Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4481/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, xxx nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim R.Əliyev) xx.xx.2016-cı il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi və borc qismində 23000 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması” ilk iddiası qismən, iddiaçı Cavabdeh İddiaçı qarşı “xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi” qarşılıqlı tələbinə dair iddiası təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 43 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh İddiaçı xeyrinə nisyə alınmış qızılzinət əşyalarına görə yaranmış borc qismində 13000 manatın və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 16 manatın, cəm i 13016 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər S.Hacıyev, E.Nəbiyev, R.Qurbanov) xx.xx.2017-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin ilkin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh İddiaçı xeyrinə ümumilikdə 23000 manatın tutulması, qətnamənin ilkin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanması qət edilmişd ir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, 23000 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Bakı şəhəri 43 saylı Notariat Kontorunda bağlanılmış xx.xx.2015-ci il tarixli, 3M-935 nömrəli kredit müqaviləsinin etibarsız hesab eilməsi, ilk iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili V kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-cİ il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə üzrə İddiaçı Cavabdeh 23.000 manat məbləğində pul verməyi, Cavabdeh isə həmin borcun 3.000 manat məbləğində hissəsini 2016-cı ilin fevral ayında, qalan hissəsini isə xx xxxxxx 2018-ci il tarixədək qaytarmağı öhdələrinə götürmüşlər. Bakı şəhəri Yasamal rayon Polis İdarəsində İddiaçı və R.M.Mansurovanın şikayəti üzrə toplanmış 1049 saylı rədd materialında olanı İddiaçı və Cavabdeh yazılı izahatlarından görünür ki, İddiaçı Cavabdeh ümumilikdə 23.000 manat məbləğində qızıl-zinət əşyaları verdiyini, Cavabdeh isə İddiaçı satmaq üçün 24.000 manat məbləğində qızıl-zinət əşyaları aldığını, başqa şəxslərə da borcu olduğuna görə həmin qızıl- zinət əşyalarının dəyərini ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 23. 000 manat dəyərində qızıl-zinət əşyası satmış, lakin sonuncu həmin əşyaların dəyərini ödəməmişdir. Daha sonra həmin qızıl-zinət əşyalarına görə yaranmış borcun etiraf edilməsini rəsmiləşdirmək məqsədi ilə tərəflər xx xxxxxx 2015-ci il tarixli kredit müqavilə si bağlamışlar. Kredit müqaviləsinin bağlanması zamanı hər hansı məbləğdə nağd pul verilməmişdir. Məhkəmə baxışında müəyyən edilmiş hallardan göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi qanunvericiliyin tələblərinin pozulması, yəni müqavilənin şərtinə zidd olaraq onun bağlanması zamanı hər hansı məbləğdə borcun verilməməsi ilə, habelə qızıl-zinət müqaviləsini pərdələmək məqsədilə bağlandığından yalan əqd olmaqla etibarsızdır. Azərbaycan Respublikası Müli Məcəlləsinin 340.2-cİ maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir, Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Yalan əqd qismində bağlanmış kredit müqaviləsi etibarsız hesa b edildiyindən, tərəflərin həmin əqdi bağlayarkən nəzərdə tutduqları alq-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Apelyasiya məhkəməsi yanlış olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci və 598.1-ci maddələrinə istinad etməklə qətnamədə qeyd etmişdir ki, kollegiya hesab edir ki, alqı-satqı müqaviləsi üzrə İddiaçı satdığı qızıl-zinət əşyalarını Cavabdeh verilməsi öhdəliyini icra etdiyindən, sonuncu da həmin əşyaların dəyəri olan 23.000 manatı ona ödəməlidir. Kollegiya hesab edir ki, ilkin iddia üzrə cavabdehin kredit müqaviləsini məhz 23.000 manat məbləğində notarial qaydada bağlaması, onun aldığı qızıl-zinət əşyalarına görə borcunun məhz elə həmin məbləğdə olmasını təsdiq edir. Birinci instansiya məhkəməsi isə b u halı nəzərə almayaraq, iddianı yalnız 13.000 manat həddində təmin etmişdir. Odur ki, kollegiya ilkin iddianın tam əsaslı olması qənaətinə gələrək, hesab edir ki, qətnamə ilkin iddianın rədd edilmiş hissəsində ləğv edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi etibarsız hesab edilməklə yanaşı ilkin iddia üzrə cavabdehdən ümumilikdə 23.000 manat məbləğində vəsait tutulmalıdır. Bu baxımdan kollegiya ilkin iddia üzrə iddiaçının apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Qarşılıqlı iddia üzrə iddiaçının apelyasiya şikayətinin dəlillərini isə kollegiya əsassız hesab edir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı aldığı zinət əşyalarının dəyərini tam şəkildə ödəməsini bildirsə də, bunu sübut edə bilməmişdir. Digər tərəfdən könüllü surətdə notarial qaydada məhz 23.000 manatı n borc olaraq alınmasına dair kredit müqaviləsini elə bağlamaqla faktiki borcunun elə həmin məbləğdə olmasını etiraf etmişdir. Lakin apelyasiya məhkəməsi AR MPM-nin 14 və 77-ci maddələrinin tələbləri əsasında deyil, yalnız iddiaçı tərəfin izahatı əsasında qətnamə qəbul etmişdir. Beləliklə apelyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, xxx nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddia üzrə İddiaçı və ilk iddia üzrə Cavabdeh məhkəmə iclas ına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki,iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İddiaçı ilə X1 arasında bağlan mış xx xxxxxx 2015ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə üzrə İddiaçı X2ma 23.000 manat məbləğində pul verməyi, Cavabdeh isə həmin borcun 3.000 manat məbləğində hissəsini 2016-cı ilin fevral ayında, qalan hissəsini isə xx xxxxxx 2018-ci il tarixədək qaytarmağı öhdələrinə götürmüşlər; Bakı şəhəri Yasamal rayon Polis İdarəsində İddiaçı və R.M.Mansurovanın şikayəti üzrə toplanmış 1049 saylı rədd materialında olan İddiaçı və Cavabdeh yazılı izahatlarından görünür ki, İddiaçı Cavabdeh ümumilikdə 23.000 manat məbləğində qızılzinət əşyaları verdiyini, Cavabdeh isə İddiaçı satmaq üçün 24.000 manat məbləğində qızıl-zinət əşyaları aldığını, başqa şəxslərə da borcu olduğuna görə həmin qızıl-zinət əşyalarının dəyərini ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 23.000 manat dəyərində qızıl-zinət əşyası satmış, lakin sonuncu həmin əşyaların dəyərini ödəməmişdir. Daha sonra həmin qızıl-zinət əşyalarına görə yaranmış borcun etiraf edilməsini rəsmiləşdirmək məqsədi ilə tərəflər xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi bağlamışlar. Kredit müqaviləsinin bağlanması zamanı hər hansı məbləğdə nağd pul verilməmişdir. Məhkəmə baxışında müəyyən edilmiş hallardan göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi qanunvericiliyin tələblərinin pozulması, yəni müqavilənin şərtlərinə zidd olaraq onun bağlanması zamanı hər hansı məbləğdə borcun verilməməsi ilə, habelə qızıl-zinət əşyalarının alqı-satqısı müqaviləsini pərdələmək məqsədilə bağlandığından yalan əqd olmaqla etibarsızdı r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Yalan əqd qismində bağlanmış kredit müqaviləsi etibarsız hesab edildiyindən, tərəflərin həmin əqdi bağlayarkən nəzərdə tutduqları alq-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərd ə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Apelyasiya kollegiyası hesab etmişdir ki, alqı-satqı müqaviləsi üzrə İddiaçı satdığı qızıl-zinət əşyalarını Cavabdeh verilməsi öhdəliyini icra etdiyindən, sonuncu da həmin əşyaların dəyəri olan 23.000 manatı ona ödəməlidir. İlkin iddia üzrə cavabdehin kredit müqaviləsini məhz 23.000 manat məbləğində notarial qaydada bağlaması, onun aldığı qızıl-zinət əşyalarına görə borcunun məhz elə həmin məbləğdə olmasını təsdiq edir. Qarşılıqlı iddia üzrə iddiaçının apelyasiya şikayətinin dəlillərini isə apelyasiya kollegiyası əsassız hesab edəkə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı aldığı zinət əşyalarının dəyərini tam şəkildə öd əməsini bildirsə də, bunu sübut edə bilməmişdir. Digər tərəfdən könüllü surətdə notarial qaydada məhz 23.000 manatın borc olaraq alınmasına dair kredit müqaviləsini elə bağlamaqla faktiki borcunun elə həmin məbləğdə olmasını etiraf etmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh kasasiya şikayətində apelyasiya məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci və 598.1-ci maddələrinə istinad etməklə alqı-satqı müqaviləsi üzrə İddiaçı satdığı qızıl-zinət əşyalarını Cavabdeh verilməsi öhdəliyini icra etdiyindən, sonuncu da həmin əşyaların dəyəri olan 23.000 manatı ona ödəməli olması qənaə tinə gəlməsini yanlış hesab etsə də, qeyd edilməlidir ki, apelyasiya kollegiyası ilkin cavabdehin tətbiq edilməsini yanlış hesab etdiyi normaları mübahisəyə tətbiq etməklə düzgün hüquqi mövqedə olmuşdur. Belə ki, göstərilən normalara istinadən mübahisənin həll edilməlisini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsi tələb etmişdir. Kasasiya şikayətinin digər dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, həmin dəlillərin əsassızlığı ilə bağlı da apelyasiya kollegiyası düzgün hüquqi mövqedə olmuşdur və hazırda həmin əsaslandırma üzrə təkrarçılığa yol verilməsinə lüzum yoxdur. Ümumilikdə kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi hal müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki,kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məh kəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, xxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4481/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4481/2020
01.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver