Məhkəmə qərarları › İş №2(102)-3664/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3664/2019

31.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3664/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlərdən Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi, Kalbalıyev Aslan Kalbalı oğlundan və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, X5katibliyi ilə, iddiaçının vəkili X6 iştirakı ilə, İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh6, X3, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi, onlara məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə adlarına plan-ölçü sənədinin və reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası ƏMDK-n in yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoylması barədə ilkin, Cavabdeh1, Cavabdeh6, X2, Cavabdeh5, Cavabdeh3 İddiaçı1, İddiaçı3 və İddiaçı2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə qarşılqlı iddia tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi MK-nın 14 yanvar 2019-cu il tarixli qətnaməsindən iddiaçılar X4, İddiaçı3 və İddiaçı2 kassasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ rayon məhkəməsinin 14 iyun 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Sadıqov) İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh6, X3, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi, onlara məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə adlarına plan-ölçü sənədi nin və reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoylması barədə ilkin iddiası təmin edilmiş,, Cavabdeh1, Cavabdeh6, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-137F və JN-153F nömrəli şəhadətnamələrin ləğv edilməsi, mərhum X və onun ailə üzvləri - iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 adına onlara məxsus fərdi yaşayış evinin yerləşdiyi, JN-153F nömrəli şəhadətnamədə göstərilmiş ölçülər daxilində 0,92 ha həyətyanı torpaq sahəsinə dair plan-ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması, cavabdehlər Cavabdeh1, Cavabdeh6, X7, Cavabdeh5 və Cavabdeh3 iddiaçılar İddiaçı1, İddi açı3 və İddiaçı2 qarşı «qanunsuz zəbt olunmuş 0,40 ha torpaq sahəsindən çıxarılması, sərhədin müəyyən olunması, sərhəd boyu daş hasarın müştərək olaraq tərəflərin hesabına çəkilməsi, kəsilmiş qiymətli ağac növü olan yeddi ədəd şabalıd, üç ədəd qoz ağacı üçün kompensasiyanın, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» qarşılıqlı iddiasının təmin edilməməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh6, X7, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 onların Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət edərək faktiki istifadələrində olan JN137F nömrəli şəhadətnamədə göstərilmiş ölçülər daxilində 0,52 ha həyətyanı torpaq sahəsinə dair plan-ölçü sənədi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilmələrinin izah olunması, habelə ödənilmiş dövlət rüsuml arının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Hüseynov, hakimlər R.Əliyev və İ.Şükürov) Qəbələ rayon məhkəməsinin 14 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədədn saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 29 mart 2018-ci il tarixli qərarı ilə (sədrlik edən G.Quliyev, hakimlər Ə.Mirzəliyrev və T.Qoldman) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Məcidov, hakimlər İ.Quliyev və M.Əsədli) Qəbələ rayon məh kəməsinin 14 iyun 2017-ci il tarixli qətnaməsi qismən, yəni «Torpağın mülkiyyətə verilməsinə dair» JN-137F və CN-153F nömrəli şəhadətnamələrin ləğv edilməsi, “mərhum X və onun ailə üzvləri - iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 adına onlara məxsus fərdi yaşayış evinin yerləşdiyi, CN-153F nömrəli şəhadətnamədə göstərilmiş ölçülər daxilində 0,92 ha həyətyanı torpaq sahəsinə dair plan və ölçü sənədlərinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” hissəsində ləğv edilmiş, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh6, X7, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 qarşı «tərəflərin torpaq sahələrinə də yişik işlənmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN137F və CN-153F nömrəli şəhadətnamələrin ləğv edilməsi, “mərhum X və onun ailə üzvləri - iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 adına onlara məxsus fərdi yaşayış evinin yerləşdiyi, CN-153F nömrəli şəhadətnamədə göstərilmiş ölçülər daxilində 0,92 ha həyətyanı torpaq sahəsinə dair plan və ölçü sənədlərinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ, İddiaçılar X1, İddiaçı3 və İddiaçı2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, tor paq islahatı zamanı səhvə yol verilmişdir. Belə ki, iddiaçılara məxsus torpaq sahəsi cavabdehlərin hüquq müəyyənedici sənədlərində, cavabdehlərin torpaq sahəsi isə iddiaçılara verilmiş hüquq müəyyənedici sənəddə öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 141.1 və 141.3-cü maddələri iddiaçılara imkan verir ki, hazırki iddia ilə çıxış etsinlər, yəni reyestrdəki yalnışlığın aradan qaldırılmasını tələb etsinlər. Lakin apellyasiya məhkəməsi həmin maddələrin tələblərini pozmuşdur. Ona görə də, Şəki Apellyasiya Məhkəməsi MK-nın 14 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qərarın qəbulunu xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR İddiaçılar X1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh6, X2, Cavabdeh5, Cavabdeh3 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi, torpaq islahatınadək tərəflərin istifadə etdikləri torpaqlara plan-ölçü sənədlərinin və çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN-137F və JN-153F nömrəli şəhadətnamələrin ləğv edilməsi, ilk iddiaçılara məxsus fərdi yaşayış evinin yerləşdiyi 0,92 ha həyətyanı torpaq sahəsinə onların adına plan-ölçü sənədinin və reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh6, X2, Cavabdeh5, Cavabdeh3 X1, İddiaçı3 və İddiaçı2 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılma sı və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncunun qanunsuz zəbt olunmuş 0,40 ha torpaq sahəsindən çıxarılması, sərhədin müəyyən olunması, sərhəd boyu daş hasarın müştərək olaraq tərəflərin hesabına çəkilməsi, kəsilmiş qiymətli ağac növü olan yeddi ədəd şabalıd üçün 29.750 manat, üç ədəd qoz ağacı üçün 14.400 manat, qanunsuz olaraq 0,40 ha torpaq sahəsindən 15 il mütamadi və davamlı olaraq istifadə etdikləri üçün 15.000 manat maddi zərər, 5.000 manat mənəvi zərər və 30 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 64.180 manat məbləğində pulun onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişd ir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşin mübahisəsiz hallarından aydın olur ki, aparılan torpaq islahatı nəticəsində ilk iddiaçıların mülkiyyətinə 0,92 ha, qarşılıqlı iddia üzrə iddiaçıların mülkiyyətinə isə 0,52 ha həyətyanı torpaq sahələri verilmiş, lakin həmin sahələrə dair verilən şəhadətnamələr dəyişik işlənilmişdir. Belə ki, iddiaçıların yaşadıqları fərdi yaşayış evi cavabdehlərin adına verilmiş JN-153F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,92 ha torpaq sahəsi üzərində, cavabdehlərin yaşadıqları fərdi yaşayış evi isə ilk iddiaçıl arın adına verilmiş JN-137F (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,52 ha torpaq sahəsinin üzərində yerləşir. Tərəflərin faktiki istifadəsində olan həyətyanı torpaq sahələrinin sərhədləri və ölçüləri hələ islahatadək mövcud, müəyyən və mübahisəsiz olmuş, həmin sərhədlər və ölçülər heç vaxt dəyişikliyə məruz qalmamışdır. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılara kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması ilə bağlı torpağa mülkiyyət hüququna dair JN-137F saylı şəhadətnamənin verilməsinə əsas olan Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 26 saylı qərarı və cavabdehlərə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması ilə bağlı torpağa mülkiyyət hüququna dair JN-153F saylı şəhadətnamənin verilməsinə əsas olan Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli 03 saylı qərarı ləğv edilmədiyi və qüvvədə olduğu halda həmin qərarlar əsasında verilmiş şəhadətnamələrin ləğv edilməsi barədə iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası, aşağıdakı səbəblərdən hesab edir ki, hazırki işə məhkəməyə aidiyyəti qaydası pozulmaqla baxılmışdır. MPM-in 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya inzibatiiqtisadi məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə görə, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahib karlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. MPM-in 418.4.9-cu maddəsinə görə, işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. MPM-in 418.5-ci maddəsinə görə, bu Məcəllənin 418.4.1.—418.4.3-cü və 418.4.6418.4.9-cu maddələrində nəzərdə tutulmuş halların mövcudluğu apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Ko nstitusiya Məhkəməsi Plenumu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014cü il tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır”. Ali Məhkəmə Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 16.1 və 16.2-ci bəndlərinə görə, “İnzibati mübahisə hüquqi təbiətinə görə mülki (iqtisadi) mübahisələrdən fərqli olduğundan mülki (iqtisadi) tələblər inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla heç bir halda birləşdirilə və onlara birgə baxıla bilməz. İnzibati-iqtisadi məhkəməyə inzibati məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə inzibati məhkəmə icraatı, digərinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduqda, iddianın mülki tələbə dair hissəsi mümkün sayılmamalı, iddiaçıya mülki məhkəmə icraatı qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır”. İşin mübahisəsiz haldıır ki, hazırki mübahisə tərəflərin faktiki sahiblik və istifadələrində olan torpaq sahələrinin onlara verilmiş hüquq müəyyənedici sənədlərdə düzgün əks olunmaması ilə bağlı meydana gəlmişdir. Torpağa mülkiyyət hüququna dair JN-153F (kod ********) saylı və JN-137F (kod ********) saylı şəhadətnamələr tərtib edilərkən həmin sənədləri verən orqan tərəfindən səhvə yol verilmişdir. Bu səbəbdən də qeyd edilən səhvin düzəldilməsi inzibati orqan tərəfindən həyata keçirilməlidir. İnzibati orqanın bu səhvi aradan qaldırmaqdan imtina etməsi halında isə inzibati-iqtisadi məhkəmədə iddia qaldırılması mümkündür. Azərbaycan Respublikasının MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 4 16, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar X1, İddiaçı3 və İddiaçı2 kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi MK-nın 14 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar