Məhkəmə qərarları › İş №2(102)-3624/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3624/2020

01.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3624/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi - hakim), Vəliyeva Elşanə Rafiq qızı və X3 ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “xxxxxxxxxxxxxx” ASC və Cavabdeh1 qarşı “hərracın nəticə lərinin qismən etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-635/2020 nömrəli qətnaməsindən İddiaçı1, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Samaxı “Şərab-1 ASC-nin” və Cavabdeh1 oğlunun kassasiya şikayətləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “xxxxxxxxxxxxxx” ASC, Cavabdeh1qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqlə şdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, İddiaçı5-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi, hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqısı barədə xx xxxxxxxx 2013-cü il tarixli 4542 nömrəli müqavilənin və xx xxxxxxxx 2013-cü il tarixli hərrac protokolunun qismən, yəni torpaq sahəsinin 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6236/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı5-nin əmlakının özəlləşdirilməsi qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilmiş, hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqısı barədə xx xxxxxxxx 2013-cü il tarixli 4542 nömrəli müqavi lənin və xx xxxxxxxx 2013-cü il tarixli hərrac protokolu № 01-in qismən, yəni torpaq sahəsinin iddiaçının istifadəsində olan 1,23 ha hissəsinin etibarsız hesab edilməsi qət edilmişdir. (hakim Abbas Əliyev) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-833/2017 saylı, xx xxxxxxx 2017-cu iltarixli qətnaməsi ilə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “xxxxxxxxxxxxxx” ASC, Cavabdeh1 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin apellyasiya şikayətləri təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)6236/2016 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov, Xumar Mərdanova) Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1631/2018 saylı, xx xxxx 2018ci iltarixli qəra rı ilə İddiaçı5-nin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5848/2017 saylı, xx xxxx 2018-ci iltarixli qətnaməsi ilə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “xxxxxxxxxxxxxx” ASC, Cavabdeh1 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı1 iddiası təmin edilməmiş, iş üzrə ekspertiza xərclərinin İddiaçı1 tutulması qət edilmişdi r. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi) Rəfail Eyvazov, İsmayıl Vəliyev) Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7686/2018 saylı, xx xxxxxx 2018-ci iltarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3626/2019 saylı, xx xxxxx 2019-cu iltarixli qətnaməsi ilə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “xxxxxxxxxxxxxx” ASC, Cavabdeh1 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxa rılmış və İddiaçı1 iddiası təmin edilməmiş, iş üzrə ekspertiza xərclərinin İddiaçı1 tutulması qət edilmişdir. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi) Abiddin Hüseynov, Azad İmanov) Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5986/2019 saylı, xx xxxxxxx 2019-cu iltarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-635/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, habelə üçüncü şəxslər “xxxxxxxxxxxxxx” ASC və Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Ray on Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi qismən, yəni İddiaçı5-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi tələbinin təmin olunmasına dair hissədə ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı1 iddia tələbi “xxxxxxxxxxxxx” ASC-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi hissəsində təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş tərəflərin (proses iştirakçılarının) özlərinə aid olunması, apellyasiya instansiyası məhkəmə tərəfindən keçirilmiş məhkəmə ekspertizasının xərcinin əvəzi olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövl ət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzindən və Cavabdeh1 müştərək qaydada 50 (əlli) manat və İddiaçı1 50 (əlli) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22); “xxxxxxxxxxxxxx” ASC-dən 125 (bir yüz iyirmi beş) manat və İddiaçı1 125 (bir yüz iyirmi beş) manat məbləğində pulun tutularaq “X14” MMC-nin hesabına (VÖEN: **********, hesab №: AZ30GUNA********************, Bank: “xxxxxxxxx” ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********000004794, KOD: 505594, SWİFT: GUNAAZ22); “xxxxxxxxxxxxxx” ASC-dən 75 (yetmiş beş) mana t və İddiaçı1 75 (yetmiş beş) manat məbləğində pulun tutularaq “xxxxxxx” MMC-nin hesabına (H/h № AZ34AZEG********************, VÖEN: **********, Benefisiar bank: “xxxxxx” ASC, kodu: 505817, SWİFT BİK: AZEGAZ22) köçürülməsi qət edilmişdir.(hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi) Şeyda Məhərrəmova, İlham Kərimli) İddiaçı1 və vəkili X1 şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv, iddia tələbinin thəmin hissədə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin vəkili X7, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxxxxxxxxxxxx ASC”, Cavabdeh1 oğlu və onların vəkili X5, kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı1 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi soyuducu anbara dair onun adına verilmiş xx xxxxxx 2001-ci il tarixli, 106 saylı Qeydiyyat vəsiqəsinin Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxx 2017-ci il il tarixli qətnaməsi ilə etibarsız hesab olunmasına istinad etmişdir. Qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi onun əmlak üzərində hüququnun olmaması demək deyil. Çünki həmin əmlakın ona verilməsin ə dair X15 Komissiyasının xx xxxxxx 2001-ci il tarixli, 39 saylı qərarı var, həmin qərar qüvvədədir. Həmin qərarın etibarsız hesab edilməsinə dair “xxxxxxxxxxxxxx ASC”-nin iddiası məhkəmə qərarları ilə mümkün sayılmamışdır. Məhkəmə qərarlarında soyuducu anbarın “xxxxxxxxxxxxxx ASC”nin özəlləşdirmə planında qeyd edilməməsinə əsasən X15 Komissiyasının xx xxxxxx 2001-ci il tarixli, 39 saylı qərarını mübahisələndirmək üçün “xxxxxxxxxxxxxx” ASC-nin subyektiv hüququnun olmaması qeyd edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. Belə ki,iddiaçı iddia etdiyi üzüm saxlama soyuducu anbar binasının “xx xxxxxxxxxxxx” ASC-nin çıxarışında qeyd edilən 13,6426 ha torpaq sahəsində yerləşdiyini sübut etməli, sübut edə bilmədiyi halda, iddia rədd edilməli idi. Apelyasiya məhkəməsi iddiaçının qeyd etdiyi 1,23 ha torpağın “xxxxxxxxxxxxxx ASC”-nin çıxarışında qeyd edilən 13,6426 ha torpaq sahəsində yerləşib-yerləşməməsinin müəyyən edilmədiyini göstərsə də, iddianı həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxxxxxxxxxxxx” ASC, Cavabdeh1 oğlunun kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmiş, iddiaçının subyektiv hüquq olmamışdır. Belə ki, hazırki iddia tələbinin əsasını iddiaçının adına verilmiş qeydiyyat vəsiqəsi təşkil e dirdi. Həmin qeydiyyat vəsiqəsi artıq ləğv edilib Məhkəmə kollegiyasının iclasında İddiaçı1 vəkili və nümayəndəsi X6 təmsil ediyi şəxsin kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, digər kassasiya şikayətlərinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də digər kassatorlarn nümayəndələri və vəkilləri məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxxx” ASC-nin icraçı direktoru məhkəməyə teleqram vuraraq pandemiya ilə bağlı onun və digər kassator Cavabdeh1 vəkilinin məhkəmə prosesində iştirak edə bilməməsi, bu səbəbdən məhkəmə prosesinin başqa vaxta təxirə sal ınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası üçüncü şəxs “xxxxxxxxxxxxxx” ASC-nin icraçı direktorunun vəkilin məhkəmə iclasında iştirak etməməsi ilə bağlı teleqramda göstərdiyi səbəbi üzrlü hal hesab etməyərək, Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən digər kassatorların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının vəkilini və nümayəndəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləritəmin edilməməli, apelyasiya instansiya sı məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbi İddiaçı5-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi, hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqısı barədə xx xxxxxxxx 2013-cü il tarixli 4542 nömrəli müqavilənin və xx xxxxxxxx 2013-cü il tarixli hərrac protokolunun qismən, yəni torpaq sahəsinin 1,23 ha hissəsində etibarsız hesab edilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi vaxtilə Sabir adına Müəssisənin balansında olan “Soyuducu anbar” adlandırılan əmlakın Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən onun adına 106 nömrəli xx xxxxxx 2001-ci tarixli, 01 nömrəli reyestr kitabında 106 reyestr nömrəsi ilə qeydə alınmaqla 143 inventar nömrəli Qeydiyyat vəsiqə si əsasında ona məxsus olmasına, 1,23 ha torpaq sahəsinin isə Şamaxı şəhəri, M.Ə.X10 ilə bağladığı 03 nömrəli xx xxxxxx 2002-ci il tarixli müqavilə ilə əsasında icarə hüquq ilə onun istifadəsində olmasına istinad etmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına, o cümlədən ekspert rəyinə istinadən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2017-ci il tarixli qətnaməsi ilə Şamaxı Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx xxxxxx 2001ci il tarixdə Şamaxı-Bakı yolunun sağ kənarında M.Ə.Sabir adına qəsəbənin ərazisində yerləşən inventar nömrəsi 143, 106 reyestr nömrəsi ilə İddiaçı1 adına qeydə alınmış qeyriyaşayış sahəsinin qeydiyyatının ləğv edilməsi və xx xxxxxx 2001-ci il tarix li, 106 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, həmin qətnamənin qanuni qüvvəyə minməsini, bununla da iddiaçının soyuduğu anbarın mülkiyyətində olması barədə əsasın aradan qalxmasını, eləcə də Azərbaycan Respublikasında aparılan torpaq islahatları ilə əlaqədar Sabir adına təsərrüfat subyektində və Sabir bələdiyyəsi üçün hazırlanmış yerquluşu layihəsində 1 və 12-ci konturda əmlak payı kimi özəlləşdirilmiş ictimai tikintidə yerləşən 1,23 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilməsini, həmin torpaq sahəsinin icarə hüquqları ilə Şamaxı şəhər M.Ə.X10 ilə İddiaçı1 arasında bağlanmış 03 nömrəli x xxxxxx 2002-ci il tarixli müqaviləyə əsasən sonuncuya məxus olmasını, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, “xxxxxxxxxxxxx” ASC-n in və Cavabdeh1 İddiaçı1 icarəsində olan 1,23 ha torpaq sahəsinin İddiaçı5-nin “Özəlləşdirmə Planına (emissiya prospekti) daxil olması ilə bağlı dəlillərinin məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamasını müəyyən edərək, birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı5-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi” hissəsində ləğv, həmin hissədə iddianı rədd etmiş, “hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqısı barədə xx xxxxxxxx 2013-cü il tarixli 4542 nömrəli müqavilənin və xx xxxxxxxx 2013-cü il tarixli hərrac protokolunun qismən, yəni torpaq sahəsinin 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi” hissəsində isə dəyidirmədən saxlamış, gəldiii nəticəni də Mülki Prosessual Məcəllənin 82.3-cü, Mülki Məcəllənin 415.2, 416 -cı, Torpaq Məcəlləsinin 56, 109-cu, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2 və 12-ci bəndləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayəti qətnamənin iddianın təmin edilməyən, cavabdehin və üçüncü şəxslərin kassasiya şikayəti isə iddianın təmin edilən hissəsindən olduğu üçün qətnamə də həmin hissələrdə yoxlanır. Məhkəmə kollegiyası kassasiya şikayətlərini şikayətlərin həddində yoxlayaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İddiaçının şikayəti iddianın təm in olunmayan, yəni iddianın İddiaçı5-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu binaya” münasibətdə ləğv edilməsi “tələbinin təmin olunmayan hissəsindəndir. İddiaçı5-nin əmlakının özəlləşdirilməsinin qismən, yəni “Soyuducu bina”ya münasibətdə ləğv edilməsi hissəsində iddianı rədd edərkən apelyasiya instansiyası həmin binaya iddiaçının mülkiyyət hüquqlarının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ləğv edilməsinə, bununla da soyuducu binanın iddiaçının artıq mülkiyyətində olmamasına istinad etmişdir. İddiaçı “Soyuducu bina”nın İddiaçı5 tərəfindən özəlləşdirilməsinin qanunsuz olmasını həmin bunanın onun mülkiyyətində olması ilə əsaslandırmışdır. İddia tələbinin təmin olunmasının da yeganə şərti bu olmuşdur. Lakin göründüyü kimi, apelyasiya instansiyası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2017-ci il tarixli qətnaməsinə istinadən iddiaçının tələbinin əsası kimi istinad etdiyi halın, yəni “Soyuducu bina”nın iddiaçının mülkiyyətində olmamasını, əksinə, həmin qətnamə ilə “Soyuducu bina”ya münasibtədə iddiaçının adına aparılmış qeydiyyatın əsassız olmasını müəyyən etmişdir. Belə olan halda da, “Soyuducu bina”nın İddiaçı5 tərəfindən özəlləşdirilməsinin qanunsuz olması barədə iddianın təmin edilməsi istisna edilir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası işin müəy yən edilmiş hallarına uyğun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2017-ci il tarixli qətnaməsini hazırki mübahisə üzrə preyudisiya əhəmiyyəti daşımasını düzgün qiymətləndirmişdir. Bu baxımdan məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməyən hissədə gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun hesab etdiyi üçün iddiaçının kassasiya şikayəti üzrə qeyd edilən hissədə qətnamənin ləğvinə əsas görmür. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilini – qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi onun əmlak üzərində hüququnun olmaması nəticəsinə gəlməyə əsas vermir, çünki həmin əmlakın ona verilməsinə dair X15 Komissiyasının xx xxxxxx 2001-ci il tarixli, 39 saylı qərarı hələ də qüvvədədir – əsassız sayır. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Qanunun tələbindən də görünür ki, daşınmaz əmlak üzərində hüquqlar yalnız o vaxt keçərli olur ki, həmin hüquqlar dövlət qeydiyyatına alınmış olsun. Məhz bundan sonra mülkiyyət hüququnun digər elementləri ilə yanaşı, əmlak üzərində sərəncam vermək hüququ yaranır. Buna görə də soyuducu binanın onun mülkiyyətində olmasının təsdiqi kimi iddiaçının X15 Komissiyasının xx xxxxxx 2001-ci il tarixli, 39 saylı qərarına istinad etməsi düzgün deyil. Cavabdehin və üçüncü şəxslərin kassasiya şikayətlərinə gəldikdə, iddianın təmin olunan hissəsində də apelyasiya instansiyası işin müəyyə n edilmiş halına uyğun olaraq düzgün nəticəyə gəlmişdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsi “hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqısı barədə xx xxxxxxxx 2013-cü il tarixli 4542 nömrəli müqavilənin və xx xxxxxxxx 2013-cü il tarixli hərrac protokolunun qismən, yəni torpaq sahəsinin 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi” hissəsində qətnaməni dəyişdirmədən saxlayarkən Azərbaycan Respublikasında aparılan torpaq islahatları ilə əlaqədar Sabir adına təsərrüfat subyektində və Sabir bələdiyyəsi üçün hazırlanmış yerquluşu layihəsində 1 və 12-ci konturda əmlak payı kimi özəlləşdirilmiş ictimai tikintidə yerləşən 1,23 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilməsi, həmin torpaq sahəsinə icarə hüquqlarının Şamaxı şəhər M.Ə.X10 ilə İddiaçı1 arasında bağlanmış 03 nömrəli x xxxxxx 2002-ci il tarixli müqaviləyə əsasən sonuncuya məxsus olması və iş üzrə keçirilimiş ekspertiza rəyinə istinad etmişdir. 1,23 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi Şamaxı şəhər M.Ə.X10 ilə İddiaçı1 arasında bağlanmış 03 nömrəli x xxxxxx 2002-ci il tarixli müqaviləyə əsasən sonuncunun icarəsinə verilməsi işin mübahisəzi halı kimi müəyyən edilmişdir. İşin mübahisəli halı həmin torpaq sahəsinin “xxxxxxxxxxxxxx” ASC-nin Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2013-cü il tarixli çıxarışında qeyd olunmuş 13,6426 ha torpaq sahəsinin hüdudlarında olub-olmamasıdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2017-ci il tarixli rəyində göstərilmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xərit əçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsinin xx xxxxxx 2014-cü il tarixli məktubuna əsasən (cild 1, i/v 19) Torpaq islahatı ilə bağlı Sabir adına təsərrüfat və Sabir bələdiyyəsi üçün hazırlanmış yerquruluşu layihəsində 1,12-ci konturda əmlak payı kimi özəlləşdirilmiş ictimai tikintidə yerləşən 1,23 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. DT və XKnin Şamaxı rayon şöbəsinin xəritəsində (cild 1, i/v 20) 1,20-ci konturda yerləşən 11,83 ha torpaq sahəsi isə İddiaçı5-nin ərazisi kimi göstərilmişdir. Şamaxı rayonu M.Ə.Sabir adına Üzüm istehsalı və Emalı Müəssisəsinin özəlləşdirmə planının (emissiya prospekti) 18 saylı əlavəsinin məlumatlar bölməsində ümumi sahə ilə bağlı hər hansı bir məlumat əks olunmamışdır. “xxxxxxxxxxxxxx” ASC-nin daşınmaz əmlakın Dövlət Reyestrindən xx.x x.2013-cü il tarixli çıxarışında qeyd olunmuş 13,6426 ha torpaq sahəsinin koordinatları və hüquqi təsdiqedici sənəd (kadastr planı) ekspertiza tədqiqatına təqdim olunmadığına görə, İddiaçı1 iddia etdiyi “üzüm saxlama soyuducu anbar” binasının İddiaçı5-nin çıxarışında qeyd olunmuş 13,6426 ha torpaq sahəsində yerləşib-yerləşməməsini dəqiq müəyyən etmək mümkün olmamışdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi qeyd edilən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirərək, Əmlak Məsələləri Dövlət Komitəsinin, “xxxxxxxxxxxxx” ASC-nin və Cavabdeh1 İddiaçı1 icarəsində olan 1,23 ha torpaq sahəsinin İddiaçı5-nin “Özəlləşdirmə Planına (emissiya prospekti) daxil olması ilə bağlı dəlillərinin öz təsdiqini tapmaması nı müəyyən etmiş, belə olan halda da həmin torpaq sahəsinin hərrac vasitəsilə X2 əsaslı hesab olunmaması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə görə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Həmin Əsasnamənin 12-ci bəndinə görə torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Əmlak Məsələləri Dövlət Komitəsi özəlləş dirilmiş müəssisə və obyektin texniki pasportunu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənədi (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi) təqdim edir. Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi müvafiq yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir. Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən, torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlan ılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Mülki Məcəllənin 416-cı maddəsinə görə isə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq “hərrac vasitəsilə satılmış torpaq sahəsinin alqı-satqısı barədə xx xxxxxxxx 2013-cü il tarixli 4542 nömrəli müqavilənin və xx xxxxxxxx 2013-cü il tarixli hərrac protokolunun qismən, yəni torpaq sahəsinin 1,23 ha hissəsi üzrə etibarsız hesab edilməsi” hissəsində qətnaməni dəyişdirmədən saxlayarkən qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətlərin dəlilləri əsassızdır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanıl malıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının, cavabdehin və üçüncü şəxslərin kassasiya şikayətləritəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı1, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxxxxxxxxxxxx” ASC-nin direktoru Mahmudov Nizami Əlimövsum oğlu, Cavabdeh1 oğlunun kassasiya şikayələri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)635/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar