Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3638/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh, vəkili Vəkil, İddiaçı və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(006)-4060/2019, hakim C.Ə.Tağıyev) İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən 740 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-12972/2019, hakimlər İ.Ə.Kərimli, İ.K.Xəlilov, X.A.Cəmilova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə dəyişdirilmiş, cavabdehdən 3750 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxx 2019-cu il tarixdəİddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3750 manat əsas borc, 15050 manat faiz borcu, vurulmuş mənəvi zərərə görə 5000 manat olmaqla, cəmi 23800 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Onlar arasında borca görə faiz ödənilməsi barədə razılaşma olmamışdır. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Mə hkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, cavabdeh xx xxxxxx 2015ci il tarixli yazılı sənəddə iddiaçıdan 3000 manat, xx xxxxxx 2015-ci il tarixli yazılı sənəddə isə 2000 manat borc pul almasını etiraf etmişdir. Bununla bərabər digər bir yazılı sənəddən məlum olur ki, cavabdeh 5000 manat əsas borcdan xx xxxx 2016-cı il tarixdə 300 manat, xx xxxxxxxx 2016-cı il tarixdə 300 manat, xx xxxxxx 2016-cı il tarixdə 200 manat, xx xxxxxx 2016-cı il tarixdə 200 manat, xx xxxxxx 2017-ci il tarixdə 150 manat, xx xxxxxx 2017-ci il tarixdə 100 manat olmaqla cəmi 1250 manat pul qaytardığını və 3750 manat borclu qaldığını öz əlyazması və imzası ilə təsdiq etmişdir. İddiaçı hazırda cavabdehdən 3750 manat əsas borc, 15050 manat faiz borcu, vurulmuş mənəvi zərərə görə 5000 manat olmaqla, cəmi 23800 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddianın rədd edilməsi hissəsində qətnamə mübahisələndirilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, işdə olan sübutlara əsasən cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, ikitərəfli müqa vilənin qarşılıqlı şərtlərini lazımi qaydada icra etməməklə, müqavilənin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin iddiaçı qarşısında 3750 manat pul öhdəliyi var. Buna görə də cavabdehdən 3750 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3638/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3638/2020
21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver