Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-367/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Yasamal rayon İcra və Probasiya Şöbəsinə, Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh1-yə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin hərracdan satılması, hərracda bağlanılan əqdin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, Cavabd eh2 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(103)5272/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı və X1 müştərək qaydada 49404,75 ABŞ dolları əsas, 18300,41 ABŞ dolları faiz, 562,10 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 68267,26 ABŞ dolları məbləğində borcun, habelə ödənilmiş dövlət rüsumunun 28,20 manat hissəsinin Ləğv prosesində olan Cavabdeh2 ASC-nin xeyrinə tutulması, ünvan 1 ünvanında yerləşən 39 nömrəli mənzilin ilkin satı ş qiymətinin 120000 ABŞ dolları müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunacaq məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, qalan məbləğin ipoteka qoyana qaytarılması ipoteka predmeti satıldıqdan 1 ay sonra İddiaçı mənzildən çıxarılması və mənzilin boşaldılması iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının və cavabdeh İddiaçı apellyasiya şikayətləri qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, Ləğv prosesindəki Cavabdeh2 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı iddiası qismən təmin olunmuş, İddiaçı Cavabdeh2 ASC-nin xeyrinə 494 04,75 ABŞ dolları əsas, 18300,41 ABŞ dolları faiz, 562,10 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 68267,26 ABŞ dolları məbləğində kredit borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), habelə ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 45,80 manat tutulması, ünvan 2 ünvanında yerləşən 39 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin əmlakın hərracda satılaraq onun satışından əldə edilmiş pul vəsaiti hesabına 68267,26 ABŞ dolları məbləğində kredit borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), habelə ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 45,80 manatın Cavabdeh2 ASC-yə ödənilməsi, həmin məbləğ ödənil dikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin İddiaçı qaytarılması, ünvan 2 ünvanında yerləşən 39 nömrəli mənzilin ilkin satış qiymətinin 133000 manat məbləğində müəyyən edilməsi, ünvan 3 ünvanında yerləşən 39 nömrəli mənzil hərracda satıldıqdan sonra İddiaçı oradan çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, ipoteka predmetinin açıq hərracdan satılması Cavabdeh1-yə həvalə edilmişdir. Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında yerləşən 39 nömrəli mənzil 133000 manat ilkin satış qiyməti ilə 09 dekabr 2019-cu il tarixdə hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, “İpoteka haqqında” Qanunun 43.5-cü maddəsinə əsasən ilkin satış qiyməti 15% endirilərək 113050 manat olmaqla 25 dekabr 2019-cu il tarixdə təkrar hərrac keçirilmiş, təkrar hərrac da baş tutmadığından, mənzil 27 dekabr 2019-cu il tarixdə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı qiyməti 25% endirilməklə 84787,5 manata tələbkar banka təklif olunmuşdur. Cavabdeh1 tərəfindən 09 dekabr 2019-cu il və 25 dekabr 2019-cu il tarixlərə açıq hərrac təyin edilmiş, həmin hərraclar barədə 08 noyabr 2019-cu il tarixli 01 №-li, 22 noyabr 2019-cu il tarixli 01/2 №-li və 13 dekabr 2019-cu il tarixli 02 №-li bildirişlər İddiaçı və Cavabdeh2 ASC-yə göndərilmişdir. “Birja Yenilikləri” qəzetinin 22-28 noyabr 2019-cu il tarixli, 13-19 dekabr 2019-cu il tarixli, 197 №-li, 27 dekabr 2019-cu il-02 yanvar 2020-ci il tarixli,199 №-li elanlarının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, Mikayıl Müşfiq küçəsi ev 4, 39 №-li mənzil üzrə hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Yasamal rayon İcra və Probasiya Şöbəsinə, Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh1-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli, 2(103)-1547/2019 nömrəli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, məhəllə 500, Mikayıl Müşfiq küçəsindəki evin 39 saylı mənzilin satışı ilə bağlı keçirilən hərracların etibarsız hesab olunması və həmin hərracların nəticələrinin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər hərracı iddiaçıdan gizli keçirmiş, onu mülkiyyətini satın almaq hüququndan məhrum etmişlər. Hərracın keçirilməsinin yeri və vaxtı barədə ona məlumat verilsə idi o, mənzilin dəyərini ödəməklə, özü satın alardı. Həmçinin qanunvericiliyinin kassasiya şikayətinin kassasiya instansiya məhkəməsinin icraatına daxil olarkən icra sənədinin dayandırılmasının məcburiliyi barədə müddəaları da pozulmuşdur. Mübahisəli hərracın Cavabdeh1 tərəfindən keçirilməsi barədə məlumat ona artıq 28 fevral 2020-ci il tarixdə məlum olmuş və hərracın keçirilməsinə dair bildirişlərin surətləri ona məhz həmin tarixdə icra məmuru tərəfindən təqdim olunmuşdur. Bakı şəhəri Yasamal Ra yon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(004)159/2021 nömrəli qətnaməsi ilə (hakim G.T.Axundova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2, 42.1-ci maddələrinə, “İcra haqqında” Qanunun 62.1-ci maddəsinə, Mülki Məcəllənin 416.1, 416.2-ci maddələrinə istinadən qeyd etmişdir ki, hərrac təşkilatı icra məmurunun sifariş əsasında hərracı keçirdiyi üçün yalnız sifarişçinin ona ünvanlandığı tələbləri yerinə yetirməkdə məsuldur. Yəni nə tələbkarın, nə də borclunun tələbi və ya xahişi ilə hərracın keçirilməsinin dayandırılması qanunla müəyyən edilməmişdir. Hərrac o halda qanunsuz hesab edilə bilər ki, o, mülki qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilsin. Lakin iş materiallarından və məhkəməyə təqdim edilmiş sə nədlərdən görünür ki, hərrac təşkilatına hərracın keçirilməsinin dayandırılması ilə bağlı sifarişçi tərəfindən hər hansı məktub daxil olmamışdır. İcra məmuru tərəfindən hərrac təşkilatına hərracın dayandırılması üçün heç bir əsas olmamışdır. Belə ki, hərracın keçirilməsi ilə bağlı əvvəlcədən tərəflərə lazımi qaydada bildiriş göndərilmiş və rəsmi qaydada qəzetdə dərc olunmuşdur. Beləliklə məhkəmə hesab etmişdir ki, sifarişçi tərəfindən hərracın keçirilməsinin dayandırılması ilə bağlı hərrac təşkilatına hər hansı məktub göndərilmədiyi üçün, eyni zamanda hərrac təşkilatının ipoteka qoyanın tələbi ilə hərracın dayandırılması qanunla müəyyən edilmədiyindən, iddiaçının hərracların etibarsızlığı ilə bağlı tələbi əsassızdır və təmin edilməməlidir. Hərracın keçirilməsində qanunvericiliyin bütün təl əblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(004)-159/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(103)5272/2021 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və F.F.Babayevdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(004)159/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətna məsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı hərrac təşkilatı icra məmurunun sifariş əsasında hərracı keçirdiyi üçün yalnız sifarişçinin ona ünvanladığı tələbləri yerinə yetirməkdə məsuldur və nə tələbkarın, nə də borclunun tələbi, yaxud xahişi ilə hərracın keçirilməsinin dayandırılması qanunla müəyyən edilməmişdir. Buna görə də apellyasiya məhkəməsi iddiaçının, hərracın dayandırılmalı olması barədə arqumentini əsaslı hesab etməmişdir. Çünki sifarişçi tərəfindən hərracın keçirilməsinin dayandırılması ilə bağlı hərrac təşkilatına hər hansı məktub göndərilməmişdir. Keçirilmiş hərracın və bunun nəticəsində mənzilinin banka satılmasının qanunsuzluğu ilə əlaqədar iddiaçının irəli sürdüyü digər arqumentlərlə bağlı isə apellyasiya məhkəməsi qey d etmişdir ki, Cavabdeh1, Yasamal rayon icra və Probasiya şöbəsinin sifarişi əsasında Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2019-cu il tarixli icra vərəqəsinin icrası istiqamətində hərrac proseduruna başlamış və ilkin satış qiyməti 133000 manat müəyyənləşdirilmiş, mənzil 84787,5 manata tələbkara (Cavabdeh2 ASC-yə) təklif olunmuşdur. İş materiallarından görünür ki, Cavabdeh1 tərəfindən əmlakın ilkin satış qiyməti və hərracın keçirilmə vaxtı və yeri göstərilməklə, iddiaçının qeydiyyatda olduğu ünvanına göndərilmiş bildirişlər həmin ünvanın sökülmüş olduğu barədə qeyd yazılmaqla, geri qaytarılmış, “Birja Yenilikləri” qəzetinin müxtəlif tarixli buraxılışlarında mənzilin ilkin satış qiyməti 133000 manat olmaqla 09 dekabr 2019-cu il tarixdə hərraca çıxarılacağı barədə hərracın keçiriləcəyi yer göstərilməklə məlumat dərc edilmiş, həmin tarixə təyin edilmiş ilkin hərrac baş tutmadığından, 25 dekabr 2019-cu il tarixdə satış qiyməti 113 050 manat olmaqla təkrar hərraca çıxarılacağı barədə elan yerləşdirilmiş, daha sonra təkrar hərracın baş tutmadığı barədə məlumat verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416-cı maddələrinə, “İpoteka haqqında” Qanunun 42, 43.1.2, 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarına istinad etməklə hesab etmişdir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(103)-5272/2021 nömrəli qətnaməsinin ləğv ed ilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan hallara istinad olunmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, bankın borc tələbi əsassız olmuş, ipoteka müqaviləsi etibarsız olmuş, bankın tələbinə kassasiya məhkəməsində baxılmadan hərrac keçirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi X3 vəkilsiz iştirak etdiyinə görə Azə rbaycan Respublikasının MPM-in 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər tərəflər və ya vəkilləri məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və və zifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (gön dərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keç irildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəy yən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ola raq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya inst ansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıların apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi hazırki mübahisənin predmetini təşkil etmir və bununla bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Odur ki, kredit müqaviləsi üzrə borcun düzgün müəyyən edilməməsi, ipoteka müqaviləsinin etibarsız olmasından ibarət kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Bakı Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verildiyi halda hərracın keçirilməsinə dair kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, icra hərəkətlərinin keçirilməsinin dayandırılması barədə hərrac təşkilatına məlumat verilməsi barədə sübutlar i ş materiallarında mövcud deyildir. Digər tərəfdən kassasiya şikayətinin təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsinin kredit borcunun ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv olunması da iş materiallarından müəyyən olunmur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(103)5272/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-367/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-367/2022
24.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver