Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3662/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Cavabdeh vəkili Vəkil iştrakı ilə. Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim: V.İ.Məlikov; 2(039)-927/2018) İddiaçı Cavabdeh qarşı “qızıl-ziny ət əşyalarının tələbi” nə dair iddiası qismən təmin edilmiş, Cavabdeh qiyməti 2000 manat olan 1 dəst brilyant qaşlı, sırğa, kolye və bilərzik dəsti, qiyməti 200 manat olan 1 ədəd 5 qram çəkidə İtaliya istehsalı, qaşsız qızıl üzük, qiyməti 150 manat olan 1 ədəd 3 qram çəkidə Rusiya istehsalı qızıl boyunbağı, qiyməti 250 manat olan 1 ədəd 5 qram Rusiya istehsalı qızıl bilərzik, qiyməti 250 manat olan 1 ədəd 3 qram çəkidə sirikon qaşlı qızıl sırğa və ya onlar olmadıqda isə onların dəyəri alınıb İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), İ.F.Quliyev və M.A.Əsədov; 2(107)-134/2019) Cavabdeh apellyasiya şikayəti təmin ed ilməmiş, Yevlax Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qiyməti 3000 manat olan 1 dəst brilyant qaşlı, sırğa, kolye və bilərzik dəsti, qiyməti 200 manat olan 1 ədəd 5 qram çəkidə İtaliya istehsalı, qaşsız qızıl üzük, qiyməti 130 manat olan 1 ədəd 3 qram çəkidə 1 sirikon qaşlı qızıl üzük, qiyməti 300 mat olan 1 ədəd 7 qram çəkidə rusiya istehsalı, badam formalı, qaşlı qızıl üzük, qiyməti 150 mat olan 1 ədəd 3 qram çəkidə Rusiya istehsalı qızıl boyunbağı, qiyməti 250 manat olan 1 ədəd 5 qram Rusiya istehsalı qızıl bilərzik, qiyməti 250 manat olan 1 ədəd 3 qram çəkidə silikon qaşlı qızıl sırğanın cəmi dəyəri 4280 manat olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2013-cü ildə faktiki evlənməklə nikahlarını 15.01.2015-ci ildə rəsmi qeyd etdirmişlər. Onların birgə yaşayış dövründə uşaqları doğulmamışdır. Əvvəllər ailə münasibətləri normal olsa da sonradan cavabdehin təqsiri ucbatından aralarıda narazılıqlar yaranmışdır. Cavabdehlə birgə ailə şəraitində yaşamaqları mümkün olmadığından 2016-cı ilin fevral ayından faktiki olaraq ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin 19.07.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Özünə məxsus qızıl-zinət və cehiz əşyalarımı verməkdən imtina edir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdu r. Ona məxsus qiyməti 3000 manat olan 1 dəst brilyant qaşlı, sırğa, kolye və bilərzik dəsti, qiyməti 200 manat olan 1 ədəd 5 qram çəkidə İtaliya istehsalı, qaşsız qızıl üzük, qiyməti 130 manat olan 1 ədəd 3 qram çəkidə 1 sirikon qaşlı qızıl üzük, qiyməti 300 manat olan 1 ədəd 7 qram çəkidə rusiya istehsalı, badam formalı, qaşlı qızıl üzük, qiyməti 150 manat olan 1 ədəd 3 qram çəkidə Rusiya istehsalı qızıl boyunbağı, qiyməti 250 manat olan 1 ədəd 5 qram Rusiya istejsalı qızıl bilərzik, qiyməti 250 manat olan 1 ədəd 3 qram çəkidə silikon qaşlı qızıl sırğa cavabdehdə qalmışdır. Qeyd olunan qızıl zinət əşyalarından başqa nişan hədiyyəsi olaraq ona dəyəri 700 manat, üzərində 5 ədəd brilyant qaşı olan qızıl nişan üzüyü və toy hədiyyəsi olaraq yuxarıda qeyd etdiyi brilyant qaşlı sırğa, kolye və bilərzik dəstinin üzüyü də hədiyyə edilmişdir. Həmin qızıl əşyaları cavabdehlə ayrılarkən onun özündə olmuş, hazırda da onun özündədir. Yuxarıda qeyd etdiyi toy hədiyyəsi olaraq alınmış brilyant qaşlı qızıl sırğa, üzük, kolye və bilərzik dəstinin sırğa, kolye və bilərziyi, toydan bir həftə sonra qonaqlıqda hədiyyə edilmiş dəyəri 200 manat olan 5 qramlıq İtaliya istehsalı qızıl üzü (baldızı Bilqeyis hədiyyə etmişdir), dəyəri 130 manat olan 3 qramlıq sirikon qaşlı sırğa (cavabdehin nənəsi hədiyyə etmişdir), dəyəri 150 manat olan Rusiya istehsalı 3 qramlıq qızıl boyunbağı (anası hədiyyə etmişdir), və dəyəri 250 manat olan 5 qramlıq qızıl bilərzik, həmçinin ad günündə qaynanası tərəfindən hədiyyə edilmiş dəyəri 300 manat olan badam formalı, qaşlı qızıl üzük cavabdeh tərəfindən 2014-cü ilin yan var-fevral aylarında alınaraq banka girov qoyulmuşdur. Cavabdeh ona tezliklə banka olan borcunu ödəyib ona məxsus qızıllarını qaytaracağını bildirmiş, lakin sonradan həmin qızılları qaytarmamışdır. 