Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3645/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh3 qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Sabunçu rayon Bilgəh bələdiyyəsi, X11 və Rusiyanın Azərbaycandakı Səfirliyi müstəqil tələb irəli sürməyən 3-cü şəxslər kimi cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3645/2023 (Açar sözlər: fərdi yaşayış evinə və torpaq sahəsinə yol açılması üçün darvazanın və hasarın sökülməsi, sübutetmə yükü) 18 sentyabr 2023-cü il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X15 (məruzəçi), Nu rməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh3 qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Sabunçu rayon Bilgəh bələdiyyəsi, X11 və Rusiyanın Azərbaycandakı Səfirliyi müstəqil tələb irəli sürməyən 3-cü şəxslər kimi cəlb edilməklə) “darvazanın və hasarın sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-116/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 18 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Abşeron ray onu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində yerləşən 1 mərtəbəli, bir otaqlı, 24 kvadrat metr yaşayış sahəsindən ibarət 8 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.
2. İddiaçı iddia edir ki, 2017-ci ildən xüsusi mülkiyyətində olan bağ sahəsinə yol bağlandığı üçün gedib-gələ bilmir.
3. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bak şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinə qarşı “xüsusi mülkiyyətində olan torpaq sahəsinə yol açılması” tələbi ilə Bakı 2 saylı inzibati-iqtisad məhkəməsinə iddia ilə müraciət edərək xüsusi mülkiyyətində olan Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şosessi 8 ünvanda yerləşən torpaq sahəsinə yol açılma sı barədə qərar qəbul edilməsini xahiş etmiş, iddiaçının mülkiyətində olan torpaq sahəsinə gedən yolun başqa şəxslər tərəfindən istifadə edilməsi mülki hüquq münasibəti olduğundan və bu mübahisənin yaranma əsasını mülki hüquq münasibətləri təşkil etdiyindən həmin məhkəmənin 2-1(82)1924/2019) nömrəli, 19 dekabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Sabunçu rayon Bilgəh bələdiyyəsi və Cavabdeh3 qarşı “darvazanın və hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan Bilgəh qəsəbəsi, Zaqulba şossesi 8 nömrəli fərdi yaşayış evinə və torpaq sahəsinə yol açılması üçün darvazanın və hasarın sökülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron şəhər Ərazi İdarəsi tərəfindən 14 mart 2007-ci il tarixdə ona verilmiş MN seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində olan 0,0072 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24 kvadrat metr yaşayış sahəsindən ibarət 8 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə onun adına 5 saylı reyestr kitabının 53 saylı vərəqində qeydə alınmışdır. Bir müddət ölkənin hüdudlarından kənara olduğu üçün həmin evə baş çəkə bilməmişdir. 2017-ci ildə Bakı şəhərinə qayıtdıqda görmüşdür ki, hər tərəfdən digər torpaq sahələri ilə əhatə olunduğundan mülkiyyətində olan evinə gedə bilmir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1924/2019 nömrəli, 19 dekabr 2019-cu il tarixli Qərardadı ilə onun iddiası mümkün sayılmasa da, Qərardadın 3-cü səhifəsində qeyd edilmişdir ki, “iddiaçının mülkiyətində olan torpaq sahəsinə gedən yolun başqa şəxslər tərəfindən istifadə edilməsi mülki hüquq münasibətidir və bu mübahisənin yaranma əsasını mülki hüquq münasibətləri təşkil edir.” Həmin qərardadın 3-cü səhifəsində qeyd olunmuşdur ki, iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən yolun zəbt edildiyini iddia etsə də, məhkəməyə təqdim edilmiş ekspert rəyində yol kimi iddia olunan torpaq sahəsinə hər hansı fiziki və ya hüquqi şəxsin adına hüquqi və ya texniki sənədin verilməsi müəyyən olunmamışdır. Deməli qonşular tərəfindən yəni, 6 saylı evin mülkiyyətçisi tərəfindən dövlət tərəfindən müəyyən edilmiş yol əsassız olaraq zəbt edilərək darvaza qoyulmuş və bununla də onun (iddiaçının) bağa giriş-çıxışı məhdudlaşdırılmışdır. Sabunçu RPİ-nə şikayət ərizəsi ilə müraciət etsə də, 30 aprel 2020-ci il tarxli (cinayət işinin başlanmasının rədd edilməsi barədə) qərarın məzmununa görə tərəflərə mübahisənin mülki hüquq münasibətləri çərçivəsində həlli üçün müvafiq məhkəmə orqanına müraciət etmələri tövsiyə edilmişdir. Onun xüsusi mülkiyyətində olan bağ sahəsinə girişi mümkün deyil, çünki qanunsuz olaraq darvaz a qoyularaq, yol hasara alınıb və onun hüquqları kobud surətdə pozulub. Onda olan məlumata görə Bilgəh qəsəbəsi, Bilgəh-Zaqulba şossesi küçəsində, 6 saylı yaşayış evin mülkiyyətçisi Cavabdeh3dır.
6. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və Bakı şəhəri, Cavabdeh2 cavabdehlər sırasından xaric edilərək iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmişdir.
7. Məhkəmə baxışı zamanı İddiaçı ərizə ilə məhkəməyə növbəti ərizə ilə müraciət edərək, Bakı şəhəri, Cavabdeh2 iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs sırasından da xaric edilməsini xahiş etmişdir. Birinci instansiya məhkə məsi tərəfindən həmin ərizələr üzrə hər hansı qərar qəbul edilməmiş, lakin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs kimi qəbul edilmişdir.
8. Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia əsassızdır. Belə ki, iddiaçı doğru məlumat vermir. Anaqız ilə iddiaçının torpaq sahəsi arasında başqa torpaq sahəsi vardır, yəni iddiaçı ilə başqa qonşusu arasında bir yol vardır. 2 il bundan əvvəl qonşular sanotoriya yolundan keçirdilər. İddiaçı özünə yol axtarır və hesab edir ki, Cavabdeh3 sahəsindən keçə bilər. 1997-ci il tarixli texniki pasportları var. Cavabdeh3 torpaq sahəsi dəniz tərəfdən boş sahədir, sağdan və sold an qonşulardır. Cavabdeh3 ilə Rusiya Səfirliyi arasında yol və ya küçə yoxdur. Lakin iddiaçının təqdim etdiyi əvvəlki texniki pasportda Cavabdeh3 və səfirlik arasında küçə olduğu qeyd olunur. Deməli, iddiaçının təqdim etdiyi pasport saxtadır. Cavabdeh3 məxsus texniki pasport və torpaq sahəsinin peyk görüntüsünə dair fotoşəkillərdən görünür ki, iddiaçının əvvəldən yolu olmuş, sonradan bağlandığı üçün Cavabdeh3 qarşı iddia qaldırmışdır. Cavabdeh3 məxsus ərazidə heç bir yol olmamışdır və bu barədə heç bir sübut yoxdur. Torpaqların arasında başqa qonşuya məxsus torpaq sahəsi vardır.
9. Birincin instansiya məhkəməsi tərəfindən mütəxəssis qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri xidmətinin aparıcı məsləhə tçisi X8 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçının evi iş materiallarında olan sənədlərdə qeyd edilən koordinatda yerləşir. Onlar yerli baxışa getdikləri zaman giriş-çıxışın bağlı olduğunu müəyyən etmişlər. İddiaçının rəsmi sənədlər ilə yolu vardır, lakin faktiki olaraq yolu kəsilib. Cavabdehlərin evləri qeydiyyatsız evlərdir, onlar daxili sistemində mövcud deyildir. DƏDRX də həmin koordinatları təsdiq etmişdir. Mübahisəli əraziyə sanatoriya tərəfindən yol bağlıdır. Zaqulba 8 ünvandan da tikililər mövcuddur. Tikililər giriş çıxışa birbaşa maneə olur, bütün yolları bağlıdır, giriş qeyri-mümkündür.
10. MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Bilgəh, Zaqulba şosessində istifadəs ində olan 0,0072 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24 kvadrat metr yaşıyış sahəsindən ibarət 8 nömrəli fərdi yaşıyış evi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyetr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır.
11. Abşeron rayon X3 Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 97 invertar nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində yerləşən 224,6 kvadrat metr yaşayış sahəsindən, 191,1 kvadrat metr köməkçi sahədən ibarət 6 saylı fərdi yaşayış evi Cavabdeh3 adına qeydiyyata alınmışdır.
12. Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində yerləşən ünvanda 8 nömrəli fərdi yaşayış evinə dair X5 adına invertar nömrəsi 56 olan Texniki Pasport 1996-cı ildə tərtib edilmişdir.
13. Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində ünvanında yerləşən 224,6 kvadrat metr yaşayış sahəsindən, 191,1 kvadrat metr köməkçi sahədən ibarət 6 saylı fərdi yaşayış evinə dair X2 adına 1997-ci il tarixli Texniki Pasport tərtib olunmuşdur.
14. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********81 nömrəli mütəxəssis rəyindən görünür ki, müraciətdə mütəxəssis qarşısında qoyulan sualların cavablandırılmasının mümkün olmadığı üçün mülki iş materiallarına əlavə edilmiş naturada müəyyən edilmiş mübahisələndirilən yolun və İddiaçı mülkiyyətində olan evin koordinatları müraciətdə qeyd edilən sualların cavablandırılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya verilmiş cavabda göstərilmişdir ki, ünvan 3 ünvanı olaraq xx.xx.2007-ci il tarixində **********00-10301 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış fərdi yaşayış evinin arxiv qovluğunda nüsxəsi saxlanılan texniki pasportda liter A tikilisinin kontur ölçüləri 6,40x4,40 tikintialtı sahəsi 28,0 kv.m. olaraq göstərilmişdir. (torpaq-0,3 ha) Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastrı və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin Bakı Layihə-Tədqiqat İdarəsinin naturaya uyğun tərtib etdiyi faktiki yerləşmə sxemində koordinatlar fərdi perimetr ölçülərində olsa da, eynilə 0,3060 ha sahəsini əhatə edir, mövcud tikilinin kontur ölçülərində 6,40-4,40 olaraq təqribən uyğu n gəlir. Texniki pasportda tərtib edilmiş baş plana əsasən A tikilisinin söykəndiyi sərhəd divarında əsaslı giriş qapısı mövcud olsa da, şərti istinad planı (situasiya planı) tərtib edilmədiyi üçün sahənin köməkçi və əsas yola çıxışı barədə əlavə məlumat əldə etmək mümkün olmamışdır.
15. Birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə-tikinti ekspertizası keçirilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3386 saylı rəyində qeyd olunmuşdur ki, Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində yerləşən ünvanda 8 nömrəli fərdi yaşayış evinə dair 1996-cı ildə tərtib edilmiş, invertar nömrəsi 56 olan Texniki Pasportda yaşayış evinin arxa hissəsinin küçə kimi qeyd olunmasını və Abşeron rayonu, B ilgəh qəsəbəsi, Zaqulba şossesi ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinə dair 1997-ci il tarixli Texniki Pasportda torpaq sahəsinin uzunluğu boyu (RF səfirliyinin torpaq sahəsi ilə qonşuluqda) küçə qeyd olunmasını, eləcə də, xx.xx.2020-ci il tarixli **********81 nömrəli mütəxəssis rəyində qeyd olunanları nəzərə alaraq, həmin sənədlər üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində yerləşən 8 nömrəli fərdi yaşayış evinə giriş-çıxış üçün yolun (küçə) mövcud olduğu, lakin faktiki olaraq yolun (küçə) giriş hissəsində cavabdeh tərəfindən hasar hörüldüyü və həmin yolun bağlandığı müəyyən olunur. Rəyin təsviri hissəsində göstərilmişdir ki, iş materiallarında olan (iş.m. səh 67) torpaq sahəsinin faktiki yerləşmə sxemindən görünür ki, yol kimi iddia olunan ərazinin şərq hissəsində tikili inşa edilmişdir. Mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemində qeyd olunan koordinatlar “Google Yer” internet proqramı vasitəsilə yoxlanıldıqda müəyyən olunur ki, iddiaçının yol kimi iddia etdiyi ərazi X2 adına olan 1997-ci il tarixli Texniki Pasportda (iş.m. səh 50-52) torpaq sahəsi ilə qonşuluqda yerləşən Rusiya səfirliyinə aid ərazi arasında küçə kimi göstərilmiş hissəyə uyğun gəlir.
16. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-401/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan Bilgəh qəsəbəsi, Zaqulba şossesi 8 nömrəli fərdi yaşayış evinə və torpaq sahəsinə gedən yol üzərində Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində yerləşən 6 saylı fərdi yaşayış evinin mü lkiyyətçisi Cavabdeh3 tərəfindən inşa etdirilmiş darvaza və hasarın sökülməklə Bilgəh qəsəbəsi, Zaqulba şossesi 8 nömrəli fərdi yaşayış evinə və torpaq sahəsinə yol açılması qət edilmişdir.
17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəf iddiaçının bağına gedən yolun bağlandığını inkar etməmişdir. Lakin cavabdeh tərəfi Cavabdeh3 məxsus ərazidə heç bir yol olmamasını göstərsə də, işin materiallarından görünür ki, ekspert rəyi ilə faktiki olaraq yolun (küçə) giriş hissəsində cavabdeh tərəfindən hasar hörüldüyü və həmin yolun bağlandığı müəyyən olunmuşdur.
18. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırki iş üzrə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmişdir.
19. Məhkəmə həmçinin hesab etmişdir ki, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair cavabdeh tərəfin dəlilləri heç bir tutarlı sübut növləri ilə əsaslandırılmadığından və ehtimal xarakterli olduğundan, həmçinin bu rəylə bağlı verilən vəsatətlər də işin mahiyyəti üzrə baxılması üçün heç bir əhəmiyyət kəsb etmədiyindən sözügedən ekspert rəyi digər subutlarla birgə qiymətləndirilərək hazırkı iş üzrə iddianın əsaslı olmasına dair mötəbər sübut növü kimi qəbul edilməlidir.
20. Məhkəmə cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan texniki pasportlard a əksini tapan texniki göstəricilərin düzgün olmamasına dair dəlilləri ilə bağlı da qeyd etmişdir ki, həmin sənədlər hazırki vaxta kimi qüvvədə olmaqla heç kim tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyi üçün məhkəmə bu və digər sənədləri, eləcə də onlar əsasında qəbul edilən ekspert rəyini sübut növü kimi qəbul edilməsini məqbul saymışdır.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13, 29, 60 və 71-ci maddələrinə, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 8.2, 152 və 157-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
22. Qət namədən Cavabdeh3 nümayəndəsi - vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə mübahisənin həll edilməsində birinci instansiya məhkəməsi əsas “sübut” kimi mülki işin 5052 səhifələrində olan 6 saylı evin yalnız əvvəlki mülkiyyətçisi X2 adının göstərildiyi 6 saylı evə dair tərtib olunmuş 97 inventar nömrəli, 1997-ci il tarixli texniki pasportun kserosurətinə istinad etmişdir. Həmin “sübut” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3386 saylı rəyinin də əsasını təşkil etmişdir. Lakin həmin “sübut” əvvəla, kserosurət olduğund an Azərbaycan Respublikası MPM-nin 89-cu maddəsinin tələblərinə görə sübut kimi qəbul edilməli olmadığından, ikincisi isə mülki işdə olan digər, lakin həmin “sübut”la müqayisədə sözün əsl mənasında mötəbər sübutlar hesab ediləcək sübutlarla (məsələn, X2 və Cavabdeh3 ikisinin də adlarının olduğu əsl texniki pasport, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli cavab məktubu) kəskin ziddiyyət yaratdığından məhkəmə tərəfindən sübut kimi qəbul edilməli deyildi. Lakin əgər sübut kimi qəbul edilmişdirsə və həm də mülki iş üzrə məhkəmənin gəldiyi qənaətin əsasını təşkil etmişsə, bundan da əlavə, həm də iş üzrə cavabdehin ona qarşı irəli sürülmüş hazırkı iddia ilə bağlı mülki işə baxılmasından xəbəri, məlumatı olmadığı dövrdə keçirilmiş ekspertiza üzrə verilmiş ekspert rəyinin də əsasını təşkil etmişsə, onda işin tam, hərtərəfli və obyektiv araşdırılması onu tələb edirdi ki, iş üzrə təkrar məhkəmə ekspertizası təyin edilməli və iş üzrə həqiqi halları üzə çıxaracaq suallara ekspertiza tədqiqatı nəticəsində cavab tapılmalı, habelə hansı sübutun daha mötəbər olduğu müəyyən olunmalıdır. Lakin mülki işdən görünür ki, birinci instansiya məhkəməsi sanki həmin “sübut”un mötəbər olmadığını gizləmək üçün əvvəla, həmin “sübut”u digər sübutlarla müqayisəli şəkildə təhlil edərək qiymətləndirməmiş, iş üzrə cavabdehin torpaq sahəsinin texniki pasportunun ölçülərinə uyğun olub-olmadığının müəyyən edilməsi ilə bağlı ekspertizanın təyin edilməsindən isə ekspertiza nəticəsində həmi n “sübut”un mötəbər olmadığının üzə çıxacağından ehtiyat etdyindən imtina etmiş, həmin “sübut”un əslinin və ya notariat qaydasında təsdiq edilmiş surətinin mülki işə əlavə edilməsi üçün əldə edilməsindən yayınmış, iddia olunan istiqamətdə yolun olub-olmadığının, habelə əslində yolun hansı istiqamətdən olub, sonradan bağlandığının və kim tərəfindən bağlandığının müəyyən olunmaması üçün isə şahidlərin dindirilməsindən imtina etmişdir. Mülki işdə olan məhkəmə iclas protokollarından, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məhkəmə iclas protokollarına dair verilmiş yazılı qeydlərdən, məhkəmənin mülki işə baxan zaman qəbul etdiyi qərarlardan, habelə məhkəmənin qətnaməsindən də aydın görünür ki, birinci instansiya məhkəməsi iş üzrə araşdırmanı yarımçıq, natamam, qeyri-obyektiv və ya lnız bir istiqamətdə, yəni nəyin bahasına olursa-olsun iddiaçıya Cavabdeh3 xüsusi mülkiyyətində olan 6 saylı evin həyətyanı sahəsindən, həmin istiqamətdə heç vaxt yol, küçə olmadığının işdə olan mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, yol açılması istiqamətində aparmışdır. Cavabdeh3 iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi olaraq iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə iddiaçının hər hansı hüququnu, iddiaçının öz əmlakına sahiblik etmək, ondan istifadə etməklə bağlı hər hansı hüquqlarını pozmamışdır. İddiaçı ilə cavabdehin evləri və həyətyanı torpaq sahələri tamamilə başqa-başqa ünvanlarda yerləşir, bir-birindən təcrid olunublar, birinin sərhəddi digərinin sərhəddi ilə üst-üstə düşmür, kəsişmir. Cavabdeh i ddiaçının fərdi yaşayış evində və ya onun həyətyanı torpaq sahəsində yerləşməmişdir, onları və ya onların hər hansı bir hissəsini zəbt etməmişdir, iddiaçının öz evindən, habelə həyətyanı torpaq sahəsindən istifadə etməsinə, onlara sahiblik etməsinə hər hansı formada maneçilik etmir. Belə olan halda, iddiaçının Cavabdeh3 qarşı neqator iddia (sahiblikdən məhrum etmə ilə əlaqədar olmayan pozuntuya son qoyma tələbi) ilə çıxış etmək hüququ da yaranmır. İddiaçı onun evindən bir ev və bir torpaq sahəsi uzaqda olan, torpaq sahələri arasında ümumi hasarları belə olmayan Cavabdeh3 xüsusi mülkiyyətində olan 6 saylı evin həyətyanı torpaq sahəsindən özünə keçid, yol tələb edir ki, əvvəla belə keçid, yol heç vaxt mövcud olmamışdır, ikincisi də əgər mövcud olmuş olsa idi belə, iddia edilən həmin yolun, k üçənin iddiaçının mülkiyyətində, sahibliyində olması mümkün deyildi. Çünki iddia olunan yol, küçə olsa-olsa ümumi istifadədə olan yol, küçə ola bilər ki, belə bir yol, küçə də iddiaçının mülkiyyətində və ya sahibilyində ola bilməz. Çünki ümumi istifadədə olan yollar, küçələr mülkiyyətə verilmir. Maraqlıdır, belə olan halda iddiaçı mülkiyyət hüququ ilə sahib olduğu hansı daşınmaz əşyasına mülkiyyət hüququnu müdafiə etmək üçün neqator iddia qaldırmışdır? Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsini mübahisənin həllinə düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 6.1.4, 8.2, 152.1, 152.2, 152.3 və 152.4-cü ma ddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququ qorunmalıdır. Lakin mülki işdə iddiaçının xüsusi mülkiyyətində olan 8 saylı evə olan mülkiyyət hüququnun və həmin evin həyətyanı torpaq sahəsinə olan istifadə hüququnun pozulduğuna dair heç bir sübüt yoxdur. Ev iddiaçının mülkiyyətindədir, torpaq sahəsi qanuni istifadəsindədir, iddiaçının bu hüquqlarına hər hansı şəxs tərəfindən hər hansı formada müdaxilə edilmir. Lakin iddiaçı buna hər hansı hüquqi və əsası olmadığı, digər tərəfdən mülki işdə olan mötəbər sübutlarla mütləq mənada təkzib edildiyi halda iddia edir ki, onun Cavabdeh3 xüsusi mülkiyyətində olan 6 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən keçən yolu olmuşdur. Halbuki, Cavabdeh3 istifadəsində, sahibliyində, mülkiyyətində olan 6 saylı evinin texn iki pasportunda göstərilmiş ölçülərdən artıq torpaq sahəsi yoxdur. İş materiallarına əlavə olunmuş ərizələrdən görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin torpaq sahəsini onun atası almış, orada bir otaqlı hazırda mövcud olan evi tikdirmiş, həmin evin və torpaq sahəsinin hasarının çəkilməsi üçün tikinti materiallarını sanatoriyanın həyətindən saldıqları torpaq yolla daşımış, özü, sonradan oğlu İddiaçı da həmin yoldan torpaq sahələrinə gedibgəlmişlər, onlara yol verilməsi üçün sanatoriya ilə danışıqlar aparmışlar, sanatoriyanın həyətindən transformatorun yanından, divar dibi ilə onlara 5-6 metr enində yol verilcəyini razılaşdırmışlar. Lakin sonradan sanatoriyadan məcburi köçkünlər köçürdükdən sonra sanatoriyanın ərazisi mühafizə altına alınmış, girişi bağlanılmış, buna görə də, daha sanatoriyanın həyətindən istifadə edə bilməmişlər. Həmçinin həmin ərizələrdən görünür ki, Rusiya Səfirliyinin torpaq sahəsinin hasarını çəkərkən hasarı çəkən türk şirkətinin işçiləri də məhz sanatoriya tərəfdən salınmış yoldan isitifadə etmişlər. Torpaq sahəsinə yeganə giriş-çıxışın olduğu dəmir darvazanı da məhz sanatoriya tərəfdən salınmış yol istiqamətində qoymuşlar. Rusiya Səfirliyinin torpaq sahəsi ilə Cavabdeh3 torpaq sahəsi arasında heç vaxt hər hansı küçə və ya yol olmamışdır, əks təqdirdə həmin ərazidə iddaçıdan da əvvəl torpaq sahəsi olan Rusiya Səfirliyi elə darvazasını sanatoriya tərəfdən deyil, Cavabdeh3 torpaq sahəsinin olduğu istiqamətdən qoyardı. Beləliklə, müəyyən olunur ki, iddiaçının atası 8 saylı evi alarkən onun yolunun olmadığını bilib almış, lakin ümid etmişdir ki, sanatoriya tərəfdən ona öz bağına gedib-gəlmək üçün yol veriləcəkdir. Buna görə sanatoriyanın ərazisindən məcburi köçkünlərin yaşadıqları ərəfədə yol kimi istifadə edərək torpaq sahəsinin hasarını çəkdirmiş, orada bir otaqlı ev tikdirmişdir. Lakin sonradan sanatoriya tərəfdən gedib-gəlmək mümkün olmamış, buna görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinə qoşmada təqdim etdikləri ərazinin, orda olan bağ evlərinin, Rusiya Səfirliyinin torpaq sahəsinin, onun hasarının, darvazasının, iddiaçının və cavabdehin torpaq sahələrinin, onların arasında olan başqa bir bağ sahəsinin, iddiaçının və Rusiya Səfirliyinin torpaq sahəsinə sanatoriya tərəfdən gedən torpaq yolun fotoşəkillərindən də aydın görünür ki, iddiaçının öz bağına gəlib-getmək üçün istifadə etdiyi yol məhz sanatoriya ərazisindən olan torpaq yol olmuş, Cavabdeh3 torpaq sahəsi tərəfdən, Cavabdeh3 torpaq sahəsi ilə Rusiya Səfirliyinin torpaq sahəsi arasında hər hansı küçə, yol olmamışdır. Hazırkı mülki işə baxarkən birinci instansiya məhkəməsinin Cavabdeh3 münasibətdə sərgilədiyi qərəzli mövqe məhkəmə iclas protokollarına dair tərəflərindən verilmiş yazılı qeydlərdən də aydın görünür. Bununla bağlı olaraq bir daha qeyd edirlər ki, işdə olan heç bir məhkəmə iclas protokolunda iş üzrə Cavabdeh3 məhkəmə iclasına gəlməməsi səbəbindən məhkəmə iclasının təxirə salındığına dair hər hansı qeydin olmadığı, işə uzun müddət baxılmasının səbəblərinin isə məhz iddiaçının vəsatətləri əsasında, yaxud da məhkəmənin öz təşəbbüsü ilə müxtəlif orqanlara sorğular verilməsi, həmin sorğulara cavabların göz lənilməsi, iş üzrə ekspertizanın təyin edilməsi, əvvəlcə ekspertizanın baş tutmaması, ekspertin ekspertizanın aparılmasından imtina etməsi, sonradan ekspertizanın keçirilməsi səbəblərinin olduğu, Cavabdeh3 ona qarşı irəli sürülmüş iddia ilə bağlı mülki işə baxıldığından 2021-ci ilin avqust ayında, ekspertin əraziyə baxış keçirməsindən sonra xəbər tutduğunun müəyyən olunduğu, məhkəmə iclaslarına dair bildirişlərin məhkəmə tərəfindən iddiaçının iddia ərizəsində cavabdehin ünvanı kimi göstərdiyi “Bilgəh qəsəbəsi, Bilgəh-Zaqulba şossesi ev 6” ünvanına göndərildiyi, cavabdehin həmin ünvanda yaşamaması səbəbindən bildirişlərin məhkəməyə geri qaytarıldığı, cavabdehin ünvanının etibarnamədən də göründüyü kimi “ünvan 4 ünvanının müəyyən edilməsi ilə bağlı MAPS arayışının olmadığı, cavabdehin hazırk ı mülki işlə bağlı məlumat aldıqdan sonrakı ilk təyin edilmiş məhkəmə iclasına, yəni xx.xx.2021-ci il tarixə təyin edilmiş iclasına vəkilini göndərdiyi, lakin bütün bunlara baxmayaraq, məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında işlə tanış ola bilmək üçün vaxt istəyərkən, məhkəmənin mülki işə baxılmasının uzun müddət yubadılmasının təqsirini Cavabdeh3 görərək məhkəmə iclasını təxirə salmaqdan əvvəlcə imtina etməsi, yalnız onların bir neçə dəfə israrla təkrar olunan tələblərindən sonra məhkəmənin məhkəmə iclasını yalnız bir gün ara ilə, yəni xx.xx.2021-ci il tarixə və səhər saat 09:30-a təxirə salması, həmin məhkəmə iclasında isə mülki iş üzrə araşdırmanı natamam, qeyri-obyektiv və birtərəfli aparması məhkəmənin Cavabdeh3 münasibətdə qərəzli olması, bununla da məhkəmə tərəfindən Cavabdeh3 hüququnun qərəzli olaraq pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iddiaçının torpaq sahəsinin həqiqətən də onun adına verilmiş texniki pasportda göstərilmiş koordinatlarda yerləşib-yerləşmədiyini müəyyən etməmişdir. Şahidlərin ərizələrindən görünür ki, torpaq sahəsini iddiaçının atası almışdır və oradakı hasar və bir otaqlı ev də onun tərəfindən təxminən 1999-2000-ci illərdə tikilmişdir. Mülki işdə olan sənədlərdən isə görünür ki, həmin torpaq sahəsi və bir otaqlı ev 1996-cı ildə X5 adına olmuş, yalnız 2007-ci ildə iddiaçının adına keçmişdir. Bu halların aydınlaşdırılması ilə iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığı müəyyən edilə bilər. Məhkəmə iddiaçının torpaq sahəsinin yolunun həqiqətən olub-olmadığını, ev və hasar tikilərkən tikinti materialla rının hansı yoldan daşındığını, iddiaçının və sanatoriya tərəfdə olan bağ sahiblərinin, habelə Rusiya Səfirliyinin öz torpaq sahələrinə hansı yoldan gedib-gəldiklərini, Rusiya Səfirliyinin hansı yola çıxışının olduğunu, ümumiyyətlə iddiaçının bağ sahəsi, onun sanatoriya tərəfdə olan bağ qonşusunun və Rusiya Səfirliyinin torpaq sahələrinin səlahiyyətli orqanlar tərəfindən ayrılmış yollarının olub-olmadığını, Rusiya Səfirliyinin torpaq sahəsinin çıxışının (darvazasının) hansı yol istiqamətində olduğunu, sanatoriyanın hansı sanatoriya olduğunu, hazırda fəaliyyət göstərib-göstərmədiyini, kimin tabeliyində olduğunu, iddiaçının bağ sahəsi ilə Cavabdeh3 evi arasında üçüncü bir qonşunun da bağ sahəsinin olubolmadığını, əgər varsa həmin qonşunun kim olduğunu, yolunun hardan olduğunu aydınlaşdırmamı şdır. Məhkəmə, əgər iddiaçının iddia etdiyi kimi Rusiya Səfirliyinin torpaq sahəsi ilə Cavabdeh3 torpaq sahəsi arasında küçə, yol olmuşdursa, onda Rusiya Səfirliyinin torpaq sahəsinin həmin istiqamətdə çıxışının olub-olmadığını, Cavabdeh3 tərəfindən məhkəməyə təqdim edilmiş 6 saylı evə dair 97 inventar nömrə ilə 1997-ci il tarixdə tərtib edilmiş texniki pasportun notariat qaydasında təsdiq edilmiş surətində Cavabdeh3 torpaq sahəsi ilə Rusiya Səfirliyinin torpaq sahəsi arasında küçə olmadığı halda, eyni evə dair mülki işdə olan evin əvvəlki mülkiyyətçisi Cavanşir Xəlilovun adına eyni inventar nömrə ilə eyni tarixdə tərtib olunmuş texniki pasportun kserosurətində həmin yerdə küçə olduğunun qeyd edilməsi arasındakı ziddiyyəti aradan qaldıra biləcək halı, bununla bağlı Cavabdeh3 həyətyanı torp aq sahəsinin ölçülərinin texniki pasportda göstərilən ölçülərdən artıq olub-olmadığını iş üzrə mühəndis-texniki ekspertizasının təyin edilməsi ilə aydınlaşdırmamışdır (müəyyən etməmişdir). Habelə, məhkəmə sözügedən kserosurət texniki pasportun əslini və ya qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş surətini əldə etmək istiqamətində zəruri prosessual hərəkətləri etməklə həmin sübutun mötəbərliliyinə olan əsaslı şübhələri aradan qaldırmamışdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının yolu Cavabdeh3 xüsusi mülkiyyətində olan 6 nömrəli evin torpaq sahəsindən olmuşdur. Bu halı məhkəmə mülki işin 50-52-ci səhifələrində olan haqqında yuxarıda bəhs edilən kserosurət texniki pasportda Cavabdeh3 torpaq sahəsi ilə Rusiya Səfirliyinin torpaq sahəsi arasında küçənin olduğunun qeyd edilməsi və məhz kserosurət texniki pasport əsasında verilmiş ekspert rəyi əsasında müəyyən etmişdir. Lakin mülki işdə olan Cavabdeh3 məxsus 6 saylı evə dair 97 inventar nömrə ilə 1997-ci il tarixdə tərtib edilmiş texniki pasportun notariat qayadasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 torpaq sahəsi ilə Rusiya Səfirliyinin torpaq sahəsi arasında küçə yoxdur, olmamışdır. Mülki işdə iddiaçının bağ sahəsinə gedən dövlət tərəfindən müəyyən edilmiş hər hansı yolun olduğunu təsdiq edən hər hansı mötəbər sübut yoxdur.
24. Apellyasiya instansiya məhkəməsi tərəfindən X11 və Rusiyanın Azərbaycandakı Səfirliyi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilmişlər.
25. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak etmiş üçüncü şəxs Sabunçu rayon Bilgəh bələdiyyəsinin nümayəndəsi X12 izahatında bildirmişdir ki, iddiaçını uzun illərdir tanıyır, iddiaçının atası Fikrət müəllimi də tanımışdır. Fikrət müəllim 8 saylı fərdi yaşayış evinin torpaq sahəsini alarkən ona torpaq sahəsinin yolunun olmadığı bildirilmiş, lakin Fikrət müəllim o zaman belə cavab vermişdi ki, “mən katerlə gedibgələcəm, mənə yol lazım deyil”. İddiaçı və Rusiya səfirliyinin öz torpaq sahələrinə gedişgəliş yolları olmamışdır, iddiaçı və səfirliyin torpaq sahəsinin hasarını çəkmiş işçilər Zaqulba sanatoriyasının ərazisindən istifadə edərək torpaq sahələrinə gedib-gəlmişlər. Cavabdeh3 məxsus 6 saylı fərdi yaşayış evi ilə Rusiya səfirliyinin torpaq sahəsi arasında heç vaxt yol, küçə olmamışdır.
26. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs Rusiya Səfirliyinin əm əkdaşı X4 izahat verərək apellyasiya şikayətinin məhkəmənin mülahizəsinə əsasən həll edilməsini bildirsə də, izahatında göstərmişdir ki, Rusiya Səfirliyinə 1994-cü ildə torpaq sahəsi ayrılmışdır, torpaq sahəsi ayrılarkən torpaq sahəsi ilə Xəzər dənizi arasında hansısa başqa şəxsə, o cümlədən iddiaçıya məxsus torpaq sahəsi olmamışdır.
27. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən digər üçüncü şəxs X7 vəkili və nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, bağ sahəsi bir tərəfdən Rusiya səfirliyinin torpaq sahəsi, bir tərəfdən Cavabdeh3, bir tərəfdən İddiaçı bağ sahəsi, bir tərəfdən də Xəzər dənizi ilə əhatə olunmuşdur. Bağ sahəsinə əvvəllər Rusiya səfirliyinin torpaq sahəsindən keçərək Zaqulba sanatoriyasının ərazisindən gedibgəlmişdir, sanatoriyada müvəqqəti məskunlaşd ırılmış məcburi köçkünlər köçürüldükdən sonra isə sanatoriyanın ərazisi mühafizə altına alınmış, bundan sonra bağına gedib-gələ bilməmişdir.
28. Apellyasiya instansiya məhkəməsinin qərardadı ilə iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilərək müvafiq mütəxəssis və ekspert rəyləri alınmışdır.
29. Mülki iş üzrə təyin edilmiş əlavə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Cavabdeh3, ondan əvvəl də X2 xüsusi mülkiyyəti olmuş, Abşeron rayon DTİMHQ tərəfindən verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh q əsəbəsi, Zağulba şossesi 6 saylı fərdi yaşayış evinin torpaq sahəsinin texniki pasportunda göstərilmiş ölçülərinə və adları qeyd edilmiş qonşu torpaq sahələrinə əsasən faktiki göstərilən torpaq sahəsi uyğun gəlir. (“A” tikilisi mövcud deyil). Cavabdeh3, ondan əvvəl də X2 adına verilmiş texniki pasportdakı ölçülərə əsasən Rusiya Federasiyası səfirliyinin torpaq sahəsi ilə arasında artıq sahə qalmır, küçə, yol görünmür. İddiaçı, ondan əvvəl də X5 adına verilmiş texniki pasportlarında göstərilmiş fərdi yaşayış evi və həmin evin torpaq sahələri texniki pasportları ilə eynidir, faktiki ilə də üst-üstə düşür. İddiaçı, ondan əvvəl də X5 adına verilmiş texniki pasportda göstərilmiş fərdi yaşayış evi və həmin evin torpaq sahələri faktiki olaraq yerləşdiyi yerin, faktiki vəziyyətdə torpaq sahəsinin perimetrik ölçüləri ilə texniki pasportları ölçüləri arasında müəyyən fərqlə koordinatları üst-üstə düşür və torpaq sahəsinin bir hissəsi dənizin mühafizə zolağında yerləşir. Rusiya Federasiyasının Bakıdakı Səfirliyinə Bakı şəhər İHB-nın xx.xx.1994-cü il sərəncamı ilə ayrılmış 1,6 ha torpaq sahəsi, Bilgəh qəsəbəsindəki “Azərbaycan” (indiki “Xəzər”) istirahət evinin, Cavabdeh3 faktiki istifadə etdiyi sahəsindən sonra cənub-şərqdə yerləşən mövcud vəziyyətdə 1.1836 ha (iddiaçılara yol nəzərə alınmadan) olmaqla koordinatları faktiki vəziyyətə uyğun müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinə giriş-çıxış yolu yoxdur, müəyyən etmək olmur. Qeyd edilən torpaq sahəsi Bilgəh qəsəbəsindəki “Azərbaycan” (indiki “Xəzər”) istirahət evinə məxsus torpaq sahəsinin daxilində yerləşmir. X11 adına verilmi ş texniki pasportda göstərilmiş fərdi yaşayış evi və həmin evin torpaq sahələri faktiki olaraq yerləşdiyi yerin (torpaq sahəsinin) perimetrik ölçülərindən fərqlidir, fərdi yaşayış evi uyğun gəlmir (texniki pasportdakı deyil) ərazinin mövcud koordinatları texniki pasportdakı ölçülərə görə fərqlidir. Qeyd edilən torpaq sahəsinin və evin rəsmi sənədlərdə (texniki pasportda) göstərilən torpaq sahəsi faktikidən perimetrik ölçüləri fərqlidir, iddia edilən torpaq sahəsinin konfiqurasiyasına uyğun gəlir, fərdi yaşayış evi uyğun gəlmir və torpaq sahəsinin bir hissəsi dənizin mühafizə zolağında yerləşir. Qeyd edilən torpaq sahəsinə giriş-çıxış yolu yoxdur, müəyyən etmək olmur.
30. Mülki iş üzrə təyin edilmiş əlavə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7455 saylı rəyində qeyd olunmuşdur ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli mütəxəssis rəyində qeyd olunanlara əsasən Cavabdeh3, ondan əvvəl də X2 xüsusi mülkiyyəti olmuş, Abşeron rayon DTİMHQ tərəfindən verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şossesi 6 saylı fərdi yaşayış evinin torpaq sahəsinin texniki pasportunda göstərilmiş ölçülərinə və adları qeyd edilmiş qonşu torpaq sahələrinə görə faktiki göstərilən torpaq sahəsinin uyğun gəldiyi müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubük hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-ci il tarixli mütəxəssis rəyində qeyd olunanlara əsasən, Cavabdeh3, ondan əv vəl də X2 adına verilmiş texniki pasportdakı ölçülərə görə Rusiya Federasiyası səfirliyinin torpaq sahəsi ilə arasında artıq sahə qalmır, küçə, yol görünmür. Ekspert tərəfindən qeyd olunur ki, Abşeron rayonu, Bilgəh qəsəbəsi, Zağulba şossesində ünvanın yerləşən 224,6 kvadrat metr yaşayış sahəsindən, 191,1 kvadrat metr köməkçi sahədən ibarət 6 saylı fərdi yaşayış evinə dair tərtib olunmuş X2 adına olan 1997-ci il tarixli Texniki Pasport (iş.m Səh 50-52) sənədindən görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iki tərəfdən küçə ilə, bir tərəfdən boş sahə ilə, digər tərəflərdən qonşu sahələr ilə əhatə olunmuşdur. Texniki pasportda torpaq sahəsi ilə qonşuluqda yerləşən Rusiya səfirliyinə aid ərazi arasında küçə olduğu qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pu blik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci İl tarixli mütəxəssis rəyində qeyd olunanlara əsasən, İddiaçı, ondan əvvəl də X5 adına verilmiş texniki pasportlarında göstərilmiş fərdi yaşayış evi və həmin evin torpaq sahələri texniki pasportları ilə eyni olduğu və faktiki ilə də üst-üstə düşdüyü müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli mütəxəssis rəyində qeyd olunanlara əsasən, İddiaçı, ondan əvvəl də X5 adına verilmiş texniki pasportda göstərilmiş fərdi yaşayış evi və həmin evin torpaq sahələrinin faktiki olaraq yerləşdiyi yeri, faktiki vəziyyətdə torpaq sahəsinin perimetrik ölçüləri ilə texniki pasportları ölçüləri arasında müəyyən fərqlə koordinatlarının üst-üstə düşdüyü və torp aq sahəsinin bir hissəsinin dənizin mühafizə zolağında yerləşdiyi müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli mütəxəssis rəyində qeyd olunanlara əsasən, Rusiya Federasiyasının Bakıdakı Səfirliyinə Bakı şəhər İHB-nın xx.xx.1994-cü il sərəncamı ilə ayrılmış 1,6 hektar torpaq sahəsi, Bilgəh qəsəbəsindəki “Azərbaycan” (indiki “Xəzər") istirahət evinin, Cavabdeh3 faktiki istifadə etdiyi torpaq sahəsindən sonra cənub-şərqdə yerləşən mövcud vəziyyətdə 1,1836 hektar (iddiaçılara yol nəzərə alınmadan) olmaqla koordinatları faktiki vəziyyətə uyğun müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinə giriş-çıxış yolu yoxdur, müəyyən etmək olmur. Qeyd edilən torpaq sahəsi Bilgəh qəsəbəsindəki "Azərbaycan” (indiki “ Xəzər”) istirahət evinə məxsus torpaq sahəsinin daxilində yerləşmir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli mütəxəssis rəyində qeyd olunanlara əsasən, X11 adına verilmiş texniki pasportda göstərilmiş fərdi yaşayış evi və həmin evin torpaq sahələri faktiki olaraq yerləşdiyi yerin (torpaq sahəsinin) perimetrik ölçülərindən fərqlidir, fərdi yaşayış evi uyğun gəlmir (texniki pasportdakı deyil) ərazinin mövcud koordinatları texniki pasportdakı ölçülərə görə fərqlidir. Qeyd edilən torpaq sahəsinin və evin rəsmi sənədlərdə (texniki pasportda) göstərilən torpaq sahəsi faktikidən perimetrik ölçüləri fərqlidir, iddia edilən torpaq sahəsinin konfiqurasiyasına uyğun gəlir, fərdi yaşayış evi uyğun gəlmir və torpaq sahəsini n bir hissəsi dənizin mühafizə zolağında yerləşir. Qeyd edilən torpaq sahəsinə giriş-çıxış yolu yoxdur, müəyyən etmək olmur.
31. Həm mütəxəssis rəyinin, həm də ekspertiza rəyinin məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiqi zamanı müəyyən edilmiş bir sıra ziddiyyətlərin aydınlaşdırılması məqsədilə ekspert və mütəxəssis apellyasiya məhkəməsinin iclasına dəvət edilmiş, ekspert X6 məhkəmə iclasında suallara cavab verərkən bildirmişdir ki, o, birinci instansiya məhkəməsində sahəyə baxış keçirmiş, lazım olan sənədləri də iş materiallarından götürmüşdür. Faktiki vəziyyətdə ölçülər uyğun gəlir, yol yoxdur. Texniki pasportun notarial qaydada təsdiq olunmuş surəti ilə arxivdə olan nüsxə eynidir. İş materiallarına (1-ci cild 5052-ci səhifələrində) əlavə olunmuş texniki pasportun saxta olub-olma masını müəyyən etmək onun səlahiyyətləri xaricindədir. Əsl texniki pasportun notariat qaydasında təsdiq olunmuş surətinin mülki işdə olduğunu bilməmişdir. Tədqiqat aparılan mülki işin 1-ci cild, 50-52-ci səhifələrində olan texniki pasporta istinad edilmişdir. Bu səbəbdən də ikinci tədqiqat zamanı da birinci tədqiqatdakı sənədlərə əsaslanmışlar. Faktiki vəziyyətdə yol görünmür. Texniki pasportun notarial qaydada təsdiq olunmuş surəti ilə arxivdə olan nüsxə eynidir. 14 mart 2007-ci il tarixli texniki pasportda, iddiaçının adına olan, həmçinin Əfidənin texniki pasportdakı torpaq sahəsinin ölçüləri, cizgiləri, sxemi müəyyən olunmamışdır. Sənədlərdə koordinatlar mövcud deyil. Texniki cəhətlərinə görə müqayisə aparılanda hər iki sahə eyni sahədir. Mütəxəssis rəyində qeyd olunan ölçülərlə torpa q ayırma sənədinin texniki göstəricilərinin müqayisəli tədqiqatını aparmaq istəsələr də, sənədlər olmadığı üçün mümkün olmamışdır. Faktiki olaraq Rusiya Federasiyasının istifadəsində olan torpaq sahəsi kimi göstərilən sahə 1,1836 hektardır. Heç bir yerində yol görünmür. Torpaq sahəsinin arxa hissəsi nəzərə alınmamışdır. İddiaçının adına olan texniki pasportdakı küçə 1,1836 hektar sahənin içindədir. Koordinatlar mütəxəssis rəyində faktiki göstəricilərə uyğun olaraq müəyyən olunub. Koordinatların müəyyən olunması torpaq sahəsinin sənəd üzrə yerinin müəyyən olunması demək deyildir, bu sadəcə texniki işdir.Tədqiqat zamanı Rusiya Federasiyasına ayrılmış, müqavilədə göstərilən 1,6 hektar torpaq sahəsinin torpaq ayırma cizgiləri olmadığından həmin torpaq sahəsinin naturada harda yerləşməsini müəy yən etmək mümkün olmamışdır. Bu səbəbdən də həmin torpaq sahəsinin çatışmayan hissəsinin harada yerləşməsini də müəyyən edə bilməmişdir. Faktiki vəziyyətdə yolun olmaması ümumiyyətlə yolun olmaması demək deyil. Yolun olması da sənədlərlə müəyyən olunur, hazırda da bunu təsdiq edən sənəd yoxdur. Təqdim olunan sənəd də yalnız texniki pasportdur, burada da yol görünmür. Faktiki olaraq iddiaçının sahəsində qapı, darvaza mövcuddur. Elektron baza məlumatlarından görünür ki, Rusiya Səfirliyinin faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi Xəzər dənizinin mühafizə zonasına düşür. İddiaçının sahəsi sənəd üzrə torpaq sahəsinin giriş darvazasının arxa hissəsində yerləşən küçəyə düşür. Faktiki olaraq hardadır, onu müəyyən etmək olmur. Koordinatlarla bağlı suallara isə hesab etmişdir ki, müt əxəssis daha dolğun cavab verə bilər. İddiaçıya məxsus yerin qapısı Rusiya Səfirliyinin faktiki istifadəsində olan torpaq sahəsinə açılır, sənəd üzrə isə həmin sahəyə açılıb-açılmamasını dəqiq demək mümkün olmur. Cizgilərlə bağlı sənəd təqdim olunduğu halda Rusiya Səfirliyinə düşən sahəni müəyyən etmək mümkün olar. Mütəxəssis rəyinə əlavə edilmiş cizgidə səfirliyin torpaq sahəsinin ölçüləri dəqiq göstərilməmişdir, çünki torpaq sahəsi düzbucaqlı deyil, çoxlu bucaqları vardır, həmin bucaqları dəqiq ölçüb hesablamadan torpaq sahəsinin dəqiq ölçüsünü cizgidə göstərilmiş rəqəmlər əsasında hesablamaq düzgün deyil. Səfirliyin torpaq sahəsi sənədlərə görə 1,6 hektardır. Əlbəttə, ekspert olaraq kiməsə yol vermək, ayırmaq kimi bir səlahiyyəti yoxdur, ekspert rəyində səfirliyin torpaq sahəsinin iddia çılara yol nəzərə alınmadan 1,1836 hektar olduğunun qeyd edilməsi yalnız onunla bağlıdır ki, iddiaçı həmin ərazidə özünün yolu olduğunu iddia edir. İddiaçılara yol nəzərə alınmadan ifadəsi rəydə iddiaçının iddia etdiyi yol nəzərə alınmadan anlamında yazılmışdır. 2001-ci ilin peyk görüntüsündə iddiaçının və üçüncü şəxs Bəhruz Ağamovun evlərinin, onların torpaq sahələrinin görünməməsi isə onunla bağlı ola bilər ki, bəlkə həmin ildə iddiaçı evini sökmüş, sonra da yenidən tikmişdir. İddiaçı məxsus 8 saylı fərdi yaşayış evinin texniki pasportunda, ona qədər də Əfidə Əliyevanın adına tərtib edilmiş texniki pasportda 8 saylı evin torpaq sahəsinin üç tərəfdən qonşu, bir tərəfdən küçə ilə əhatə olunduğunun, mütəxəssis rəyinə əlavə edilmiş cizgidə isə həmin torpaq sahəsinin üç tərəfdən qonşu bir tər əfdən Xəzər dənizi (onun mühafizə zolağı) ilə əhatə olunduğunun qeyd edilməsi onunla bağlıdır ki, texniki pasport tərtib edilərkən Xəzər dənizi qonşu olaraq göstərilmiş, Səfirliyin torpaq sahəsi tərəf olan hissə isə, orda iddiaçının iddia etdiyi yol olduğundan, küçə kimi göstərilmişdir. Yerli baxış zamanı ekspert olaraq tərəfindən Rusiya səfirliyinin torpaq sahəsinin giriş-çıxışının Zaqulba sanatoriyası istiqamətində olduğu, həmin istiqamətdə darvaza olduğu, darvazanın qarşısından Zaqulba sanatoriyası istiqamətində torpaq yol olduğu, İddiaçı torpaq sahəsinin darvazanın Rusiya səfirliyinin torpaq sahəsinə açıldığı, iddiaçının torpaq sahəsindən səfirliyin torpaq sahəsinə çıxan kimi Zaqulba sanatoriyası istiqamətində bir dəmir darvazanın da olduğu müəyyən edilmiş, lakin sənədlərdə həmin giriş -çıxış yolları, darvazalar qeyd olunmadığından, o, da rəydə onları qeyd etməmişdir.
32. Apellyasiya məhkəməsinin iclasında dindirilmiş mütəxəssis X1 cavab verərkən bildirmişdir ki, mütəxəssis rəyinə əlavə edilmiş cizgidə göstərilən rəqəmlər doğru rəqəmlərdir. Həmin rəqəmlər əsasında cizgidə göstərilmiş torpaq sahələrinin dəqiq ölçülərini müəyyən etmək olar. Rusiya Səfirliyinin torpaq sahəsi torpaqayırma sənədlərinə görə 1,6 hektar ölçüsündədir, lakin yerində müəyyən edilmişdir ki, faktiki ölçüsü 1,1836 hektardır. Mütəxəssis rəyində həmin ölçünün mötərizədə iddiaçılara yol nəzərə alınmadan qeyd edilmiş olması isə onunla bağlıdır ki, iddiaçı həmin ərazidən onun yolu olduğunu iddia edir. Lakin sənədlərə görə və faktiki olaraq da həmin ərazidə yol olduğu müəyyən edilmir. İddiaçının evinə ged ən yol mövcud deyil və yolun olub-olmamasını müəyyən etmək mümkün deyil.
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-116/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-401/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh3 qarşı “darvazanın və hasarın sökülməsi” tələbinə dair iddiası təmin edilməmiş, iddiaçının ödədiyi dövlət rüsumunun onun özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pulun iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
34. Apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfin iddia tələbinin əsasını t əşkil edən halları təsdiq edən əsas sübut kimi məhkəməyə təqdim edilmiş, müvafiq olaraq həm iddiaçı tərəfin, həm birinci instansiya məhkəməsinin, həm də mülki iş birinci instansiya məhkəməsinin icraatında olarkən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının əsas tədqiqat obyekti olaraq istinad etdiyi mülki işin 1-ci cild 50-52-ci səhifələrindəki ünvan 6 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinin, Cavabdeh3 əvvəlki mülkiyyətçisi X2 adına tərtib olunmuş eyni, yəni 97 inventar nömrəli, eyni, yəni 6298 qeyd nömrəli texniki pasportunun kserosurətinə qiymət verməyi zəruri hesab etmişdir. Belə ki, eyni, yəni 6 saylı fərdi yaşayış evinə dair Cavabdeh3 adına 1997-ci il tarixdə tərtib olunmuş 97 inventar nömrəli, 6298 qeyd nömrəli texniki pasportun mülki işdə olan notariat qaydasında təsd iq edilmiş surəti (1-ci cild, səhifə 162-167), habelə məhkəmə kollegiyasının tələbi üzrə Cavabdeh3 vəkili və nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş həmin, yəni Cavabdeh3 adına 1997-ci il tarixdə tərtib olunmuş 97 inventar nömrəli, 6298 qeyd nömrəli texniki pasportun əsli məhkəmə iclasında bütün tərəflərin, onların nümayəndələrinin iştirakı ilə tədqiq edilmiş və müəyyən edilmişdir ki, texniki pasportun əslində və notariat qaydasında təsdiq edilmiş surətində 6 saylı fərdi yaşayış evinin torpaq sahəsi ilə Rusiya Federasiyası Səfirliyinin torpaq sahəsi arasında hər hansı küçə, yol və ya artıq sahə göstərilmədiyi, qeyd edilmədiyi halda, mülki işin 1-ci cild 50-52-ci səhifələrində olan eyni evə dair eyni inventar və qeyd nömrələri ilə eyni tarixdə tərtib olunmuşdur. Belə çıx ır ki, eyni texniki pasportun kserosurətində həmin yerdə, yəni 6 saylı fərdi yaşayış evinin torpaq sahəsi ilə Rusiya Federasiyası Səfirliyinin torpaq sahəsi arasında küçə olduğu göstərilmişdir.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki iş materiallarından görünür ki, Cavabdeh3 vəkili və nümayəndəsi hələ mülki iş birinci instansiya məhkəməsinin icraatında olarkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mülki işin 1-ci cild 50-52-ci səhifələrində olan kserosurət texniki pasportun əslinin və ya lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməsinin iddiaçı tərəfdən tələb edilməsini, habelə həmin kserosurət texniki pasportun Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən məhkəmə sorğusu əsasında əldə edilərək mülki işə əlavə edilməsini yazılı vəsatətlə məhkəmədən xahiş etmişdir. Sözügedən kserosurət texniki pasportun əsli və ya təsdiq edilmiş surəti apellyasiya icraatı zamanı da iddiaçı tərəfdən tələb edilmiş, eyni zamanda aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilərək təsdiq edilmiş surətinin əldə edilməsinə cəhd edilmişdir. Lakin iddiaçı tərəf, iddiaçı tərəfin əsas sübutu hesab olunan həmin kserosurət texniki pasportun əslini və ya təsdiq edilmiş surətini məhkəmə kollegiyasına təqdim etməmiş, məhkəmə sorğuları əsasında təsdiq edilmiş surətinin aidiyyəti dövlət qurumlarından əldə edilməsi mümkün olmamış, apellyasiya icraatının son iclaslarında isə iddiaçı tərəf həmin kserosurət texniki pasportun onlar tərəfindən deyil, Bilgəh bələdiyyəsi tərəfindən təqdim edildiyini bildirmişdir. Lakin mülki işdən görünür ki, Bilgəh bələdiyyəsinin nümayəndəsi birinci instansiya məhkəməsində iddianın rədd edilməsini xahiş etmiş, apellyasiya instansiyası məhkəməsində isə əlavə olaraq, iddiaçının ümumiyyətlə yolu olmadığını, torpaq sahəsini alarkən iddiaçıya “buranın yolu yoxdur” sözü deyilərkən iddiaçının “mənə yol lazım deyil, mən dənizdən katerlə gəlib-gedəcəm” dediyini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
36. Qeyd edilənlər əsasında məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, mülki işin 1-ci cild 50-52-ci səhifələrində olan kserosurət texniki pasport 6 saylı fərdi yaşayış evinə dair 1997-ci ildə 97 inventar və 6298 qeyd nömrəsi ilə X2 adına tərtib edilmiş, sonradan 6 saylı fərdi yaşayış evi Cavabdeh3 adına keçərkən eyni texniki pasportda X2 adının üzərindən xətt çəkilərək yeni mülkiyyətçinin, yəni Cavabdeh3 adının qeyd olu nduğu texniki pasportun əsli ilə təsdiq olunmayan kserosurətidir. Təsadüfi deyildir ki, texniki pasportun əslinin üzərində “Abşeron rayon 2-ci DNK-nun 11 mart 2006-cı il tarixli 402-182 reyestr nömrəli a/s müqaviləsinə əsasən yaşayış evi Cavabdeh3 adına keçirilmişdir” qeydi yazılmış və üzərinə də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsinin möhürü vurulmuşdur. Texniki pasportun notariat qaydasında təsdiq edilmiş surətində də eyni qeydin olduğu görülür. Mülki işin 1-ci cild 50-52-ci səhifələrində olan kserosurət texniki pasportda isə belə qeyd yoxdur.
37. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki işdən görünür ki, Cavabdeh3 vəkili və nümayəndəsi hələ mülki iş birinci instansiya məhkəməsinin icraatında olarkən sözügedən kserosurətin mötəbər sübut olmadığını, onun əsasında verilmiş ekspertiza rəyinin mötəbər rəy olmadığını, onun tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 6 saylı evin notariat qaydasında təsdiq edilmiş texniki pasportu və təqdim edilmiş əlavə sübutların da ekspertlərə təqdim edilərək mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini yazılı vəsatətlə xahiş etmiş, lakin birinci instansiya məhkəməsi mülki iş üzrə olduqca mühüm əhəmiyyət kəsb edən bu hala diqqətsiz yanaşaraq həmin halı araşdırmamış, nəticədə mötəbər olmayan sübut və həmin sübut əsasında aparılmış ekspertiza tədqiqatı üzrə verilmiş əsassız rəy əsasında düzgün olmayan qətnamə qəbul etmişdir.
38. Mülki iş üzrə apellyasiya icraatı zamanı təyin edimliş əlavə məhkəmə tikinti texniki və əmtəəşünaslıq ekspertizasının nəticəsində verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi və xx.xx.2023-cü il tarixli 10/7455 saylı ekspert rəyinin, habelə müvafiq olaraq həmin rəyləri imzalamış mütəxəssis və ekspertin məhkəmə iclasında verdikləri izahatların mülki işdə olan digər sübutlarla müqayisəli tədqiqi nəticəsində məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh3 mülkiyyətində olan 6 saylı fərdi yaşayış evinin torpaq sahəsinin faktiki ölçüləri həmin evin texniki pasportundakı ölçülərinə uyğundur, 6 saylı evlə Rusiya Səfirliyinin torpaq sahəsi arasında hər hansı küçə, yol yoxdur, bu isə o deməkdir ki, Cavabdeh3 tərəfindən hər hansı, o cümlədən iddiaçının xüsusi mülkiyyətində olan 8 saylı fərdi yaşayış evinin yolu bağlanmamış, zəbt edilməmişdir. Rusiya Səfi rliyinin torpaq sahəsinə giriş-çıxışı üçün qoyulmuş dəmir darvazası hazırda istifadəsiz olan, lakin ərazisi mühafizə olunan Zaqulba sanatoriyasının ərazisi istiqamətindədir. Rusiya Səfirliyinin torpaq sahəsi ilə Cavabdeh3 xüsusi mülkiyyətində olan 6 saylı fərdi yaşayış evinin torpaq sahəsi arasında çox illər bundan əvvəl inşa edilmiş (hörülmüş) daş hasar var. Rusiya Səfirliyinə 1994-cü ildə ayrılmış torpaq sahəsi 1999-cu ilə bağlanmış müqavilə əsasında 16.000 kvadrat metr olaraq təqdim edilmiş, həmin torpaq sahəsi ilə Xəzər dənizi arasında başqa şəxsə (şəxslərə) məxsus torpaq sahəsi, fərdi yaşayış evi olmamışdır. Lakin hazırda həmin torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş cizgidən göründüyü kimi cizgidəki rəqəmlərlə hesabladıqda faktiki olaraq 13.268 kvadrat metrdir. Lakin həm mütəxə ssis, həm də ekspert rəylərində Rusiya Səfirliyinin torpaq sahəsinin hazırda 1,1836 kvadrat metr (iddiaçılara yol nəzərə alınmadan) olduğunu göstərmiş, məhkəmə iclasında bunu onunla izah etmişlər ki, iddiaçının mülkiyyətində olan 8 saylı fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportda, ona qədər də eyni evə dair əvvəlki mülkiyyətçi X5 adına tərtib edilmiş texniki pasportda 8 saylı evin bir tərəfdən küçə, üç tərəfdən qonşu ilə əhatə olunduğu göstərilmişdir. Əraziyə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının darvazası Rusiya Səfiliyinin torpaq sahəsinə açılır, faktiki olaraq iddiaçının yolu yoxdur, lakin 8 saylı evə dair tərtib olunmuş texniki pasportlarda küçə qeyd olunduğundan həmin küçənin Rusiya Səfirliyinin torpaq sahəsi istiqamətində olduğunu güman edib Ru siya Səfirliyinin torpaq sahəsinin hazırda 1,1836 kvadrat metr (iddiaçılara yol nəzərə alınmadan) olduğunu rəylərdə göstərmişlər.
39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mütəxəssis rəyinə əlavə edilmiş cizgidən (cild 3) görünür ki, İddiaçı mülkiyyətində olan 8 saylı fərdi yaşayış evinin torpaq sahəsinin, habelə iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X9 məxsus fərdi yaşayış evinin torpaq sahəsinin bir hissəsi Xəzər dənizinin mühafizə zolağına düşür. Həmçinin cizgidən görünür ki, iddiaçının fərdi yaşayış evi 3 tərəfdən qonşu, bir tərəfdən isə Xəzər dənizi (onun mühafizə zolağı) ilə əhatə olunmuşdur. Bu hal əraziyə (torpaq sahələrinə) tərəflərin iştirakı ilə məhkəmə kollegiyası tərəfindən yerində müayinə keçirilərkən də müəyyən olunmuşdur.
40. Məhkəmə kol legiyası mülki işdə toplanmış sübutları ayrı-ayrılıqda və birlikdə müqayisəli şəkildə tədqiq edərək, mülki iş üzrə müəyyən edilmiş həqiqi halları qiymətləndirərək bu qənaətə gəlmişdir ki, əvvəla Cavabdeh3 tərəfindən hər hansı küçə, yol zəbt edilməmişdir, digər tərəfdən Cavabdeh3 mülkiyyətində olan 6 saylı fərdi yaşayış evi, onun torpaq sahəsi ilə qonşu Rusiya Səfirliyinin torpaq sahəsi arasında hər hansı küçə, yol yoxdur, olmamışdır. İddiaçı mülkiyyətində olan 8 saylı bağ evinin əvvəldən gedişgəliş yolunun olması müəyyən olunmur, iddiaçı, eynilə Rusiya Səfirliyinə ayrılmış torpaq sahəsinin hasarını çəkmiş işçilər kimi, Zaqulba sanatoriyasının ərazisindən, həmin ərazi mühafizə altına alınana qədər, özünün bağ sahəsinə gedib-gəlmək üçün istifadə etmişdir. Sonradan Zaqulba sanatoriyasının əra zisi mühafizə altına alınmış (bu hal həm də onunla öz təsdiqini tapmışdır ki, torpaq sahələrinin yerində müayinə edilməsi üçün əraziyə gedərkən məhkəmə tərkibinə Zaqulba sanatoriyasının giriş darvazasından daxil olmağa ərazinin məhz mühafizə olunduğu əsası ilə icazə verilməmiş, bu səbəbdən məhkəmə tərkibi və tərəflər, onların nümayəndələri torpaq sahələrinə əvvəlcə cavabdehin, sonra da üçüncü şəxs X7 torpaq sahəsindən keçərək getmişdir), bundan sonra iddiaçı ona yol verilməsi (ayrılması) üçün cavabdehlər - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Sabunçu rayon Bilgəh bələdiyyəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, ərizəsi mümkün sayılmadıqd a isə hazırkı iddia ilə Cavabdeh3 qarşı məhkəməyə müraciət etmişdir.
41. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin bu halına diqqət yetirməmişdir ki, ekspert rəyində istinad edilmiş mülki işin 1-ci cild 50-52 səhifələrində olan 6 saylı evin yalnız əvvəlki mülkiyyətçisi X2 adının göstərildiyi 6 saylı evə dair tərtib olunmuş 97 inventar nömrəli, 1997-ci il tarixli texniki pasportu kserosurət olmaqla nə əsli, nə də təsdiq edilmiş surəti iş materiallarında mövcud olmamışdır.
42. Məhkəmə kollegiyası hesab etmişdir ki, sözügedən sənədin sübut kimi qəbul edilməməli olmasından əlavə, birinci instansiya məhkəməsi X2 və Cavabdeh3 ikisinin də adlarının olduğu əsl texniki pasportun təqdim edilməsinin zəruri olmasına, eləcə də rəyin Azərbaycan Respublikası Əmlak M əsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli cavab məktubun kəskin ziddiyyət yaratmasına qiymət verməmiş, bununla Azərbaycan Respublikasının MPM-nin 88, 101.3, 206.1 və 103.1-ci maddələrinin tələblərini pozmuşdur.
43. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasında iddia edilən yol barəsində məlumat yoxdur. Şərti olaraq yol kimi göstərilən sahə digər şəxslərin istifadəsində olan sahələrin hasarı daxilində olan yerlərdir.
44. Məhkəmə kollegiyası hesab etmişdir ki, mülki işə əlavə edilmiş ərazinin peykdən çəkilmiş 2001-2021-ci ilər üzrə dövrü aydın əks etdirən 17 ədəd foto görüntüsündən də Cavabdeh3 torpaq sahəsinin iddiaçının torpaq sahəsinin üzü dəniz istiqamətində baxanda sol tərəfində yerləşdiyi, onların torpaq sahələri arasında üçüncü bir şəxsin də torpaq sahəsinin olduğu, iddiaçının torpaq sahəsinin sağ tərəfində isə yalnız bir qonşunun olduğunun, iddiaçının torpaq sahəsinin aşağı hissəsində isə Rusiya Federasiyası Səfirliyinin torpaq sahəsinin olduğu, sağ tərəfdə olan qonşu və Rusiya Səfirliyinin hər hansı başqa yoldan deyil, məhz sağ tərəfdən olan yoldan istifadə etdiklərinin, həmin yolun isə məhz sanatoriya tərəfdən olan yol olduğunun açıq-aşkar görünməsinə birinci instansiya məhkəməsi diqqət yetirməyərək işin bu hallarına qiymət verməmişdir.
45. Məhkəmə kollegiyası tərəfindən də yerində müayinə aparılmış və müəyyən edilmişdir ki, iddiaçı əvvəllər istifadə etdiyini bildirdiyi yol, yəni cavabdehin mülkiyyətində olan bağ sahəsinin girişi dəmir darvazadan ibarətdir. Dəmir qapıdan içəri daxil olduqdan sonra asfalt örtüklü 200-250 metr uzunluğunda olan yolla davam edildi. Yolun sonunda, yəni asfalt örtük bitdikdən sonra torpaq yolla davam edildi və bir mərtəbəli dənizə birbaşa baxışı olan yarım tikilinin qarşısından X9 məxsus bağ sahəsinə daxil olmadan onun divarına bitişik dəmir darvazadan Rusiya Səfirliyinin torpaq sahəsinə daxil olundu. Rusiya Səfirliyinin torpaq sahəsi baxımsız vəziyyətdə, ot və kol örtüklü, qayalıq relyefdədir. Rusiya Səfirliyinin torpaq sahəsinə daxil olarkən sol tərəfdə iddiaçıya məxsus torpaq sahəsinin dəmir darvazası, dəmir darvaza ilə üzbəüz dayandıqda isə sağ əldə digər bir dəmir darvaza olduğu müəyyən edildi. Bu dəmir darvaza açılmır, çöl tərəfdən qarşısında böyük qaya daşı var və istifadə edilmədiyi müəyyən edildi. Rusiya Səfirliyinin torpaq sahəsinin girişi olan dəmir darvazasına baxış keçirərkən isə həmin qapıya sanatoriya ərazisindən keçməklə davam edən torpaq yolun olduğu müəyyən edildi.
46. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı onun evindən bir ev və bir torpaq sahəsi, uzaqda olan, torpaq sahələri arasında ümumi hasarları belə olmayan Cavabdeh3 xüsusi mülkiyyətində olan 6 saylı evin həyətyanı torpaq sahəsindən özünə keçid, yol tələb etsə də, bunların mövcud olmasına dair mötəbər və tutarlı sübutlar təqdim etməmişdir. İddiaçının sübut olaraq istinad etdiyi kserosurət texniki pasporta isə yuxarıda hüquqi qiymət verilmişdir. Başqa sözlə, iddiaçının onun Cavabdeh3 xüsusi mülkiyyətində olan 6 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən öz torpaq sahəsinə keçən yolun olması və bu yolun da sonradan cavabdeh tərəfindən bağlanmasına dair dəlilləri mötəbər sübutlarla təkzib edilir.
47. Məhkəmə kollegiyası bu qənaətə gələrkən Cavabdeh3 istifadəsində, sahibliyində, mülkiyyətində olan 6 saylı evinin texniki pasportunda göstərilmiş ölçülərdən artıq torpaq sahəsi olmamasına dair ekspert rəyində göstərilənləri xüsusilə vurğulamışdır.
48. Məhkəmə kollegiyası iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallara və apellyasiya şikayətinə etirazın dəlillərinə qiymət verərək hesab etmişdir ki, Rusiya Federasiyası Səfirliyinin torpaq sahəsi ilə Cavabdeh3 torpaq sahəsi arasında hər hansı küçə və ya yol olması da işin araşdırılmış halları ilə təsdiqini tapmır.
49. Məhkəmə kollegiyasının qənaətinə görə əks təqdirdə həmin ərazidə iddaçıdan da əvvəl torpaq sahəsi olan Rusiya Federasiyası Səfirliyinin darvazasının sanatoriya tərəfdən deyil, Cavabdeh3 torpaq sahəsinin olduğu istiqamətdən qoyulmasına dair cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri inandırıcıdır.
50. Məhkəmə kollegiyası daha sonra hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının torpaq sahəsinin yolunun həqiqətən olub-olmadığını, ev və hasar tikilərkən tikinti materiallarının hansı yoldan daşındığını, iddiaçının və sanatoriya tərəfdə olan bağ sahiblərinin, habelə Rusiya Səfirliyinin öz torpaq sahələrinə hansı yoldan gedibgəldiklərini, Rusiya səfirliyinin hansı yola çıxışının olduğunu, ümumiyyətlə iddiaçının bağ sahəsi, onun sanatoriya tərəfdə olan bağ qonşusunun və Rusiya Səfirliyinin torpaq sahələrinin səlahiyyətli orqanlar tərəfindən ayrılmış yollarının olub-olmadığını, Rusiya səfirliyinin torpaq sahəsinin çıxışının (darvazasının) hansı yol istiqamətində olduğunu, iddiaçının bağ sahəsi ilə Cavabdeh3 evi arasında üçüncü bir qonşunun da bağ sahəsinin olub-olmadığını, əgər varsa həmin qonşunun kim olduğunu, yolunun hardan olduğunu aydınlaşdırmamış, iddiaçının iddia etdiyi kimi Rusiya Səfirliyinin torpaq sahəsi ilə Cavabdeh3 torpaq sahəsi arasında küçə, yol olmuşdursa, onda Rusiya Səfirliyinin torpaq sahəsinin həmin istiqamətdə çıxışının olub-olmadığını, Cavabdeh3 tərəfindən məhkəməyə 6 saylı evə dair 97 inventar nömrə ilə 1997-ci il tarixdə tərtib edilmiş texniki pasportun notariat qaydasında t əsdiq edilmiş surətində Cavabdeh3 torpaq sahəsi ilə Rusiya səfirliyinin torpaq sahəsi arasında küçə olmadığı halda, eyni evə dair mülki işdə olan evin əvvəlki mülkiyyətçisi Cavanşir Xəlilovun adına eyni inventar nömrə ilə eyni tarixdə tərtib olunmuş texniki pasportun kserosurətində həmin yerdə küçə olduğunun qeyd edilməsi arasındakı ziddiyyətin aradan qaldırılması ilə bağlı heç bir araşdırma aparmadan əsassız olaraq iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların öz təsdiqini tapması, 6 saylı evin mülkiyyətçisi olan Cavabdeh3 tərəfindən dövlət tərəfindən müəyyən edilmiş yolun əsassız olaraq zəbt edilərək hasar çəkilməklə darvaza qoyulması ilə iddiaçının 8 nömrəli fərdi yaşayış evinin yerləşdiyi sahəyə (bağa) giriş-çıxışının faktiki olaraq məhdudlaşdırılması kimi səhv nəticəyə gəlmişdir.
51. Məhkəmə kollegiyası ərazinin, orda olan bağ evlərinin, Rusiya Səfirliyinin torpaq sahəsinin, onun hasarının, darvazasının, iddiaçının və cavabdehin torpaq sahələrinin, onların arasında olan başqa bir bağ sahəsinin, iddiaçının və Rusiya Səfirliyinin torpaq sahəsinə sanatoriya tərəfdən gedən torpaq yolun fotoşəkillərinə istinadən də hesab etmişdir ki, iddiaçının öz bağına gedib-gəlmək üçün istifadə etdiyi yol məhz sanatoriya ərazisindən olan torpaq yol olmuş, Cavabdeh3 torpaq sahəsi tərəfdən, onun torpaq sahəsi ilə Rusiya Səfirliyinin torpaq sahəsi arasında hər hansı küçə, yol olmamışdır.
52. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi əsassız iddianı təmin edərək cavabdehin mülkiyyətində olan torpaq sahəsinin tərkibində ümumi istifadədə olan hər hansı yol olmadığı halda, cavabdehin mülkiyyətində olan torpaq sahəsindən iddiaçının fərdi yaşayış evinə və torpaq sahəsinə yol açılmalı olmasını qət etməklə faktiki olaraq cavabdehin mülkiyyət hüququnu pozan nəticəyə gəlmişdir.
53. Məhkəmə kollegiyası mülki iş üzrə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gedib-gəlmək üçün yolunun olmadığının müəyyən edildiyini nəzərə alaraq hesab etmişdir ki, belə bir vəziyyətdə iddiaçıya mülkiyyətində olan fərdi yaşayış evinə gedib-gələ bilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş servitutdan, özgənin sahibliyində olan sahədən zəruri yol və keçiddən istifadə etmək hüququnun olduğu izah edilməlidir.
54. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13, və 24-cü maddələrinə, Mülki Məcəllənin 152, 157 və 175.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 101.3, 103.1, 106.1, 217 və 218.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
55. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
56. Kassasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, bir müddət ölkə xaricində - Rusiyada çalışdığı üçün sözügedən yaşayış evinə gedib-gələ bilməmişdir. Lakin 2017-ci ildə ölkəyə qayıdan zaman yaşayış evinə getmək istəyəndə evinə yolu tapa bilməmiş, çünki ora gedən yol hasar tikilməklə qapad ılmış, cavabdeh tərəfindən hasara alınaraq darvaza qoyulmuşdur, baxmayaraq ki, həmin ünvana xaricə getməmişdən qabaq hər zaman indi qapadılan bu yolla gedibgəlmişdir. Hətta 1980-ci illərdən bu yol həmişə mövcud olmuşdur. Bu yolun mövcudluğunu iş üzrə materiallara əlavə edilən X5 adına inventar nömrəsi 56 olan, 1996-cı ildə tərtib olunmuş Texniki pasport, X2 adına olan 1997-ci il tarixli Texniki Pasport və onun adına qeydiyyata alınmış fərdi yaşayış evinə dair tərtib olunmuş 12 mart 2007-ci il tarixli Texniki Pasport, cavabdeh tərəfindən darvaza qoyularaq hasara alındığını, qeyd olunan fərdi yaşayış evinə giriş-çıxışın bağlı olduğunu Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 103386 saylı rəy və xx.xx.2020-ci il tarixli, **********81 nömrəli mütəxə ssis rəyi açıq-aşkar göstərir. Nəticədə o, öz mülkiyyətimdə olan yaşayış evinə gedib-gələ bilmir, mülkiyyətindən istifadə edə bilmir, bununla da mülkiyyətindən istifadə hüququ tamamilə məhdudlaşdırılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
57. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
58. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
59. Maddə 175.1. Əgə r torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə 76.1. tərəflərin təl əb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
63. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
64. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
65. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaları na müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
67. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətind ə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
71. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
72. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
73. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
74. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
76. Kassasiya şikayətinə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.
77. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının bağ sahəsinə gediş-gəliş yolu mövcud o lmadığına görə, apellyasiya instansiya məhkəməsi düzgün olaraq, belə bir vəziyyətdə iddiaçıya mülkiyyətində olan fərdi yaşayış evinə gedib-gələ bilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş servitutdan, özgənin sahibliyində olan sahədən zəruri yol və keçiddən istifadə etmək hüququnun olduğunu izah etmişdir.
78. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
79. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
80. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərarda dda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 81. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan i rəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
82. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
83. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya M əhkəməsinin Mülki Kollegiyasının 2(103)-116/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qətnaməsidəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.