Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3656/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh xxx oğluna qarşı “borc” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcu, kredit müqaviləsi) 04.09.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh xxx oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh xxx oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13653/2019 nömrəli qətnaməsindən Cavabd eh xxx oğlu və vəkili tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30000 manat məbləğində pulun və həmin məbləğdən əldə etdiyi gəlirin 10-15 % miqdarında pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)-5656/2019 saylı qətnaməsi ilə (hakim F.E.Hətəmzadə) iddia qismən təmin edilmiş, Cavabdeh 30000 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 30030 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiy a Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13653/2019 nömrəli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli - sədrlik edən və məruzəçi, X.A.Cəmilovadan və İ.K.Xəlilovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(001)5656/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh xxx oğlu və vəkili kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-13653/2019 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunmasına dair yekun məhkəmə aktı qəbul edilməsini və ya işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏL İLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni çəkişmə və ədalət prinsiplərinin pozulması ilə qəbul etmiş, iş üçün əhəmiyyətli halları araşdırmamış və sübuta yetirməmiş, cavabdehin ödədiyi və iddiaçının da məhkəmədə etiraf etdiyi 13000 manat məbləğində pulu 30000 manat borcdan çıxmamış, kredit müqaviləsinin faizsiz bağlanmasını nəzərə almamışdır. Tərəflər məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onların izahatları alınmadan baxılmışdır. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına d əlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı və Cavabdeh arasında xx xxxx 2016-cı il tarixdə Bakı şəhəri 53 saylı notariat kontorunda kredit müqaviləsi bağlanmış və iddiaçı cavabdehə xx xxxxxx 2017-ci il tarixədək qaytarmaq şərti ilə 30000 manat borc pul vermişdir. İddiaçı cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəliyini icra edilməməsini, yəni verilmiş borcun vaxtında qaytarılmamasını iddia edərək, 30000 manat borcun və əlavə faizlərin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası ilk olaraq kassasiya baxışının hədlərini müəyyən edərkən qeyd edir ki, məhkəmələr tərəfindən iddia tələbi faizin tutulması hissəsində təmin edilməmiş və iddiaçı həmin qətnamələri mübahisələndirməmişdir. Cavabdeh qətnamələri iddianın təmin olunmuş hissəsini mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini yalnız 30000 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair aşağı instansiya məhkəmələrinin qətnamələrinin maddi və prosessual hüquq normalarına uyğunluğu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzə rdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq hesab etmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının tələbi mübahisələndirilən hissədə əsaslıdır. Hazırki kassasiya şikayətinin dəlillərinə uyğun olan, 13000 manat məbləğində pulun borcdan çıxılmalı olmasına dair apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən Bakı Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında iddia tələbini qəbul etmiş, iddiaçıdan aldığı borc pula uşaq bezi götürüb satdığını, sonradan problemlər yarandığına gö rə borcunu qaytara bilmədiyini, borc götürdüyü 30000 manat puldan əldə etdiyi gəlirdən iddiaçıya 13500 manat pul verdiyini, həmin pulun əsas borca aidiyyətinin olmadığını bildirmişdir. Eyni zamanda İddiaçı aşağı instansiya məhkəmələrində verdiyi izahatlarında göstərmişdir ki, cavabdehin götürdüyü gəlirdən ona 13500 manat pul verməsi barədə qarşı tərəfin heç bir sübutu olmasa da, o, ədalət naminə birinci instansiya məhkəməsində işə baxılarkən bunu etiraf etmiş, lakin həmin məbləğ əldə olunmuş gəlirdən ona çatası pul kimi qaytarılmış, əsas borcdan isə ona ödəniş edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1 və 404.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, tərəflər arasında xx xxxx 2016-cı il tarixdə 30000 manat məbləğində borc veri lməsinə dair kredit müqaviləsi bağlansa da və müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirsələr də, tərəflərin izahatlarından görünür ki, cavabdeh həmin pulu bizneslə məşğul olmaq üçün iddiaçıdan götürmüş və əldə edəcəyi gəlirdən iddiaçıya müəyyən miqdarda pul vəsaiti verəcəyini vəd etmişdir. Buna görə də, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı razılığına uyğun olaraq ödənilmiş 13500 manat pulu əsas borcdan çıxmamaqla və iddianı 30000 manat həddində təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına yol verilməmiş, qətnamə yuxarıda qeyd olunan maddi hüqu q normalarına uyğun olmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən ödənilmiş pul vəsaitinin borcdan silinməli olmasına, məhkəmlər tərəfindən iş üçün əhəmiyyətli halları araşdırılmamasına və sübuta yetirməməsinə dair dəlillər işin faktiki hallarına aid olduğundan Azərbaycan Respublikası MPM-in 407.2 və 416-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlər ə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə bağlı olduğundan, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Сavabdeh Cavabdeh xxx oğlu və vəkili tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)13653/2019 nömrəli qətnaməsi Cavabdeh xxx oğlunun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3656/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3656/2020
04.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver