edərək borcunu qaytarmaqdan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. İddiaçı Cavabdeh da cavabdeh İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdeh İddiaçıla aralarında bağlanmış 16 may 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddianın əsaslarına görə, mübahisənin əsasını təşkil edən 16 may 2017-ci il tarixli kredit müqaviləsi onu aldatmaqla müqavilənin məzmunu gizlədilərək, yəni “müqaviləyə imza etməsən alış-veriş olmaz” deyilərək imzalatdırılmış, borcu olmamasına baxmayaraq “aralarında olan ticarətin qarantiyası” kimi göstərilərək imza etdirilmişdir. Bundan əlavə, müqavilədə göstərilən və iddia ərizəsi üzrə tələb edilən məbləğin ona təqdim edilməsinə dair hər hansı bir sənəd mövcud deyil və ya varsa saxtadır. O, həmin pulu almamışdır. Müqavilə formal olaraq bağlanmış və ona aral arında etibar olsun deyə imzalatmışdır. O, İddiaçıla ticarət əlaqələrinin olmasını inkar etmir. Belə ki, onunla ticarət etdiyi müddətdə aldığı malların və göstərilən xidmətin qarşılığını daim ödəmişdir. Lakin iddiaçının onu aldadaraq imzalatdığı kredit müqaviləsi həqiqəti əks etdirmir. İddiaçı həmin müqaviləni daim ondan alış-veriş etməyi məcburiyyətində buraxmaq üçün ona imzalatmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, o, məhkəmə qaydasında üzərinə həbs qoyulmuş Samux rayonu Sərkər kəndində yerləşən 1 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 1.707,2 kv.m. olan gön-dəri sexinin mülkiyyətçisidir və gön-dəri emalı sahəsində sahibkarlıq fəaliyyəti göstərir. Bu əsasla da onunla eyni sahədə fəaliyyət göstərən İddiaçıla mün asibətləri yaranmışdır. Sonuncunun təsisçisi olduğu “Crown Hides LTD” İtaliya istehsalı olan RİZZİ SR6 3000 mm dəri bölmə makinasını 2017-ci ildə Azərbaycan Respublikasına gətirmişdir. Həmin vaxt “Crown Hides LTD” tərəfindən həmin makina burada istifadə edilə bilmədiyindən və makinanın Qazaxıstan Respublikasına aparılması zərurəti yarandığından o, makinanın özünə satılmasını iddiaçıya təklif etmişdir. Ona makinanın dəyərinin 110.000 ABŞ dolları olduğu bildirilmiş və o, makinaya görə ödəniş edə bilməyəcəyini, lakin bir-iki ay ərzində makinanın dəyərini malla (dəri ilə) ödəyə biləcəyini təklif etmişdir. Bu əsasla aralarında razılaşma olmuş, lakin İddiaçı ilkin olaraq onu tanımadığından aralarında olan sövdələşməni rəsmiyyətə daşımağı təklif etmişdir. Bu minvalla aralarında 16 may 2017-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Reallıqda isə bu müqavilə yalnız görüntü məqsədilə bağlanmış və iddiaçı tərəfindən ona qeyd olunan pul vəsaiti verilməmişdir. Bir neçə ay sonra o, makinanın pulunu malla (dəri ilə) ödəmişdir. Qeyd olunan xüsusatlar Bakı şəhəri Qaradağ RPİ-nin 08 dekabr 2017-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında əks olunmuşdur. Hazırkı mübahisənin yaranmasına səbəb əslində iddiaçı deyil, iddiaçının Azərbaycan Respublikasındakı nümayəndəsi Ablikim Mirsalehdir. Belə ki, mülkiyyətində olan daşınmaz əmlak obyekti tərəfindən 01 sentyabr 2019-cu il tarixli icarə müqaviləsi ilə X4 icarəyə verilmiş, sonuncu isə həmin obyekti subicarə hüququ üzrə 19 sentyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən Ablikim Mirsalehin təsisçisi və rəhbəri o lduğu “Akyol İnternational" MMC-yə icarəyə vermişdir. Bir müddət sonra H.Hüseynovla A.Mirsaleh arasında mübahisə yaranmış, H.Hüseynov "xxxx" MMC-yə qarşı 19 sentyabr 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, obyektin boşaldılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra X8 Hüseynovun iddia qaldırmasında onu günahkar bilmiş, H.Hüseyn və ona qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, obyektin aylıq icarə haqqını ödəməməyə başlamışdır. Qeyd olunan məhkəmə mübahisəsi 11 aya yaxındır ki, davam edir və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(003)-2430/2020 saylı, 20 noyabr 2020-ci il tarixli 2(003)-2430/2020 saylı və 12 mart 2021-ci il tarixli 2(003)-175/2021 saylı və 19 may 2021-ci il tarixli 2(003)- 2430/2020 saylı qərardadları ilə “Akyol İnternational" MMC-yə məxsus ümumilikdə 234.200 manat dəyərində əmlaklarının üzərinə həbs qoyulmuşdur. Qeyd olunan məsələlərə görə Ablikim Mirsaleh onu günahkar bildiyindən, onun sahibkarlıq fəaliyyətinə mane olmaq, ona ziyan vurmaq və nəhayət ona təsir göstərmək niyyəti ilə əslində əhəmiyyətsiz olan bir əqd üzrə ona qarşı iddia qaldırılmasına və əmlakının üzərinə həbs qoyulmasına nail olmuşdur.

8. Şəki Rayon Məhkəməsinin 2(075)-1066/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim P.Hacıyev) ilk iddia təmin edilmiş, Cavabdeh 110.000 ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) borc və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçının özünə aid edilməsi qət edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı kredit müqaviləsi üzrə 110000 ABŞ dolları pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

10. Məhkəmə cavabdehin məhkəmə iclasında verdiyi izahatına münasibət bildirərək hesab etmişdir ki, cavabdeh tərəf öz izahaında iddiaçıdan 110000 ABŞ dolları məbləğində makina aldığını, makinanın pulunu malla (dəri ilə) ödədiyini, müqavilənin formal bağlandığını, müqavilə bağlamağa məcbur edildiyini bildirsə də, cavabdeh tərəfind ən iddiaçıya ödəniş müqabilində hər hansı mal verməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş, bu hallar məhkəmə iclasında təsdiq edilməmişdir.

11. Məhkəmə hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 may 2017-ci il tarixli kredit müqaviləsi tərəflərin sərbəst iradə ifadəsini ifadə etmiş, müqavilə bağlanarkən onun etibarsızlığa səbəb ola biləcək hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, Cavabdeh həmin müqaviləni görüntü xatirinə bağladığını, ona heç bir məbləğdə pul verilmədiyini bildirsə də, məhkəmə tərəfindən müqavilənin rəsmiləşdirildiyi Bakı şəhəri 19 saylı notariat kontoruna sorğu verilmiş, cavabdehin öz xətti ilə pulu aldığını göstərdiyi ərizə notariat işində aşkar edilmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan R espublikası Konstitusiyasının 19-cu maddəsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 324.1-ci, 324.2-ci, 324.4-cü, 334.1-ci, 337.2-ci, 339.1-ci, 339.2-ci, 339.4-ci, maddələrinə istinad etmişdir b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-224/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hak imlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 may 2017-ci il tarixli kredit müqaviləsinin əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf qeyd edilən məbləğdə pulun cavabdehə verildiyini bildirsə də, buna dair hər hansı bir sübut növü təqdim etməmişdir.

16. Kollegiya bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın 160-1-ci hissəsinin ikinci abzasında qeyd olunur ki, daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Halbuki, tərəflər borc müqaviləsi bağlanarkən “Notariat hərəkətlərinin aparılması barədə” təlimata əməl etməmişdir. Bütövlükdə iş materialları araşdırılarkən müəyyən edilir ki, tərəflər arasında hər hansı bir borc müqaviləsi bağlanmamışdır. Yəni, iddiaçı cavabdehə makinanın dəyərinin 110000 ABŞ dolları olduğunu bildirmiş və o, makinaya görə ödəniş edə bilməyəcəyini, lakin bir -iki ay ərzində makinanın dəyərini malla (dəri ilə) ödəyə biləcəyini təklif etmişdir. Bu əsasla aralarında razılaşma olmuş, lakin İddiaçı ilkin olaraq onu tanımadığından aralarında olan sövdələşməni rəsmiyyətə daşımağı təklif etmişdir. Bu minvalla aralarında 16 may 2017-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Reallıqda isə bu müqavilə yalnız görüntü məqsədilə bağlanmış və iddiaçı tərəfindən cavabdehə qeyd olunan pul vəsaiti verilməmişdir. Eyni zamanda iddiaçı tərəf borc məbləği ilə makinanın eyni məbləğdə olmasını, yəni makinanın dəyəri ilə borc məbləğinin dəyərinin eyni məbləğdə olması və qeyd edilən borcun həmin makinanın dəyəri olması barədə suallara aydınlıq gətirə bilməmiş, bunun bir təsadüf olduğunu qeyd etmişdir. Kollegiya isə iddiaçı tərəfin bu izahatı ilə razılaşmayaraq, 11000 0 (bir yüz on min) ABŞ dolları məbləğin, cabadeh tərəfindən nisyə alınmış makinanın dəyəri kimi qəbul etmişdir.

17. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarlar öyrənilərkən müəyyən edilmişdir ki, əsas mərkəzi X5 şəhərində fəaliyyət göstərən “Crown Hides” LTD şirkəti əsas fəaliyyəti heyvan dərisinin idxalından və istehsalından ibarət olmuşdur. Həmin şirkət Azərbaycan Respublikasında fəaliyyət göstərən bir neçə şirkətdən, o cümlədən Qoşabulaq-A MMC-dən dəri məhsulları alınaraq “Crown Hides” LTD şirkətinin müxtəlif xarici olkələrdə fəaliyyət göstərən fabriklərinə göndərilmişdir. Cavabdeh 2013-cü ildən etibarən Samux rayonunun Sərkər kəndində dəri istehsal edən fabrik tikmişdir. Hazırda həmin fabrik "Kolizey park MMC”-nin payçısı kimi hüquqi şəxs qismində istehsal və ixracatla məşğuldur. O, 2017-ci ilin əvvəllərində istehsal etdiyi malları xaricə satmaq üçün müştəri axtarmışdır. X1 Azərbaycan Respublikasında sürücülüklərini etdiyi hazır dəri məhsulu alan avropalı “CROWN HİDES LTD” şirkətinin sahibi ilə onu görüşdürməyini xahiş etmişdir. 2017-ci ilin təxminən mart ayının ortalarında Hüseyn ona zəng vurmuş və dəri alan şirkətin ortağı olan Qazaxıstan Respublikasının vətəndaşı olan İddiaçılə onu Gəncə şəhərində görüşdürmüşdür. İddiaçı onun fabrikinə gəlmiş və malları onun xoşuna gəlmiş və ondan mal almaq istədiyini bildirmişdir. Söhbət əsnasında istehsala yenilik olan RİZZİ 3000 mm markalı dəri yarma makinası olduğunu demişdir. Həmin makinanı almaq istədiyini bildirmiş və nağd pulunun olmadığını, lakin makinanı almaq istədiyini demişdir. Makinanın 110.000 ABŞ doll arına satıldığını bilmişdir. Həmin şəxslə ticarət əlaqəsi olmadığından ilkin olaraq inanmadığını bildirmiş və rəsmi sənəd tələb etmişdir. O, fabrikin sənədlərini ona təqdim etmiş və mülkün sahibi olduğunu ona izah elmişdir. Həmin şəxslə ondan 110.000 ABŞ dolları borc almaq barədə aralarında 16 may 2017-ci il tarixdə Bakı şəhərində 19 saylı notariat kontorunda müqavilə bağlamışlar. Bundan sonra təxminən 2017-ci ilin may ayının sonlarında İbrahimin göstərişi ilə o, istehsal etdiyi aşılanmış və xromlanmış 110.000 ABŞ dolları dəyərində dəri məhsullarını İbragimin ortağı olduğu "CROWN HİDES” LTD-nin Hindistanda yerləşən şirkətinə göndərmişdir. Təxminən 2017-ci ilin iyun ayının sonlarında bu proses başa çatmışdır. Beləliklə də “Crown Hides” LTD şirkətindən RİZZİ SR6 3000 mm dəri bölmə makinasını n borcunun malı ilə ödəmişdir.”

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 739.1, 740, 324, 389.1, 337-ci maddələrinə, Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 160-1-ci bəndinin ikinci abzasına istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya məhkəməsi Mülki Məcəllənin 340.2-ci maddəsinin ikinci cümləsini, yəni yalan əqdə onun mah iyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsi barədə müddəanı nəzərə almamış və bu baxımdan işin faktiki hallarını dəyərləndirməmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İşdən görünür ki, mübahisələn dirilən borc müqaviləsi üzrə əqd tərəflər arasında 16 may 2017-ci il tarixdə bağlanmış, müqavilənin bağlanmasından 3 il keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmamış, iddiaçı borc tələbinə dair məhkəmədə iddia qaldırmış, bundan sonra cavabdeh əqdin etibarsızlığını mübahisələndirmişdir. Tərəflər arasında bağlanmış borc müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq, hər iki tərəfin öz razılığı və iradələrinə uyğun bağlanmışdır və notariat orqanı tərəfindən tərəflərin iradə ifadəsi təsdiq edilmişdir. Müqavilə bağlanan vaxtdan da 3 il keçməsinə baxmayaraq Cavabdeh müqaviləyə qarşı heç bir etirazını bildirməmiş, yalnız ona qarşı iddia qaldırıldıqdan sonra əqdi mübahisələndirmişdir. Qətnamədə qeyd edilən “Crown Hides” LTD şirkətinə məxsus Rizzi SR6 3000 mm dəri bölmə makinası hazırd a Samux rayon Sərkar kəndində fəaliyyət göstərən AKYOL İNTERNATİONAL MMC-nin mülkiyyətindədir. Əgər qeyd olunan makina həqiqətən Cavabdeh satılsa idi, hazırda onun mülkiyyətində və sahibliyində olardı. Rizzi SR6 3000 mm dəri bölmə makinasının Cavabdeh satılması ilə bağlı tərəflər arasında heç bir razılaşma yoxdur. Əgər belə bir razılaşma olsaydı tərəflər arasında makinanın satılması ilə bağlı alğı-satqı müqaviləsi bağlanardı.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1739/2023 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-224/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

22. Məhkəmə kollegiyası he sab edib ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan və qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin əhəmiyyətsiz əqd olmaqla əhəmiyyətini itirdiyi qeyd edilsə də, əhəmiyyətsizliyin Mülki Məcəllə ilə tənzimlənən konkret qanuni əsasları göstərilməmiş, əqdlərin etibarsızlığının həmin Məcəllənin 337-ci maddəsində təsbit olunan ümumi şərtlərinə istinad edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi, həmçinin, qətnamədə Cavabdeh qarşılıqlı iddiasının əsasları ilə razılaşaraq, müqavilənin yalnız görüntü məqsədilə bağlandığını bildirdiyi halda da əqdin uydurma əqd olub-olmamasına müvafiq hüquqi qiy mət verməmişdir.

24. Eyni qaydada, qətnamənin açar sözlər hissəsində yalan əqd qeydini edən apellyasiya instansiyası məhkəməsi özünün yekun məhkəmə aktının əsaslandırıcı hissəsində xx.xx.2017-ci il tarixli müqavilənin yalan əqd kimi qəbul edib-etmədiyini də açıqlamamışdır. Məhkəmə “tərəflərin bağlamış olduğu müqavilə borc müqaviləsi deyil, cavabdehin “Crown Hides” LTD şirkətindən RİZZİ SR6 3000 mm dəri bölmə makinasının alınması ilə bağlı yaranmış olduğu borcunun təminatı üçün bağlanmışdır” qənaətinə gəlməklə dolayısıyla xx.xx.2017-ci il tarixli müqavilənin yalan əqd olması ilə razılaşmışdır. Yalan əqdə də onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edildiyi üçün, apellyasiya instansiyası məhkəməsi tərəflər ara sında əslində bağlandığını hesab etdiyi borcun təminatı müqaviləsinin hüquqi təbiətini təhlil etməli və qiymət verməli idi. Bu mənada, məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya məhkəməsinin Mülki Məcəllənin 340.2-ci maddəsinin ikinci cümləsinin işin faktiki halları baxımından dəyərləndirməməsi barədə dəlili ilə razılaşmışdır.

25. Kollegiya qeyd etmişdir ki, kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddiaya münasibətdə Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş bir illik müddəti müzakirə etməməsinin qanunsuz olmasına dair dəlili də əsaslıdır.

26. Kollegiya daha sonra bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinə “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 160 -1-ci bəndinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 261 nömrəli Qərarı ilə əlavə edilən ikinci abzasını mübahisəyə tətbiq etməklə də maddi hüquq normalarını pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi sübutetmə kimi mülki prosesin xüsusi əhəmiyyətə malik institutunun tətbiqi məsələsində də səhvə yol verərək, Cavabdeh RİZZİ SR6 3000 mm dəri bölmə makinasının borcunu malı ilə ödəməsi ilə bağlı nəticəyə gələrkən də heç bir mötəbər sübuta istinad etməmiş, yalnız cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarlarda əks olunan ziddiyyətli izahat və ifadələri əsas götürmüşdür.

27. Bundan başqa kollegiya qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh İddiaçı 187.000 manat ekvivalentlə 110.000 ABŞ dolları pulu alması barədə notariusda 16 may 2017-ci il tarixdə şəxsən yazdığı ərizənin həqiqəti əks etdirmədiyini mötəbər sübutlarla təkzib etmədən mübahisəli məbləğdə pulun ona verilmədiyi qənaətinə gələrkən də bu Qərarın 34-cü bəndində qeyd edilən səhvi təkrarlamışdır. Halbuki, işin elə apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə, Cavabdeh dəyəri 110.000 ABŞ dolları olan makinaya görə ödəniş edə bilməyəcəyini İddiaçı bildirmiş, lakin bir-iki ay ərzində makinanın dəyərini malla (dəri ilə) ödəyə biləcəyini təklif etmiş, bu əsasla aralarında razılaşma olmuş, RİZZİ 3000 mm markalı dəri yarma makinası 2017-ci ilin may ayında cavabdehə təhvil verilmişdir. İddiaçı RİZZİ SR6 3000 mm dəri bölmə makinasının hazırda Cavabdeh olmadığını irəli sürür və bu faktın həqiqətdə necə olması da mü əyyən edilməmişdir.

28. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, Mülki Məcəllənin 337, 339, 340, 354, 385, 386, 425, 443, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 160-1-ci bəndin ikinci abzasına istinad etmişdir. e) Apellyasisya instansiyası məhkəməsində ikinci icraat

29. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər- A.Eyvazov (sədrlik edən və məruzəçi), X.Səmədov və E.Hüseynov) 2(107)-819/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə аpellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən sаxlаnılmışdır.

30. Məhkəmə hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 may 2017-ci il tarixli, 3M-304 reyestr nömrəli kredit müqaviləsi tərəflərin sərbəst iradəsini ifadə etmiş, müqavilə bağlanarkən onun etibarsızlığa səbəb ola biləcək hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa Cavabdeh həmin müqaviləni görüntü xatirinə bağladığını, ona heç bir məbləğdə pul verilmədiyini bildirsə də, məhkəmə tərəfindən müqavilənin rəsmiləşdirildiyi Bakı şəhəri 19 saylı notariat kontoruna sorğu verilmiş, cavabdehin öz xətti ilə pulu aldığını göstərdiyi ərizə notariat işində aşkar edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş edmişdir.

32. Kassator şikayətini belə əsaslandırmışdır ki, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda iddiaçının Azərbaycan Respublikasındakı nümayəndəsi Ablikim Mirsaleh qeyd edir ki, RİZZİSR6 3000 mm dəri bölmə makinası Cavabdeh verilmiş və makinanın d əyəri Cavabdeh tərəfindən malla barter edilmişdir. **********5848 və **********8405 sorğu nömrəli gömrük bəyannamələrindən görünür ki, Cavabdeh təsisçisi və rəhbəri olduğu "xxxx" MMC tərəfindən “Crown Hides LTD” tapşırığı ilə AERO CLUB şirkətinə 114000 ABŞ dolları dəyərində mallar göndərilmişdir. Eyni zamanda iş materiallarından məlum olur ki, İddiaçı “Crown Hides LTD”-nin əməkdaşıdır və şirkətə məxsus RİZZİSR6 3000 mm dəri bölmə makina Cavabdeh 110000 ABŞ dollarlıq müqavilə ilə satılmışdır. Makinanın pulunun malla barter edilməsi tərəflər arasında razılaşdırılmış və Cavabdeh İddiaçı ona inanması üçün onunla borc müqaviləsi bağlamasına razılıq vermişdir. Hansı ki, həmin müqavilə üzrə borc verilmiş pul vəsaiti notariusun depozit hesabı vasitəsilə ödənilməmişdir. Sadalanan hallardan da məlum olduğu kimi, tərəflər arasında borc münasibətləri mövcud olmamış, Cavabdeh müqavilə üzrə göstərilən məbləği borc olaraq almamış, bu müqavilə Cavabdeh satılmış RİZZİ SR6 3000 mm dəri bölmə makinanın alqı-satqısı ilə bağlı münasibətləri pərdələmək məqsədilə bağlanmışdır. Məhkəmə əqdin əhəmiyyətsizliyi ilə bağlı xüsusatları, həmin əqdin mübahisələndirilib mübahisələndirilməməsindən asılı olmayaraq münasibət bildirməli idi. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və ifadəetmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu e tdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə bu əqd kimi həyata keçirilən hərəkətlə əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Hazırkı mübahisə üzrə tərəflər arasında borc müqaviləsi bağlanarkən əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt pozulmuşdur. Belə ki, cavabdeh sadəcə RİZZİSR6 3000 mm dəri bölmə makinasının dəyərini ödəmək üçün müqavilə imzalamışdır. Bu, real borc m üqaviləsi olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

34. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....

35. Maddə

324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli ira də ifadəsidir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir

36. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur.

37. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

38. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağ lı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır

39. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

40. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

41. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

42. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

43. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

44. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

45. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməy i öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

46. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəl lənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

53. Kassasiya baxışının hədləri

54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırki kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirildiyin dən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Belə ki, işin mübahisəsiz hallarına görə, borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında 16 may 2017-ci il tarixdə borc müqaviləsi bağlanmış, müqavilə notariat qaydada təsdiqlənmişdir. Bu müqavilə üzrə cavabdehin borc məbləğini İdd iaçı qaytarması müəyyən edilməyib.

58. Kassatorun etiraz dəlillərindən biri ondan ibarətdir ki, borc müqaviləsi real müqavilə deyildir və bu müqavilədə nəzərdə tutulmuş pul ona verilmədiyinə görə borcun qaytarılması barədə tələb rədd olunmalıdır.

59. Məhkəmə kollegiyası kassatorun bu dəlili ilə bağlı qeyd edir ki, borc müqaviləsinə verilən leqal anlayışa əsasən, borc müqaviləsinə görə borcverən pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borcalana verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkl ində borcverənə qaytarmağı öhdəsinə götürür.

60. Bu baxımdan nəzərə alınmalıdır ki, borc müqaviləsinin mövcudluğu borcun faktiki olaraq verildiyini təsdiq etmir. Çünki bo rc müqaviləsi konsensual müqavilədir. Bu müqavilə üçün xarakterik hal kreditorun borc vermə öhdəliyinin olmasıdır. Borcalanın borcu qaytarmaq öhdəliyi yalnız pulun ona verilməsindən sonra yaranır.

61. Baxılan işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər kredit müqaviləsi bağlamaqla yanaşı, hər biri notariat qaydada təsdiqlənmiş ərizələr yazaraq, borcverən pulu verdiyini, borcalan isə 110000 ABŞ dolları məbləğdə borcu aldığını bildirmişdir (bu qərarın 2-ci və 3-cü paraqrafları). Buna görə də məhkəmə kollegiyası borcun real olaraq ona verilmədiyi barədə cavabdehin dəlilini əsassız sayır.

62. Bundan başqa, İddiaçı təsisçisi olduğu “Crown Hides LTD”-nin gətirdiyi dəri bölmə makinasının nisyə alğı-satqısı ilə bağlı sövdələşməni rəsmiyyətə daşımaq (başqa əqdi pərdələmək) məqsədi ilə bor c müqaviləsinin bağlandığı barədə və buna görə də Mülki Məcəllənin 340.2-ci maddəsinə istinadla kassatorun dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər qətnamənin ləğvinə əsas vermir.

63. Belə ki, əvvəla cavabdehin bu dəlilini iddiaçı qəbul etmir. Cavabdeh bu dəlilinin sübutu kimi cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qaradağ rayon Polis İdarəsinin müstəntiqinin xx.xx.2017-ci il tarixli qərarına, daha doğrusu həmin cinayət işi üzrə X2 verdiyi ifadəsinə istinad edərək bildirir ki, Ablikim Mirsalih izahatında dəri bölmə makinasının cavabdehə malla barter edildiyini göstərmişdir və bu izahat müqavilənin görünüş üçün bağlandığını təsdiq edir.

64. X7 ifadədəsində borc müqaviləsinin dəri bölmə dəzgahının nisyə-alğı satqısını pərdələmək üçün bağlanmasını təsdiq edən hər hansı məlumat əksini tapmayıb.

65. Bundan başqa, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 202 1-ci il 17 sentyabr tarixli Qərarlar).

66. Nəzərə alınmalıdır ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

67. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Bu zaman müqavilə tərəflərinin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaratmaq üçün birgə hərəkət etmələri zəruridir.

68. Lakin iddiaçı, mübahisələndirilən müqavilə üzrə razılaşman ın müqavilədə əks etdirdikləri iradə ifadəsinin arzuladıqları hüquqi nəticəyə uyğun olmamasını, görünüş üçün bağlandığnı, üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaratmaq üçün birgə hərəkət etmələrini, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmadığını bildirməyib. Bu hal cavabdeh tərəfindən də sübut olunmayıb.

69. Qeyd olunmalıdır ki, dəri bölmə makinasının satılması barədə sövdələşmə, özlüyündə mübahisələndirilən müqavilənin etibarsız sayılması üçün əsas vermir. Makinanın nisyə alğı-satqısı barədə yazılı müqavilənin bağlanması üçün hər hansı qadağan və ya maneə olduğu müəyyən olunmur. Həmçinin makinanın alğı-satqısını pərdələmək üçün başqa səbəblər gətirilmir, buna görə də alğı-satqı müqaviləsinin hansı səbəbdən pərdələmək lazım olduğu da an laşılan deyildir.

70. İradə insanın hərəkətlərinin əsasını təşkil edir və bu iradəyə uyğun hərəkət etmə səlahiyyəti onun azadlığında əksini tapır. İnsanların iradə azadlığı mülki dövriyyədə müqavilə azadlığı kimi çıxış edir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

71. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bil ərlər.

72. Yəni hər bir şəxsin mülki hüquq münasibətlərini arzu etdiyi kimi qurmaq və öz davranışlarının sərhədlərini də özünün istəyinə uyğun müəyyən etmək azadlığı vardır. Lakin bütün azadlıqlar kimi müqavilə azadlığı da mütləq deyil. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir (Mülki Məcəllənin 390.2-ci maddəsi).

73. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Başqa sözlə, görünüşdə arzu edilən hüquqi nəticəni əmələ gətirən iradə ifadəsi əqd sayılır. Əqdin təməlini şəxsin nail olmaq istədiyi məqsədə yönələn iradə ifadəsi təşkil edir. İ radə ifadəsinin qarşılıqlı şəkildə mövcudluğunu tələb edən konstruksiya müqavilə adlanır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Yəni müqavilə, təkcə iradə ifadəsinin mövcudluğunda deyil, həm də qarşlıqlı bəyan edilən iradənin əks tərəflə razılaşdırılması halında yaranır. Müqavilə tərəflərin hüquq və vəzifələr müəyyən etmək, dəyişmək və ya xitam vermək barədə tərəflərin qarşılıqlı olaraq razılığa gəldikləri şərtlərin toplusudur. Yazılı müqavilə isə, həmin şərtlərin (tərəflərin arzu etdikləri nəticəyə yönəlik iradə ifadəsini əks etdirən) kağız daşıyıcısıdır.

74. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan razılaşma olmasına baxmayaraq, onun şərtləri ilə bağlı mübahisə yarana bilər. Bu zaman şifahi formada bağlanmış müqavilələrdən fərqli olaraq, yazılı formada bağlanmış, xüsusilə notariat qaydada təsdiqlənmiş müqavilələrdə əksini tapmış şərtlərin üstünlüyü qəbul olunur. Başqa sözlə, tərəflər arasında münasibətlərin tənzimlənməsində yazılı müqavilədə əksini tapmış şərtlərə etimad prinsipi gözlənilir. Etimad prinsipi birbaşa hüquqi müəyyənlik və son nəticədə ədalətlilik prinsipindən irəli gələn hüquqi zərurətdən yaranmışdır. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəb ul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma və ya başqa motivlər nəticəsində bağlandığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Cavabdeh isə mübahisələndirilən yazılı müqavilənin şərtlərinə etimadı şübhə altına almağa imkan verən, mübahuisələndirilən müqavilənin başqa əqdi pərdələmək üçün bağlanması barədə nəticəyə gəlməyə əsas verən əsaslı sübutlar təqdim etməmişdir.

75. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əs asən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

76. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər əsas etibarilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

77. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-819/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar