Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3658/2020 21.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, X1 və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi X5, vəkili Vəkil1 iştiraklı ilə, X1 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-404/2020 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E TDİ: X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilinin təmirinə dəymiş zərərlə bağlı 6500 (altı min beş yüz) manat, kondisionerə (Samsung firması) görə 1200 manat, çilçırağa görə 350 manat, dəhliz mebelinə görə 1000 manat, mənəvi zərərə görə 3000 (üç min) manat pulun cavabdeh X3 tutulması, cavabdehin sahibliyində olan mənzilin su və kanalizasiya xətlərinin təmir edilməsi və su çəninin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-399/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh su axıtma nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi mənzilə görə 1783 (bir min yeddi yüz səksən üç) manat, mənzildəki əşyalara vurulmuş zərərə görə 750 (yeddi yüz əlli) ma nat, mənəvi zərərə görə 300 (üç yüz) manat, cəmi 2833 (iki min səkkiz yüz otuz üç) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.(hakim Rəşid Səmədov) Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-404/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə apelyasiya təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(005)-399/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vüqar Həsənov(sədrlik edən və məruzəçi) Şərafət Məmmədova, Xəyal Sarıyev) Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin olunmaması və ya işin yeni a pelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Belə ki, məhkəmənin istinad etdiyi ekspert rəyində göstərillib ki, MİS tərəfindən tərtib edilmiş aktda su axmasının səbəbi göstərilmədiyindən, eləcə də cavabdehin mənzilinin qapısı bağlı olduğu, mənzilin daxilində yerləşən kommunikasiya xətlərinə baxış keçirilməyib, bu səbəbdən iddiaçının mənzilinə su sızmasının səbəbini müəyyən etmək mümkün olmamışdır. İş üzrə keçirilmiş ekpert rəylləri ilə razı olmadıqları üçün su sızmasının səbəblərini müəyyən məqsədilə əlavə ekspertiza keçirilməsi barədə vəsatət versələr də, məhkəmə ekspertiza təyin etməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X7 və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında X2 və vəkili Vəkil2 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər. İŞİN HALLARİ: İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edib, ki, Bakı şəhəri, Mirəli Seyidov küçəsi, ev 53, mənzil 14 onun mülkiyyətindədir. Üst mərtəbədə yerləşən 17 saylı mənzilin mülkiyyətçisi isə cavabdehdir. Cavabdeh dəfələrlə onun mənzilinə su axıtmışdır. 2015-ci ildə cavabdehdən bir daha su axıtmayacağı barədə zəmanət aldıqdan sonra mənzilini tam təmir etdirib. xx xxxx 2018-ci ildə cavabdeh su kranlarını açıq qoyub evdən getmiş, nəticədə mənzili tam yararsız hala düşmüşdür. Cavabdehə ziyanı könüllü ödəməsi və nasaz su kranlarını təmir etdirməsi barədə müraciət etsə də, cavabdeh heç bir tədbir görməmişdir. Su axıdılması nəticəsində 1200 manatlı kondisioneri, 350 mantlıq çilçırağı və 1000 manatlı dəhliz mebeli yarasız hala düşmüşdür. Bundan əlavə, mənzilin təmirinin, əşylarının yararsız hala düşməsi, mənzildə işığın olmaması əsəblərinə mənfi təsir göstərib. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 1096.1, 1097.1, 1098.1 və 1115-ci maddələrinə istinad edib. Cavabdeh iddiaya etiraz olaraq göstərmişdir ki, su sızması baş verən vaxt mənzil boş olub, su sızması qəsdən yox, texniki nasazlıq səbəbindən baş vermişdir. Cavabdehin nümayəndəsi də iddiaya etiraz olaraq göstərmişdir ki, su sızması baş verən mənzildə kirayəçilər yaşamışdır. Əvvə llər də mənzildən su sızıb, lakin əvvəlki ziyanının əvəzini ödəyiblər. Sızma texniki nasazlıq səbəbindən baş vermişdir. Birinci instansiya məhkəməsi iş materiallarına, o cümlədən ekspert rəylərinə əsasən cavabdehin mənzilindən iddiaçının mənzilinə su sızması, bunun nəticəsində iddiaçıya zərər dəyməsini müəyyən edərək, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21, 1096, 1097.1 və 1115-ci maddələrinə istinad etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edilmiş, iddianın təmin edilməyən hissəsini iddiaçı mübahisələndirməmişdir. İddianın təmin edilən hissəsindən həm apelyasiya, həm də kassasiya şikayətini cavabdeh vermişdir. Buna görə hazırki kassasiya baxışının predmetini də iddianın təmin edilən hissəsi təşkil edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası iş materiallarına, o cümlədən özünün təyin etdiyi ekspertiza rəyinə əsasən iddiaçıya dəymiş zərərin cavabdeh tərəfindən vurulmasının təsdiq edilməsini müəyyən edərək, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşmış, qətna mənin dəyişdirmədən saxlamış, gəldiyi nəticəni əlavə olaraq Mülki Məcəllənin 1111.2-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iddia tələbi delikt öhdəliyindən yaranan tələbdir. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Mirəli Seyidov küçəsi, ev 53, mənzil 14-ə həmin evin 17 saylı mənzilindən su axıb. 17 saylı mənzilin mülkiyyətçisi cavabdehdir. Cavabdeh iddiaya etiraz olaraq mənzilindən su axmasını qəsdən etmədiyini, bunun texniki nasazlıq üzündən baş verməsini bildirir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunl a müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti mü vafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına, yəni cavabdehin hüquqa zidd əməli nəticəsində iddiaçıya zərər yetirilməsi halının mövcudluğuna əsasən mübahisəyə Mülki Məcəllənin qeyd edilən maddələrini düzgün tətbiq etmişdir. İşin müəyyən edilmiş halları qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun gəlir. Zərər vurulmasında cavabdehin təqsirinin olmamasına gəldikdə, su axıdan mənzilin mülkiyyətçisi cavabdehdir. Mülki Məcəllənin 1097.3-cü maddəsi isə zərərvuranın təqsiri olmadığı halda da, yəni obyektiv surətdə hüquqa zidd əməl üçün zərərin əvəzinin ödənilməsi nəzərdə tutmuşdur. Həmçinin apelyasiya məh kəməsi sübutları, o cümlədən ekspert rəylərini də Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən dəlil – su sızmasının səbəblərini müəyyən etmək üçün əlavə ekspertiza keçirilməsi barədə verilən vəsatətin əsassız olaraq təmin edilməməsi – əsaslı dəlil sayıla bilməz. Əvvəla, iddiaçının mənzilinə suyun mülkiyyətində olan mənzildən axmasını cavabdeh özü də inkar etmir. Cavabdeh bunun qəsdən yox, texniki nasaalıq səbəbindən baş verməsini bildirməklə faktın mövcudluğunu təsdiq edir. Bundan əlavə, həm birinci, həm də su sızmasının səbəbləri ilə bağl ı cavabdehin apelyasiya şikayətinin dəlilləri əsasında apelyasiya instansiyası ekspertiza təyin edib. Apelyasiya instansiyasının qərardadı əsasında verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 23100 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Seyidov küçəsində yerləşən 53 saylı evin 14 saylı mənzilinin tavanında və tavarlarında su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan, sakinlər tərəfindən Yasamal rayonu 32 saylı MKİSin işçiləri tərəfindən xx.xx.2018-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Seyidov küçəsində yerləşən 53 saylı evin 14 saylı mənzilinə yuxarı mərtəbədəki 17 saylı mənzildən suyun sızması müəyyən olunur. Ekspert rəyinə əsasən də apelyasiya məhkəməsi idd iaçının mənzilinə suyun cavabdehin mənzilindən axmasını müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsini şərtlətini müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə tərəfinin ekspert rəyi razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməs i üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmaldır. Hazırki işdə cavabdeh ekspert rəyi il razı olmamasını yalnız ekspertiza tədqiqatında iştirakının olmaması ilə əsaslandırmışdır. Halbuki iş üzrə təyin edilmiş birinci ekspertza zamanı cavabdeh mənzilə baxılmasına imkan yaratmamış, apelyasiya şikayətində bunu cavabdeh xüsusi vurğalayaraq, yazılı vəsatətlə əlavə ekspertiza keçirilməsini xahiş etmiş, lakin apelyasiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatında da cavabdeh iştirak etməmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdehin əlavə ekspertiza keçir ilməsi barədə verdiyi vəsatətin əsassız olaraq təmin edilməməsi barədə dəlilini qəbul etmir. Həmçinin dəymiş zərərin məbləği də ekspert rəyi ilə müəyyən edilmişdir. Qətnamədən görünür ki, apelyasiya məhkəməsi bütün sübutları, o cümlədən ekspert rəylərini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mənəvi zərərlə bağlı hissədə dəyişdirmədən saxlayarkən də işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün nəticəyə gəlmişdir. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya mə hkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli 2(103)-404/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3658/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3658/2020
21.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver