Məhkəmə qərarları › İş №2(102)-3654/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3654/2022

14.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3654/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, sübutetmə) 14.07.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2022-ci il tarixli, 2(103)649/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 29 dekabr 2017-ci il tarixli Təhvil-təslim aktına əsasən Cavabdeh 27 dekabr 2017-ci il tarixli müraciət məktubuna əsasən ******* manat məbləğində nağd pul İddiaçı tərəfindən Cavabdeh təhvil verilmiş, sonuncu isə həmin məbləğdə pulu İddiaçı təhvil almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* manat məbləğində nağd pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, tərəflər bir çox illər ərzində "xxxx" MMC-nin (hazırda "xxxx" MMC) iştirakçıları olaraq birlikdə sahibkarlıq fəaliyyətini həyata keçirmişlər. Araların da bağlanmış 14 sentyabr 2017-ci il tarixli Müəssisədəki payın alğı-satqı müqaviləsi əsasında cavabdeh MMC-də sahib olduğu 25 % payını 800000 manat müqabilində iddiaçıya satmış, bununla da cavabdehin MMC-də iştirakına xitam verilmişdir. 27 dekabr 2017-ci il tarixdə cavabdeh iddiaçıya müraciət edərək, sahibkarlıq fəaliyyətini genişləndirmək üçün əlavə maddi vəsaitə ehtiyacı olduğunu bildirmiş və bu məqsədlə ondan ******* manat borc istəmişdir. Cavabdehlə bir müddət birgə sahibkarlıq fəaliyyətini həyata keçirdiklərini, bu sahədə aralarında da olmuş əməkdaşlığı, habelə cavabdehin buna qədər banklardan götürdüyü olduqca iri məbləğlərdə kreditləri vaxtlı-vaxtında qaytardığını, həmçinin bir neçə ay əvvəl MMC-dəki özünə məxsus payını ona satmasının qarşılığında 800000 manat vəsait əldə etməsini, buna görə də onun həmin vəsaiti qaytarmaq iqtidarında olduğunu düşünüb həmin vəsaiti cavabdehə borc vermişdir. Bu faktı tərəflər imzaladıqları 29 dekabr 2017-ci il tarixli Nağd pul vəsaitinin qəbul edilməsinə dair Təhvil-təslim aktı ilə təsdiq etmişlər. Cavabdeh həmin vəsaiti ona işlərini qaydasına saldıqdan sonra, yəni bir neçə il müddətində qaytarmalı idi. Lakin göstərilən məbləğin cavabdehə verilməsindən üç il keçməsinə baxmayaraq, həmin vəsait cavabdeh tərəfindən qaytarılmamışdır. Digər tərəfdən, son vaxtlar cavabdehin etdiyi bir sıra hərəkətlər, onun borcu qaytarmaq fikrində olmadığı ilə bağlı şübhələr yaratmışdır. Belə ki, cavabdeh MMCdə sahib olduğu 25 % payını 800000 manat müqabilində satmasına, əvəzində də 800000 manat məbləğini ondan almasına baxmayaraq, hazırda bağlanmış 14 sent yabr 2017-ci il tarixli “Müəssisədəki payın alğı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmış və həmin iddia ərizəsində göstərmişdir ki, guya ona MMC-dəki 25 % payının əvəzində 800000 manat ödənilməmişdir. Digər tərəfdən iddia ərizəsində iddia etmişdir ki, guya 800000 manat onun 25 %-lik təsis payının real bazar dəyərindən qat-qat aşağıdır. Cavabdehin bu hərəkətləri onu göstərir ki, cavabdeh borcu qaytarmaq istəmir və həmin hərəkətləri gələcəkdə borcu qaytarmaqdan imtina etmək üçün bəhanələr olaraq edir. Digər tərəfdən MMC-dəki 25 % payını 800.000 manata ona satdıqdan və ondan əlavə olaraq 2.000.000 manat borc aldıqdan sonra cavabdehin hansısa gəlirli bir sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu da görsənmir. Bu isə ona cavabdehin əmlak vəziyyətinin ya əhəmiy yətli dərəcədə pisləşdiyinə, ya da onun borcu ödəməkdən qərəzli olaraq yayınmaq niyyətində olduğuna şübhələr yaratmışdır. Bu səbəbdən cavabdehə 28 dekabr 2020-ci il tarixli pretenziya göndərərək borcu ödəməsini ondan tələb etmişdir. Lakin cavabdeh pretenziyaya 12 yanvar 2021-ci il tarixli cavab məktubunda onun qarşısında hər hansı borc öhdəliyinin olmadığını, ondan heç vaxt borc almadığını, bu və ya digər formada ona borclu olmadığını bildirərək, ondan aldığı ******* manat məbləğində borcu ona qaytarmaqdan imtina etmişdir

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(006)2435/2021 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia təmin edilmiş, ******* manat məbləğində nağd pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması q ət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh iddiaçıdan ******* manat pulu alarkən cavabdehin sözügedən MMC-dən iştirakına xitam verilmişdir və məhz özünün, habelə "xxxx" MMC-nin onun qarşısında heç bir maddi və digər öhdəliyi olmadığı halda ona və ailəsinə göstərdiyi böyük qayğıya, maddi sıxıntılarına və borclarına görə etdiyi xahişi nəzərə alaraq, göstərilən məbləğ iddiaçı tərəfindən ona verilmişdir. Cavabdeh iddiaçıya bununla bağlı minnətdarlıq məktubunda verilən pulu maddi yardım kimi göstərməsinə baxmayaraq məhkəmə hesab etmişdir ki, bu məktub, eləcə də tərəflər arasında sözügedən pulun məhz aktla verilməsi faktlarının mövcudluğu faktiki olaraq tərəflər arasında borc münasibətlərinin yaranmasının bariz təsdiqidir.

6. Məhkəmə qeyd etmişdir ki, istər minn ətdarlıq məktubunda, istərsə də, təhviltəslim aktında iddiaçı tərəfindən cavabdehə pulun verilməsi faktı mübahisəsiz qaydada öz təsdiqini tapsa da, bu pulun borc olaraq verilməməsinin birbaşa olaraq qeyd edilməməsi tərəflər arasında borc münasibətlərinin yaranmaması barədə qəti fikir söyləməsinə hüquqi əsas yaratmır. Belə ki, məhkəmənin qənaətinə görə əvvəla tərəflər birlikdə sahibkarlıq fəaliyyətini həyata keçirmələrinə, cavabdehin də öz təsis payını iddiaçıya nümayəndəsi vasitəsilə satmasından sonra iddiaçının məhz mübahisə predmeti olan məbləği cavabdehə təmənnasız, əvəzsiz və ya digər humanist prinsiplər əsasında verməsi faktı inandırıcı deyildir. İkincisi də, həqiqətən də iddiaçı tərəfindən göstərilən məbləği heç bir öhdəlik olmadan cavabdehə vermək niyyəti olmuş olsa idi, belə olan h alda tərəflər arasında “Nağd pul vəsaitinin qəbul edilməsinə dair” yuxarıda məzmunu qeyd edilmiş aktın tərtib edilməsinin zəruriliyi anlaşılan deyil.

7. Rayon məhkəməsi hesab etmişdir ki, cavabdehin vaxtilə birgə sahibkarlıq fəaliyyətini həyata keçirdikləri həmtəsisçisinə maddi sıxıntılarına və borclarına görə müraciəti məhz ona borc pul verilməsi ilə bağlı olmuşdur ki, iddiaçı da tələb edilən məbləği məhz təhvil-təslim aktı əsasında rəsmiləşdirməklə cavabdehə borc vermə faktını bu qaydada sənədləşdirmişdir.

8. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə ******* manat məbləğində təmənnasız maddi yardım göstərilməsi faktı olmuş olsa idi, bu halın təsdiqi kimi cavabdehin iddiaçıya minnətdarlıq məktubunun mövcudluğu kifayət idi.

9. Məhkəmənin qənaətinə görə tərəflər a rasında olan münasibətlərin xarakterindən görünür ki, onlar beynəlxalq təcrübədə tez-tez rast gəlinən işgüzar adətlərdən, yazışmalardan və s. özünəməxsus biznes təmas vasitələrindən istifadə etmişlər. Məhz tərəflərin arasında öncələr işgüzar əlaqələrin olmaları, bir-birilərinə etibar etmələri səbəbindən aralarında olan borc münasibətlərini təhvil-təslim aktı əsasında həyata keçirmişlər.

10. Birinci instansiya məhkəməsi həmçinin sözügedən, yəni borcun alınması faktını təsdiq edən sənədlərdə akt əsasında verilən pulun qaytarılma müddətinin göstərilməməsinə də qiymət verərək hesab etmişdir ki, bu müddətin göstərilməməsi də cavabdehin iddiaçı qarşısında borcla bağlı öhdəliyinin olmaması kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçı pulun verilməsindən 3 ilə yaxı n müddət keçməsindən sonra əvvəl pretenziya qaydasına riayət edərək cavabdehə xəbərdarlıq edərək borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmiş, daha sonra isə sonuncunun bu pretenziyaya 12 fevral 2021-ci il tarixli cavab məktubundan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

11. Beləliklə də, məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıdan ******* manat borc almış, aldığı borcu qaytaracağına dair öhdəliyi yazılı şəkildə qeyd etməsə də, borcu aldığı gündən 3 ilə yaxın müddətdə onu qaytarması ilə bağlı heç bir addım atmamış, əksinə, həmçinin vaxtilə birgə sahibkarlıq fəaliyyətini həyata keçirdikləri həmtəsisçisinə qarşı “Müəssisədəki payın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ər izəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddiası məhkəmə tərəfindən əsassız sayılmışdır.

12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 740.1, 740.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(006)-2435/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2022-ci il tarixli, 2(103)-649/2022 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ş.Talışinskidən və A.N.İmanovdan ibarət tərkibdə) ape llyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(006)2435/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətində istinad etdiyi hallarla bağlı apellyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apellyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.

16. Belə ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətində məhkəmənin təhvil-təslim aktına əsaslanaraq ******* pul vəsaitinin Cavabdeh tərəfindən borc olaraq alındığını və tərəflər arasında borc münasibətlərinin mövcud olmasının ehtimallara əsaslanmasını və məhkəmə qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində bu faktın təsdiqi ilə bağlı heç bir mötəbər sübuta istinad etməməsini bildirsə də, göstərilən hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

17. Həmçinin, məhkəmə apellyasiya şikayətinin müqavilədə Cavabdeh tərəfindən alınan məbləğin üç min manatdan çox olduğu üçün, tərəflər arasında borc münasibətləri olsa idi belə, həmin münasibətlərin yazılı formada bağlanan borc müqaviləsi ilə rəsmiləşdirilməli olması barədə dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, apellyasiya şikayətinin həmin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

18. Bundan başqa, apellyasiya şikayətinin tərəflər arasında b orc münasibətlərinin olması üçün öhdəliyin icrası müddəti ilə bağlı razılıq əldə olunmaması və bu razılıq yazılı formada bağlanmış borc müqaviləsində ifadə olunmalı olması barədə dəlillərinə münasibət bildirərək apellyasiya məhkəməsi qeyd etmişdir ki, borcun alınması faktını təsdiq edən sənədlərdə akt əsasında verilən pulun qaytarılma müddətinin göstərilməməsi cavabdehin iddiaçı qarşısında borcla bağlı öhdəliyinin olmaması kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

19. Cavabdeh nümayəndəsi, Vəkil2 vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2022-ci il tarixli, 2(103)-649/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiy a şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni Mülki Məcəllənin 406.1, 740.2-ci, Mülki Prosessual Məcəllənin 77.1, 106.1, 217.1-ci maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının tələb etdiyi pul məbləği 3000 manatdan yuxarı - yəni ******* manat təşkil etdiyi halda, borc münasibətləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmişdir. Halbuki 28 dekabr 2017-ci il tarixli məktubda cavabdeh maliyyə yardımına görə ailəsi və öz adından iddiaçıya minnətdarlıq bildirmişdir. Məhkəmə gəldiyi nəticəni yalnız təhvil-təslim aktı ilə əsaslandırmış, cavabdehin etirazında istinad etdiyi hallara mövqeyini bildirməmişdir.

21. Daha sonra cavabdeh digər nümayəndəsi, vəkil X1 vasitəsi ilə də kassasiya şikayəti verərək, eyni qərarın qəbul e dilməsini xahiş etmişdir.

22. Həmin kassasiya şikayəti oxşar dəlillərlə əsaslandırılmışdır.

23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara ist inad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 739.1-cu mad dəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi də lillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını 04020məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosess ual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçıdan borc alması yazılı sənədlə (Təhvil-təslim aktı ilə) təsdiq edilmiş və iddiaçının həmin vəsaiti geri tələb etmək hüququ vardır.

31. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

32. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

33. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq nor malarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2022-ci il tarixli, 2(103)-649/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar