Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3635/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Xaçmaz rayon Yergüc Bələdiyyəsinə və Xaçmaz rayon Telekommunikasiya qovşağına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin geri alınması ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və onun vəkili Nematov Rauf Feyzi oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Xaçmaz rayon Yergüc Bələdiyyəsinə və Xaçmaz rayon Telekommunikasiya qovşağına qarşı mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və sair tələb inə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-289/2020 nömrəli 01 dekabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 30 dekabr 1996-cı ildə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 12 nömrəli qərarı ilə fərdi yaşayış evi tikilməsi üçün 0,15 ha torpaq sahəsi iddiaçının şəxsi mülkiyyətinə verilmişdir. İddiaçı israr edir ki, onun mülkiyyətində olan torpaq sahəsinin 120 kv.m hissəsini cavabdehlər zəbt edərək istifadə edirlər. Ona görə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Xaçmaz rayon Yergüc Bələdiyyəsinə və Xaçmaz rayon Tel ekommunikasiya qovşağına qarşı iddia ərizəsi ilə müraciət edərək, mütəxəssislərdən ibarət komissiyanın onun həyətyanı torpaq sahəsini ölçərək ona məxsus olan şəhadətnamədə göstərilən koordinat nöqtələrinin təyin edilməsi, mülkiyyətində olan qeyriqanuni tikililərin ləğv edilməsi, ona vurulmuş maddi, mənəvi ziyanın Xaçmaz rayon Yergüc bələdiyyəsi və Xaçmaz rayon Telekommunikasiya qovşağı tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, torpaq sahəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq, Xaçmaz rayon Yergüc bələdiyyəsi tərəfindən müxtəlif vaxtlarda qeyri-qanuni olaraq satılmışdır. Hal-hazırda ona məxsus olan mülkdə Xaçmaz rayon Telekommunikasiya qovşağı “vayfay” tipli stansiya quraşdırır. O, torpağın ona məxsus olduğunu dəfələrl ə demiş, lakin onlar torpağın bələdiyyə tərəfindən onlara verildiyini bildirmişlər. Bu barədə dəfələrlə Yergüc bələdiyyəsinə müraciət etmişdir. Yergüc bələdiyyəsi ona məhəl qoymayaraq torpağın onlara məxsus olduğunu bildirir. Yergüc bələdiyyəsi onun mülkünü sataraq mülkiyyətinə qəsd edir.
4. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-96/2019 saylı 09 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim A. Sadıqov) İddiaçı cavabdehlər Xaçmaz rayon Yergüc Bələdiyyəsinə və Xaçmaz rayon Telekommunikasiya qovşağına qarşı mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərci 76,80 manat məbləğində pulun İddiaçı alınaraq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
5. İddia tələbini rədd edən b irinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.2; Torpaq Məcəlləsi 84, 111-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. a) Apelyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər F.Məmmədov - sədrlik edən və məruzəçi, Z.Məmmədov və H.Babayeva) 01 dekabr 2020ci il tarixli 2(105)-289/2020 saylı qətnaməsi ilə Apelyasiya şikayəti təmin edilməmiş;
7. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-96/2019 saylı, 09 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
9. Apellyasiya instansiyası mə hkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək,qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətini iddia tələbində qeyd olunan faktiki hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərardad qəbul etsə də ekspert rəyi alınmadan yekun qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili Nematov Rauf Feyzi oğlu kassasiya şikayətini müdafiə edə rək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
15. Maddə.
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Maddə.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs mə hkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
20. Maddə. 111.1 Azərbaycan Respublikasında t orpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
24. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübut ların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir.
25. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə al ır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
26. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
27. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
28. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya aşağıdakı əsaslara görə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün həmin instansiyaya göndərilməlidir.
32. İddiaçının mülkiyyətində 0.15 ha torpaq sahəsi olması və həmin sahənin 120 kv.m hissəsinin zəbt olanması işin mübahisəsiz halıdır. Beləki, torpağın mülkiyyətə verilməsinə dair JN 8996 saylı 30209058 nömrəli şəhadətnamə ilə müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 30 dekabr 1996-cı il tarixli 12 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 0,15 ha torpaq sahəsi verilmişdir. Həmin sahənin 120 kv.m hissəsinin zəbt olunmasını iddiaçı israr edir, cavabdeh tərəf bu halı mübahisələndirmir, məhkəmə isə yekun qərarında iddianı o əsasla rədd etmişdir ki, iddiaçının to rpaq sahəsini cavabdeh zəbt etməmişdir. Yəni 120 kv.m. sahənin zəbt olunmaması ilə bağlı məhkəmə mövqe bildirməmişdir.
33. Birinci instansiya məhkəməsi mütəxəssis rəyinin alınması üçün qərardad qəbul etmiş və əldə edilən rəy əsasında iddianı rədd etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30.04.2019-cu il tarixli **********98 nömrəli mütəxəssis rəyindən müəyyən olunur ki, Xaçmaz rayonu, Üçgün kəndi ərazisində İddiaçı və ailə üzvlərinə məxsus 0,15 ha həyətyanı torpaq sahəsi Xaçmaz rayonu, Yergüc bələdiyyəsi və Xaçmaz rayon Telekommunikasiya qovşağı tərəfindən istifadə edilmir.
34. Eyni zamanda işə apelyasiya qaydasında baxıldıqda iddiaçının vəsatəti əsasında iş üzrə məhkəmə tikinti-texniki eksper tizası təyin edilsə də, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08.01.2020-ci il arayışından, Əmlak Məsələləri Dövlət Xidmətinin 29.07.2020-ci il tarixli və 03.09.2020-ci il tarixli məktublarından görünür ki, qərardad üzrə rəy verilmədən iş geri qaytarılmışdır.
35. Apelyasiya Məhkəməsi hesab etmişdir ki, iddiaçı onun torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini sübuta yetirə bilmədiyi üçün iddia təmin oluna bilməz.
36. Apelyasiya Məhkəməsi sübutetmə vəzifəsini bölüşdürərkən tərəflər arasında mövcud olmuş münasibətlərdən çıxış etmədiyindən qəbul edilmiş qərar əsaslı hesab oluna bilməz.
37. İddiaçı torpaq sahəsinin mülkiyyətində olması, onun 120 kv.m hissəsinin çatışmadığını sübut etmişdir. Həmin hissədə iddiaçı sübutemtə vəzifəsindən az addır. Çatışmayan torpaq sahəsinin məhz cavabdeh tərəfindən zəbt edilib-edilməməsini bu sahədə xüsusi biliyə malik olan mütəxəssis müəyyən edə bilər. İddia ərizəsi verdiyi ilk vaxtdan iddiaçı israr edir ki, onun torpaq sahəsi cavabdeh bələdiyə tərəfindən qanunsuz olaraq digər cavabdehə satılmışdır, həmin sənədləri əldə edə bilmir və bunun üçün ekspertiza keçirilməsini tələb edir. Apelyasiya baxışı zamanı da iddiaçının dəlili müvafiq ekspertiza keçirilməsi ilə bağlı olmsuşdur.
38. Əvvəla, məhkəməyə lazım gəlirdi ki, cavabdehin istifadəsində olan torpaq sahəsinin hüquqi əsasları ilə bağlı sənədləri tələb edib həmin sənədlərin kordinatları əsasında ekspertiza keçirsin. Çünki hazırkı işin mübahisəli halı cavabdehin istifadəsində olan torpaq sahəsinin kordinatlarının iddiaçının mülkiyyətində ol an torpaq sahəsinin kordinatları ilə üst-üstə düşüb-düşməməsi ilə bağlıdır.
39. Aydındır ki, iddiaçı həmin sənədləri əldə edə bilmir, ona görə məhkəmə MPM-nin 78-ci maddəsinə əsasən həmin sənədləri tələb etməli və onların əsasında ekspert qarşısında qoyulan sualları müəyyənləşdirməli idi.
40. Natamam mütəxəssis rəyi əsasında verilmiş qərar əsaslı hesab oluna bilməz. Mütəxəssis rəyi ilə müəyyən edilir ki, 0,15 ha həyətyanı torpaq sahəsi Xaçmaz rayonu, Yergüc bələdiyyəsi və Xaçmaz rayon Telekommunikasiya qovşağı tərəfindən istifadə edilmir. Onda, iddiaçıya məxsus torpaq sahəsinin kimin tərəfindən zəbt olunması açıq qalır və bu hal aydınlaşdırılmadan qərar qəbul edilir. Nəzərə almaq lazımdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə t ərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (MPM-nin 80-ci maddəsi).
31. Məhkəmə iddianı rədd edirsə, əsaslandırmalıdır ki, həmin sahəni cavabdeh zəbt etməyib, həmin sahə başqa hissədən zəbt olunub, və yaxud zəbt olunmayıb, və.s.
42. Eyni zamanda cavabdehin istifadəsində olan torpaq sahəsinin hüquqi əsaslarının tələb olunması ona görə lazım idi ki, iddiaçı həmin sahənin bələdiyyə qərarı ilə verildiyini israr edirdi. Bu hal təsdiq olunacağı təqdirdə iddianın mahiyyəti, məhkəmə aidiyyəti ilə bağlı məsələlərin (əqdin, qərarın etirabsızlığı və.s.) ortaya çıxması istisna deyildi.
43. Apelyasiya instansiyası icraatı zamanı təyin edilmiş ekspertizanın keçirilməsinə iddiaçının mane olması məntiqsiz olmaqla sübuta yetmir. Ekspertizanı keçirməyə borclu olan orqanların əlaq əsiz fəaliyəti nəticəsində (mütəxəssislə ekspertin yerli baxışı birlikdə keçirə bilməməsi səbəbindən) həmin ekspertiza keçirilməmişdir. Apelyasiya Məhkəməsi ekspertizanın keçirilməsinə dəfələrlə cəhd göstərmiş olsa da (iş dəfələrlə rəy verilməsi üçün göndərilmişdir), rəyin alınması mümkün olmamışdır.
44. Hazırkı mübahisənin həlli üçün müvafiq ekspertizanın keçirilməsi vacibdir. Ancaq mütəxəssis rəyi ilə müəyyən edilə bilər ki, iddiaçının torpaq sahəsinin kordinatları ilə cavabdehin istifadə etdiyi torpaq sahəsinin kordinatları üst-üstə düşür, ya yox. Yuxarıda qeyd olunduğu kimi bu zaman cavabdehin də torpaq sahəsinə dair sənədlərinin təqdim edilməsi ekspertizanın keçirilməsini asanlaşdırmış olardı.
45. Eyni zamanda, çıxarılacaq qərarın obyektivliyi naminə ekspert qarşısında qoyulacaq suall ar dəqiq müəyyən edilməlidir. O cümlədən, tərəflərin faktiki istifadə etdikləri torpaq sahələrinin kordinatları, sənəd üzrə kordinatları, onların üst-üstə düşübdüşməməsi, iddiaçının torpaq sahəsinin zəbt olunub-olunmaması, zəbt olunubsa hansı istiqamətdən zəbt olunması və.s zəruri hallara dair suallar qoyulmalıdır.
46. Qeyd olunan məsələlər aydınlaşdırılmadan mülkiyətçinin mülkiyyət hüquqlarına müdaxilə olunmaması barədə qənaətə gəlmək qanuni və əsaslı hesab oluna bilməz.
47. Yuxarıda şərh edilənlər belə qənaətə gəlməyə əsas verir ki, Apelyasiya Məhkəməsi mübahisənin həllində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.
48. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələ rini rəhbər tutaraq, məhkəmə kollegiyası
41. Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-289/2020 nömrəli 01 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.