2015-ci ilin dekabr ayında Cavabdehla birlikdə Rusiya Federasiyasına getmişlər, lakin sonradan cavabdeh ondan xəbərsiz oradan çıxıb gəlmişdir. Həmin vaxtdan da cavabdehlə ayrlılmışlar. Lakin, nişan və toy hədiyyəsi olaraq ona verilmiş qızıl əşyalarını qaytarmaqdan imtina edir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14,77,88,387-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiyasının 60,127-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəməkollegiyasınıniclasında Cavabdeh vəkili Vəkil kassasiya şikayətinə uyğun izahat verərək, şikayətintəminedilməsinixahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilm iş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən fotoşəkillərdən görünür ki, İddiaçı üzərində adı çəkilən qızıl-zinət əşyaları toy günü taxılmışdır. AZ-İİ ********** saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 15.01.2015-ci ildə nikah bağlamışlar. Yevlax şəhər 4 saylı Mənzil İstismar sahəsinin 97 saylı 02.05.2017-c i il tarixli arayışından görünür ki, Cavabdeh Yevlax şəhər ******************* mənzil ***** -də yaşayır. Mənzil İstismar Kontorunun 697 saylı 20.07.2017-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. Azərbaycan Respublikası MM-nin 225.2-ci maddəsinin tələbinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir Azərbayan Respublikası MM-nin 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, idda edənin üzərinə düşür (affirmant, non neqanti insumbit probation) prinsipə rəhbər tutlur. Sübuta kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğunudan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,Cavabdeh tərəfindən qiyməti 2000 manat olan brilyant qaşlı sırğa, kolye və bilərzik dəsti hədiyyə edilmiş, lakin onlar onun tərəfindən iddiaçı razılığı olmadan satılaraq özü üçün istifadə edilmişdir. Qiymət 200 manat olan 1 ədəd qaşsız qızıl üzük, 1 ədəd boyunbağı, 1 ədəd bilərzik və 1 ədəd sirikon qaşlı qızıl sırğa hədiyyə edilmişdir. Cavabdeh həmin qızıl-zinət əşyaları banka girov qoyaraq pul götürmü şdür. Nəticədə isə həmin qızıl-zinət əşyaları İddiaçı qaytarılmamışıdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı X1 nümayəndəsi Rəna Əliyeva İddiaçı 1 ədəd sirkon qaşlı üzüyün və 1 ədəd badam formalı qızıl üzüyün hədiyyə edildiyi və cavabdeh tərəfində qaldığını təsdiq edən sübut təqdim edə bilməmişdir. iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası düzgün olaraq nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh qiyməti 2000 manat olan 1 dəst brilyant qaşlı, sırğa, kolye və bilərzik dəsti, qiyməti 200 manat olan 1 ədəd 5 qram çəkidə İtaliya istehsalı, qaşsız qızıl üzük, qiyməti 150 manat olan 1 ədəd 3 qram çəkidə Rusiya istehsalı qızıl boyunbağı, qiyməti 250 manat olan 1 ədəd 5 qram Rusiya istehsalı qızıl bilərzik, qiyməti 250 manat olan 1 ədəd 3 qram çəkidə silikon qaşlı qızıl sırğa və ya onun dəyəri alınıb İddiaçı verilməlidir.Cavabdeh аpellyаsiyа şikаyətinin dəlilləri ilə bаğlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin qismən təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəm ə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 15 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3662/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3662/2019
27.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver