Məhkəmə qərarları › İş №2(102)-3660/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3660/2019

31.05.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3660/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Nümayəndə2 və Cavabdeh2 Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Nümayəndə2 və Cavabdeh2 Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməs ini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdilər. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Nümayəndə2 və Cavabdeh2 qarşı JN 0886 KOD 40104018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 1.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Balakən rayon məhkəməsinə müraciət etmişdilər. Balakən rayon məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən H.Səlimov, iş 2(019)-1301/2018) iddia təmin edilmiş, Balakən Qaysa kəndində yerləşən İddiaçı1, İddiaçı2, Nümayəndə2 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 1.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin 1/4 hissə-0,27 ha paylarının müəyyən edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), hakimlər M.Əsədli və İ.Quliyev, iş № 2(107)-203/2019) cavabdehlər Nümayəndə2 və Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Balakən rayon məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Nümayəndə2 və Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsin ə göndərilməsini xahiş etmişdilər. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi aşağıdakıları müəyyən etmişdir: Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X1, İddiaçı2, Nümayəndə2, Cavabdeh2 ümumi birgə mülkiyyətinə Balakən rayonu Qaysa kəndi ərazisindən 1.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X3 17.12.2007-ci ildə ölmüşdür. 17.12.2007-ci il tarixdə ölmüş X1 vərəsəsi Balakən rayonu Qaysa kəndində yaşayan İddiaçı1dır və o miras əmlakdan bütöv pay almışdır. Cavabdehlər Nümayəndə2 və Cavabdeh2 iddiaçılara özlərinə məxsus olan əmlakdan istifadə etmələrinə mane olurlar və iddiaçıların qeyd olunan torpaq sahəsindən paylarının müəyyən edilməsinə razı deyildirlər. Ona görə də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfl i və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirməklə hesab etmişdir ki, iddia təmin edilməli, Balakən Qaysa kəndində yerləşən İddiaçı1, İddiaçı2, Nümayəndə2 və Cavabdeh2 oğ lunun ümumi birgə mülkiyyətində olan 1.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin 1/4 hissə-0,27 ha payları müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bi r kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini nəzərdən keçirib, mülki işin materiallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, kassasiya şikayəti təmin edilməli apelyasiya instansiyası məhkəməsi qətnaməsi ləğv edilib iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, iddia tələbinin təmin olunması ilə məhkəmə İddiaçı1 torpaq sahəsinə mül kiyyət hüququnun olması faktı ilə bağlı razılaşmışdır. Lakin mülki işdə İddiaçı1 torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən heç bir sübut mövcud deyildir. İşdə olan yeganə vərəsəlik haqqında şəhadətnamənin surəti kserosurət olmaqla lazımi qaydada təsdiq olunmamışdır. Ona görə də İddiaçı1 torpaq sahəsinə münasibətdə mülkiyyətçi kimi qəbul edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə əsasən əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Mülki Prosessual Məcəlləsinin 89.4-cü maddəsinə əsasən,sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 torpaq sahəsinə mülkiyyət hüququna malik olmasını təsdiq edən müvafiq sübut olmadığına görə ona münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə istinad olunması maddi hüquq normalarının düzgün tətbiq olunmaması kimi qiymətləndirilməlidir. Bundan əlavə Nümayəndə2 və Cavabdeh2 kassasiya şikayətində qeyd etmişdir ki, onlar iddiaçının adına verilmiş vərəsəlik haqqında şəhadətnaməni məhkəmədə ayrıca icraatda mübahisələndirmişlər. Belə olan halda həmin xüsusat da iş üçün əhəmiyyət kəsb edir və yeni apellya siya baxışında hüquqi cəhətdən dəyərləndirilməlidir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar