Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-363/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ iş № 2(102)-363/2024 (Açar sözlər:pul tələbi,sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4893/2023 nömrəli 25 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı və vəkili tərəfindən verilmiş kassasiya şikayətinə 21 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icr aat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) direktor müavini vəzifəsində, Cavabdeh (bundan sonra cavabdeh) isə mühasib vəzifəsində "xxxx" MMC-də işləmişlər.
2. Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraata xitam verilməsi haqqında” qərara əsasən İddiaçı şikayəti əsasında Cavabdeh barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir.
3. İş materiallarında olan AR Baş Prokurorluğunun DİO-nın istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayevin 15 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, Bayramov Vəkil Bayram oğlunun övladı Cavabdeh 22 may 2018-ci il tarixdə DİN İdman Cəmiyyətinin əməkdaşları tərəfindən onun iradəsinə zidd avtomobilə mindirməklə qanunla qorunan hüquqlarının pozulmasına dair müraciətləri müvafiq qaydada baxılması üçün Bakı şəhər prokurorluğuna göndərilmişdir
4. İş materiallarında olan AR DİN Daxili Təhqiqatlar İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Azər Məmmədovun imzaladığı Cavabdeh ünvanlanmış 29 noyabr 2018-ciil tarixli məktubundan görünür ki, xx.xx.2018-ci il tarixdə Biləcəri qəsəbəsində yerləşən kafedə Cavabdeh İddiaçı adlı tanışı ilə görüşməyi, sonuncunun Cavabdeh 365000 manat pul verməyini tələb etməsi, Cavabdeh borclu olmadığını bildirməsi, kafedən çıxdıqdan sonra tanımadığı şəxslər tərəfindən avtomobilə mi ndirilərək naməlum istiqamətə aparılmağı, Elnura pulunu qaytaracağı haqda vəd verdikdən sonra sərbəst buraxıldığı barədə DİN-in rəhbərliyinə ünvanlanan müraciətə baxılaraq, bildirilmişdir ki, 2012-2015-ci illərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin direktor müavini vəzifəsində işləmiş İddiaçı Cavabdeh oranın mühasibi kimi yanacaq satışından xəzinəyə ödənilməli olan pul vəsaiti ilə bağlı onunla aralarında narazılıq yaranmış, xx.xx.2018-ci il tarixdə DİN-i İdman Cəmiyyətinin əməkdaşları Rüstəm Ağamalıyev, Elşən İbişov, Dəyanət Ağayev və Rəvan Qasımlı sonuncunun idarə etdiyi avtomaşınla “Bulaq” restoranının qarşısına gəlib özlərini təqdim etmədən Cavabdeh iradəsinə zidd həmin avtomobilə mindirilməklə qanunla qorunan hüquqlarını pozmuşlar. Cavabdeh tərəfindən 365000 manat pulun ələ keçiril məsi barədə İddiaçı, eləcə də sonuncu tərəfindən müxtəlif şəxslər vasitəsilə Cavabdeh hədələnməyi barədə qarşılıqlı müraciətləri üzrə hazırda Bakı şəhər Prokurorluğunda araşdırma aparılır. Qeyd olunan nöqsanlara yol verdiklərinə görə DİN-in müvafiq əmri ilə DİN-in İdman Cəmiyyətinin aidiyyəti əməkdaşları intizam məsuliyyətinə cəlb edilmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək 365.000 manat pulun və ödənilmiş 670 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki,cavabdehin tutduğu keçmiş vəzifəsini iddiaçı tərəfindən təyin olunmuş və yaxın münasibəti olmuşdur. İddiaçının cavabdehə etibarı olduğundan, 365000 manat pul vermişdir. Cavabdeh ona yalandan ucuz qiymətə yanacaq vəd verərək onun pulunu mənimsəmiş və ödəmək fikri də olmamışdır. Rəsmi qaydada aidiyyəti üzrə şikayət etməmişdən əvvəl cavabdeh ona şikayət etməməsini, pulu qaytaracağını bildirirmiş, lakin iş istintaqa çatdıqdan sonra şəxs pulu ödəməkdən imtina etmişdir. Cavabdeh ondan mənimsədiyi külli miqdarda pulla özünə bahalı avtomobillər almış, taksi şirkəti açmış, xarici ölkələrə bahalı otellərdə istirahət etmiş və digər öz ehtiyacları üçün xərcləmişdir.Cavabdehin həmin məbləğdə pulu onu aldadaraq, etibarından sui-istifadə etməklə götürməsini şahid ifadələri,onun səs yazıları, imzaladığı sənədlər, ona pulu bankdan kredit olaraq götürüb verməsini əks etdirən kredit müqavilələri və öz if adəsi sübut edir. Cavabdeh istintaqa verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı guya ona hər gün 1 ton yanacağı azaltmağı tapşırmış və yanacaq satışından əldə olunan vəsaitdən o, hər gün 600 manat götürmüşdür.İstintaqa bu halı sübut edəcək heç nə təqdim olunmamış və həmin dediyi 600 manatın onun tərəfindən hər gün götürülməsi ilə bağlı heç bir sübutu yoxdur. Tamamilə şər böhtan xarakterli,cavabdehin özünü müdafiə xarakterli vəziyyətdən çıxmaq üçün verdiyi ifadədir. Əgər pul onun tərəfindən götürülmüş olsa idi, onda cavabdeh ondan şikayət etməməsini, pulu ödəyəciyini bildirməzdi.Bundan əlavə cavabdeh ifadəsində ondan külli miqdarda 365000 manat pulu ucuz qiymətə yanacaq almaq vədi ilə götürdüyünü etiraf edir. Pulun cavabdeh tərəfindən onun üçün ucuz qiymətə yanacaq almaq vədiylə götürülməs i sübut olunur. Lakin yanacağın alınaraq ona təhvil verilməsini sübut edən heç bir hal yoxdur, çünki cavabdeh götürdüyü pulla yanacaq almamış, həmin pulu mənimsəmişdir. Onun bu dediyi tam yalandır, özünü müdafiə etmək xarakterlidir. Bundan əlavə cavabdeh iddiaçının ondan 3 il sonra şikayət etməsini qeyd edərək, hansısa halı şübhə altına almağa çalışmaq istəmişdir. Lakin həmin vaxt kəsiyi 3 il deyil, azdır və həmin müddət ərzində onun şikayət etmədən gözləməsinin səbəbi cavabdehin ona götürdüyü pulu qaytaracağını deyərək, təkidlə şikayət etməməsi ilə bağlı xahişləri və verdiyi sözlər olmuşdur. İstintaq özü sübut etməklə bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıdan külli miqdarda pulu onu aldadaraq, yalan vəd verməklə iddiaçının etibarından sui-istifadə etməklə götürmüş və öz şəxsi ehtiyacla rına istifadə etmişdir. Bu hal bir mənalı istintaq orqanı tərəfdən sübut olunmuşdur. Pulun qaytarılmaması, qarşılıqsız olaraq yalan vədlərlə, etibardan sui-istifadə etməklə cavabdeh tərəfindən onun pulunun ələ keçirilməsi bir mənalı dələduzluqdur. X7 cinayət işinə xitam veriilməsi haqqında qərarı əsaslandırmağa çalışarkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarına istinad etmiş, lakin həmin qərarın bir bəndinə istinad etmişdir. Həmin bənd də daxil olmaqla həmin qərar bütövlükdə Cavabdeh əməlində Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsinin tərkibi olduğunu tam göstərir. Bundan əlavə müstəntiq sözügedən qərarında iddiaçı və cavabdeh arasında olan pul məsələsinin mülki mə sələ olduğunu və məhkəmədə həll olunmalı olduğunu qeyd etmişdir. İddiaçı 365000 manatı özü bankdan kreditə borc olaraq götürmüşdür. Kiminsə borc götürərək işçisinə borc verməsi absurd yanaşmadır. Necə ola bilər ki, Elnur özü gedib borc götürüb və həmin pulu borc verib. Bundan əlavə borcdan söhbət gedə bilməz, çünki cavabdeh özü ifadəsində iddiaçıdan götürdüyü 365000 manatı yanacaq almaq vədi ilə götürdüyünü demişdir.Cavabdeh iddiaçının işçisi olmuşdur. Rəhbər şəxsin öz işçisinə bankdan faizlə kredit götürərək 365000 manat pul verməsinə borc kimi qiymət vermək, yanaşmaq ancaq zərərçəkmişə qarşı qərəzin nümayişidir və bu yanaşma absurddur. İddiaçının o məbləğdə pulu olmayıb, bankdan kredit götürüb özünün olmayan pulu həmdə ki, külli miqdarda 365000 manatı işçisinə borc verməyi demək və bunu gah mülki, gah da ki, Azərbaycan Respublikası CM-in 179-cu maddəsinin tərkibinin olmasını demək və qəbul olunmuş qərarı bunlarla əsaslandırmaq absurddur, tam qanunsuz və əsassızdır.
7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh 2012ci ildən 2015-ci ilin sentyabr ayına kimi Bakı Beynəlxalq Avtovağzal Kompleksində fəaliyyət göstərmiş "xxxx" MMC-də əmək müqaviləsi əsasında mühasib işləmişdir. Qeyd olunan avtovağzalda yanacaq doldurma məntəqəsi fəaliyyət göstərmiş və həmin məntəqə üzrə mühasibatlıq işləri ona həvalə edilmişdir. İddiaçı MMC-nin baş direktorunun müavini olmuşdur. Yanacaq doldurma məntəqəsi və texniki baxış bilavasitə iddiaçının kurasiyasında olmuşdur. Məhkəmə pros esi zamanı iddiaçıya əsl cavabdehlə əvəz olunması barədə təklif edilmişdir. Yəni əsl cavabdeh şirkət olmalıdır. Lakin iddiaçı buna razı olmamışdır. İddiaçı tərəfindən təqdim edilən səs yazıları təzyiq altında gizli yazılmışdır. Bununla bağlı 2018-ci ildə cavabdeh dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etmiş, bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir.
8. Cavabdeh həmçinin iddia müddətinin tədbiqinə dair ərizə verərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh ona yalandan ucuz qiymətə yanacaq vəd verərək pulunu mənimsəmişdir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində 365.000 manat pulun ələ keçirilməsi vaxtı dəqiq göstərilməsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, hadisə 2015-ci ilə təsadüf edir. Ümumiyyətlə cav abdeh iddiaçıdan pul götürməmişdir, həmçinin məhkəməyə müraciət etmək üçün iddia müddəti keçmişdir. Göstərilənlərə əsasən iddia müddəti tədbiq edilməklə iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 22 may 2023-ci il tarixli, e-2(011)-2134/2023 nömrəli qətnaməsi ilə (hakim İ.N.Abbasov) iddianın təmin edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, mübahisənin predmeti olan pul vəsaitləri ilə bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraata xitam verilməsi haqqında qərara əsasən cavabdeh barəsində cinayət işi üz rə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilərək, qərarın təsviri hissəsində göstərilənlərə əsasən iddiaçının cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilərək, ona özünə maddi ziyan dəymiş hesab edirsə, mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsə də, həmin qərarın məzmunundan müəyyən edilir ki, istintaq səthi aparılmış, iş üçün əhəmiyyətli olan bütün hallar araşdırılmamış, müstəntiqin gəldiyi müəyyən nəticələr sübutlara əsaslanmamışdır. Belə ki, həmin qərarda (9-cu vərəqin ikinci abzası) müstəntiq qeyd etmişdir ki, araşdırma ilə müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh birlikdə islədikləri müddət ərzində ay sonu olan hesabatlarda və digər ödənişlərdə qeyri rəsmi götürmələr etdiklərindən xəzinəd ə bu kimi kəsrlər yaranmışdır.
11. Halbuki, iş üzrə müvafiq audit ekspertizası keçirilməmiş, bu qənaətə gəlməyə əsas olan sübutlar qərarda göstərilməmişdir. Bununla yanaşı hazırki iş üzrə maddi sübut qismində təqdim olunmuş CD diskdəki iddiaçı və cavabdeh arasında mübahisəli pul vəsaitləri ilə bağlı danışıqları əks etdirən səs yazılarına həmin qərarda ümumiyyətlə qiymət verilməmişdir.
12. İş materiallarında olan CD diskdəki səs yazılarından müəyyən olunur ki, Məmmədov X4 İdris Vəkil oğlu ilə telefon zəngi vasitəsi ilə əlaqə saxlamış, Cavabdeh ona 365000 manat pul verməli olduğunu bildirmiş, Cavabdeh isə qeyd olunan məbləği İddiaçı qaytarmalı olduğunu təsdiq etmiş, pulun yığılması üçün ona 1-2 gün vaxt verilməsini xahiş etmişdir.
13. Məhkəmə maddi sübut qismində təqdim olunmuş CD diskdəki i ddiaçı və cavadeh arasında mübahisəli pul vəsaitləri ilə bağlı danışıqları əks etdirən səs yazıları ilə bağlı cavabdehin iddiaçı tərəfindən qaçırıldığı üçün məcburən belə danışmaq məcburiyyətində qalmağı məsələsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi məktublarla cavabdehin xx.xx.2018-ci il tarixdə Biləcəri qəsəbəsində yerləşən “Bulaq” kafesindən çıxdıqdan sonra tanımadığı şəxslər tərəfindən məcburi avtomobilə mindirilərək naməlum istiqamətə aparılması faktı təsdiqini tapsa da, həmin şəxslərin İddiaçı göstərişi ilə hərəkət etdiklərini, habelə qeyd edilən faktla bağlı İddiaçı cinayət məsuliyyətinə cəlb edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
14. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh tərəf tərəflər arasında b orc münasibətlərinin olmamasını, aralarında olan münasibətlərin yalnız "xxxx" MMC-də hər iki tərəfin işlədiyi vaxt MMC-nin fəaliyyəti ilə bağlı olmasını, yəni yanacaq doldurma məntəqəsi üçün yanacağın alınması ilə əlaqələndirsə də, qeyd edilən halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.
15. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 365000 manat məbləğində maddi zərərin vurulması mülki işdə olan sübutlarla təsdiq edildiyi, mülki işdəki sübutlarla təsdiq edilən halları təkzib edəcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyi üçün Cavabdeh 365000 manat və dövlət rüsumu olaraq ödənilmiş 670 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 23, 386.1, 1091.1,1091.2,1096.1,1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə CD diskdə olan təzyiq altında gizli yazılmış səs yazısını sübut kimi qəbul etmişdir.Bu isə konstitusyon hüquq pozuntusudur və yolverilməzdir. Bununla bağlı məhkəmə iclasında cavabdeh qeyd etmişdir ki, o, oğurlanmışdır və sonra gizli formada səs yazısı yazılmışdır. Belə ki, xx.xx.2018-ci il tarixdə “Bulaq” kefesində iddiaçı və onun qohumu Seyfəddin Həmidovla görüşmüş, sonra onun qarşısını bir neçə nəfər tərəfindən kəsilərək, “X11” markalı a vtomobilə məcburi mindirilmiş və həmin vaxt iddiaçı ilə telefonla danışmağa məcbur edilmişdir.Cavabdehin oğurlanması faktı işdə olan sənədlərlə təstiqini tapmışdır. Məhkəmə isə qeyd edir ki, sübutlar təqdim edilməmişdir. Yanacaq doldurma məntəqəsi ilə bağlı bütün məsələlərə iddiaçı özü nəzarət etmişdir. Cavabdehin işi isə mühasib olaraq sadəcə aylıq və illik gəlirlər üzrə hesabatların aparılmasından ibarət olmuşdur. Göründüyü kimi, münasibətlər şirkətlə bağlı olmuş və cavabdeh şirkətdə əmək müqaviləsi əsasında işləmişdir. Məhkəmə bu hala düzgün hüquqi qiymət verməyərək göstərmişdir ki, aralarında olan münasibətlər yalnız "xxxx" MMC-də hər iki tərəfin işlədiyi vaxt MMC-nin fəaliyyəti ilə bağlı olmasını, yəni yanacaq doldurma məntəqəsi üçün yanacağın alınması ilə əlaqələndirsə də, qeyd edilə n halları təstiq edəcək sübutlar məhkəməyə təqdim etməmişdirlər. İddiaçı özü iddia ərizəsində göstərir ki, pulları yanacaq üçün vermişdir. Bundan başqa, məhkəmə preyudisial xarakter daşıyan qüvvədə olan cinayət təqibi üzrə qərarı mübahisələndirmişdir. Halbuki, həmin qərar qanuni qüvvədə olduğu zaman Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələbinə görə məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir, onun mübahisələndirilməsinə yol verilmir. Bundan əlavə, şahidlərin dindirilməsi ilə bağlı vəsatət məhkəmə baxışında verilmişdir, halbuki həmin vəsatət hazırlıq iclasında verilməli idi. Həmçinin, vəsatət məhkəmə baxışında şifahi qaydada verilmişdir. Şahidlərin ifadələrində kəskin ziddiyətlar vardı, lakin məhkəmə bu hala da düzgün hüquqi qiy mət verməmişdir.
19. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, polisin sonuncu qərarında iddiaçının izahatı təhrif olunmuş formada yazılmışdır. İddiaçı ora dəvət olunmamışdır. Cavabdeh iddiaçıya borc pul verməmişdir.Cavabdeh onda ucuz yanacağın olması ilə bağlı təklif irəli sürür ki, iddiaçı alıb yüksək gəlir əldə etsin. İddiaçı isə həmin yanacağı almaq üçün əmlaklarını banka girov qoyaraq kredit alır verir cavabdehə ki, yanacağı alıb gətirsin. Lakin cavabdeh pulu aldıqdan sonra yanacağı vermir. İddiaçı buna dələduzluq kimi qiymət verir. Birinci instansiya məhkəməsində xüsusi qərardad qəbul edilib. Baş vermiş halda dələduzluq halı olmasına baxmayaraq, ikinci dəfə istintaq orqanı onların iştirakı olmadan şablon olaraq xitam qərarı qəbul etmişdir. İddiaçı idd ia müddətini ötürməmişdir, cinayət işi üzrə son qərar qəbul edildiyi, yəni xx.xx.2023-cü il tarixli qərar onlara rəsmi qaydada verildiyi vaxtdan hesablanmalıdır. Verilmiş suallara cavab olaraq bildirdi ki, tərəflər arasında nə borc, nə də tapşırıq müqaviləsi bağlanmamışdır, baş vermiş hal dələduzluq faktı ilə bağlıdır. İddiaçı ilk dəfə polisə 2017-ci ildə şikayət etmiş, tərəflər arasında telefon danışığı cavabdeh qaçırılmasını iddia elədiyi tarixdən əvvəl olmuşdur.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-4893/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) apellyasiya şikayəti təmin olunaraq,birinci instansiya məhkəməsin in qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamənin qəbul olunması və ödənilmiş 340 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindəm ödənilməsi qət edilmişdir.
21. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı direktor müavini vəzifəsində, cavabdeh isə mühasib vəzifəsində qədər "xxxx" MMC-də işləmişlər.
22. İşdə olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraata xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iddiaçı cavabdehlə bağlı polisə şikayət edərək bildirmişdir ki, "xxxx" MMC-də işlədiyi zaman 2013-cü ildə bank sistemi ilə ödəniş dayandığından artıq o, öz hesabına yanacaq almaq məcburiyyətində qalmış, hər ay yanacaq üçün pulu öz vəsaiti hesabına İdrisə ödəmiş, maliyyə əməliyyatlarına İdris cavabdeh olmuş, sonra məlum olmuşdur ki, İdris və Rüfə tin qanunsuz hərəkətləri nəticəsində “Socara” yanacaqla bağlı 120.000 manat borcları yaranmış və yanacaq son vaxtlar nisyə alınmış, bankdan kreditə pul götürərək 50.000 manat “Socar”a ödəmiş, sonradan yenidən kreditlər götürərək “Socar”a ödəmiş, yanacaq doldurma məntəqəsinin dövriyyəsinin artırılması və daha çox qazanc əldə edilməsi adı ilə cavabdehə 2014-2015ci illərdə ümumilikdə 375.000 manat məbləğində vəsait ödəmiş, lakin cavabdeh dövriyyənin artırılması ilə bağlı hər hansı iş görməmiş, əksinə ona yalan vədlər verərək pulu ələ keçirmişdir. Həmin vəsaitin cavabdeh tərəfindən 10.000 manatı ona qaytarılmışdır.
23. Araşdırma zamanı cavabdeh ifadəsində bildirmişdir ki, İddiaçı hər gün yanacağın faktiki satışından pul götürdüyündən MMC-nin kassasında kəsir yaranmış, iddiaçı tərəfindən bankda n götürülmüş kredit məbləğləri qeyri-rəsmi yanacağın alınmasına sərf edilmişdir.
24. Araşdırma zamanı şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, o, MMC-də təchizatçı vəzifəsində işləmiş, İddiaçı “Socar” şirkətinin verdiyi yanacağa görə borcları olmuş, o, bir təchizatçı kimi yanacağı “Socar”dan yanacağı həm köçürmə, həm də nisyə yolu ilə götürmüş, yaranmış kəsir ilə bağlı soruşduqda İdris ona pulu müəyyən tədbirlərin həyata keçirilməsi üçün İddiaçı götürdüyünü, sonradan qaytaracağını demişdir.
25. Araşdırma zamanı şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, o, MMC-də 2014cü ilin sentyabr ayında Rüfət Əliyev işdən çıxdıqdan sonra onun yerinə təchizatçı vəzifəsinə keçirilmiş, yanacağın pulunun köçürülməsini Cavabdeh həyata keçirmiş, Cavabdeh mühasib işlədiyi müddətdə bir dəfə İddiaçı yanacaq doldurma məntəqəsinin fəaliyyətini təmin etmək üçün sonuncuya 95-96.000 manat məbləğində pul verməsinin şahidi olmuşdur.
26. Birinci instansiya məhkəsində işə baxılarkən şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, İddiaçı tərəfindən Cavabdeh pulun verilməsi yanacağın alınması ilə bağlı olmuş, X2 isə bildirmişdir ki, pulu İdris Elnurdan 365.000 manat pulu yanacaq gətirmək adı ilə götürmüşdür.
27. Məhkəmə kollegiyası yuxarıda adları çəkilən şəxslərin bildirdiklərinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı "xxxx" MMC-nin fəaliyyətində yaranmış nöqsanların aradan qaldırılması üçün şəxsi vəsaitini həmin MMC-də mühasib vəzifəsində işləmiş cavabdehə ödəmiş, cavabdeh isə MMC-nin mühasibi olaraq ödənilən vəsaitləri MMC üçün yanacağın alınmasına yönəltmişdir. Belə olan halda, i ddiaçı ödədiyi məbləği cavabdehdən deyil, MMC-dən tələb edə bilər, MMC isə öz növbəsində ona vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb edə bilər.
28. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş vəsaitin cavabdeh tərəfindən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirilməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, bununla bağlı cinayət təqibini aparan orqanın ləğv edilməmiş qərarı vardır.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ona ucuz yanacaq vədi verilərək aldadıldığını və ona ödənilmiş pulun mənimsənildiyini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlandığı xx.xx.2018-ci il tarixli ərizəsində isə cavabdehə borc pul verdiyini göstərmişdir. Kollegiya qeyd et mişdir ki, iddiaçının bildirdiyi əsas götürülməklə tərəflər arasında tapşırıq və ya borc müqaviləsindən irəli gələn münasibətlərin olduğu qəbul edildiyi təqdirdə belə, hazırki iddia tələbi yenə də rədd edilməlidir.
30. Kollegiya iddia müddəti ilə qeyd etmişdir ki, iddiaçının polisə müraciət etməsi onu göstərir ki, o, həmin vaxt hüququnun pozulduğunu bilmiş, iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında bildirdiklərinə əsasən tərəflər arasında borcun etirafı ilə bağlı telefon danışığı cavabdeh qaçırılmasını iddia etdiyi tarixdən (xx.xx.2018-ci il) əvvəl olmuşdur. İddiaçı cavabdehlə telefon danışığının elə xx.xx.2018-ci il tarixdə baş tutduğunu bildirmişdir. İddia müddətinin axımı həmin vaxt başlamış, lakin iddiaçı hazırki iddia tələbi ilə birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etməklə mülki qanunvericilikdə müqavilə tələbləri üzrə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilsə də, məhkəmə öz qətnaməsində buna münasibətini bildirməmiş, iddianı həm delikt, həm də əsassız varlanma ilə bağlı mülki qanunvericiliyin müddəalarına istinad etməklə təmin etmişdir.
31. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki,birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımında n düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir.
32. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 372.1, 373.2, 375.2, 377.1, 380.1, 739.1, 777.1, 778.1, 779.1-ci, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (vəkili Nümayəndə Tofiq oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini etmişdir.
34. Kassasiya şikayətini iddia ərizəsi ilə ey ni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, cavabdehin ifadəsində iddiaçı külli miqdarda 365000 manat pulu ucuz qiymətə yanacaq almaq vədiylə götürdüyünü etiraf edir. Kassator cavabdeh tərəfindən özu üçün ucuz qiymətə yanacaq almaq vədiylə götürülməsi sübut olunur. Lakin yanacağın alınaraq şikayətçiyə təhvil verilməsini sübut edən heç bir hal yoxdur, çünki cavabdeh götürdüyü pulla yanacaq almayıb həmin pulu mənimsəyib. Onun bu dediyi tam yalandır, özünü müdafiə etmək xarakterlidir.
35. Kassator həmçinin mübahisəli vaxt kəsiyi 3 il deyil, az olduğunu və həmin müddət ərzində kassatorun şikayət etmədən gözləməsinin səbəbinin Cavabdeh ondan götürdüyü pulu qaytaracağını deyərək təkidlə şikayət etməməsiylə bağlı xahişləri və verdiyi sözlər olduğunu bildirmişdir.
36. Şikayətçi onuda qeyd etmişdir ki, mübahisəli pulu cavabdehə könüllü olaraq verməmiş, cavabdeh ona ucuz qiymətə yanacaq alacağını aldadaraq etibarından sui istifadə edib pulunu əvəzsiz olaraq ələ keçirmişdir. İstintaqa dəfələrlə əlində olan sübutları təqdim etmək üçün müraciət etsə də, istintaq orqanı onun sübutlarını qəbul etməmiş və həmin sübutlara qiymət verməmişdir. Bu da bir daha onu göstərir ki, araşdırma hərtərəfli, tam və obyektiv aparılmamışdır.
37. Cavabdehin özünün və yaxın qohumlarının xahişi ilə ona dəfələrlə vaxt verməyi və pulu geri qaytarmağı təhkiflə etmişdir. Bu hal Xətai Rayon Məhkəməsində cavabdehin özünün və onun qohumları olan şahidlərin verdikləri ifadələrdən eləcə də səs yazılarında dəfələrlə müddət istəməsindən sübut olunur. Sonuncu dəfə cavabdehin ondan götürdüyü 365000 manat p ulu ödəmək üçün istədiyi və onun istəyinə görə ona verdiyi vaxtdan 2 il keçmədiyini qeyd etmişdir.
38. Kassasiya şikayəti işin hallarına uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək, qətnamənin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
40. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
41. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
42. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasınd a tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
43. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
44. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
45. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda ol an eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
46. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
47. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
48. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət v erənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 49. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 51.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 52. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 53. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 54. 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçü n əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 55. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 56. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 57. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməs i üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün h əmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ vi üçün qanuni əsas ola bilməz.
62. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olu nan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düz gündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4893/2023 nömrəli 25 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.