Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3664/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhəmmədəli oğluna və Cavabdeh3 qarşı ilkin iddiası, Cavabdeh3 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhəmmədəli oğluna və Cavabdeh3 qarşı pul tələbinə dair ilkin iddiası, Cavabdeh3 İddiaçı qarşı qanunsuz tikilinin sökülərək ərazinin təmizlənməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Şək i Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1746/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə Fərzəliyeva (sonradan YYYsoyadını qəbul edib) YYYvə Cavabdeh2 LLL oğlunun mülkiyyətinə 0.19 ha ölçüdə torpaq sahəsi verilmiş, torpaq sahəsi üzərində hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN-065F, kod ********* saylı şəhadətnamə ilə rəsmiləşdirlmişdir. Həmin torpaq sahəsi xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında mülkiyyətçilər tərəfindən X2 bağışlanm ış və torpağa Cavabdeh3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. 2. 000 iddiaçının mərhum əri X7 qardaşıdır. İddiaçının sözügedən torpaq sahəsi ilə bağlı əvvəllər mübahisəsi olmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 LLL oğluna qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin adına olan JN-065F, kod40911048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir. İddiaçı həmin iddiasında bildirmişdi ki, «31 iyul 1975-ci ildə X8 ailə qurmuş və onun Ağsu rayonu, Hacman kəndində yerləşən evinə gəlin köçmüşdür. Həyat yoldaşı Natiq Paşayev 12 fevral 2009-cu ildə miokard infarktı səbəbi ilə vəfat etmişdir.... Mərhum həyat yoldaşının işi ilə əlaqədar Sumqayıt şəhərində yaşamış, mövsümi o laraq həmin evə Hacman kəndinə gəlib-getmişlər. Qayınatası və qayınanasının vəfatından sonra onlardan miras qalan ev uçub dağılmış, tam yararsız və yaşayış üçün imkanı olmayan həddə çatmışdır. Bunu görən həyat yoldaşı 2000-ci ildən başlayaraq həmin evin bərpası ilə məşğul olmağa başlamışdır. Oğlu Vüsalla birlikdə 2003-cü ildə tam yararlı və bir ölçüdə böyük olmayan bir ev inşa etmişdir. Evin tikintisində kənd sakinlərindən X9, X14, X11 və X16 yaxından iştirak etmiş, həm usta, həm də fəhlə kimi çalışmışdılar. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra 2011-ci ilə qədər tikdikləri evə gəlib-gedib yaşamışlar. 2011-ci ildən isə qaynı - uzun müddət respublikadan kənarda yaşayan X5 onlarla mülk davasına çıxmışdır. Öz tikdikləri evə onları buraxmırlar. Onlara hədə-qorxu gəlir, qapıların qıfılların ı sındıraraq evə daxil olmuş, qıfıllarını ləğv edərək özünün aldığı qıfılları qapıya yerləşdirmişdir. 7 ilə yaxındır ki, evdən istifadə edə bilmir. Lakin son illərdə ona məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1 və X6 qeyri-qanuni yolla torpaq sahəsini adlarına, JN-065F, kod-40911048 olan şəhadətnamə əsasında rəsmiləşdiriblər....»
3. Həmin iddia tələbi Ağsu Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2(016)-1201/2018 saylı qətnaməsi ilə təmin edilmiş, lakin bu qətnamə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-2351/2019 nömrəli qətnaməsi ilə ləğv edilib iddia rədd edilmiş, İddiaçı kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1258/2020 saylı qərarı ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə a ktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 LLL oğlu və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu rayonun Hacman kəndində yerləşən torpaq sahəsinin üzərində inşa edilən 32 kv.m-dən ibarət olan evin tikintisinə xərclənən 15.484 manat məbləğdə pulun, mənəvi zərərə görə 10.000 manat pulun, ödədiyi 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 25.514 manat məbləğdə pulun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağsu rayon Hacman kəndində yerləşən torpaq sahəsində mərhum həyat yoldaşı tərəfindən 2003-cü il tarixdə 32 kv.m ölçüdə 1 mərtəbə, 1 otaq və 1 eyvandan ibarət ev tikilmişdir. Həmin evdə hazırkı iş üzrə cava bdehlər yaşayır. Evin inşasına xərclənən 15.484 manat məbləğində vəsaiti onlardan tələb etsə də, rədd cavabı almışdır. Həmçinin, bu evə nə özü, nə də oğlu gedə bilmədiyindən psixoloji sarsıntı keçirdir ki, buna görə ona vurulmuş mənəvi zərərin də əvəzi ödənilməlidir.
6. Cavabdeh3 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu rayon Hacman kəndində X4 və ailə üzvü Cavabdeh2 LLL oğlunun mülkiyyətində olmuş həyətyanı torpaq sahəsində cavabdehin mərhum həyat yoldaşı X13 tərəfindən X4 və ailə üzvü Cavabdeh2 LLL oğlunun mülkiyyətində olan torpaq sahəsində yerləşən, onlara məxsus olan təbii daşdan inşa edilmiş, üstü qırla örtülmüş fərdi yaşayış sahəsinin dağıdılaraq, həmin evin daşından inşa edilən bir mərtəbəli yaşayış sahəsi qanunvericiliyin tələbləri pozulmaqla inşa edildiyi və özbaşına tikili olduğu üçün cavabdeh İddiaçı Talılb qızının hesabına sökülərək ərazinin və həmin daşların təmizlənməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddiaçı Cavabdeh3 tələbini onunla əsaslandırmışdır ki, cavabdehin mərhum həyat yoldaşı X13 tərəfindən onun mülkiyyətində olan torpaq sahəsində və ona mənsub olan evin daşından inşa edilən birmərtəbəli yaşayış sahəsi qanunvericiliyin tələbləri pozulmaqla inşa edilmiş özbaşına tikilidir. Qeyd olunan hal qanuni qüvvəsini almış qətnamə ilə müəyyən olunmuş faktdır. Ona görə də, həmin yaşayış sahəsi cavabdehin hesabına sökülməlidir.
8. Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(016)-89/2021 nömrəli qətnaməsi ilə (hakim E.Hümbətov) ilkin iddia rədd olunmuş, qarşılıqlı iddia tələbinin təmin edilərək, Ağsu rayonu, Hacman kəndində təbii daşdan inşa edilmiş, üstü qırla örtülmüş fərdi yaşayış evinin İddiaçı vəsaiti hesabına sökülərək, ərazinin daşlardan təmizlənməsi qət edilmişdir.
9. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı mərhum həyat yoldaşı X18 rayonunun Hacman kəndində ata yurdunda yerləşən torpaq sahəsində 2003-cü il tarixdə 32 kv.m ölçüdə 1 mərtəbədən, 1 otaq və 1 eyvandan ibarət ev tikdirmişdir. Qarşı tərəf həmin evin qeyd edilən ata yurdunda mövcud olmuş yaşayış sahəsinin daşından həyatyanı torpaq sahəsinin başqa yerində inşa edildiyini qeyd etmişdir. Hazırda İddiaçı həmin evin tikintisinə xərclənən 15484 manat məbləğində pul vəsaitini ilkin iddia üzrə cavabdehlərdən tələb edir.
10. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd etmişdir ki, ilk iddiaçı evin tikintisi üçün 15.484 ma nat məbləğində xərc çəkilməsini təsdiq edən hər hansı sübutu iş materiallarına əlavə etməmişdir. Eyni zamanda, iddiaçı psixoloji sarsıntı keçirdiyini qeyd etsə də, həmin halın təsdiqi kimi iş materiallarına hər hansı sübut əlavə etməmişdir. Yalnız xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli “Diaqnoz” Tibb Mərkəzində nevropatoloq qəbulunda olmaqla ona yazılmış resept blankını əlavə etmişdir. Lakin iddiaçı qeyd etdiyi kimi yol xərcləri, həkim müayinəsi və dərmanlara həqiqətən 3000 manat pul sərf etdiyini, eyni zamanda müayinə, müalicə və yol gedişi üçün hər hansı pul qəbzini işə əlavə etməmişdir.
11. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əsasən Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə, X3 və X1 mülkiyyətinə 0.19 ha ölçüdə torpaq sahəsi verilmiş, bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN-065F, kod ********* olan şəhadətnamə tərtib edilmişdir. Həmin torpaq sahəsi xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə mülkiyyətçilər tərəfindən Cavabdeh3 bağışlanılmış və daşınmaz əmlak Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır. Odur ki, Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa edilmiş bir mərtəbəli yaşayış sahəsi İddiaçı vəsaiti hesabına sökülərək ərazinin təmizlənməsi barədə iddiası təmin edilməlidir.
12. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olmaqla, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarının aydınlaşdırılmaması ilə çıxarılmışdır. Qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, işin faktiki halları məhkəmənin mübahisələndirilən nəticəyə gəlməsinə əsas vermir. İddiaçının məhkəməyə təqdim etdiyi yazılı sübutlarla, məhkəmə iclasına dəvət etdiyi şahidlərin yazılı izahatları ilə iddiasının əsaslı olması sübuta yetirilir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-1746/2021 nömrəli qətnaməsi ilə hakimlər (Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(016)-89/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, ilk iddiaçının qeyd olunan torpaq sahəsində hər hansı tikinti aparılmasına qanuni əsası olmadığından həmin tikililərlə bağlı hər hansı pul məbləğini mülkiyyətçidən tələb etmək hüququ da yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İlk iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən, işin hallarını müəyyən edilməsində və maddi hüquq normasının tətbiqi ilə bağlı səhvə yol vermişdir. Hazırki iddianın hüquqi dəyərləndirilməsi yalnız Mülki Məcəllənin 157.7-ci maddəsi və əsassız varlanma ilə bağlı müddəaların tələbləri daxilində aparıla bilər. Belə ki, Mülki Məcəllənin 157.7-ci maddəsi ümumən mülkiyyətin müdafiəsinə yönəlsə də, vindikasiya tələbləri üzrə əmlakı mülkiyyətçiyə qaytarmalı olan vicdanlı sahibin sahiblik dövründə əmlakı yaxşılaşdırmaqla bağlı çəkdiyi xərclərin əvəzini mülkiyyətçidən tələb etmək üçün qanuni əsas kimi çıxış edir və bu normanın təhlili «əsassız varlanma» normaları ilə parallel şəkildə aparılmalıdır, Belə ki, vicdanlı sahibin yaxşılaşdırmalarını özündə saxlayan mülkiyyətçi onun hesabına əsassız varlanmış olur və mülkiyyətçidən həmin yaxşılaşdırmanı və ya onun dəyərini tələb etmək üçün «əsassız varlanma» norm alarının dispozisiya şərtlərinin mövcudluğu da tələb olunur. Bu tələb Mülki Məcəllənin 1094-cü maddəsindən də aydın olur. Mülki Məcəllənin 157.7-ci maddəsinin tətbiq olunması üçün aşağıdakı dispozisiya şərtləri müəyən edilməlidir: iddiaçı vicdanlı sahib (və ya keçmiş sahib) olmalı, əşyanı yaxşılaşdırmaq üçün xərc çəkmiş olmalı, əşya cavabdehin sahibliyində və ya mülkiyyətində olmalıdır. Əsassız varlanmış şəxsə qarşı göstərilən tələb o zaman verilə bilər ki, əsassız varlanma obyekti onun sərancamında olsun. Baxılan işdə də iddiaçının mərhum həyat yoldaşı valideynləri rəhmətə getdikdən sonra baxımsız qalan ata evini bir vərəsə kimi yenidən tikmiş və tikinti zamanı bütün xərcləri özü ödəmişdir. Bundan əlavə, iddiaçı tərəf həmin evi tikərkən valideynlərindən miras qalmış əmlaka hüququ olan bir vərəsə kimi yanaşmış və həmin vaxtı artıq evin yerləşdiyi torpaq sahəsinin bacısı və onun oğlunun mülkiyyətinə verilməsinə dair şəhadətnamə verilməsindən xəbəri olmamışdır. Bundan əlavə, cavabdehlər özü də iddiaçı tərəfə həmin yerdə ev tikilən zaman heç bir etiraz bildirməmiş, hətta ev tikiləndən sonra orada keçirilən məclislərdə ailə üzvü kimi iştirak etmişlər. İddiaçı tərəfin vəsaiti hesabına tikilmiş ev cavabdehlər tərəfindən əsassız varlanma obyekti kimi ələ keçirilmiş və evin iddiaçının vəsaiti hesabına sökülməsi tələbi də əsas iddiadan yayınmaq məqsədi daşıyır. Həmin evin iddiaçının vəsaiti hesabına sökülməsinə dair iddianın məhkəmə tərəfindən təmin edilməsi, iddiaçı tərəfin bir daha yenidən zərərə düşməsinə səbəb olacaqdır. Hesab edir ki, aşağı instansiya məhkəmələri işin hallarını düzgün araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
20. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
21. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
22. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
23. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:... Maddə 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməs ini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
30. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
31. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
32. Maddə 417.1.4. Kassasiya instansiyası mə hkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində apellya siya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh3 qarşı ilkin iddianın təmin olunmamasına aid hissədə dəyişdirilmədən saxlanmalı, qalan hissədə ləğv edilməli, qarşılıqlı iddia tələbi üzrə yeni qərar çıxarılmaqla qarşılıqlı iddia təmin edilməməli, iş ilkin iddianın Cavabdeh1 və Cavabdeh2 LLL oğluna qarşı hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
36. Belə ki, iddia olunan yaşayış evi yerləşən torpaq sahəsi xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi bağlanana qədər Cavabdeh1 və Cavabdeh2 LLL oğlunun mülkiyyətində olmuşdur. Tərəflərin izahatlar ı ilə mübahisəsiz olaraq müəyyən olunur ki, mübahisəli yaşayış evi də torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olduğu dövrdə inşa edilmişdir. İşin bu halı o nəticəni yaradır ki, evin tikilməsi ilə bağlı münasibətlər İddiaçı ilə YYYvə Cavabdeh2 arasında yaranmışdır. Torpaq sahəsi Cavabdeh3 bağışlananda, torpaq sahəsi özbaşına inşa edilmiş evlə yüklü keçmişdir. Yəni evin tikilməsi ilə bağlı İddiaçı ilə Cavabdeh3 arasında hər hansı münasibət yaranmamışdır. Buna görə də ilkin iddia Cavabdeh3 qarşı hissədə rədd olunmalı, Cavabdeh3 İddiaçı qarşı evin sökülməsi barədə iddiası isə, həmin iddianı irəli sürməyə subyektiv hüququ olmaması əsası ilə rədd olunmalıdır.
37. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev inş a edilən zaman torpaq mülkiyyətçiləri olaraq Cavabdeh1 və Cavabdeh2 buna etiraz etməsi işin hallarından görünmür. Evin inşa edilməsi qısa zaman kəsiyində deyil, daha uzun (aylarla) davam edən fəaliyyətdir. Cavabdehlərin nümayəndəsi iş üzrə verdiyi izahatında evin inşasına 2003-cü ildə başlandığını, 2007-ci ildə başa çatdırıldığını bildirmişdir. Bu hal, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürülmüş tələbin həm də qanunvericiliyin hüquqdan suiistifadənin yolverilməzliyini müəyyən edən müddəaları əsasında nəzərdən keçirilməsini tələb edir.
38. Belə ki, Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
39. Hə min Məcəllənin 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
40. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır.
41. İşə baxmış məhkəmələr cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı tərəfindən evin inşa edilməsinə subyektiv münasibətini araşdırmamış, evin inşası davam etdiyi dörd ilədək müddətdə evin inşa edilməsinə etiraz etməməsinin, mane olmamasının səbəb və niyyətinin müəyyən olunması üçün ətraflı araşdırma aparmamışdır.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmişdir.
43. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.
44. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakir ə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1746/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi Cavabdeh3 qarşı ilkin iddianın təmin olunmamasına aid hissədə dəyişdirilmədən saxlansın. Qətnamə qalan hissədə ləğv edilsin. Qarşılıqlı iddia tələbi üzrə yeni qərar çıxarılmaqla, Cavabdeh3 İddiaçı qarşı qanunsuz tikilinin sökülərək ərazinin təmizlənməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Mülki iş ilkin iddianın Cavabdeh1 və Cavabdeh2 LLL oğluna qarşı h issədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.