Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3665/2023 16.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 23 may tarixli, 2(103)2316/2023 nömrəli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin mümkünlüyünü Ali Məhkəmənin inziba ti binasında yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 8000 manat və ödənilmiş 100 manat dövlət rüsumunun, Cavabdeh2 17500 manat, həmçinin 143 manat dövlət rüsumunun müştərək qaydada hər iki cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Binəqədi Rayon Məhkəməsinin 2(001)-5398/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 3870 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58,7 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddian ın qalan hissələrdə təmin edilməməsi qərara alınmışdır.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Cavabdeh1 qətnaməni mübahisələndirməmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin (hakim İ. Şirinov, N. Cəfərov və E. Kazımov) 2023-cü il 23 may tarixli, 2(103)-2316/2023 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5398/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən,iddia tələbinin Cavabdeh2 aid hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş və Cavabdeh2 İddiaçı xeyrinə 17.500 (on yeddi min beş yüz) manat tutulması, qətnamə Cavabdeh1 tutulan pul məbləği hissədə dəyişdirilməsi, Cavabdeh1 İddiaçı xeyrinə tutulan məbləğin 6955 (altı min doqquz yüz əlli beş) manat müə yyən edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 122 (yüz iyirmi iki) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilməsi qət olunmuşdur.
6. Həmin qətnamədən Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayəti vermiş və kassasiya şikayətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
7. Maddə 112.1.2. Pul vəsaitin alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğ ilə müəyyən edilir.
8. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 9. 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya insta nsiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu
10. Maddə 1.1. Dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
11. Maddə 8.1.3. İddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır.
12. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin mümkünlüyünü araşdıraraq belə hesab edir ki, Cavabdeh2 kassasiya şikayəti qeyri mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
14. Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilkərkən prosessual normaların tələblərinə əməl olunsa da, Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilərkən porosessual normaların tələbinə tam əməl olunmamışdır. Belə ki, Cavabdeh2 yönəlmiş iddianın qiyməti 17500 (o n yeddi min beş yüz) manatdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3 və 8.6-cı maddələrinin tələbinə uyğun olaraq kassasiya şikayəti verilərkən iddianın göstərilən qiymətinə müvafiq hesablanmalı olan dövlət rüsumunun məbləği 71,25 manat (17500-10000=7500; 7500x 0,3% =22,5; 120+22,5=142,5; 142,5x50%=71,25) təşkil etdiyi halda,cəmi 50 (əlli) manat (qəbz N:**********) məbləğində dövlət rüsumu ödənilmişdir.
15. Beləliklə, Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilməsi ilə əlaqədar qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi müəyyən olunmur.Yəni MPM-in 407.4-cü maddəsinin tələbinə tam əməl olunmamışdır.
16. Göstərilən halda apellyasiya instansiyası məhkəməsi, Cavabdeh2 tərəfindən kassasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənil məsi barədə sənəd əlavə edilməməsini araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.
17. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən halda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
18. Beləliklə, Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilərkən müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilmədiyinə görə kassasiya şikayəti icraata qəbul edilə bilməz.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
20. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə Cavabdeh2 kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
22. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 23 may tarixli, 2(103)-xxxx/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.