Məhkəmə qərarları › İş №2(102)-3665/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3665/2025

20.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3665/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyalarının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ("xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARI Açar sözlər: məhkəmə aidiyyəti, kommersiya. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Kommersiya kollegiyanın hakimi Qurbanov Raqib Əliddin oğlu və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ("xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “pul” tələbi barədə iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4283/2025 nömrəli, 21 oktyabr 2025-ci tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kamaləddin oğlundan müştərək qaydada 1.110.000 manat pul vəsaitinin, 77220 manat məbləğində hesablanmış faiz borcu olmaqla, cəmi 1.187.220 (bir milyon yüz səksən yeddi min iki yüz iyirmi) manatın, həmçinin iddia ərizə verilməsi üçün ödənilmiş 1383.61 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4283/2025 nömrəli, 21 oktyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “pul” tələbinə dair mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Pərviz Məmmədov).

3. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan, tərəflərin nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatlarından və iş materiallarında olan sənədlərdən görünür ki, mübahisə tərəflərin fərdi sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmışdır. İddiaçı tərəfin nümayəndəsi məhkəmə iclasında irəli sürülmüş iddia tələbinin maddi hüquqi əsası nı əsassız varlanma ilə əsaslandırmağa çalışsa da, iddia ərizəsi və işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər arasında yaranmış mübahisə tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmış, həmçinin korporativ mübahisədir. Belə ki, iddiaçı və Cavabdeh2 Kamaləddin oğlu "xxxx" ASC-nin (VÖEN **********) səhmdarları olmaqla yanaşı, "xxxx" ASC-nin gəlirli fəaliyyətini təmin etmək üçün onun istehsal etdiyi armaturların satışı ilə məşğul olan treyder şirkəti qurmaq qərarına gəlmişlər, bunun üçün 20 milyon manat civarında dövriyyə kapitalına ehtiyac olması, "xxxx" ASC-də iştirak paylarlarına uyğun olaraq yeni treydinq şirkəti (kommersiya hüquqi şəxsi) yaradılması, Cavabdeh2 Kamaləddin oğlunun "xxxx" ASC-də majoritar səhmdar olması, tərəflərin səhmlərinə uyğun olaraq yeni şirkətin nizamnamə kapitalına sərmayə qoyulması məhz tərəflər arasında korporativ mübahisənin olmasına dəlalət edir.

4. Qərardadla razılaşmayan iddiaçı kassasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-4283/2025 saylı qərardadının ləğv edilməsi və mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı heç vaxt hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış və adına VÖEN şəhadətnaməsi də yoxdur. Cavabdehlərlə iddiaçı arasındakı mübahisə onun və Cavabdeh1 sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Çünki iddiaçı Cavabdeh2la razılaşdırdığı işi görə bilməmişlər, belə ki, o, yaradılacaq treyder şirkətinin nizamnamə kapitalına ödəməyi üzərinə götürdüyü vəsaiti ödəməyib, əksinə sonradan heç bir əsas olmadan onun barəsində prokurorluğa müraciət etmişdir. Ona görə də iddiaçı cavabdehlərə ödədiyi vəsaitini geri almaq üçün əsassız varlanma tələbi üzrə iddia qaldırmışdır.

6. İddiaçı həmçinin qeyd etmişdir ki, "xxxx" ASC iddiaçı və cavabdehlərin bağlı olduqları bir sahibkarlıq subyekti deyildir. Cavabdeh1, iddiaçı, Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti birlikdə heç bir sahibkarlıq subyekti ilə əlaqəli deyil. Çünki iddiaçı və Cavabdeh2la planlaşdırdıqları kimi hüquqi şəxsdə payçı kimi birləşə bilməmişlər, Cavabdeh2 şirkəti qurmaq üçün razılaşdırdıqları nizamnamə kapitalından öz hissəsinə düşən hissənin ödənişini etmədiyi üçün treyder şirkətini qura bilməmişlər. Ona görə də burada heç bir korporativ tələbdən söhbət gedə bilməz. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, mə hkəmə qərardadında “tərəflərin səhmlərinə uyğun olaraq yeni şirkətin nizamnamə kapitalına sərmayə qoyulması məhz tərəflər arasında korporativ mübahisənin olmasına dəlalət edir” kimi səhv qənaətə gəlmişdir. Məhkəmə “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarına istinad etsə də, hazırki məhkəmə mübahisəsinin kommersiya məhkəməsində baxılması barədə məhkəmənin qənaəti ilə razı deyildir. İddiaçının əsasız varlanması tələbi kommersiya xarakterli münasibətlərə aid deyildir, iddiaçı və cavabdehlərin kommersiya fəaliyyətindən irəli gəlmir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4283/2025 nömrəli, 31 oktyabr 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

8. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

9. Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.

10. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan müb ahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

11. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

12. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.

13. Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər.

14. Maddə 152.1.3. Ə gər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

15. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır.

16. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir.

17. Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər.

18. Maddə 403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələb lərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur.

19. Maddə 403-1.4. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.

20. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.

21. Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarı:

22. Bənd

11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 v ə 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: veril miş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

23. Bənd

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, y axud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

24. Bənd

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektin in özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir

25. Bənd

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmaya raq mübahisə həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Ali Məhkəmənin mövqeyi

26. Qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməməlidir.

27. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, 2019cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflər in subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur (10-cu bənd).

28. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibə tlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (13-cü bənd).

29. MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir (19-cu bənd).

30. İşin mübahisəsiz halıdır ki, hazırda iddiaçı və cavabdeh Taleh Heydərov "xxxx" ASC-nin (VÖEN **********) səhmdarlarıdırlar. Digər cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İddiaçı iddia ərizə sində onun və Taleh Heydərovun "xxxx" ASCnin səhmdarları olmasına istinad edir.

31. Birinci instansiya məhkəməsi işin mahiyyətinə qiymət vermədən iddia ərizəsində iddiaçının qeyd etdiyi faktiki hallar baxımından belə nəticəyə gəlmişdir ki, iddiaçı və Cavabdeh2 Kamaləddin oğlunun "xxxx" ASC-nin (VÖEN **********) səhmdarları olmaqla yanaşı, "xxxx" ASC-nin gəlirli fəaliyyətini təmin etmək üçün onun istehsal etdiyi armaturların satışı ilə məşğul olan treyder şirkəti qurmaq qərarına gəlmişlər.

32. Məhkəmə daha sonra qeyd etmişdir ki, yeni şirkətin 20 milyon manat civarında dövriyyə kapitalına ehtiyac olmuş və "xxxx" ASC-də iştirak paylarlarına uyğun olaraq yeni treydinq şirkəti (kommersiya hüquqi şəxsi) yaradılması, Cavabdeh2 Kamaləddin oğlunun "xxxx" ASC-də majoritar səhmdar olması, tərəflərin səhmlərinə uyğun olaraq yeni şirkətin nizamnamə kapitalına sərmayə qoyulması məhz tərəflər arasında korporativ mübahisənin olmasına dəlalət edir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 19-cu bəndində kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər aşağıdakı kimi müəyyən edilmişdir: təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər.

34. Kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərin subyektlərinə təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri və hüquqi şəxs aid edilmişdir.

35. Belə mübahisələrin xarakter və mahiyyəti üzrə həlledici meyar kimi isə kommersiya hüquqi şəxsin fəaliyyəti müəyyən edilmişdir. Kommersiya hüquqi şəxslərin fəaliyyəti dedikdə isə onların əsas məqsədi olan mənfəət götürməkdən ibarət fəaliyyət başa düşülür (MM-in 43.5-ci maddəsi). Beləliklə, qeyd olunan subyektlər arasında kommersiya hüquqi şəxsin fəaliyyəti ilə bağlı mübahisələr kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər hesab edilir.

36. Hazırkı iş üzrə mübahisə isə "xxxx" ASC səhmdarları arasında mübahisədir. İddianın əsasını isə iddiaçının səhmdar kimi öz korporativ hüquqlarının həyata keçirilməsi təşkil edir. Gö ründüyü kimi hazırkı mübahisə həm subyekt baxımından, həm də mübahisənin xarakteri və predmeti baxımından kommersiya mübahisəsi hesab edilir.

37. Bu baxımdan, qarışıq məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisəni kommersiya mübahisəsi hesab etməklə müvafiq kommersiya məhkəməsinə göndərilməsinə dair mövqeyi düzgün olmuşdur.

38. Göstərilənlərə əsasən qarışıq məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli e-2 (001)-4283/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 32 və 403-1.8-ci maddələrini rəhbər tutaraq, hakimlərin qarışıq tərkibi Qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məh kəməsinin 2(001)-4283/2025 nömrəli 21 oktyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar