Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3636/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh1 vəkili X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdlərin etibarsızlığı, zərərin ödənilməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsin in Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, apelyasiya instansiyası məhkəməsində müəyyən etmiş hallar və sübutlar əsasında iddia tələbinin rədd edilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdlərin etibarsızlığı, zərərin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Rzayeva, iş № 2(010)-2670/2019) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdlərin etibarsızlığı, zərərin ödənilməsi və pul” tələbi barədə iddia qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı arasında xx xxx 2016-cı il tarixdə 2 saylı Bakı Asan Xidmət mə rkəzində notariat kontorunda bağlanmış kredit (borc) müqaviləsi etibarsız hesab edilməsi, İddiaçı tərəfindən xx xxx 2016-cı il tarixdə Cavabdeh1 nəğd şəkildə ödənilmiş 5000 ABŞ dolları, 2 saylı Bakı "Asan xidmət" mərkəzində notariat kontorunda bağlanmış kredit müqaviləsi üzrə 10000 ABŞ dolları və 92 manat müqavilə haqqı Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Əliyev, iş № 2(103)14499/2019) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2670/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyi şdirilmiş, qətnamə qismən- “2 saylı Bakı "Asan xidmət" mərkəzində notariat kontorunda bağlanmış kredit müqaviləsi üzrə 10000 ABŞ dolları hissəsində ləğv edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, apelyasiya instansiyası məhkəməsində müəyyən etmiş hallar və sübutlar əsasında iddia tələbinin rədd edilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkə mə iclasında iştirak edənlərin izahatları: Cavabdeh1 vəkili X7 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanun vericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, İddiaçı xx xxx 2016-cı il tarixdə Bakıya gələndə atası X2 polis əməkdaşları tərəfindən tutulduğu eşitmişdir. Dərhal polis idarəsinə gedərək ona məlumat verilmişdir ki, atası X1 Nüşabə Məhəmməd qızından 19000 ABŞ dolları məbləğində pulunu alıb onu aldadaraq pullarını qaytarmamş və bunun nəticəsində Cavabdeh1 şikayət ərizəsi ilə müraciət etmişdir. İddiaçı atası ağır şəkər xəstəsi olduğundan və eyni zamanda ürək xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq 2 gün polis idarəsində saxlanıldıqdan sonra, şikayət geri götürülməzsə məhkəməyə təqdimat verilməkl ə atası barəsində həbs-qətimkan tədbiri seçilməsindən və istintaq müddəti dövründə, yəni 4 ay müddətinə istintaq təcridxanasında saxlanıldığından, həbs olunacağı təqdirdə sağlamlığında ciddi fəsadlar yaranması ehtimalı böyük olduğundan qorxaraq, atasının Cavabdeh1 pulun alıb-almaması, pulu qaytarıb-qaytarmaması məsələsini araşdırmadan onun zaminə buraxılmasının mümkün olması üçün zərərçəkmişlə razılıq əldə etmək lazım olduğunu hesab etmişdir. İddiaçı zərərçəkmiş şəxs barəsində məlumatları əldə edib Bərdə rayonuna yola düşmüş, orada cavabdehlə telefon əlaqəsi saxlamışdır. Cavabdeh1 ilə görüşməyə razılıq vermişdir. Onlar adı yadında olmadığı bir kafedə görüşərkən Cavabdeh1 bildirmişdir ki, atası X3 ondan 19000 ABŞ dolları pulu alıb, geri qaytarmır. Buna görə də, o, pul qaytarılmayacağı hal da şikayət ərizəsini geri götürməyəcəkdir. Onun həmin məbləğdə pulu olmadığı üçün qadını razı sala bilməmiş və məcbur olub Bakı şəhərinə qayıtmışdır. Sonra müəyyən edəndən sonra ki, Cavabdeh1 hal-hazırda Bakı şəhərindədir və onunla polis idarəsinin yaxınlığında olan kafelərdən birində görüşmüşdür. Cavabdeh1 5000 ABŞ dolları vermişdir. Nüşabə 5000 dolları aldıqdan sonra notariat kontoruna gedib borc müqaviləsi bağlamağı xahiş etmişdir. Lakin onun şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdiyindən həmin gün müqavilə bağlamaq mümkün olmamışdır. Buna baxmayaraq onlar müstəntiqin yanına getmişlər və orada Nüşabə atasından heç bir şikayət və tələbinin olmaması barədə ərizə yazıb vermişdir. Həmin ərizəni xx xxx 2016-cı il tarixdə şəxsən öz xətti ilə yazaraq polisə təqdim etmişdir. Yalnız bunda n sonra atası barədə başqa yerə getmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və azadlığa buraxılmışdır. Atası buraxıldıqdan sonra atasının xəstəliyini, hər an halının pisləşəcəyini nəzərə alıb yenidən həbs olunacağından qorxaraq atasına heç bir söz demədən, atasından xəlvət olaraq xx xxx 2016-cı il tarixdə Cavabdeh1 qalan 10000 ABŞ dollarını hissəhissə, hər ay 300 dollar ödəmək şərtilə onunla borc müqaviləsi bağlamış və 2 saylı ASAN Xidmət Mərkəzində notarial qaydada təsdiq etdirmişdir. Elə orada Cavabdeh1 səlahiyyətli orqanlara X3 tərəfindən ona dəymiş zərərin tam olaraq ödənildiyini və bundan sonra ona qarşı heç bir şikayətinin və iddiasının olmayacaqını bildirən yazılı ərizəsini notarial qaydada təsdiq etdirərək ona vermişdir. Məsələni bu qaydada nizama saldıqdan sonra o, ilk dəfə olaraq atası ilə təkbətək görüşüb baş vermiş hadisənin təfərrüatını soruşmuşdur. Atası isə Nüşabədən cəmi 2287 manat pul aldığını, həmin pulla Nüşabəyə və onun oğluna təyyarə bileti aldığını və onların digər xərclərini bağladığını bildirmişdir. Onun Cavabdeh1 5000 ABŞ dolları verdiyini, onunla borc müqaviləsi bağladığını atası xeyli gec eşitmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə, o cümlədən birinci, apellyasiya və kassasiya instansiya məhkəməsi tərəfindən X3na Cavabdeh1 tərəfindən ittiham edildiyi Azərbaycan Respublikası CM-nin 178.2.4.-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirliyi sübuta yetmədiyindən baraət verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi, həmin müqavilədən irəli gələn hüquq və vəzifələrin müəyyənləşdirilm əsi müqavilə tərəfi olan Cavabdeh1 mülki hüquq subyekt kimi iradə sərbəstliyi prinsipinə əsaslanmamışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324,337, 339, 340, 351, 354-cü maddələrini tətbiq etmişdir. Cavabdeh1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri aşağıdakılarla bağlıdır «…məhkəmə tərəfindən əsassız olaraq hazırkı mübahisəyə iddia müddəti tətbiq olunmamışdır» «Apelyasiya məhkəməsi ərazi aidiyyəti ilə bağlı qeyd olunan dəlillərini əsassız olaraq nəzərə almamış və aidiyyat qaydalarının kobud şəkildə pozulmasına hər hansı münasibət bild irməmişdir.» İlkin olaraq qeyd edilməlidir ki, məhkəmələrin mübahisə üzrə gəlmiş olduğu nəticələrindən görünür ki, tərəflər arasında bağlanmış 29.5.2016-cı il tarixli kredit müqaviləsi, həmin müqavilədən irəli gələn hüquq və vəzifələrin müəyyənləşdirilməsi müqavilə tərəfi olan Cavabdeh1 mülki hüquq subyekti kimi iradə sərbəstliyi prinsinə əsaslanmamışdır. Qeyd olunan müqavilə bağlanarkən İddiaçı Cavabdeh1 tərəfindən aldadılmışdır. Çünki cavabdeh aldatma olmadan cavabdehin müqavilə bağlamayacağını aşkar formada bilmiş, yəni İddiaçı atasının X2 real olaraq 19000 ABŞ dollarının dələduzluq yolu ilə götürülüb qaytarılmamasında təqsiri olmadığını bilmiş, tərəfin ağır vəziyyətə düşməsindən istifadə etmiş, bu barədə iddiaçını aldadaraq, işin real vəziyyəti barədə susmuşdur. Məhkəmə kollegiyası cav abdehin ərazi aidiyyətinin pozulmasına dair dəlillinə münasibətdə qeyd edir ki, cavabdehin qeydiyyat yeri ünvan 1 ünvanda yerləşsə də, faktiki olaraq Bakı şəhəri Suraxanı rayon Qaraçuxur qəsəbəsi A.Alıcanov küçəsi bina 2 ev 78 ünvanda yerləşir və o, Bakı şəhəri 296 saylı orta məktəbdə müəllimə işləyir. Aşkar olaraq müəyyən olunur ki, cavabdehin yaşayış yeri Bakı şəhərində olduğundan və müqavilə Bakı şəhərində bağlandığından müqavilənin icra yeri Bakı şəhəri Suraxanı rayonu hesab olunur. Məhz müqavilənin 4-cü bəndində göstərilmişdir ki, kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə verilə bilər. Bu baxımdan müə yyən olunduğu kimi müqavilənin icra yeri Bakı şəhər Suraxanı rayon (müqavilə üzrə borc verən kimi göstərilmiş şəxsin yaşayış yeri Bakı şəhər Suraxanı rayon Alıcanov küçəsi bina 2 ev 78-də yerləşir) göstərildiyindən haqlı olaraq işə Bakı şəhər Suraxanı Rayon Məhkəməsində baxılmışdır. Bu baxımdan Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə istinadla apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması yolverilməzdir. Kassasiya şikayətinin digər dəlili isə məhkəmələrin iddia müddətinin tətbiq edilməməsi ilə bağlıdır. Bununla bağlı qeyd olunmalıdır ki, hazırkı iddia tələbi 5000 manat pulun geri qaytarılması və kredit müqaviləsinin etibarsız hesab olunmasına dair iki hissədən ibarətdir. Bu halda pul tələbinə dair hissəyə iddia müddətinin, müqavilənin etibarsız hesab edilməsi ilə bağl ı hissə üzrə kəsici müddətin tətbiq olunmasının mümkünlüyü araşdırılmalıdır. İşi halları ilə müəyyən olunur ki, 5000 ABŞ dolları xx.xx.2016-cı ildə Cavabdeh1 Məhəd qızına verilmiş mübahisələndirilən müqavilə isə xx xxx 2016-cı il tarixdə bağlanmışdır. İş üzrə Cavabdeh1 şikayəti əsasında iddiaçının atası Rəhman Tanrıverdiyev barəsində başlanmış cinayət işi üzrə qəbul olunmuş bəraət hökmü isə xx xxxx 2018-ci ildə qanuni qüvvəyə minmişdir. Həmin cinayət işi üzrə son kassasiya məhkəməsinin qərarı isə xx.xx.2018-ci ildə qəbul olunmuşdur. Hazırkı iddia tələbi isə xx.xx.2019-cu ildə icraata qəbul olunmuşdur. Belə olan halda iddia tələbinin hər iki hissəsi üzrə (iddia müddətinin və kəsici müddətin) müddətin keçməsi nəticəsinə gəlmək üçün əsaslar müəyyən olunmur. Mülki Məcəllənin 373.2-ci maddəsini n tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 il, həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlilləri iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq e tmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə münasibətdə dəyişdirilm
Məhkəmə qərarları › İş №2(102)-3636/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3636/2020
29.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver