Məhkəmə qərarları › İş №2(102)-3653/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3653/2020

14.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3653/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı, x oğlunun maraqlı şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququ, evə köçürülmə) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs x oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə predmeti olan, x mənzilin sosial kitayə müqaviləsi 1979-cu ildən iddiaçının qayınatası Ağayar Bağırovun adına olmuşdur. İddiaçı ilə cavabdeh xv xx xxxxxxx 2002-ci il tarixdə nikaha girmişlər, həmin mübahisəli evdə ailə üzvləri ilə birgə yaşamışlar və bir övladı doğulmuşdur. İddiaçı, 2004-cü ildə ailə münaqişəsi ilə bağlı evi tərk etməli olmuşdur.

2. İddiaçı bildirmişdir ki, həmin evdə yaşayaraq birgə təsərrüfat aparmış, buna baxmayaraq onu evdən uşağı ilə birlikdə iradəsinə zidd şəkildə çıxarmışlar. Lakin onun və uşağının mənzildən istifadə hüquqları vardır və bu səbəbdən həmin yaşayış sahəsinə köçürülməlidirlər.

3. Cavabdehlər isə iddiaçının sözügedən mənzildən istifadə hüququnun olmadığını bildirərək onun evə köçürülməsinə etiraz et mişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun ailə üzvləri ilə birlikdə xsaylı mənzildən istifadə hüquqlarının tanınması və azyaşlı uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İddiaçı) xx xxxxxxxx 2004cü il tarixli, X nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Məhkəmə mövqeyini xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəllənin 53-cü və 54-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-A.Hüseynov (sərlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) xx xxxxxx 2020-ci il tarixli, X nömrəli qətnaməsi il ə x oğlunun apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin X nömrəli iş üzrə xx xxxxxxxx 2004-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 121-də yerləşən 81 saylı mənzilə istifadə hüquqlarının tanınması və onun yetkinlik yaşına çatmamış övladı X3 ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv və iddianı təmin edərkən, mövqeyini MPM-nin 387.2.4-cü maddəsi (işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onların hüquqlarının pozulması ilə nəticələnməklə həll edilməsi) və xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzi l Məcəllənin 53-cü maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Rasim Bağırov kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki qanunvericiliyə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu hallarda məhkəməyə müraciət etmək hüququna malikdir. Yəni, şəxs iddia qaldırarkən birinci növbədə iddianın predmeti kimi göstərdiyi halın onun hansı hüququ pozulduğunu əsaslandırmalıdır. İddia ərizəsində iddiaçının hansı hüquqlarının pozulmasını sübut edən heç bir əsas görsədməmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnam əsi ilə 2009-cu ilin 01 oktyabrınadək qüvvədə olmuş Mənzil Məcəllənin 53-cü maddəsini əsas gətirmişdir. Həmin qətnamə ilə icarədar x oğlunun ailə üzvləri ilə birlikdə qeyd olunan mənzilə olan istifadə və sahiblik hüququqları pozulmuşdur. Halbuki, həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və onun ailə üzvləri başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanılır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçının nümayəndəsi X məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edə n digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi:

13. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

14. Maddə

54. İcarədar özü ilə birlikdə yaş ayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynl ərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

18. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Hazırkı kassasiya şikayətində qətnamə X tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin a ktı bütövlükdə yoxlanılır.

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

22. İşdə olan yazılı sənədlərlə müəyyən edilir ki, mübahisəli mənzilin icarədarı Cavabdeh1 əri, cavabdeh X və üçüncü şəxs X atası, 1992-ci ildə vəfat etmiş Xv olmuşdur. Cavabdehlər və üçüncü şəxslər 1979-cu ildən mənzildə qeydiyyatda olmuşlar.

23. İddiaçı və cavabdeh X xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2003-cü il təvəllüdlü X adlı övladları doğulmuşdur. xx.xx.2004-cü il tarixdə xv mənzildən qeydiyyatdan çıxmışdır.

24. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 220 saylı Sərəncamına əsasən, mübahisəli mənzildə 1979-cu ildən pasport qeydiyyatında olmaqla yaşayan x mənzilin əsas icarədarı hesab edilmişdir.

25. İşə birinci instansiya məhkəməsində baxılarkən dindirilmiş şahidlər Xvə x iddiaçının cavabdeh xvla nikaha daxil olduqdan sonra cavabdehlərin razılığı əsasında cehizləri ilə birlikdə mübahisəli mənzilə köçdüyünü, onlarla birgə təsə rrüfat apardığını təsdiq etmişlər.

26. Apelyasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalara istinadən qeyd etmişdir ki, icarədarın özünə məxsus yaşayış sahəsinə köçürdüyü ailə üzvləri evin yaşayış sahəsinə onunla bərabər istifadə hüquqları əldə edirlər. Müvafiq hüquq normalarının tələblərinə görə ailə üzvləri dedikdə, icarədarın arvadı (əri), onların uşaqları və valideynləri başa düşülsə də, icarədarla birlikdə yaşayıb, ümumi təsərrüfat aparan digər şəxslər də ailə üzvləri hesab edilə bilərdilər.

27. Baxılan iş üzrə İddiaçı, cavabdeh xvla xx.xx.2002-ci il tarixdə nikaha daxil olduqdan sonra cehiz əşyaları ilə birlikdə mübahisəli mənzilə köçmüşdür. İşin bu halı şahid ifadələri ilə təsdiq edilmişdir. Apelyasiya baxışı zamanı dindirilmiş cavabdeh xv da b u faktı təsdiq edərək bildirmişdir ki, iddiaçı nikah daxil olduqdan sonra cehiz əşyalar ilə birlikdə mübahisəli mənzilə köçmüş, boşananadək iddiaçı həm atası evində, həm də fasilələrlə mübahisəli mənzildə yaşamışdır.

28. Bununla yanaşı, cavabdeh tərəf 2013-cü ilədək iddiaçının bəzi əşyalarının hələ də mübahisəli mənzildə qaldığını, həmin ildə qarşılıqlı razılıqla iddiaçının bütün əşyaları ilə birlikdə başqa kirayə mənzilə köçdüyünü və 2019-cu ilədək həmin mənzilin kirayə pulunun cavabdeh xv tərəfindən ödənildiyini etiraf etmişlər.

29. Bütün qeyd olunanlar isə bir daha iddiaçının 2002-ci ildə cehiz əşyaları ilə birlikdə mübahisəli mənzilə köçdüyünü və evdə yaşayan şəxslərlə birgə təsərrüfat apardığını təsdiq edir.

30. Apelyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, 2002-ci ildə iddiaç ının mübahisəli istifadə hüququ yaranmış və o, 2004-cü ildə azyaşlı uşağı ilə birlikdə həmin mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur.

31. Eyni zamanda Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamına əsasən, xun mənzilin əsas icarədarı hesab edilməsi iddiaçının həmin dövrədək yaranmış istifadə hüququna avtomatik xitam vermədiyi üçün həmin hal iddianın təmin olunmasına mane olmur.

32. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və MPM -in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bağırov Rasim Ağayar oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar