Məhkəmə qərarları › İş №2(102)-3642/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3642/2020

22.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3642/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz quraşdırılmış pəncərənin sökülməsi, divarın əvvəlki vəziyyətə qaytarılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ET Dİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, apelyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “qanunsuz quraşdırılmış pəncərənin sökülməsi, divarın əvvəlki vəziyyətə qaytarılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə, iş № 2(011)-5347/2018) iddia qismən təmin edilmiş, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 5, mənzil 1C ünvanında yerləşən ümumi sahəsi 76,2 kv.metr olan mənzil (əvvəlki Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 76,2 kv.metr olan qeyri-yaşayış sahəsi) ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 8,7 kv.metr olan qeyri-yaşayış sahəsinin ortaq divarında Cavabdeh tərəfindən inşa edilən pəncərənin (şüşəbəndin) Cavabdeh öz hesabına sökülməsi və sökülmüş divarın tikilib təmir edilərək əvvəlki vəziyyətinə qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)11646/2018) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhk əməsinin 2(011)-5347/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi), Ə.Mirzəliyev və T.Qoldman, iş № 2(102)-2674/2019) Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), M.Məmmədov və İ.Kərimli, iş № 2(103)294/2020) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)5347/2018 saylı qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, apelyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikay ətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktların a təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 8,7 kv.metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx xxxxx 2014-cü il tarixdə İddiaçı adına, həmin binada yerləşən ümumi sahəsi 76,2 kv.metr olan 1C saylı mənzil isə xüsusi mülkiyyət hüququ ilə xx xxxx 2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İddiaçıya və cavabdehə məxsus olan həmin sahələr binanın birinci mərtəbəsində yerləşməklə, bir-biri ilə qonşu sahələrdir. Cavabdeh adına qeydiyyata alınmış sahə əvvəllər qeyri-yaşayış sahəsi olmaqla, onun tərəfindən mənzil kimi istifadə olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin xx xxxx 2015ci il tarixli qərarı ilə Cavabdeh xüsusi mülkiyyətin də olmaqla, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 5 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 76,2 kv.metr olan qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə Cavabdeh müraciətinə məhkəmənin mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Cavabdehin mənzilinin mətbəx kimi istifadə olunan tikilisindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin arasında olan arakəsmə (ortaq) divarda pəncərə açılmış və cavabdeh həmin pəncərəni mətbəxin havalandırması üçün istifadə edir. Tərəflər arasında əvvəllər də mübahisələndirilən sahələrlə əlaqədar bir neçə oxşar məhkəmə mübahisələri olmuş, o cümlədən Cavabdeh iddiaçı qismində cavabdeh X3 qarşı qanunsuz tikilmiş divarın sökülməsi, maddi və mənəvi ziyan ın ödənilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, İ.İsmayılov küçəsində 5 saylı ünvanda yerləşən ümumi sahəsi 76,2 kv.m. olan qeyri-yaşayış sahəsi ilə cavabdeh X2 faktiki istifadəsində olan 8,1 kv.m. sahənin fasad divarının üst hissəsində nəzərdə tutulmayan qoyulmuş pəncərənin cavabdehin öz hesabına sökülməsi, X1 maddi ziyana görə 200 manat, mənəvi ziyana görə 200 manat pul məbləğinin, 30 manat dövlət rüsumunun iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli q ətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh X3 qarşı “qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh X3 qarşı - Bakı şəhəri, Xətai rayonu, İ.İslamov küçəsi, 5 saylı evin, 1C saylı mənzilinin mətbəxinin qarşısına bitişik, ölçüsü 8,2 kv.m olan sahədən istifadə etməsinə maneələr törətməsinə son qoyulmasının, maneələrin aradan qaldırılmasının, həmin sahədə olan əşyaların və zibil tullantılarının boşaltmasının cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərə gör ə 2000 manatın, maddi zərərə görə 2000 manatın, ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulmasına dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı - Bakı şəhəri, Xətai rayonu, İ.İslamov küçəsi, 5 saylı evin, 1C saylı mənzilinin mətbəxinin qarşısına bitişik, ölçüsü 8,2 kv.m olan sahədən istifadə etməsinə maneələr törətməsinə son qoyulmasının, maneələrin aradan qaldırılmasının, həmin sahədə olan əşyaların və zibil tullantılarının boşaltmasının cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərə görə 4000 manatın, maddi zərərə görə 2000 manatın, ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulmasına dair iddiası təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 152.9, 157.4, 170.2, 226.1, 227.1-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1, 71.2-ci maddələrini tətbiq etmişdir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Apelyasiya məhkəməsi həmin şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, əlavə apellyasiya araşdırılması zamanı tərəflərin mülkiyyətlərində olan sahələr in arasında olan divarda (arakəsmədə) pəncərənin açılması və cavabdehin həmin pəncərə vasitəsi ilə mülkiyyətində olan sahənin mətbəxinin havalandırması kimi istifadə etməsi öz təsdiqini tapmışdır. Həmçinin həmin pəncərənin həm cavabdehin, həm də iddiaçının mülkiyyətində olan sahələrin texniki pasportunda öz əksini tapmadığı ekspert rəyi ilə müəyyən olunmuşdur. Mübahisələndirilən pəncərə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin içərisinə açıldığından, pəncərənin açılması ilə əlaqədar aidiyyəti dövlət orqanlarından icazə alınmadığından və tərəflərin bununla əlaqədar razılıqları olmadığından, pəncərənin mövcudluğu özü özlüyündə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadəsinə maneə olduğundan, habelə mətbəxin havalandırması nəticəsində qoxunun, buxarların və sə s-küyün iddiaçının mülkiyyətində olan sahəyə keçdiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin gəldiyi qənaət düzgün olmuşdur. Cavabdehin sahibliyində olan sahə əvvəllər qeyri-yaşayış sahəsi olmaqla, məhkəmə qərarına əsasən onun yaşayış sahəsi kimi qeydiyyata alınması cavabdehə qeyri-yaşayış sahəsinin mülkiyyətçiləri olan qonşulara münasibətdə əlavə imtiyazlar, o cümlədən onların mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına əsas vermir. Belə ki, qonşuluqda olan qeyri-yaşayış sahəsi məhkəmə qərarı qəbul olunmamışdan əvvəl iddiaçının mülkiyyətində olmuş və cavabdeh sahibliyində olan sahənin qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə köçürərkən, bunu nəzərə alaraq daxili imkanlar hesabına yeni təyinata uyğun mənzilində kommunikasiya xətlərinin çəkilməsini, o cümlədən mətbəxin havalandırm a sisteminin quraşdırılmasını təmin etməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin s əlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgü n tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar