Məhkəmə qərarları › İş №2(102)-3626/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3626/2023

07.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3626/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülki işin icraatına hissəvi xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəmə xərcləri, məhkəmə süründürməçilikləri, əsassız iddialarla bağlı dəymiş maddi və mənəvi ziyanın, vəkilə, notariusa və poçta çəkdiyi xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(1*4)-15*1/2*23 nömrəli iş üzrə *1 iyun 2*23-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə *7 sentyabr 2*23-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı "xxxx" ASC-nin səhmdarlarından biridir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən onlara qarşı etdikləri süni məhkəmə icraatı süründürməçiliyinə, əsassız qaldırdıqları iddialara görə vəkilə, nümayəndəyə, yol pulu xərcinə görə 3*** manat, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya işləri ilə bağlı getdiyinə görə 5 ** manat məbləğdə yol pulu xərci, Gəncə Apellyasiya Məhkəməsinə bütün işlərə dair getdiyinə görə 3** manat yol pulu xərci, birinci instansiya məhkəməsinə Kəpəz rayon Məhkəməsinə və Gəncə İnzibati Məhkəməsinə dəfələrlə məhkəmə iclaslarına getdiyinə görə 3** manat yol pulu xərci, həmçinin notariat kontorunda sənədlərin təsdiq olunması və etibarnamələrə görə 25* manat rüsum pulu, həmçinin məhkəmələrdə onlara qarşı qaldırdığı iddialara görə ödədiyi 15* manat dövlət rüsumu, məhkəmə instansiyalarına şikayət, iddia və vəsatət göndərməyi ilə bağlı poçt xidmətinə görə ödədiyi 2** manat xərc və eyni zamanda bu 4 il ərzində cavabdehlərin ona qarşı bu süründürməçilik, özbaşınalıq və əsassız iddialarına və məhkəmə mübahisələrinə görə çəkdiyi mənəvi əzab və iztirabı 2*.*** manat qiymətləndirdiyindən 2*. *** manat mənəvi ziyanın və hazırki tələb üzrə ödədiyi dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" ASC-nin vəkili və nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının irəli sürdüyü tələblər cavabdehlərin məhkəmə müdafiəsi hüququndan istifadə etməsinin qarşısını almağa yönəlir. Məhkəmə müdafiəsi hüququ isə konstitusion hüquq olmaqla məhdudlaşdırıla bilməz. Digər tərəfdən iddiaçının tələbində göstərilən xərclər məhkəmə xərcləri olduğundan iddiaçı həmin xərcləri aid olduğu məhkəmə işinə baxılarkən tələb etməli idi. Hesab edir ki, məhkəmə xərcləri hansı işə baxarkən yaranmışdırsa, həmin işə baxılan zaman həll edilməli idi. Həmin tələblərə ayrıca mülki icraatda baxılm ası yolverilməzdir.

4. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(125)2*67/2*23 nömrəli iş üzrə 27 mart 2*23-cü il tarixli qərardadı ilə (hakim T.Ş.Qocayev) mülki iş üzrə icraata “cavabdehlər tərəfindən onlara qarşı etdikləri süni məhkəmə icraatı süründürməçiliyinə, əsassız qaldırdıqları iddialara görə vəkilə, nümayəndəyə, yol pulu xərcinə görə 3*** manat, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya işləri ilə bağlı getdiyinə görə 5** manat məbləğdə yol pulu xərci, Gəncə Apellyasiya Məhkəməsinə bütün işlərə dair getdiyinə görə 3** manat yol pulu xərci, birinci instansiya məhkəməsinə Kəpəz Rayon Məhkəməsinə və Gəncə İnzibati Məhkəməsinə dəfələrlə məhkəmə iclaslarına getdiyinə görə 3** manat yol pulu xərci, həmçinin notariat kontorunda sənədlərin təsdiq ol unması və etibarnamələrə görə 25* manat rüsum pulu, həmçinin məhkəmələrdə onlara qarşı qaldırdığı iddialara görə ödədiyi 15* manat dövlət rüsumu, məhkəmə instansiyalarına şikayət, iddia və vəsatət göndərməyi ilə bağlı poçt xidmətinə görə ödədiyi 2** manat xərcin tutulması” hissəsində xitam verilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinə daxil olan tələblərdən mənəvi zərər istisna olmaqla, qalan tələblər məhkəmə xərclərinin tutulması ilə bağlıdır. Yuxarıda istinad edilən normalardan da göründüyü kimi məhkəmə xərcləri müstəqil olaraq delikt və ya digər mülki-hüquqi əsaslarla yaranan zərər deyildir. Məhkəmə xərclərinin tutulması maddi-hüquqi normalarla deyil, prosessual normalarla tənzimlənən məsələ olmaqla əsas mübahisənin həll edilməsi ilə birli kdə mübahisəyə baxan məhkəmə tərəfindən həll edilir. Tərəflər məhkəmə xərclərinin düzgün bölüşdürülmədiyini hesab etdikdə məhkəmə aktlarından şikayət verə, habelə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə və məhkəmə aktı qanuni qüvvəyə minməmişdirsə, əlavə qətnamə və ya qərardad çıxarılması üçün müraciət edər bilərlər.

6. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, hazırkı iddia ərizəsi üzrə tələb edilən məhkəmə xərclərinin tutulmasına dair hissədə iddiaya müstəqil mübahisə kimi mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 1*7, 115, 119.1, 119.5, 119.6, 261.*.1 və 262.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində ki icraat

8. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və maddi ziyan tələbinə dair hissədə xitam verilmənin qanunsuz hesab edilməsi və iddianın tam həcmdə icraata qəbul edilərək, mahiyyəti üzrə baxılması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Birinci instasiya məhkəməsi heç bir maddi hüquq normalarına əsaslanmadan məhkəmə xərcləri ilə bağlı olan maddi ziyanın məhkəməyə aidiyatı olmaması səbəbinə görə icraata xitam verilməsi qanunsuz ve əsassızdır.Məhkəmə xərclərinə dair qəbzlər və sübutlar yazılı şəkildə təqdim edilmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi ) 2(1*4)-15*1/2*23 nömrəli iş üzrə *1 iyun 2*23-cü il tarixli qərardadı ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), İ.Həsənov və Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, prosessual qanunvericiliyin tələblərinə uyğundur və qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Həmçinin, məhkəmə xərclərinin tutulması maddi-hüquqi normalarla deyil, prosessual qanunvericiliyinin yuxarıda qeyd edilən normaları ilə tənzimlənir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin yol verdiyi pozuntunu təkrarlamış və işi tam həcmdə icraata qəbul etməməklə qanunsuz və əsassız qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq MPM

15. Maddə 1*7. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Maddə

115. İşə b axılması ilə əlaqədar məsrəflərəşahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əl aqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

19. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.

20. Maddə 261.*.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

21. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir

22. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ay dınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya baxışının hədləri

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən a pellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-15*1/2*23 nö mrəli iş üzrə *1 iyun 2*23-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar