Məhkəmə qərarları › İş №2(102)-3634/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3634/2023

15.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3634/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: hərrac protokolunun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə qarşı “hərrac nəticələri protokolunun etibarsızlığı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3371/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh İddiaçı Cavabdeh1ASC-nin xeyrinə 09 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 10194,84 ABŞ dolları əsas, 17586,41 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən 23 02 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1579,80 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 29561,05 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilməsi, iddia üzrə tələbin ipoteka predmeti olan İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 58000 manat məbləğində müəyyən edilməsi, İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv. m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və İddiaçı həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılaraq Banka təhvil verilməsi qət edilmişdir. 2. xx.xx.2021-ci il tarixli qərara əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)2448/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. 3. 29 noyabr 2021-ci il tarixli, 531/21 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)2448/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, №40, 2 nömrəl i mənzil keçirilən iki hərrac baş tutmadığına görə təkrar hərracda 36.975 manat olmaqla ipoteka saxlayan Cavabdeh1 ASC-yə satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3-da yerləşən 2 nömrəli mənzilə dair “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli 531/21 nömrəli Protokolunun etibarsız hesab edilərək xx.xx.2021-ci il tarixli **********23-05101-093038 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron ra yon məhkəməsinin xx.xx.2021ci il tarixli 2(012)-2448/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh1 ASC-nin xeyrinə 09 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 10194,84 ABŞ dolları əsas, 17586,41 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1579,80 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 29561,05 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilməs i, iddia üzrə tələbin ipoteka predmeti olan İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 58000 manat məbləğində müəyyən edilməsi, İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilnə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mə nzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və İddiaçı həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə sənədi mülki iş üzrə cavabdehə təqdim edilmədən icraya yönəlmiş və icra hərəkətləri başlanmışdır. İcra mərhələsində də iddiaçının hüquqları pozulmuş iddiaçı icra barədə məlumatlandırılmadan icra hərəkətləri həyata keçirilmişdir. Belə ki, icra vərəqəsi Abşeron rayon icra Şöbəsinin icraatına verilmiş və xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında Qərarla icra hərəkətləri başlanmış, borcluya (iddiaçıya) həmin qərarla 10 gün ərzində könüllü icra barədə vaxt müəyyən olunsa da bu müddət ərzində heç bir məlumatlandırma həyata keçirilməmişdir. Məhz qanun pozuntusu ilə müşayiət edilən icra hərəkətlə ri nəticəsində iddiaçının mülkiyyətində olan mənzil tələsik icra şöbəsinin xx.xx.2021-ci il tarixli 1760/14E saylı məktubu ilə hərraca göndərilmiş, bu barədə də hazırki iş üzrə iddiaçı (icra işi üzrə borclu) məlumatlandırılmamışdır. Hazırki iddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, hərrac təşkilatı olan mülki iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən 08 oktyabr 2021-ci il tarixli Hərrac Bildirişi ilə guya iddiaçı məlumatlandırılmış, lakin, bu məktubun olduğu SS754429826AZ ştrix kodlu zərf iddiaçıya çatdırılmamışdır. Surəti iddia ərizəsinə əlavə edilən həmin zərfin üzərindəki qeyddən görünür ki, çatdırılmamanın səbəbi iddiaçının qeyd edilən ünvanda yaşamaması olmuşdur. Qeyd edilən tarixdə hərrac baş tutmadığından növbəti tarixə keçirilmiş və "İpoteka haqqında" Azərbaycan Respublikas ının qanununun 43.5-ci maddəsinin tələblərinə əsasən, ilkin satış məbləğindən 15% azalma həyata keçirilmişdir. 05 noyabr 2021-ci il tarixli Hərrac Bildirişi yenə də iddiaçıya çatmamışdır. Qeyd edilən bildirişin olduğu SS745042061AZ ştrixkodlu zərfin üzərində yenə də "bu ünvanda yaşamır" qeydi edilmiş və iddiaçının hüquqları məhdudlaşdırılmışdır.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim O.Məmmədli) 1 mart 2023-cü il tarixli, 2(04)-495/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunmamışdır.

8. Birinci instansiya məhkəməsi Qətnamədə Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 41.2, 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8, 43.1, 43.2, 43.3, 43.4, 43.5, 43.6, 43.7, 43.7-1, 43.8; Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 53.2, 62.2; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1, 414.2, 415, 416; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 217.2, 218.3-cü maddələrinə; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4-43.8 və 48ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, hərracla bağlı proseslər 2021-ci il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Abşeron Rayo n İcra və Probasiya Şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan məlum olur ki, İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış, 13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilinin açıq hərrac vasitəsilə satışının təşkil edilməsi üçün icra sənədi müvafiq sənədlərlə birlikdə "xxxx" MMCyə göndərilmişdir. Yuxarıda sözügedən hərrac sifarişi "xxxx" MMC-yə daxil olduqdan sonra həmin hərrac sifarişinə əsasən satılmalı olan əmlaka dair ilkin hərracın keçirilməsi 03 noyabr 2021-ci il tarixə saat 11:00-a təyin edilmiş və hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2021-ci il tarixdə “Market reklam və elanlar” qəzetində yerləşdirilmiş "xxxx" MMC-nin elanında qeyd edilmişdir. Belə ki, Abşeron Rayon İcra və probasiya Şöbəsi, borclu İddiaçı və tələbkar "xxxx" ASC-yə ünvanlanmış "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il tarixli Hərrac bildirişindən görünür ki, sifariş olunan əmlaka dair 03 noyabr 2021-ci il tarixdə saat 11:00-da açıq hərracın keçirilməsi barədə məlumat hərracın sifarişçisinə, eləcə də icra sənədi üzrə tələbkara və borcluya poçt vasitəsi ilə göndərilmişdir. Daha sonra Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 1760/14E saylı, xx.xx.2021-ci il tarixli sifarişi üzrə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil satış qiyməti 49300 manat olmaqla təkrar hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq 22 noyabr 2021-ci il tarixdə saat 11:00-da ünvan 4 ünvanında açıq hərrac keçirilmişdir. Təkrar hərracın keçirilməsi ilə bağlı eyni qaydada hərracın sifarişçisinə, eləcə də icra sənədi üzrə tələbkara və borcluya 05 noyabr 2021-ci il tarixli hərrac bildirişi poçt vasitəsi ilə göndərilmişdir. Təkrar hərracın keçirilməsi 22 noyabr 2021-ci il tarixə saat 11:00-a təyin edilmiş və təkrar hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2021-ci il tarixdə “Market reklam və elanlar” qəzetində yerləşdirilmiş "xxxx" MMC-nin elanında qeyd edilmişdir. Belə ki, 29 noyabr 2021-ci il tarixli, 531/21 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola əsasən müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 3, 2 nömrəli mənzil keçirilən iki hərrac baş tutmadığına görə təkrar hərracda 36975 manat olmaqla ipoteka saxlayan Cavabdeh1 ASC-yə satılmışdır. Qanunvericiliyin tələbləri nəzərə alınmaqla Cavabdeh1 ASC ilə "xxxx" MMC arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh1 ASC əmlakı 36.975 manata almışdır. Sözügedən hərrac sifarişi üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına və onun əsasında mübahisəli əmlaka dair Cavabdeh1 ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsinə hər h ansı hüquqi əsas yoxdur.

9. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 414, 415, 416-cı maddələrinə, “İpoteka haqqında” Qanunun 41, 42, 43-cü maddələrinə, “İcra haqqında” Qanunun 53 və 62-ci maddələrinə, Mülki Məcəlləsinin 448, 470 və 472-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələblərini işdə olan və əlavə sübutlarla tam və hərtərəfli araşdıraraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində Şikayətdə "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 41.1, 42.1, 43.3. 43.8, 44; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416; Mülki Prosessual Məcəlləsinin 76, 88, 97, 218.1, 372.6, 372.7, 387, 387.3, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh hüquqi şəxslər öz maraqları naminə bu normaları pozmuş və bu yolla iddiaçı öz mülkiyyətindən məhrum edilmişdir. Keçirilən hərraclar barəsində iddiaçı lazımınca məlumatlandırılmış olsaydı, öz üstünlük hüququndan da istifadə edər və mülkiyyət hüquqlarının pozulmasının qarşısını ala bilərdi. Məhz bu kobud pozuntular səbəbindən məhkəmə iddia ərizəsində qeyd edilən halları əlavə sübutlarla ətraflı araşdıraraq protokolun etibarsız sayılmasına dair qətnamə çıxarmalıdır. Hakim işdə olan sübutları araşdırarkən ortaya çıxan sualları aydınlaşdırmalı, zərurət olduqda isə xüsusi biliyə malik olan şəxsləri ekspert qismində işə cəlb etməlidir. Təəssüflər olsun ki, hakim işdə olan xəbərnamə tərəfindən mübahisələndirildiyi halda buna reaksiya verməmiş, verdiyi vəsatəti isə rə dd etmişdir. Maraqlıdır ki, hakim vəsatəti rədd edərkən yenə də prosessual məcəllənin tələblərini pozmuş və heç bir qərardad çıxarmamışdır. Bu da göstərir ki, hakim MPM-in 386-cı maddəsinin tələblərini də ciddi şəkildə pozmuşdur. Məhkəmə araşdırması əsasən, tərəflərin izahatları və verilən sübutlar əsasında həyata keçirilir. Lakin, maraqlıdır ki, məhkəmə qətnaməsində bu sübutlar sadəcə sadalanmaqla kifayətlənilir və bu sübutların araşdırılması və nə səbəbdən məhz iddianın təmin edilməməsinə dair qətnamə çıxarılması aydınlaşdırılmır. Əgər belə araşdırma getmiş olsaydı, cavabdehin məhkəməyə təqdim etdiyi sübutlarla onun müraciəti əsasında verilən sənədlər arasındakı fərqlər və əlavə sənədlər aydınlaşmış olardı.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – F.Ş.Talışinski (s ədrlik edən və məruzəçi), A.N.İmanov və M.A.Məmmədov) 2(103)-3371/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı bildirmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir.

14. İddiaçı tərəf, ümumiyyətlə, öz ehtimal etdiyi hansı hüquqlarının müdafiəsi üçün hər bir cavabdehə yönələn tələbin nədən ibarət olmasını və mahiyyəti üzrə hərracın keçirilməsində onlara münasibətdə qanunvericilik tələblərinə müvafiq pozuntunun baş verdiyini sübut etməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini “İpoteka haqqında” Qanunun 41 və 42-ci maddələrinə, Mülki Məcəllənin 319, 414-416-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 77, 106, 218-ci maddələrinə maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və mülki işin yenidən apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmələr tərəfindən iş materiallarına ümumiyyətlə qiymət verməmiş, işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarını əsaslandırmamışdır. Nəticədə MPM-nin 88, 218 və 386-cı maddələrinin tələbləri pozulmuşdur. Vavabdeh tərəfindən sübut kimi təqdim edilən xəbərnamədə "Qarayev" soyadının qarşısındakı imzanın iddiaçıya məxsus olmadığı bildirilsə də məhkəmələr bu hissəni ümumiyyətlə araşdırmağı zəruri bilməmişlər. İddiaçı tərəfindən hərrac mərkəzinə müraciət edilərək sənədlər istənilsə də həmin mərkəzdən təqdim edilən sənədlərin arasında qeyd olunan xəbərnamə olmamışdır. Məhkəmələr qətnamələrində sübutları sadəcə sadalanmaqla kifayətlənmiş və bu sübutların araşdırılması və nə səbəbdən məhz iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını əsaslandırmamışdır. b)Kas sasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

19. Maddə 414.1 Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.

20. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.

21. Maddə 415 Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

22. Maddə 416 Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İcra haqqında” Qanun

23. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

24. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödəni lməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

25. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.

26. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasınd an imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

27. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.

28. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qan unla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

29. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.

30. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

31. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçir ildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

32. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

33. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

34. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

35. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

36. Maddə 43.8. İpoteka saxlayan tək rar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Mülki Prosessual Məcəllə

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda if adə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətr aflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3371/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar