Məhkəmə qərarları › İş №2(102)-3638/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3638/2023

07.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3638/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı eyni tələbə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2023-cü il tarixli, 2(103)7993/2022 nömrəli qərardadından ilk iddia üzrə cavabdeh (qarşılıqlı id dia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlərin aşağı keyfiyyətli, ucuz materiallardan və qüsurlu görülməsi nəticəsində dəymiş maddi ziyana görə 55000 manat, mənəvi ziyana görə 10000 manat olmaqla, cəmi 65000 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 3700 manatın, mənəvi ziyana görə 2000 manatın tutulması, qeyd olunan pul tələbinin təminatı k imi həmin tələb üzrə cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 25 sot torpaq sahəsinə onun ipoteka hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(001)348/2022 nömrəli qətnaməsi ilə (hakim S.R.Səlimova) ilk iddia tələbi qismən təmin edilərək, Cavabdeh maddi ziyana görə 15578 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 15608 manatın İddiaçı xeyrinə tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2022-ci il tarixli, 2(103)-7993/2022 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və İ.Ə.Kərimlidən ibar ət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(001)348/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh kassasiya şikayəti vermiş və ərizə ilə məhkəməyə müraciət edərək, kassasiya şikayəti verməsi üçün qanunla müəyyən olunan prosessual müddətinin buraxılmasını üzrlü hesab edilməklə, müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(103)-7993/2022 nömrəli qərardadı ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və İ.S.Şirinovan ibarət tərkibdə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2022-ci il tarixli, 2(103)-7993/2 022 nömrəli qətnaməsindən kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpası barədə Cavabdeh ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, iş materiallarının 187-ci vərəqindəki məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, 26 dekabr 2022-ci il tarixdə, saat 10:29-da 2(103)-7993/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnamə elektron imza ilə təsdiq edilməklə Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. Yəni, 19 fevral 2023-cü il tarixdə kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət bitib. Həmin müddət bitdikdən sonra, 03 iyul 2023-cü il tarixdə kassasiya şikayəti elektron kabinet vasitəsilə “Elektron Məhkəmə İnformasiya Sistemi”nə yerləşdirilmişdir. Cavabdeh qətnamədən kassasiya şikayətini ən geci 19 fevral 2023-cü il tarixdə verməli olduğu halda 03 iyul 2023-cü il tarixdə vermişdir. Kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün hər hansı bir üzrlü səbəbə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

8. Əvvəlki nümayəndəsi və vəkili ilə müqaviləsi apellyasiya instansiyası məhkəməsi üçün olduğundan, kassasiya şikayəti hazırlamaq və göndərmək barədə öhdəliyi olmadığından, üstəlik bu barədə məlumatlandırmadığından qətnamədən vaxtında məlumatı olub kassasiya şikayəti verə bilməməsi barədə dəlillər əsaslı hesab edilə və ərizə nin təmin edilməsi üçün əsas ola bilməz. Çünki, Cavabdeh məhkəmə iclasında özü də iştirak edib qətnamədən məlumatlı idi. Əvvəlki nümayəndəsi və vəkilinin qətnaməni ona təqdim etmək vəzifəsi də olmuşdur. Qətnamə icraya yönəldilmiş, həmçinin kassasiya şikayəti verilməsi nəzərdə tutulan qətnamənin qəbulundan 7 aydan artıq müddət keçmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1, 133.3, 135.5, 135.6, 135.7-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

10. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2023-cü il tarixli, 2(103)7993/2022 nömrəli qərardadının ləğv edilməsini və burax ılmış prosessual müddətin bərpa edilərək, kassasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 133.3, 135.5, 135.6-cı maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsinin qətnaməsi cavabdehə rəsmi qaydada poçt vasitəsi ilə təqdim edilməmiş, yalnız 04 iyun 2023-cü il tarixdə qəbzə imza etməklə qətnaməni əldə etmişdir. Qətnamənin vəkilin elektron kabinetinə göndərilməsi ilə bağlı da cavabdehin məlumatı olmamış, onun Vəkil3 ilə müqaviləsi və hüquqi xidmətin göstərilməsi apellyasiya instansiya məhkəməsi üçün nəzərdə tutulduğundan, qətnamədən kassasiya şikayəti hazırlayaraq yazmaq və göndərmək b arədə öhdəliyi yaranmamış və o, bu barədə kassatoru məlumatlandırmamışdır. Cavabdeh elektron məhkəmə sistemindən istifadə edə bilmir.

12. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

13. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin kassasiya şikayəti verilməsi üçün prosessual müddəti üzrsüz səbəbdən ötürmüşdür. Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” infor masiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

16. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalı dır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. 17. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi möv qe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.

19. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

20. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu s əbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).

21. Hazırki işin materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2022-ci il tarixli, 2(103)-7993/2022 nömrəli qətnaməsi tərəflərin, o cümlədən Cavabdeh özünün iştirakı ilə elan olunmuş, əsaslandırılmış qətnamə 26 dekabr 2022-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemində cavabdehin vəkilinin elektron kabinetinə yerləşdirilmişdir.

22. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi ka ssasiya şikayətinin verilməsi üçün prosessual müddətinin axımını məhz həmin tarixdən hesablamaqda, düzgün nəticəyə gəlmişdir.

23. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin öz vəkili ilə əlaqəsinin olmaması, sonuncunun qətnamənin alınması barədə ona məlumat verməməsi, cavabdehin qətnamənin surətini bildirdiyi kimi 04 iyun 2023-cü il tarixdə alması prosessual müddətin bərpası üçün əsas ola bilməz. Cavabdehin verdiyi apellyasiya şikayəti üzrə uzun müddət ərzində hansı prosessual hərəkətlərin həyata keçirildiyi ilə maraqlanmamasının, habelə vəkili ilə müzakirələrin aparılmamasının riskini tərəf özü daşıyır. 24. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X4 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhk əməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”

25. Digər tərəfdən məhkəmə qətnaməsinin cavabdehə poçt vasitəsi ilə təqdim olunmaması Mülki Prosessual Məcəlləsinin 10-1.5-ci maddəsinə əsasən apellyasiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz.

26. Bu səbəbdən kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üç ün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2023-cü il tarixli, 2(103)-7993/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar