Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3634/2020 10.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh XXX oğlu İlkin iddia tələbi: öhdəliyin yerinə yetirilməsi Qarşılıqlı iddia tələbi: müqavilənin etibarsız hesab edilməsi Açar sözlər: özbaşına tikili, birgə yaşayış qaydaları, iddianın əsası, dispozitivlik prinsipi, çəkişmə prinsipi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının, onun vəkili Vəkil3, cavabdehin və onun vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-974/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tar ixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh XXX oğlu (bundan sonra – cavabdeh) xx xxxxx 1996-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan xx xxxx 2010-cu il təvəllüdlü X2 doğulmuşdur. Tərəflərin birgə nikahı dövründə ünvan 1 ünvanda lazımi icazələr alınmadan iki mərtəbəli fərdi ev (özbaşına tikili) (bundan sonra – mübahisəli tikili) inşa edilmişdir. Tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, iddiaçı həmin ünvanda pasport qeydiyyatındadır. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı cavabdeh tərəfindən döyülərək bədən xəsarətlərinin yetirilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis bölməsinə müraciət etmiş, ərizə və toplanmış material üzrə cinayət işi başlanmışdır. Tərəflər arasında xx xxxx 2019-cu il tarixli aşağıdakı məzmunlu sadə yazılı formalı “Müqavilə-Razılaşma” imzalanmışdır: “Biz məlum müqaviləni aşağıdakı şərtlər daxilində razılaşaraq imzaladıq: 1. ünvan 1 ünvanda yerləşən iki mərtəbəli fərdi ev birgə nikah dövründə inşa edilmişdir.
2. Məlum fərdi evin 1-ci mərtəbəsi (mətbəx hissəsinin çıxılması şərti ilə) İddiaçı istifadəsində qalır. Birinci mərtəbənin sağ arxa hissəsində Cavabdeh XXX oğlu öz maliyyəsi hesabına sanitar qovşaq, hamam, mətbəx inşa etməli, həmçinin çıxış-giriş hissəsinin istifadə üçün yararlı vəziyyətə gətirir.
3. Müqavilə şərtləri yerinə ye tirilmədiyi halda tərəflər məsələnin hüquqi müstəvidə həll etməkdə səlahiyyətlidirlər.
4. Birgə nikah dövründə tərəflərin əldə etdikləri fərdi xarakterli əmlak (geyim əşyaları və sair) onların özlərinə məxsusdur, lakim ümumi istifadədə olan məişət əşyaları cehiz formasında İddiaçı məxsusdursa, 1-ci mərtəbəyə düşürdülməli və İddiaçı istifadəsinə verilməlidir.
5. Kombi çıxarılmalı, yerində mətbəx qurulmalıdır.
6. Qaz və soyuducu verilir.
7. Aliment 120 manat təşkil edir, kommunal xərclər Cavabdeh tərəfindən ödənilir. 8. 3 ay başqa yerdə yaşamalı, xx xxxxx 2019-cu ildən müddət başlayır.
9. Ailə həyatı qurarsa fərdi evdən imtina etməlidir.
10. Oğlu anası ilə yaşamaq istərsə, birinci mərtəbədə yerləşən mətbəx İddiaçı istifadəsinə qaytarılmalıdır.
11. Həftənin iki günü uşaq atasına veriləcək”. İ ddiaçı Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinə ünvanlandığı, notariat qaydada təsdiq olunmuş xx xxxx 2019-cu il tarixli ərizədə təhqiqat materialı üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs keçmiş həyat yoldaşı Cavabdeh XXX oğlu ilə barışdığını, onun tərəfindən dəymiş ziyan tamamilə ödənildiyini, ona qarşı heç bir iddia və tələbinin olmadığını bildirmiş, qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(001)2765/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, tərəflər arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin uşağının anasının yanında qalması, xx xxxx 2019-cu il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hə r ay cavabdehdən 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının ərizəsi ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata cavabdehin əməlində cinayət tərkibi olmadığından xitam verilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə inşa etdikləri mübahisəli tikilinin 1-ci mərtəbəsinin tam şəkildə, eləcə də evin qarşı tərəfində əvvəlki tarixdən inşa edilmiş mətbəx, hamam və sanitar qovşağının azyaşlı qızı i lə birlikdə onun istifadəsinə verilməsi, 2-ci mərtəbəsinin tam şəkildə cavabdehin istifadəsinə verilməsi, bundan əlavə evin qarşı tərəfindən onunla qızına giriş-çıxış verilməsi, eləcə də birgə nikah dövründə alınmış 2 ədəd soyuducunun, 3 ədəd televizorun, 1 ədəd paltaryuyan maşının, 1 ədəd tozsoran, mebel dəstinin, uşaq mebel dəstinin, 2 ədəd şifonerin, jurnalni stolun, ətçəkən maşının, mətbəx mebelinin, 2 qaz sobası və iki aspiratorun və ya onların dəyərinin yarısının, qızının ad günündə alınaraq ona hədiyyə edilmiş noutbukun, anasının ona hədiyyə etdiyi buxarlı profesional ütünün, bacısının ona bağışladığı mətbəx mebelinin və anasının alaraq ona bağışladığı qaçış aparatının və ya həmin əşyaların dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli tikili birgə nikah dövründə inşa edilmişdir. Cavabdeh aralarındakı razılaşmanı pozmuş, kiçik bir otağı və istifadə üçün tam yararlı olmayan sanitar qovşağını onun istifadəsinə vermişdir. Bu sahədə azyaşlı qızı ilə birlikdə yaşayır. Özbaşına tikilidə pasport qeydiyyatında olmaqla orada daimi yaşayır və yaşayış sahəsi onun yeganə sığınacağıdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx xxxx 2019-cu il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, iddiaçı təhdid, hədə qorxu və şantajları nəticəsində onu xx xxxx 2019-cu il tarixli müqaviləyə imza atmağa məcbur etmişdir. Belə ki, polis idarəsini n istintaq şöbəsində istintaq aparılan zaman onunla iddiaçı arasında bağlanmış müqavilə imzalananadək, yəni xx xxxx 2019-cu il tarixədək iddiaçı onu təzyiq altında saxlayaraq tez-tez 102 xidmətinə zəng etmiş, onun gününün polis bölmələrində keçməsinə nail olmuşdur. İddiaçının onu şantajla, təzyiq altında saxlamasının səbəbi istədiyi şərtlərlə müqaviləni bağlatdırmaq olmuşdur. O, bu çətin durumdan çıxmaq üçün məcbur olub həmin müqaviləyə imza atmışdır. Sözügedən müqaviləni imzaladıqdan iki gün sonra o, iddiaçıdan xx xxxx 2019-cu il tarixdə Binəqədi Rayon Polis İdarəsinə təqdim etmək üçün notarial qaydada təsdiq olunmuş ərizə almışdır. Bundan əlavə, mübahisəli tikili özbaşına tikilidir, onun hüquqi statusu olmadığı üçün həmin mənzilə dair bağlanmış hər hansı razılaşma etibarsızdır. Həmçinin, həmin müqavilə ilə onun qanunvericiliklə razılığı alınması tələb olunan sənədlər olmadan təmir-tikinti və bərpa işləri aparmaq hüququ yoxdur. Onun belə hüququ olmadığı halda isə üzərinə qoyulmuş öhdəliklər də etibarsızdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-6680/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu saylı qərardadı ilə iddiaçının iddia ərizəsinə əlavə barədə ərizəsi birgə nikah dövründə alınmış 2 ədəd soyuducunun, 3 ədəd televizorun, 1 ədəd paltaryuyan maşının, 1 ədəd tozsoran, mebel dəstinin, uşaq mebel dəstinin, 2 ədəd şifonerin, jurnalni stolun, ətçəkən maşının, mətbəx mebelinin, 2 qaz sobası və iki aspiratorun və ya onların dəyərinin yarısının, qızının ad günündə alınaraq ona hədiyyə edilmiş noutbukun, anasının ona hədiyyə et diyi buxarlı profesional ütünün, bacısının ona bağışladığı mətbəx mebelinin və anasının alaraq ona bağışladığı qaçış aparatının və ya həmin əşyaların dəyərinin cavabdehdən alınaraq ona verilməsi hissəsində icraata qəbul edilmədən geri qaytarılmışdır. Birinci instansiya məhkəməsinin eyni tarixli qətnaməsi ilə (hakim M.Rüstəmli) ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli “Müqavilə-Razılaşma”nın ikinci və beşinci bəndlərinin etibarsız sayılması, qarşılıqlı iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3, 180, 324.1, 329.1, 339.4-cü maddələrinə istinadla belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tari xli “Müqavilə-Razılaşma”nın ikinci bəndinin birinci cümləsi özbaşına tikintinin bir hissəsinin iddiaçının istifadəsinə verilməsi ilə bağlıdır, həmin bəndin qalan hissəsi və beşinci bənd isə həmin istifadə ilə bağlı və ondan irəli gələn digər öhdəliklərdir. Yəni ikinci bəndin qalan hissəsi və beşinci bənd sahibliklə bağlı razılaşma bağlanmadığı təqdirdə bağlana bilməzdi. Ona görə də iddiaçının tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli “Müqavilə-Razılaşma”nın ikinci və beşinci bəndlərinə əsaslanan iddia tələbi, yəni özbaşına tikilinin bir hissəsinin onun sahibliyinə verilməsi və bundan irəli gələn digər hərəkətlərin yerinə yetirilməsi barədə cavabdeh tərəfindən öhdəliyin icra edilməsi tələbi, qeyd olunan bəndlər etibarsız sayıldığından, təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı isə belə nəticəyə gəlmişdir ki, cavabdeh həmin “Müqavilə-Razılaşma”nın məhz hədə-qorxu və şantaj nəticəsində imzalandığını iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə, qeyd olunan “Müqavilə-Razılaşma”nın digər bəndləri daşınar əşyaların bölgüsü, kommunal xidmətlərin ödənilməsi və s. ilə bağlıdır və həmin bəndlərin etibarsız sayılması üçün hər hansı əsas yoxdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-974/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti tə min edilməmiş, qətnamə mübahisələndirilən hissədə - ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, faktiki olaraq razılaşmanın predmeti özbaşına tikili və həmin tikilidə yenidənqurma və yaxşılaşdırma işlərinin aparılması ilə bağlıdır. Tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, şəhərsalma və tikinti qaydalarına uyğun tikilmədiyindən müqavilədə göstərilən şərtlərə əməl olunması faktiki olaraq özbaşına tikili üzərində hüququ olmayan şəxsə və şəxslərə istifadə və sahibliklə bağlı hüquqlarının yaradılmasına şərait yaratmış olar ki, bu da yolverilməzdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işdə olan halları tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edil ərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə yeganə iddiaçı olan kassator qətnamənin tam ləğvini xahiş etdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə
43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər k əsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Mülki Məcəllə Maddə 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Maddə
180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. MPM Maddə
53. İddianın dəyişdirilməsi İddiaçı məhkəmə tərəfindən qətnamə q əbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir:... 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarı Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə i ddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli Qərarı İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikintinin anlayışını verməklə yanaşı, belə tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etmədiyi barədə birbaşa göstəriş müəyyən edir. Həmin şəxsin tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmadığını nəzərdə tutur. Qanunverici yalnız tikinti aparılmış torpaq sahəsinin tikinti aparmış şəxsin mülkiyyətində olduğu və tikintinin saxlanmasının digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmadığı hallarda özbaşına tikintiyə mülkiyyət hüququnun məhkəmə qaydasında tanınmasını mümkün hesab edir. Özbaşına tikili müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə yalnız qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi mülki qanunvericilik hüquqi fakt olaraq özbaşına tikilinin mövcudluğunu qəbul edir, müəyyən istisnalarla ona mülkiyyət hüququnun, habelə sərəncam hüququnun yaranmadığını nəzərdə tutur. Bu tikililəri mülki qanunvericilikdə nəzərdə tutulmuş yaşayış sahəsi və ya mənzil qanunvericiliyinin mənasına görə mənzil kimi qiymətləndirmək mümkün olmasa da, qanunvericilik artıq möv cud olan belə tikililər məhkəmə qərarı əsasında sökülməyənədək onlardan yaşayış yeri kimi istifadəni qadağan edən birbaşa normalar da müəyyən etmir. Bu baxımdan dövlətin və maraqlı şəxslərin etirazı olmadan belə tikililərdən uzun illər ərzində yaşayış yeri kimi istifadə edən şəxslər belə faktiki istifadədən irəli gələn bəzi hüquqlara malik olur və vəzifələr daşıyırlar. Sözsüz ki, bu hüquqlar mülki qanunvericilikdə müəyyən edilmiş yaşayış sahəsindən istifadə hüququ və mənzil qanunvericiliyində müəyyən edilmiş mənzildən istifadə etmək hüquqlarına bərabər tutula və istinad olunan qanunvericilik sahələrində müəyyən edilmiş təminatlar bu hüquqlara eyni qaydada şamil oluna bilməz. Lakin özbaşına tikilidən yaşayış yeri kimi faktiki istifadə edən şəxslər mülkiyyət hüququnun əldə edilməsi, tikili yə sərəncam vermək hüquqları istisna olmaqla mülki və mənzil qanunvericiliyinin ümumi prinsiplərindən irəli gələn və ya həmin qanunlarla tənzimlənən – şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasından müdafiə olunmaq, pozulmuş hüquqların bərpasını tələb etmək, qanunvericiliyə zidd olmayan müqavilə şərtləri əsasında öz davranışlarını (qarşılıqlı münasibətlərini), birgə yaşayış qaydalarını tənzimləmək, qonşuluq hüquqlarından irəli gələn və sair hüquqların təmin olunmasını və ya vəzifələrin icrasını tələb etmək imkanına malik olmalıdırlar. Bu baxımdan özbaşına tikilidə yaşayan şəxslərin oxşar tələblərinə yalnız tikilinin özbaşına olması əsası ilə baxılmaması və ya təmin olunmaması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit olunmuş mənzil, 60-cı maddəsində təsbit ed ilmiş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları, mülki və mənzil qanunvericiliyinin prinsip və məqsədləri baxımından yolverilməzdir. Diqqətəlayiqdir ki, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Qeyd olunmalıdır ki, bu gün ölkədə faktiki mövcud olan özbaşına tikililərdə yaşayan şəxslərin həmin tikililərdən yaşayış yeri kimi istifadə etməsi məhz sadalanan hüquq və vəzifələr əsasında həyata keçirilir, məhkəmələrdə həmin tikililərdən çıxarma, onlara köçürmə, belə tikililərdə yaşayan şəxslərin hüquqlarının qorunması ilə bağlı çoxsaylı digər mübahisələrə baxılır. Baxılan iş üzrə mübahisəli tikilinin tərəflərin birgə ni kahı dövründə lazımi icazələr alınmadan inşa edildiyi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı mübahisə olunmayan hallardır. Tərəflər aralarında ailə münasibətləri pozulduqdan sonra xx xxxx 2019-cu il tarixdə tikilidə öz davranışları (qarşılıqlı münasibətləri, birgə yaşayış qaydaları) ilə bağlı sadə yazılı formada razılıq imzalamışlar. İddiaçı cavabdeh tərəfindən qarşılıqlı münasibətləri ilə bağlı aralarında əldə olunmuş yazılı razılığın şərtlərinin pozulduğuna istinad edərək tikilinin 1-ci mərtəbəsinin tam şəkildə, eləcə də evin qarşı tərəfində əvvəlki tarixdən inşa edilmiş mətbəx, hamam və sanitar qovşağının azyaşlı qızı ilə birlikdə onun istifadəsinə verilməsi, 2-ci mərtəbəsinin tam şəkildə cavabdehin istifadəsinə verilməsi, bundan əlavə evin qarşı tərəfindən onunla qızına giriş-çıxış verilməsini xahiş edir. Cavabdeh isə iddiaya etiraz edərək və istinad olunan razılığı hədə qorxu və şantaj nəticəsində, məcburiyyət altında imzaladığına əsaslanaraq razılığın etibarsız hesab olunmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, ilkin iddia tələbində iddiaçı mübahisəli tikiliyə istifadə hüququnun tanınmasını tələb etməmiş, cavabdehlə evin ayrı-ayrı otaqlarından istifadə olunması ilə bağlı qaydaların müəyyən olunmasını xahiş etmişdir. Bu tələb mübahisəli tikiliyə mülkiyyət və ya əmlak hüquqlarının tanınması ilə bağlı deyil, üçüncü şəxslər və dövlət orqanları qarşısında hüquq və vəzifələr yaratmır və bu baxımdan Mülki Məcəllənin 180-ci maddəsində özbaşına tikililərlə bağlı müəyyən edilmiş qadağanları pozmur. Eyni zamanda iddiaçı öz tələbində cavabdehin üzərinə hər han sı əlavə özbaşına tikinti işlərinin aparılması vəzifəsinin də qoyulmasını tələb etmir. Beləliklə, iddiaçının iddia tələbi cavabdehlə birlikdə faktiki yaşadığı özbaşına tikilidə onların davranış qaydalarının müəyyən olunmasına yönəlib. Lakin işə baxmış apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 180-ci maddəsini düzgün tətbiq etməyərək belə qənaətə gəlmişdir ki, tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, şəhərsalma və tikinti qaydalarına uyğun tikilmədiyindən iddianın təmin olunması faktiki olaraq özbaşına tikili üzərində hüququ olmayan şəxsə və şəxslərə istifadə və sahibliklə bağlı hüquqlarının yaradılmasına şərait yaratmış olacaq. Eyni zamanda məhkəmələr qarşılıqlı iddianı qismən təmin edərək tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış razılığın ikinc i və beşinci bəndlərini etibarsız hesab etmişlər. Nəzərə alınmalıdır ki, qarşılıqlı iddia tələbinin əsası cavabdehin razılığı hədə qorxu və şantaj nəticəsində, məcburiyyət altında imzaladığı ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi isə qarşılıqlı iddia tələbi ilə bağlı belə nəticəyə gəlmişdir ki, cavabdeh həmin “Müqavilə-Razılaşma”nın məhz hədə-qorxu və şantaj nəticəsində imzalandığını iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə qarşılıqlı iddianı qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, müqavilənin bəzi şərtləri özbaşına tikintinin bir hissəsinin iddiaçının istifadəsinə verilməsi və ondan irəli gələn digər öhdəliklərlə bağlıdır. Halbuki MPM-in 53-cü maddəsinə əsasən iddianın əsasını seçmək iddiaçını n müstəsna hüququdur. İddiaçı birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını dəyişməyə haqlıdır. Eyni zamanda iddianın əsası və predmeti iddianın ən vacib iki ünsürünü təşkil etdiyindən onların dəyişdirilməsinə də iddia ərizəsinin verilməsinə dair prosessual qanunvericiliyin tələbi eyni qaydada tətbiq olunmalı, iddiaçı iddianın əsasını və ya predmetinin dəyişdirilməsi ilə bağlı məhkəməyə yazılı ərizə təqdim etməlidir. İddianın əsasını seçmək və onu dəyişdirmək hüququnun müstəsna olaraq iddiaçıya məxsus olması dispozitivlik prinsipindən irəli gəlir. Bu prinsip işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Dispozitivlik prinsipinə əsasən iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. İddiaçının öz iddiasının əsasını birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək yazılı ərizə verməklə dəyişməsi barədə qayda dispozitivlik prinsipi ilə yanaşı, həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Çünki iş üzrə cavabdeh öz müdafiəsini təşkil etmək, iddiaçının dəlillərinə əsaslandırılmış cavab vermək, habelə özünün əks sübutlarını təqdim etmək imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsasının nə olduğu barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır. Baxılan iş üzrə cavabdeh məhkəmə baxışının gedişində qarşılıqlı iddia tələbinin əsasının dəyişd irilməsi barədə məhkəməyə yazılı ərizə təqdim etməmişdir. İşə baxmış məhkəmələr qarşılıqlı iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallara dair heç bir mötəbər sübut təqdim edə bimədiyi barədə qənaətə gəlsələr də, qarşılıqlı iddianı qismən təmin etmişlər. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır Ona görə də kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən yuxarıda istinad olunan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə, həmin normalara uyğun yeni məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 4 19-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-974/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.