Məhkəmə qərarları › İş №2(102)-3637/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3637/2021

24.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3637/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X3 cavabdehlər Cavabdeh1 Qəni qızı və Sumqayıt Şəhər Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsində olan darvazanın və iki tərəfdən hasarın sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X16 oğlunun katibliyi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 Qəni qızının, nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının 2(105)-70/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı torpaq sahəsini X1 12 oktyabr 2009-cu il tarixli, 4Ə3/454 saylı alğı-satqı müqaviləsi əsasında almış və bu torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 13 noyabr 2009-cu il tarixdə qeydə alınaraq, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir.

2. Sumqayıt Bələdiyyəsinin 27 iyun 2013-cü il tarixli, 07 saylı protokol qərarına əsasən Cavabdeh1 Qəni qızının mülkiyyətində olan torpaq sahəsi ndən çıxarışda göstəriləndən artıq istifadədə olan 235 kv.m. torpaq sahəsinin ona satılması qərara alınmış və Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 Qəni qızı arasında bağlanmış, Sumqayıt şəhəri, 3 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 02.07.2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən 0.0235 ha torpaq sahəsi Cavabdeh1 Qəni qızının mülkiyyətinə verilmişdir. Həmin alğı-satqı müqaviləsi əsasında sözügedən torpaq sahəsi üzərində Cavabdeh1 Qəni qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınaraq 10.07.2013-cü il tarixli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X6 cavabdehlər Cavabdeh1 Qəni qızına və Sumqayıt Bələdiyyəsinə qarşı (üçüncü şəx slər Sumqayıt şəhəri 3 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış, Sumqayıt şəhəri 3 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 02.07.2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli, 10.07.2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı torpaq sahəsini X1 12 oktyabr 2009-cu il tarixli alğı-satqı müqaviləsi əsasında satın almışdır. Onunla yanaşı bir neçə şəxs - X7, X12 və X5 da Eyni gündə U.G.İsgəndərovadan həmin torpaq sahəsinin ayrı-ayrı hissələrini almışlar. Bundan sonra həmin şəxslərə qarşı X11, Cavabdeh1, X10 adlı şəxslər məhkəmədə iddia qaldırmışlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1700/2015 saylı, 19 iyun 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-209/2016 saylı, 08 fevral 2016-cı il tarixli qətnaməsi ilə hər iki apellyasiya şikayəti təmin olunaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1700/2015 saylı, 19 iyun 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələblə ri təmin olunmuş, U.G.İsgəndərova ilə A.M.Allahyarov arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli, U.G.İsgəndərova ilə A.Z.Hacıyev arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli, U.G.İsgəndərova ilə S.B.Teymurov arasında bağlanmış 12 oktyabr 2009cu il tarixli alğı-satqı müqavilələri və bu müqavilələr əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və çıxarışlar etibarsız sayılmışdır. Eyni zamanda həmin qətnamə ilə, U.G.İsgəndərova ilə A.Ş.Dadaşova arasında bağlanmış 12 oktyabr 2009-cu il tarixli, 4Ə3/454 saylı daşınmaz əmlakın alğısatqı müqaviləsi, onun əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrin dən çıxarış etibarsız hesab edilmiş, A.M.Allahyarov və S.B.Teymurov tərəfindən ünvan 1 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin həmin şəxslərin hesabına sökülməsi, cavabdehlərin Sumqayıt şəhəri, Corat bağları ərazisi 2344 (2333) saylı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Cavabdehlər, o cümlədən özü həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-209/2016 saylı, 08 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş iş təkrar apellyasiya baxışına qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-232/201 7 saylı, 17 yanvar 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçıların həmin qətnamədən verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Buna baxmayaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-209/2016 saylı, 08 fevral 2016-cı il tarixli qətnaməsinə əsasən, ona məxsus torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısı ləğv edilmişdir. Onunla yanaşı U.G.İsgəndərovadan torpaq sahəsi almış A.M.Allahyarov və qeyrilərinə məxsus torpaq sahələri üzərində də mülkiyyət hüququna dair qeydiyyat yazısı da ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli, 2(105)-232 saylı qərardadı ilə həmin şəxslərə, o cümlədən ona verilmiş çıxarışların dövlət reyestrində qe ydiyyatı bərpa edilmişdir. Qərardad icraya yönəldilmiş, A.M.Allahyarova, A.Z.Hacıyevə, S.B.Teymurova məxsus torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar bərpa edilmiş, ona aid torpaq sahəsinə dair çıxarışın bərpasına dair hissədə isə qərardad icra olunmamışdır. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi bunun səbəbini onunla izah etmişdir ki, Sumqayıt şəhəri, 3 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 02.07.2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında sözügedən torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmışdır. Sumqayıt Bələdiyyəsinin 27 iyun 2013-cü il tarixli, 07 saylı protokol qərarına əsasən Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən çıxarışda göstəriləndən artıq istifadədə olan 235 kv.m. torpaq sahəsinin ona satılması qərara alınmış və Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış, Sumqayıt şəhəri, 3 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 02.07.2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən 0.0235 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Halbuki, sözügedən torpaq sahəsi hazırda onun mülkiyyətində, faktiki sahibliyində və istifadəsindədir. Bundan əvvəl aralarında olan məhkəmə çəkişməsi zamanı Cavabdeh1 tərəfindən belə bir müqavilə ortaya çıxarılmamış, belə bir müqavilənin olmasından DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 28 mart 2018-ci il tarixli məktubunu aldıqdan sonra xəbər tutmuşdur.

5. Cavabdeh1 Qəni qızı X4 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Corat bağları, 2333C saylı torpaq sah əsində 2 tərəfdən tikilmiş daş hasarın və darvazanın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2333C saylı torpaq sahəsi 10 iyul 2013-cü il tarixdən onun mülkiyyətindədir. Torpaq sahəsi Sumqayıt şəhər Bələdiyyəsinin 27 iyun 2013-cü il tarixli qərarı və həmin dövrdə fəaliyyət göstərən Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin bələdiyyə ilə birgə tərtib etdiyi alğısatqı aktına əsasən qeydiyyatdan keçmişdir. Torpağa görə 1316 manat pulu Sumqayıt Bələdiyyəsinin büdcəsinə keçirmişdir. Hazırda A.Ş.Dadaşova göstərilən torpaq sahəsini qonşusunun torpağı hesabına bir qədər genişləndirərək onun tikdiyi hasara əlavə 2 divar hasar tikmiş və d arvaza qoymuşdur.

7. Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.B.Məmmədov) ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddia tələbi təmin edilməməsi, Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 Qəni qızı arasında bağlanmış, Sumqayıt şəhəri 3 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 02.07.2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alğı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh1 Qəni qızının adına verilmiş ********** qeydiyyat nömrəli, 10.07.2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasındakı başqa məhkəmə çəkişməsinin nəticəsi olan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəli torpaq sahəsi ilkin iddiaçı X4 məxsusdur.

9. Məhkəmə hesab etmişdir k i, X3 iddiası təmin edilməli, qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında ona məxsus olduğu müəyyən edilmiş və üzərində mülkiyyət hüququ bərpa edilməli olan Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun bərpasına, daha doğrusu qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına mane olan hal aradan qaldırılmalı, yəni Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh1 Qəni qızı arasında bağlanmış, Sumqayıt şəhəri 03 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 02.07.2013-cü il tarixli, 4Ə/561 reyestr nömrəli alğı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh1 Qəni qızının adına verilmiş ********** qeydiyyat nömrəli, 10.07.2013-cü il tarixli çıxarış etibarsız hesab edilməlidir.

10. Məhkəmə qarşılıqlı iddia tələbini araşdıraraq hesab etmişdir ki, mübahisə predmeti olan darvaza və daş hasarın qanuni qüvvəyə minmiş və hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən məhkəmə aktlarına əsasən X4 məxsus torpaq sahəsində yerləşdiyi üçün qarşılıqlı iddia tələbi təmin edilə bilməz.

11. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh1 Qəni qızı ilə Sumqayıt Bələdiyyəsi arasında müqavilə bağlanan zaman qanunvericiliyin bələdiyyə torpaqlarının hərrac və ya müsabiqə yolu ilə satılmalı olmasına dair tələbləri kobud surətdə pozulmuşdur.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337,560-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-724/2019 nömrəli iş üzrə 12 fevral 2019-cu il tarixli qətnaməsi i lə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), S.A.Qafari və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Bələdiyyəsi ona verilmiş hüquqdan sui-istifadə edərək qanunun tələblərini kobud şəkildə pozmaqla Cavabdeh1 Qəni qızının adına torpaq sahəsi ayırmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, ilkin iddia təmin edilərək X3 öz mülkiyyətində olan torpaq sahəsi üzərində hüquqları bərpa olunmalı, qarşılıqlı iddia isə təmin edilməməlidir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasını n 2(102)-4679/2019 saylı, 03 iyul 2019-cu il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və S.F.Hacıyev) cavabdehlər Cavabdeh1 Qəni qızı və Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.02.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

17. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, işdə mövcud olan azsaylı sübutlara əsasən X3 adına 2009-cu ildə qeydə alınmış torpaq sahəsinin Sumqayıt şəhəri, 3 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 02.07.2013cü il tarixli, 4Ə/561 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 Qəni qızına satılmış torpaq sahəsinin eyni olmasını birmənalı şəkildə müəyyən etmək mümkün deyildir.

18. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilkin iddianın təmin edilməsi nəticəsinə gələn apellyasiya məhkəməsi bələdiyyə ilə Cavabdeh1 arasında bağlanmış alğı-satqı müqaviləsinin hansı əsasla etibarsız hesab edilməsini, bu əqdin Mülki Məcəllədə müəyyənləşdirilmiş hansı şərti pozmaqla bağlandığını qətnaməsində əsaslandırmamış, müqaviləni etibarsız hesab edərkən əqdin etibarsızılığının nəticələrini tətbiq etməmiş, beləliklə iş üzrə maddi hüquq normalarının tələblərini də pozmuş, həmçinin Cavabdeh1 adına verilmiş çıxarış etibarsız hesab edilsə belə, həmin torpağın satıcısı Sumqayıt Bələdiyyəsinin həmin torpaq sahəsi üzərində 03.06.2013-cü il tarixdə qeydə alınmış mülkiyyət hüququnun mübahisələndiril mədiyini nəzərə almamışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 28 mart 2018-ci il tarixli məktubda göstərilənlər də məntiqli deyil. Belə ki, əgər söhbət eyni torpaq sahəsindən getmiş olsa idi, bu zaman A.Ş.Dadaşovanın adına 2009-cu ildə qeydə alınmış mülkiyyət hüquqları, Sumqayıt şəhəri, 3 saylı Notariat Kontoru tərəfindən təstiq edilmiş 02 iyul 2013-cü il tarixli 4Ə/561 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 mülkiyyət hüququnun 2013-cü ildə qeydə alınmasına mane olmalı idi. Yəni əgər bu gün A.Ş.Dadaşovanın torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının bərpası həmin torpaq sahəsinin Cavabdeh1 adına qeydə alınmasına görə mümkün d eyildirsə, eyni ilə 2013-cü ildə Cavabdeh1 mülkiyyət hüquqlarında qeydə alınması həmin torpağın A.Dadaşovaya məxsus olması əsası ilə mümkün olmamalı idi. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-70/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə (sədrlik edən və məruzəçi), T.O.Quliyev və E.G.Rəhimov) ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 Qəni qızı və Sumqayıt Bələdiyyəsi tərəfindən ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.02.2019-cu il tarixli 2(105)- 724/2019 nömrəli qətnaməsi ləğv edilmiş, X3 Cavabdeh1 və Sumqayıt Şəhər Bələdiyyəsinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin e dilməmiş, Cavabdeh1 cavabdeh X4 qarşı torpaq sahəsində olan darvazanın və iki tərəfdən hasarın sökülməsi tələbinə dair iddia təmin edilərək, Sumqayıt şəhəri, Corat bağları 2333C saylı torpaq sahəsində iki tərəfdən tikilmiş daş hasar və darvaza sökülməsi qət edilmiş, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun X2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

21. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2020-ci il tarixli, 10/4031 saylı ekspert rəyindən görünür ki, A.Ş.Şirinovanın (Dadaşovanın) Sumqayıt şəhəri, Corat bağları ərazisinə yerləşən 2344 saylı nömrəli bağ sahəsi üzərində qeydiyyata alınmış mülkiyyət hüququnun ləğv edildiyinin göstərilməsi səbəbinbən, hər iki tərəfə məxsus torpaq sahələrinin üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 10 iyul 2013-cü il tarixli ********** saylı çıxarışın plan ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarına əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2333C nömrəli Cavabdeh1 mülkiyyətində olan bağ sahəsi hasara alınmış 310 kv.m torpaq sahəsinin daxilində yerləşir.

22. İşdə mövcud olan azsaylı sübutlara əsasən A.Ş.Dadaşovanın adına 2009-cu ildə qeydə alınmış torpaq sahəsinin Sumqayıt şəhəri, 3 saylı notariat kontoru tərəfindən təstiq edilmiş 02 iyul 2013-cü il tarixli 4Ə/561 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 satılmış torpaq sahəsinin eyni olmasını birmənalı şəkildə müəyyən etmək mümkün deyildi r.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilkin iddianın təmin edilməsi nəticəsinə gələn birinci instansiya məhkəməsi bələdiyyə ilə Cavabdeh1 arasında bağlanmış alğı-satqı müqaviləsinin hansı əsasla etibarsız hesab edilməsini, bu əqdin Mülki Məcəllədə müəyyənləşdirilmiş hansı şərti pozmaqla bağlandığının nəticələrində tətbiq etməmiş, beləliklə iş üzrə maddi hüquq normalarının tələblərini də pozmuşdur. Həmçinin Cavabdeh1 adına verilmiş çıxarış etibarsız hesab edilsə belə, həmin torpağın satıcısı Sumqayıt Bələdiyyəsinin həmin torpaq sahəsi üzərində 03 iyun 2013-cü il tarixdə qeydə alınmış mülkiyyət hüququ mübahisələndirilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı X6 (V əkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini əsaslandırmamış, Ali Məhkəmənin qərarının əsaslandırma hissəsini olduğu kimi öz qərarına köçürmüşdür. Halbuki, Ali Məhkəmənin qərarındakı əsaslandırma hissəsi yetərli olsaydı, Ali Məhkəmənin Mülki Kollegiyası yeni qərar qəbul edərdi və işi əlavə araşdırmaya göndərməzdi. Ali Məhkəmənin əsas göstərişləri iş üzrə müvafiq ekspertiza təyin etməklə, mübahisəli torpaq sahələrinin üst-üstə düşüb- düşməməsini, eyni torpaq sahələri olub-olmamasını müəyyən etmək olmuşdur. Məhkəmə bu göstərişə əməl edərək, iş üzrə müvafiq ekspertiza təyin etsə də, ekspert rəy verməyin mümkün olmadığını bildirdiyi halda, məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişi tam icra edilmədən qərar qəbul etmişdir. Hazırki mülki iş üzrə obyektiv hüquqi nəticəyə gəlmək üçün mübahisəli torpaq sahəsinin eyni torpaq sahəsi olub-olmamasının xüsusi bilik ekspertiza rəyi ilə müəyyən edilməsidir. Lakin işdən göründüyü kimi ekspert rəy verməmiş, apellyasiya instansiyası birinci dəfə bununla razılaşmayaraq, əlavə sənədlərlə birlikdə işi ekspertizaya qaytarsa da, ekspert yenə də rəy verməkdən yayınmış və nəticə etibarilə Ali Məhkəmənin göstərişi icra edilmədən qətnamə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 Qəni qızı və nümayəndəsi Nümayəndə2 vəkilsiz iştrak etdiklərinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onların izahatı dinlənilməmişdir.

28. Sumqayıt şəhəri 03 saylı Notariat Ofisi məktubla müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

30. Azə rbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəti cələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barəd ə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtə rəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kassasiya baxışının hədləri

32. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi ş ikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

33. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş m ateriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərə k, yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

37. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsinə Ali Məhkəmənin qərarının əsaslandırma hissəsini olduğu kimi öz qərarına köçürməsi, Ali Məhkəmənin əsas göstərişinin ekspertiza təyin etməklə, mübahisəli torpaq sahələrinin üstüstə düşüb-düşməməsini, eyni torpaq sahələri olub-olmamasını müəyyən etmək olduğu halda bu istiqamətdə sonadək araşdırma aparılmasının təmin edilmədiyi qeyd olunur. Məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər əsaslıdır.

38. Həqiqətən də baxılan iş üzrə Ali Məhkəmənin Məhkəmənin 03 iyul 2019-cu il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirilən əqdə göstərilən torpaq sahəsinin koordinatları müəyyən edilməklə, bu sahənin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə eynilik təşkil etməsini, hər iki tərəfə məxsus torpaq sahələrinin reyestrdən çıxarışda, torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan koordinatlara uyğun yerləşibyerləşməməsini (GPS cihazı vasitəsilə naturada ölçmə işləri aparmaqla), iddiaçıya və cavabdehə məxsus olan torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək üçün xüsusi bilik tələb olunduğu halda iş üzrə ekspertiza keçirilməsini müzakirə etməmiş, tərəflər arasında əvvəlki mübahisə üzrə mülki işin materiallarını tələb edib öyrənməklə, həmin məhkəmə aktlarında bəhs edilən torpaq sahəsinin hazırki iddianın predmetini təşkil edən 0,0235 ha torpaq sahəsi olub-olmamasını araşdırmamış, eyni zamanda, işdə 3-cü şəxs olan DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş 28 mart 2018-ci il tarixli məktubda göstərilənlər lə bağlı münasibətini öyrənməmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əsasən, Ali Məhkəmənin qərarında şərh olunan göstərişi icra etmək üçün 30 sentyabr 2019-cu il tarixli qərardadla ekspertiza təyin etmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 10 iyul 2013-cü il tarixli ********** saylı çıxarışa əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2333C nömrəli Cavabdeh1 mülkiyyətində olan bağ sahəsi və DƏDRXnin 13 noyabr 2009-cu il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 nömrəli X3 məhkəməyə təqdim olunmuş torpaq sahəsinin plan və ölçüsünə əsasən mülkiyyətində olan bağ sahəsi ilə eynilik təş kil edirmi?

2. Hər iki tərəfə məxsus torpaq sahələrinin reyestrdə çıxarışda, torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan koordinatlara uyğun yerləşib-yerləşməməsi (GPS cihazı vasitəsilə naturada ölçmə işləri aparılmaqla) müəyyən olunurmu?

3. Hər iki tərəfə məxsus torpaq sahəsi üst-üstə düşürmü?

4. Cavabdeh1 iki tərəfdən tikilmiş daş hasarı və darvaza kimə məxsus olan sahədə inşa edilmişdir?

40. Ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə olunmuşdur.

41. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin və Məhkəmə Ekspertizası Mərkəzinin 27.01.2020-ci il tarixli rəyində göstərilmişdir ki, A.Ş.Şirinovanın (Dadaşovanın) Sumqayıt şəhəri, Corat bağları ərazis inə yerləşən 2344 saylı nömrəli bağ sahəsi üzərində qeydiyyata alınmış mülkiyyət hüququnun ləğv edildiyinin göstərilməsi səbəbindən, hər iki tərəfə məxsus torpaq sahələrinin üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası ƏMDK-i yanında DƏDRX-nin 10 iyul 2013-cü il tarixli, ********** saylı çıxarışın plan ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarına əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2333C nömrəli Cavabdeh1 mülkiyyətində olan bağ sahəsi hasara alınmış 310 kv.m torpaq sahəsinin daxilində yerləşir.

42. Apellyasiya instansiyası məhkəməsi həmin rəydə ekspert qarşısında qoyulmuş suallara tam cavab verilmədiyi qənaətinə gəlmiş və əvvəlki qərardadda ekspert qarşısında qoyulmuş sualları eyni ilə təkrarlamaqla, 16.03.2020-ci il tarixl i qərardad çıxararaq, təkrar ekspertiza təyin etmişdir.

43. Qərardadın icra olunması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə olunmuşdur.

44. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmənin 16.03.2020-ci il tarixli qərardadının icra olunması üçün torpaq sahəsinə baxış keçirməmiş, məhkəmənin 30 sentyabr 2019-cu il tarixli qərardadının icrası ilə əlaqədar hazırlanmış mütəxəssis rəyinin surətini məhkəməyə göndərmiş, həmin rəy əsasında Məhkəmə Ekspertizası Mərkəzinin eksperti rəy vermişdir. Verilmiş rəyin nəticə hissəsi, bir neçə cümlə istisna olmaqla, əvvəlki rəylə hərfən eynidir.

45. Kassasiya məhkəməsinin kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstəriş lərinə uyğun olaraq, mübahisəli torpaq sahələrinin üst-üstə düşməsinin müəyyən edilməsi üçün araşdırmanı sonadək aparmamış, iddianın mahiyyəti üzrə həlli üçün ilk növbədə araşdırılmalı olan məsələnin – “mübahisəli torpaq sahələri üst-üstə düşürmü?” sualının cavabı tapılmamışdır.

46. Bu sualın cavablandırılmasının mümkünsüzlüyü barədə mütəxəssisin əsaslandırması ondan ibarətdir ki, A.Ş.Şirinovanın (Dadaşovanın) Sumqayıt şəhəri, Corat bağları ərazisinə yerləşən 2344 saylı nömrəli bağ sahəsi üzərində qeydiyyata alınmış mülkiyyət hüququnun ləğv edilməsi göstərilməsi səbəbinbən, hər iki tərəfə məxsus torpaq sahələrinin üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmamışdır.

47. Lakin mütəxəssisin bu cavabı yarımçıq araşdırmanın nəticəsidir. Çünki məhkəmələr tərəfindən müəyyən olunmuş işin hall arından göründüyü kimi, iddiaçı Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı torpaq sahəsini X1 12 oktyabr 2009-cu il tarixli, 4Ə3/454 saylı alğı-satqı müqaviləsi əsasında almış və bu torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 13 noyabr 2009cu il tarixdə qeydə alınaraq, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir.

48. İddiaçının adına olan həmin çıxarış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-209/2016 saylı, 08 fevral 2016-cı il tarixli qətnaməsi ilə etibarsız sayıldığına görə reyestrdə olan bu qeydin ləğv edilməsinə baxmayaraq, məhkəmənin həmin qətnaməsi ləğv edilmiş, müqavilənin və çıxarışın etibarsız sayılması tələbinə dair iddia tələbi təmin olunmamış, nəticə etibarilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli, 2(105)-232 saylı qərardadı ilə icranın dönüşü qaydasında iddiaçının adına olan çıxarışın dövlət reyestrində qeydiyyatının bərpa edilməsi qərara alınmışdır.

49. Bu halda, ekspertiza zamanı daşınmaz əmlakın dövlət reyestrində 13 noyabr 2009-cu il tarixdə qeydə alınaraq, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş torpaq sahəsinin koordinat göstəricilərindən istifadə olunmalı idi. Lakin ekspert bu məlumat mənbəyindən istifadə etməmiş, formal əsas göstərməklə, əhəmiyyətli sual üzrə araşdırma aparmamışdır.

50. Bundan başqa, MPM-nin 101.3-cü maddəsnin tələbinə görə ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haq qında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir.

51. Məhkəmə kollegiyası həmçinin bildirir ki, apellyasiya instansiyası məhkəməsinin təkrar ekspertiza təyin olunması barədə qərardadı ziddiyyətlidir. Ona görə ki, məhkəmə həmin qərardadında ekspert rəyinin tam olmadığı barədə rəyə gəlmişdir. Bu halda MPMnin 102.1-ci maddəsinə əsasən takrar ekspertiza deyil, əlavə ekspertiza təyin olunmalı idi.

52. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunv ericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

53. MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, Ali Məhkəmənin 03.07.2019-cu il tarixli qərarında şərh olunmuş göstərişləri tam icra etməmiş, MPM-in 88, 217, 218, 372.1 və 420-ci maddəl ərinin tələblərinə riayət edilməmişdir. Ona görə də, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

55. İşə yenidən baxılarkən mübahisəli torpaq sahələrinin üst-üstə düşməsi müəyyən edilməli, bu zaman iddiaçının Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2344 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində 13 noyabr 2009-cu il tarixdə qeydə alınarkən müəyyən olunmuş koordinatlar tələb edilib ekspertə təqdim edilməlidir. Həmçinin Ali Məhkəmənin 03.07.2019-cu il tarixli qərarında şərh olunmuş digər göstərişləri nəzərə almaqla, qərar çıxarmalıdır.

56. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

57. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-70/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar