Məhkəmə qərarları › İş №2(102)-3624/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3624/2022

20.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3624/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublıikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialı və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3624/22 (açar sözlər: bir hüququ şəxsin digər hüquqi şəxsin varisi hesab edilməsi, tələbin məhkəməyə aid olmaması əsası ilə işə xitam verilməsi) Bakı şəhəri, 20 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (mər uzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublıikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialı və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-yə qarşı “hüquqi varis hesab edilmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)620/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin yoxlama nəticələri üzrə 005552 nömrəli, xx.xx.2015-ci il tarixli Qərarına əsasən 1992-2014-cü illər ərzində məzuniyyət pullarının hesablanaraq vətəndaş İddiaçı (bundan sonra “iddiaçı”) ödənilməsinin təmin edilməsi qərara alınmışdır.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti 7 saylı region üzrə X2 xx.xx.2015-ci il tarixli, 232/1 saylı məktubuna əsasən iddiaçının işləmiş olduğu 1992-2014-cü illərdə istifadə olunmamış məzuniyyətləri qalmış, lakin iddiaçı xx.xx.2014-cü il tarixli 38 nömrəli əmrlə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialından (bundan sonra “Filial”) işdən azad olunmuşdur. Son haqq-hesab hesablanarkən məzuniyyətdə olmadığ ı illərin məzuniyyət pulları hesablanmamış və iddiaçıya ödənilməmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti 7 saylı region üzrə X2 xx.xx.2018-ci il tarixli, 95/1 saylı məktubuna əsasən Filial iddiaçının həmin müəssisədə xx.xx.2012-ci il tarixindən işlədiyi illər üçün istifadə etmədiyi məzuniyyətə görə kompensasiya pulunun ödənilməsini cəmi 890 (səkkiz yüz doxsan) manat təmin etmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, **********64 saylı məktubuna əsasən iddiaçının müraciətində qeyd olunan məsələ ilə bağlı Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin əmlakı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 681 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Səf ərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan “Hərbi Vətənpərvərlik və X1” MMC-yə verildiyindən aidiyyatı üzrə müraciət etməsi tövsiyə olunmuşdur.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, **********40 saylı məktubuna əsasən iddiaçının müraciətinə baxılmış və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X1” MMC-nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 681 nömrəli Fərmanının 3cü bəndinə əsasən Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlət verdiyini nəzərə alaraq, onun əmlakı Fə rmanın 1-ci hissəsi ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmış “Hərbi Vətənpərvərlik və X1” MMC-yə (bundan sonra “MMC”) verilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2019-cu il tarixli, **********8 nömrəli məktubuna əsasən iddiaçının müraciətinə cavab olaraq, iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilməməsi səbəbindən MMC-nin direktorunun həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.5-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəld edilməsi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, yeni yaradılmış Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhər 1 nömrəli filialında yenidən təşkil edilmiş əvvəlki Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Teniki İdman Cəmiyyətinin (KHVTİC) hüquqi varisi hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1986-cı ilin mart ayından 2014-cü ilin sentyabr ayının 10-a kimi keçmiş “Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti”ndə m üəllim işləmiş, “Avtomobilin quruluşu” və “Yol hərəkəti qaydaları” fənnini tədris etmiş, işlədiyi müddətdə bilik və bacarığını yüksək səviyyədə şagirdlərə çatdırmışdır. Cavabdehlər onun işindən razı qaldığı üçün sonrakı illər 2017-ci ilin mart ayına kimi onunla müqavilələrini yeniləmişdir. 9. “Könüllü Hərbi Vətənpərvərlik Texnik İdman Cəmiyyəti”nin Sumqayıt Avtomobil məktəbi 1992-ci ildən 2012-ci ilə kimi iddiaçıya əmək məzuniyyətlərinin pulunu ödəmədiyindən MMC-nin Filialında işləyərkən həmin müəssisənin və MMC-nin rəhbərindən həmin dövr üçün əmək məzuniyyət pullarının ona ödənilməsini tələb etmişdir. Müəssisənin hər iki rəhbəri iddiaçıya bildirmişdir ki, müəssisənin imkanı yoxdur, imkan olan kimi 1992-2012-ci illərdə işlədiyi müddət üçün ödənilməyən əmək məzuniyyətinə görə kompensasiya ö dəniləcəkdir. Çünki Cəmiyyətin əmlakı dövlətə verilmiş, dövlətin əmlakına da Maliyyə Nazirliyi sərəncam verir.

10. İddiaçı almadığı dövr üçün məzuniyyət pullarının ona ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə rəsmi ərizə ilə müraciət etmiş, Nazirlik həmin müraciəti tədbir görülməsi üçün Sumqayıt şəhərində fəaliyyət göstərən 7 saylı region üzrə X3 göndərmişdir. Müfəttişlikdən bildirilmişdir ki, 1992-2014-cü illərdə istifadə etmədiyi məzuniyyətlərə görə iddiaçıya məzuniyyət pulları ödənilməmiş qalmışdır. xx.xx.2015-ci il tarixli yoxlama aparılması haqqında qərara əsasən xx.xx.2015-ci il tarixli yoxlama aktı yazılmış, xx.xx.2015-ci il tarixli yoxlamanın nəticəsi üzrə icrası məcburi olan qərar qəbul edilmişdir. Qərarda 3 ay müddətində istifadə olu nmayan illər üçün məzuniyyət pullarının hesablanıb iddiaçıya ödənilməsi Filial müdirinə bildirilmişdir. Buna baxmayaraq, bu günə kimi 19 ilin məzuniyyət pulları hələ də iddiaçıya ödənilməmişdir.

11. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli, 681 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmışdır. Həmin Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyi və əmlakını dövlətə verdiyi nəzərə alınaraq onun əmlakının bu Fərmanın 1-ci bəndi ilə yaradılmış “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəm iyyətə verilməsi, Fərmanın 6-cı bəndinə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu Fərmanın 3-cü hissəsi ilə Cəmiyyətə verilən əmlakın siyahı üzrə qəbul etməsi, qəbul edilmiş əmlakın qiymətləndirilməsini təmin etməsi, cəmiyyətin nizamnamə kapitalı formalaşdırılarkən qiymətləndirilmiş əmlakın dəyərinin nəzərə alınması, 8-ci bəndində Azərbaycan Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlər görməsi qərara alınmışdır. Fərmanın qeyd olunan bəndlərinə əsasən Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyi üçün əmlakı yeni yaradılmış hüquqi şəxs olan “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyətə təhvil verilmiş və Vergilər Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmışdır. Göründüyü kimi, yeni yaradılmış hüquqi şəxs olan MMC əvvəlki “Könüllü Hərbi Vətənpərvərlik Texnik İdman Cəmiyyəti”nin hüquqi varisidir.

12. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2947/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. (hakim Aynur Behbudova)

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Hərbi Vətənpərvərlik və X1” MMC-nin nizamnaməsində hüquqi varislik müəyyən edilməyib, iddia tələbi öz təsdiqini tapmayıb.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki M əcəllənin 43.1-43.2, 55.1, 55.2, 56-cı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə məhkəmənin maddi və prosessual hüquq normalarını pozmasına istinad edilib.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-620/2022 nömrəli mülki iş üzrə 06 aprel 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi üzrə icraata xitam verilməsi qət edilmiş, iddiaçıya ləğv olu nmuş müəssisənin əmlakının verildiyi orqana müraciət etmək hüququ izah olunmuşdur. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov, Telman Məmmədov)

18. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddia tələbi hüquqi varis hesab olunma barədədir. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli, 681 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyət yaradılması ilə bağlı Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyi və əmlakını dövlətə verdiyini nəzərə alınaraq onun əmlakı bu Fərmanı n 1-ci hissəsi ilə yaradılmış “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyətə verilməsi qərara alınmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 59.1-ci maddəsinə əsaslanaraq mövqeyini onunla əsaslandırmışdır ki, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Qanunun mənasına görə hüquqi şəxsin ləğvi hüquq və vəzifələri hüquqi varisliyi qaydasında başqa şəxslərə keçmədən onun fəaliyyətinə və mövcudluğuna xitam verilməsidir, başqa sözlə hüquqi şəxsin ləğvi onun bir hüquq subyekti kimi varlığına son qoyulmasıdır.

20. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, hüquqi şəxsin yenidən təşkili və yaranma əsasları Mülki Məcəllənin 55.1, 55.2, 56.1-56.5-ci madd ələrində təsbit edilmişdir. Bu maddələrin məzmununa görə hüquqi şəxslərin yenidən təşkili onların mövcudluğuna son qoyulması demək deyildir. Onlar öz təşkilati-hüquqi formalarını dəyişdirərək, bəziləri öz hüquqi şəxs statusundan imtina etsələr də, öz fəaliyyətlərini davam etdirirlər. Buna görə də onların hüquq və vəzifələri hüquq varisliyi əsasında yeni yaranmış və ya fəaliyyətdə olan hüquqi şəxslərə keçir. Göründüyü kimi hüquqi şəxsin hüquq varisi qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqi şəxsin yenidən təşkil edilməsi yolu ilə yaranır.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 55.1, 55.2, 56.1-56.5-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 22. iddiaçı kassasiya şikayə ti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

23. Kassasiya şikayətinin dəlilləri: - Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə KHVTİC-nin mövcüdluğuna xitam verilərək onun əmlakının bazası əsasında yeni hüquqi şəxs “Hərbi Vətənpərvərlik və X1” MMC yaradılmışdır. “Hərbi Vətənpərvərlik və X1” MMC Sumqayıt şəhər 1 nömrəli filialı Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin binasında onun mülkiyyətində olmuş əmlakı qəbul edib istifadə edir. Hüquqi şəxs yenidən təşkil edilkdikdən sonra “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialının işçiləri ərizə yazaraq “Hərbi Vətənpərvərlik və X1” MMC-yə qəbul edilmiş və növbəti il üçün məzuniyyət p ullarının cavabdehdən almışlar. Bu halın özu də cəmiyyətinin ləğv edilməməsini göstərir. Həmçinin qanunvericiliyə əsasən hüquqi şəxsin özünün ictimai statusundan imtina etməsinə görə hüquqi şəxsin ləğv edilməsi əsası nəzərdə tutulmamışdır; - başqa sözlə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ləğv edilməmiş, lakin inzibatı binası və digər əmlakları yeni yaradılmış “Hərbi Vətənpərvərlik və X1” MMC-ə təhvil verilmişdir. Bu faktlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilməli və iş üzrə mahiyyəti üzrə qərar qəbul edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 56.1. H üquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Maddə 56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Maddə 56.3. Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir. Maddə 56.4. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir. Maddə 56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun o laraq yeni yaranmış hüquqi şəxsə keçir. “Maddə 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 261.0.1. Hakim iş məhkəmədə“və ya mülki məhkəmə icraatı qaydasında“baxılmalı deyildirsə icraata xitam verir. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində“nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəmə si işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

29. İşdən görünür ki, iddiaçı iddia ərizəsində “Hərbi Vətənpərvərlik və X1” MMC-nin əvvəlki “Könüllü Hərbi Vətənpərvərlik Texnik İdman Cəmiyyəti“nin hüquqi varisi olmasını xahiş edir. Mahiyyət etibari ilə iddiaçı faktiki olaraq hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsini istəyir.

30. Mülki Məcəllənin 56-cı maddəsi hüquqi şəxsin hüquq varisliyi məsələsini ta m nizama salır. Apellyasiya instansiyası məhkəməsi də düzgün olaraq həmin normaya istinadən hazırki iddianın məhkəmədə baxılmalı olmaması qənaətinə gəlib. Çünki hər hansı hüquqi şəxsin hüquq varisliyi və ya hüquq varisliyinə yol verilmədən onun xitam edilməsi qanunvericiliklə dəqiq müəyyən edilib, bu faktın məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yoxdur.

31. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, qanunvericilik hüquqi əhəmiyyəti olan faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan şərtləri müəyyən edib, bu şərtin birinə görə də hüquqi əhəmiyyə ti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

32. Bundan əlavə, iddiaçı iddia ərizəsində tələbinin əsası kimi bir tərəfdən yeni yaradılmış hüquqi şəxs olan MMC-nin əvvəlki “Könüllü Hərbi Vətənpərvərlik Texnik İdman Cəmiyyəti“nin hüquqi varisi olmasına istinad edir, digər tərəfdən də həmin faktın məhkəmə qaydasında müəyyən edilməsini xahiş etməklə özü-özünü təkzib edir. Həmçinin eyni dəlilləri kassasiya şikayətində də irəli sürməklə iddiaçı ziddiyyətli mövqe nümayiş etdirir.

33. Bu baxımdan, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənləri və Mülki Pr osessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-620/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar